Məhkəmə qərarları › İş №2(103)-802/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-802/2025

25.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-802/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2470/2024 nömrəli 19 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səbuhi Orucov küçəsi (keçmiş 3-cü Mədən küçəsi), giriş 93 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2470/2024 nömrəli 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı övladları xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səbuhi Orucov küçəsi (keçmiş 3-cü Mədən küçəsi), giriş 93-də yerləşən 1 qonaq otağı, 3 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün 7 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən mülki işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Belə ki, iş üzrə Cavabdeh2 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(010)-2470/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hazırki məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(010)-2470/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(010)- 2470/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 dekabr 2024-cü il tarixli 2(103)-5916/2024 saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi şikayətinə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar