Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8001/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzər oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2041/2021 saylı, 16 iyun 2021ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri 3 saylı “Asan Xidmət” X3rşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi 01.10.1958-ci ildə Ermənistanın Amasiya rayonunun Balıqlı kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X9, ana qrafasında X4 göstərilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2041/2021 saylı, 16 iyun 2021ci il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi xx xxxxxxx 1961-ci il tarixdə Ermənistanın Amasiya rayonun Balıqlı kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilmiş, doğum haqqında akt qeydi bərpa edilmiş, doğum haqqında şəhadətnamədə Ərizəçi atasının adı qrafasında – “X9”, anasının adı qrafasında – “X4” göstərilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayətləri və onların dəlilləri: Ərizəçi apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə qətnamə qəbul edən zaman onun təqdim etdiyi sübutlara düzgün qiymət verməmişdir. Belə ki, o məhkəməyə 01.10.1958-ci il tarixdə doğulmasını təsdiq edən attestatın surətini, əmək kitabçasının surətini təqdim etsə də, məhkəmə həmin sübutlara düzgün qiymət verməmiş, nəticədə iş üzə düzgün olmayan qətnamə çıxarmışdır. Bu səbəbdən qətnamənin ləğv edilməsi və ərizənin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında ərizəçi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eyni zamanda, məhkəməyə göndərdiyi müracitində ərizənin təmin edilməsinə heç bir etirazlarının olmadığını bildirmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Səkkizillik Təhsil Haqqında Şəhadətnamədən gönünür ki, 1958-ci il təvəllüdlü Ərizəçi Ermənistan SSR Amasiya rayonu Balıqlı kənd səkkizillik məktəbində təhsil almış və 1973-cü ildə həmin məktəbin səkkizillik dərs kurslarını bitirmişdir. AZ-İİİ 256215 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X7 28.01.1975ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. X1, anası X2r Mülki işdə olan 039748 saylı diplomundan görünür ki, Ərizəçi 1977-ci il tarixdə Kirovabad Dövlət Universitetinə daxil olmuş və 1982-ci il tarixdə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədi təqdim etmədiyi üçün xahişin təmin edilməsi imkan xaricindədir. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən Ərizəçi barəsində məlumat aşkar edilmədi. “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi xx.xx.1961-ci ildə Ermənistanın Amasiya rayonunda doğulduğu məlum olmuşdur. Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmır. Rayon məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, bacısı, Ərizəçi 01.10.1958-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Rayon məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, Ərizəçi 01.10.1958-ci ildə anadan olub. Lakin onun sənədində doğum tarixi yanlış olaraq qeyd edilib. 8 illik təhsil şəhadətnaməsində doğum tarixi 01.10.1958-ci il olaraq qeyd edilib. Attestat və diplom tarixlərinə baxdıqda da doğum tarixinin qeyd edilən vaxtdan hesablandığı görünür. Ərizəçi tərəfindən təqdim olunmuş, əmək kitabçasından görünür ki, Ərizəçi doğum tarixi 01.10.1958-ci ildir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda ərizəçi qətnaməni yalnız doğum tarixi hissəsində mübahisələndirmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ərizəçinin şikayətinə əsasən doğum tarixi hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası ərizəçinin tərəfin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, rayon məhkəməsinin qətnaməsi Ərizəçi doğum tarixi hisəsində dəyişdirilməli, onun doğum tarixi 10 oktyabr 1958-ci il müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.” Kolegiya qeyd edir ki, ərizəçi hazırkı tələbi ilə bağlı aşağıdakı sübutları təqdim etmişdir: 1) iki şahid ifadəsi; 2) səkkizillik Təhsil Haqqında Şəhadətnamə (attestat); 3) əmək kitabçası; İşə apellyasiya qaydasında baxılarkən ərizəçi attestat və əmək kitabçasının əslini təqdim etmiş, Məhkəmə kollegiyası tərəfindən həmin sənədlərə baxış keçirilmişdir. Səkkizillik Təhsil Haqqında Şəhadətnamənin (attestat), həm də əmək kitabçasının əsllərindən gönünür ki, Ərizəçi 01.10.1958-ci il tarixdə anadan olmuşdur. Beləliklə, məlum olur ki, öz tələbinin təmin edilməyən hissəsi, yəni 01.10.1958-ci ildə doğulması ilə bağlı, biri-digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübutlar təqdim etmişdir. Buna baxmayaraq, rayon məhkəməsi ərizəçi tərəfindən verilmiş sübutlara düzgün qiymət verməmiş, həm şahid ifadələrində, həm də Səkkizillik Təhsil Haqqında Şəhadətnamə (attestat) və həm də əmək kitabçasında Ərizəçi 01.10.1958-ci il tarixdə doğulmasını bildirilməsinə baxmayaraq, onun təvəllüdünü həmin tarixə uyğun müəyyən etməmiş, beləlikə də iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Nəticə: Göstərilənlərə əsasən hazırkı işin hallarını nəzərə alan kollegiya hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməli, qətnaməsi ərizəçinin doğum tarixinə aid hissədə dəyişdirilərək Ərizəçi 01 oktyabr 1958-ci il tarixdə doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tərəflərin məbləğinə münasib olaraq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2041/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ərizəçinin doğum tarixinə aid hissədə dəyişdirilərək, Ərizəçi 01 oktyabr 1958-ci il tarixdə doğulması faktı müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-8001/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8001/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver