Məhkəmə qərarları › İş №2(103)-8017/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8017/2020

27.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8017/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3654/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəmə müraciət edərək, övladları – xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 ilə birlikdə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 47A saylı evin 10 saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə nikaha daxil olmaqla ailə qurmuş və cehiz əşyaları ilə birlikdə xx.xx.1979-cu il tarixli, 149236 nömrəli orderlə qaynatası X1 verilmiş Bakı şəhəri, Xətai rayonıı, Gəncə prospekti, 47A saylı evin 10 saylı mənzilinə gəlin köçmüşdür. Cavabdehlə birgə nikahlarından xx.xx.2005-ci il tarixdə X4, xx.xx.2009cu il tarixdə X3 anadan olmuşlar. xx.xx.2005-ci il tarixdə qaynatası vəfat etdikdən sonra, sözügedən mənzil xx.xx.2006-cı il tarixdə keçmış həyat yoldaşı Cavabdeh mülkiyyətinə keçmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4426/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqların onun yanında saxlanılması qət edilmişdir. xx.xx.2019-cu il tarixdə evdən qovulduqdan sonra bir müddət övladları ilə birlikdə atasına məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2 saylı evin 140 saylı, 2 otaqdan ibarət mənzilində yaşamış, yaşayış sahəsi çox kiçik olduğundan sözügedən mənzili tərk etmək məcburiyyətində qalmışdır. Hal-hahırda yaşamağa yeri olmadığına görə 2 övladı ilə müvəqqəti olaraq kirayələdiyi evdə yaşayırlar. Bu səbəblərdən də, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3654/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, İddiaçı övladları – xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 47A saylı evin 10 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3654/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X8 oğlu iddiadan imtinanın qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3654/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3654/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar