Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8025/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 BOKT ASC-yə qarşı (Sumqayıt şəhəri üzrə İcra İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1808/2021 saylı, 20.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair "xxxx" MMC tərəfindən 30 avqust 2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 56/01 nömrəli protokolun etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq Çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(005)-3284/2018 saylı Laçın Rayon Məhkəməsinin 2(047)- 1098/2016 saylı 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 BOKT ASCnin iddia tələbi qismən təmin edilmiş, Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızından Cavabdeh1 BOKT ASC-nin xeyrinə 29525.80 ABŞ dolları kredit borcu, 4197.80 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 34.223.60 ABŞ dollarının, həmçinin iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun ödənilməsi, tutma cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka yönəldilməsi, qeyd edilən mənzilin ilkin satış qiyməti 50.000 manat müəyyən edilmiş; əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitini hesabına X2 Cavabdeh1 BOKT ASC-yə ödənilməsi, mənzil satıldıqdan sonra 1 ay ərzində ilkin iddia üzrə cavabdehlər tərəfindən boşaldılması və sair qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün aidiyyatı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra İdarəsi tərəfindən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-yə ona məxsus olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın hərrac vasitəsi ilə satılması üçün şifariş verilmişdir. Mənzilin ilkin satış qiyməti 50.000 manat müəyyən edilmişdir. Bundan sonra tərəfindən Cavabdeh1 BOKT ASC-yə müraciət olunaraq, işin icra orqanından kənar həll edilməsi xahiş edilmişdir. Şirkətin məsul əməkdaşı bizi qəbul edərək bildirdi ki, müəyyən qədər ödəniş edin ki, işin icra orqanından kənar həll edilməsi mümkün olsun. Razılaşmaya əsasən tərəfindən ayrı-ayrı vaxtlarda cəmi 4064 ABŞ dolları məbləğində pul “Finoko" BOKT ASC-yə ödənilmişdir. Lakin, bir neçə gün öncə əldə etdiyim şifahi məlumata əsasən məlum olmuşdur ki, Laçın Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi icraya yönəldilmişdir. İcraya yönəldikdən sonra isə ona məxsus ünvan 2 ünvanda yerləşən mənzil keçirilmiş hərraclarda satılmadığı üçün ipoteka saxlayan olan Cavabdeh1 BOKT ASCyə təklif edilmişdir. Keçirilən hərracların vaxtı və yeri barədə məlumatım olmadığı üçün hərracda iştirak edə bilməmişdir. Nəticədə ona məxsus əmlak dəyər-dəyməzə özgəninkiləşdirilmişdir. Məlumdur ki, qanunvericilik tələblərinə uyğun olaraq ipoteka qoyan olaraq keçirilən hərracın keçirilməsi vaxtı barədə ona rəsmi məlumat verilməli idi. Bununla bağlı tərəfindən cavabdeh "xxxx" MMC-yə müraciət edilsə də, onlar müxtəlif bəhanələr gətirərək, gah bildirişi qeydiyyatda olduğu, gah da faktiki yaşadığı ünvana göndərdiklərini bildirmişlər. Ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə dair keçirilən hərraclarla bağlı rəsmi məlumatı olmamışdır. Göründüyü kimi hərrac qanunsuz olaraq təşkil edilib və bu səbəbdən də ləğv edilməlidir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir.
3. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-1808/2021saylı, 20.05.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 BOKT ASC-yə qarşı (Sumqayıt şəhəri üzrə İcra İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.( sədrlik edən: Aytən Novruzova)
4. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1808/2021saylı, 20.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün aidiyyalı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra İdarəsi tərəfindən "xxxx" MMC-yə mənə məxsus olan ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın hərrac vasitəsi ilə satılması üçün şifariş verilmişdir. Mənzilin ilkin satış qiyməti 50.000 manat müəyyən edilmişdir. Bundan sonra iddiaçı "xxxx" BOKT ASC-yə müraciət edərək, işin icra orqanından kənar həll edilməsi xahiş etmişdir. Şirkətin məsul əməkdaşı K.Mirzəyiyevi qəbul edərək bildirmişdir ki, müəyyən qədər ödəniş etsin ki, işin icra qurumundan kənar həll edilməsi mümkün olsun. Şifahi razılaşma şərtlərinə uyğun olaraq tərəfimdən ayrı-ayrı vaxtlarda 4064 ABŞ dolları məbləğindən çox vəsait Finoko" BOKT ASC- yə ödənilmişdir. Lakin, bir müddət sonra məlum olmuşdur ki, Laçın rayon Məhkəməsinin qeyd edilən qətnaməsi icraya yönəldilmişdir. İcraya yönəldikdən sonra isə iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən mənzil keçirilmiş hərraclarda satılmadığı üçün dəyər-dəyməzə Finoko" BOK'f AS( - nin balansına keçmişdir. Həmçinin bildirmişdir ki, keçirilən hərracların nə vaxtı və yeri barədə məlumatım olmamışdır. Bunun üçün də hərracda iştirak edə bilməmişdir. Nəticədə İddiaçı məxsus əmlak dəyər-dəyməzə özgəninkiləşdirilmişdir.
6. İddiaçı məhkəmənin dəftərxana vasitəsilə teleqram vuraraq, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını başqa tarixə təxirə salınmasını xahiş etmişdir.
7. Cavabdehlərə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Sübutların tədqiqi:
8. Laçın rayon məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(047)-1098/2016 saylı qətnaməsi ilə ilkin iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdehlər Bəyiərova (Mirzəliyeva) Əfsanə Kamran qızına və İddiaçı qarşı kredit öhdəliyi üzrə pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılmasına dair ilkin, qarşılıqlı iddiaçılar Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızının və İddiaçı Cavabdeh1 BOKT ASC-nə qarşı kredit müqaviləsinin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinə dair iddiaları qismən təmin edilərək ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızından əsas borc üzrə 29525,80 ABŞ dolları, faiz borcu üzrə 4197,80 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 34,223.60 (otuz dörd min iki yüz iyirmi üç ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının ABŞ dolları məzənnə kursuna uyğun borcun və ödənilmiş 31 (otuz bir) ABŞ dolları məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh1 BOKT ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, qeyd edilən mənzilin ilkin satış qiymətinin 50000 (əlli min) ABŞ dolları müəyyən edilməklə həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına hazırkı qətnamə ilə tutulan borcun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin ipoteka qoyan İddiaçı qaytarılması, mənzil satıldıqdan sonra 1 (bir) ay ərzində qarşılıqlı iddiaçılar Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızı və İddiaçı həmin mənzildən çıxarılmaları qət edilmişdir. İlkin iddia tələbi qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək Cavabdeh1 BOKT ASC ilə Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızı arasında 12 sentyabr 2015-ci il tarixdə bağlanmış 2015/00187-01 saylı istehlak krediti müqaviləsi ləğv edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir;
9. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-810/2017 saylı, 20.09.2017-ci il tarixli qətnaməsinin surətinə əsasən ilkin iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdehler Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızına və İddiaçı qarşı kredit öhdəliyi üzrə pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq nərracda satılmasına dair ilkin, qarşılıqlı iddiaçılar Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızının və İddiaçı Cavabdeh1 BOKT ASC-nə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair 2(047)-1098/2016 saylı mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli qətnaməsindən qarşılıqlı iddiaçılar X4, İddiaçı və onun nümayəndəsi, X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Laçın rayon məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(047)-1098/2016 saylı qətnaməsi 4197,80 ABŞ dolları faiz borcunun cavabdeh X1 tutulması hissəsində dəyişdirilərək faiz borcu 4168,80 ABŞ dolları müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2018-ci il tarixli, 2(102)-843/2018 saylı qərarının surətindən görünür ki, cavabdehlər Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızı və İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-810/2017 nömrəli iş üzrə 20 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
11. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 30.08.2019-cu il tarixli müqavilənin surətinə əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzil Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: "xxxx" MMC tərəfindən tələbkar Cavabdeh1 BOKT Açıq Səhmdar Cəmiyyətinə (etibarnamə əsasında nümayəndəsi X8) 31875,00 manata satılmışdır. Hüquqi dəyərləndirmə:
12. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
13. Cavabdeh1 BOKT ASC-nin İddiaçı və X3 və məlumat üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 16.08.2019-cu il tarixli, 01/2861 saylı təklifin surətinə (i.v 38) əsasən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 99/6 saylı, 11.06.2019- cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Sumqayıt ş. 5-ci mkr. ev 22/136 mənzil 8-in təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 16.08.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir.
14. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 31875.00 (otuz bir min səkkiz yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunur.
15. “İpoteka Haqqında” qanunun 43.7, 43.8 -ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur.
16. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13 ,150.3-1 həmçinin 220.8, 220.8.1 maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir;
17. Cavabdeh1 BOKT ASC-nin İddiaçı və X3 ünvanlanmış 08.07.2019-cu il tarixli məktubun surətində “Nəsimi rayon Məhkəməsinin 2(006)-3075/2018 saylı, 08 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı və X2 mülkiyyətlərində olan Sumqayıt şəhəri, 5-ci mkr. ünvanında yerləşən 22/136 saylı evin, 8 saylı mənzil Sumqayıt şəhər Üzrə İcra İdarəsinin sifariş məktubuna əsasən 50000 manata “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-də satışa çıxarılmışdır. Hərrac 29.07.2019-cu il tarixdə saat 11:00-da, ünvan 10 ünvanında keçiriləcəkdir. Təklif edilmişdir ki, hərrac baş tutmamışdan əvvəl təşkilata olan borclarını tam olaraq ödənilməsi” qeyd olunmuşdur;
18. Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 28.06.2019-cu tarixli, 01/2328 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən, ipoteka predmetini təşkil edən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzilin ilkin satış qiyməti 50.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2500 manat olmaqla hərraca çıxarılması və hərracın 29 iyul 2019-cu il tarixdə saat 11:00-da ünvan 11 ünvanında keçiriləcəyi barədə X3, İddiaçı və məlumat üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir.
19. Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 12.07.2019-cu tarixli, 01/2484 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzilin ilkin satış qiyməti 50.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2500 manat olmaqla hərraca çıxarılması və hərracın 29 iyul 2019-cu il tarixdə saat 11:00-da ünvan 11 ünvanında keçiriləcəyi barədə X3, İddiaçı və məlumat üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir.
20. Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 02.08.2019-cu tarixli, 01/2713 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzilin ilkin satış qiyməti 50.000- 15%=42.500 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2125 manat olmaqla hərraca çıxarılması və hərracın 29 iyul 2019-cu il tarixdə saat 11:00- da ünvan 11 ünvanında keçiriləcəyi barədə X3, İddiaçı və məlumat üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir.
21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 41.55 kv.m olan Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzili xüsusi mülkiyyət hüququ kimi «Cavabdeh1 BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 13.12.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
22. Hərracın yekunları barədə 30.08.2019-cu-ci il tarixli, 56/01 nömrəli protokolunun surətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-810/2017 saylı, 20.09.2017-ci il tarixli icra vərəqəsinin, Sumqayıt şəhəri üzrə icra İdarəsinin 99/6 saylı, 11.06.2019-cu il tarixli sifariş məktubunun və Cavabdeh1 BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 50.000 (əlli min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 42500,00 (qırx iki min beş yüz) manat olan İddiaçı mülkiyyətindəki Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzili 31875,00 manata ipoteka saxlayan Cavabdeh1 BOKT ASCnin etibarnamə üzrə nümayəndəsi X8 əldə etmişdir.
23. AR Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri sektoru tərəfindən verilmiş 05.02.2021-ci il tarixli arayışa əsasən İddiaçı məcburi köçkündür.
24. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-810/2017 saylı, 20.09.2017-ci il tarixli icra vərəqəsinin, Sumqayıt şəhəri üzrə icra İdarəsinin 99/6 saylı, 11.06.2019-cu il tarixli sifariş məktubunun və Cavabdeh1 BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzilə dair açıq hərrac keçirilmiş və bu barədə iddiaçıya bildirişlər göndərilmiş, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzilin ilkin satış qiyməti 50.000 manat olmaqla müəyyən edilmiş, ipoteka predmeti olan mənzili tələbkar Cavabdeh1 BOKT Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X8 əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, onun faktiki yaşayış yerinə bildiriş göndərilmədiyini, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsi, habelə mənzilin qiymətləndirilməsinin obyektiv olmadığını, yenidən qiymətləndirilməli olmasını tələb edir. Cavabdeh tərəf hərracla bağlı sənədləri məhkəməyə təqdim etmiş, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
26. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.Qeyd edilən Məcəllənin 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
27. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir.
28. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.
29. “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
30. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir.
31. Apellyasiya şikayətində qeyd edilən hərracın iddiaçıdan xəbərsiz keçirilməsi fikrinə kollegiya münasibət bildirərək qeyd edir ki, iş materiallarından da görünür ki, hərracın keçirilməsinin yeri və vaxtı barədə iddiaçıya məlumat verilmişdir.
32. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar dərc edilmişdir.
33. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.
34. Kollegiya F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
35. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
36. Beləliklə, göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir.
37. Məhkəmə kollegiyası onu da vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir.
38. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilmiş və həmin ünvandan qəbul edilmişdir.
39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Qeyd edilən Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamışdır.Odur ki, kollegiya hazırki mübahisə üzrə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
43. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
44. Məhkəmə Kollegiyası sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1808/2021saylı, 20.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.