Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8009/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh1nə (MMC), Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi və s.” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin Cavabdeh1 MMC, Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qərara alınmış, ilk iddia digər hissələrdə təmin edilməmiş, Cavabdeh3 İddiaçı və Cavabdeh2 qarşı “pul tələbi”nə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, tikinti-təmir işlərinin ümumi dəyəri kimi 16045 manat, malların ümumi dəyəri kimi 13650 manat olmaqla, ümumilikdə 29695 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq Cavabdeh3 ödənilməsi qərara alınmış, qarşılıqlı iddia digər hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 26 avqust 2022-ci il tarixdə həmin qətnamədən elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 26 avqust 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(001)- 242/2022 saylı qərardadından verdiyi şikayət məhkəmənin 22 noyabr 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qərardadı ilə təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında forma və məzmuna uyğun olaraq tərtib edilməməsi göstərilsə də, hansı qrafada, hansı uyğunsuzluğun olması və ya hansı qrafanın formaya uyğun olmaması qeyd olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardad ləğv edilməli, apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, apellyasiya şikayətindən göründüyü kimi, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə uyğun olaraq, həmin məcəlləyə “əlavə 2” də müəyyən edilmiş formaya uyğun qaydada tərtib edilmişdir. Buna görə də, kollegiya hesab edir ki, apellyasiya şikayətini qaytarmaqla, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qərardadı ləğv edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(001)242/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8009/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8009/2022
16.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver