Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7994/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Mirzəyev Vüsal Əlövsət oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-3745/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 qarşı kredit müqavilələri üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixdə İddiaçı ASC ilə 247 və 248 saylı kredit müqavilələri bağlamış, 247 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 22 faiz dərəcəsi ilə 8000 ABŞ dolları məbləğində, 248 saylı kredit müqaviləsi üzrə isə 24 ay müddətinə 22 faiz dərəcəsi ilə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. 247 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətində olan “Range Rover” markalı, Az **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 248 saylı kredit müqaviləsi üzrə isə Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 öhdəliklərin icra edilməsinə zamin durmuş, bu barədə tərəflər arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 bank qarşısında öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun xx xxxx 2015-ci il tarixli 247 saylı müqaviləyə əsasən İddiaçı ASC-yə 8000 ABŞ dolları əsas, 3944,79 ABŞ dolları faiz, 2826,75 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə 1222,11 ABŞ dolları, cəmi 15993,65 ABŞ dolları, həmin tarixli 248 saylı müqaviləyə əsasən isə 4500 ABŞ dolları əsas, 2218,50 ABŞ dolları faiz, 1590 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə 693,63 ABŞ dolları, cəmi 9002,13 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər iddiaçı bank qarşısında öhdəliklərini yerinə yetirməmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 3745/2020 saylı qətnaməsi ilə iddia müddəti keçdiyinə görə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi tam və obyektiv araşdırmamış, maddi hüquq normalarını pozmuş, iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə iddiaçının münasibətini öyrənməmişdir. İddia müddətinin keçməsinin səbəbi ölkədə və dünyada COVİD-19 infeksiyasının yayılması ilə bağlı Azərbaycan Respublikasında karantin rejiminin tətbiqi və iddiaçı bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun əməkdaşlarının tam gücü ilə fəaliyyət göstərməməsi olmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-3745/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilərək iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu xx xxxx 2016-cı il tarixdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 247 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə 22 faizlə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 247 nömrəli girov müqaviləsinə əsasən xx xxxx 2015-ci il tarixli 247 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminat üsulu kimi Cavabdeh1 məxsus “Range Rover” markalı, ağ rəngli, buraxılış ili 2009-cu il olan, Az **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında girovla yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli girov müqaviləsinə 1 nömrəli əlavəyə əsasən tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 247 saylı girov müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək, müqavilədə qeyd olunmuş illik faiz dərəcəsi 22%-dən 16%-ə endirilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 248 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə 22 faizlə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli 248 nömrəli və 248/1 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 xx xxxx 2015-ci il tarixli 248 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin borcalan tərəfindən tamamilə icra edilməsi üçün kreditor qarşısında birgə məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. xx xxxx 2020-ci il tarixli **********934 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 8000 ABŞ dolları əsas, 3944,79 ABŞ dolları faiz, 2826,75 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə 1222,11 ABŞ dolları, cəmi 15993,65 ABŞ dolları borcu, xx.xx.2020-ci il tarixli **********939 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxx 2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 4500 ABŞ dolları əsas, 2218,50 ABŞ dolları faiz, 1590 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə 693,63 ABŞ dolları, cəmi 9002,13 ABŞ dolları borcu vardır. xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh1, Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 kredit borcunu ödəmələri barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlişah oğlu və Cavabdeh3 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsini xahiş etmişlər. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 247 və 248 nömrəli kredit müqavilələrinin müddəti xx xxxx 2017-ci ildə bitmiş və həmin müqavilələrin müddəti uzadılmamışdır. Beləliklə, həmin kredit müqavilələri üzrə iddia müddəti xx xxxx 2020-ci il tarixdə başa çatmış, bank hazırkı iddia ərizəsi ilə məhkəməyə iddia müddəti başa çatandan 1 ay 12 gün sonra, yəni xx xxxx 2020ci il tarixdə müraciət etmişdir. İddiaçı bank iddia müddətinin buraxılmasına üzrlü səbəb kimi ölkədə və dünyada COVİD-19 infeksiyasının yayılması ilə bağlı Azərbaycan Respublikasında karantin rejiminin tətbiqini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin axımının davam etdiyi xx xxxx 2017-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövrdə yalnız xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək dövrdə müəyyən kateqoriyadan olan işlərin baxılması müvəqqəti olaraq təxirə salınmış, xx xxx 2020-ci il tarixdən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə xx xxx 2020-ci il saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunmuşdur. Məhkəmələrdə işlərin müvəqqəti təxirə salındığı dövrdə apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə göndərilməsi mümkün olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsində iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququnun müdafiə edilməsi, yəni iddia müddətinin bərpası nəzərdə tutulmuş, hüquqi şəxslərlə bağlı isə iddia müddətinin bərpası nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə iddiaçı tərəfin apellyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edib iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 3745/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7994/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7994/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver