Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8037/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 Xidməti cəlb olunmaqla Cavabdehinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehinin hüquqi varisi “İnnovasiya və X11” X16 nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4741/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Cavabdehi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020ci il tarixli, 42 nömrəli əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdehinin X9 şöbəsinin sürücüsü vəzifəsinə təyin edilmişdir. Müqavilə birinci ay sınaq müddəti olmaqla xx.xx.2020-ci il tarixədək bağlanmışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
2. İş materiallarında olan X7 Resursları şöbəsinin müdiri tərəfindən tərtib edilmiş və Hüquq şöbəsi və İnzibati İdarəetmə şöbəsinin aparıcı mütəxəssisi tərəfindən təsdiq edilmiş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlara əsasən həmin tarixlərdə saat 09:10-da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində İddiaçı iş yerində olmadığı müəyyən edilmişdir. Həmin tarixlərdə saat 11:00-da, 14:05-də və 17:45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş gününün sonuna kimi iş yerində olmaması təsbit edilmişdir.
3. İş materiallarında olan eyni məzmunlu xx.xx.2022-ci il tarixli akta əsasən xx.xx.2022-ci il tarixdə saat 09:10-da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində İddiaçı iş yerində olmadığı müəyyən edilmişdir. Qeyd edilən halın cari ilin 01 iyun tarixindən baş verdiyi nəzərə alınaraq işdə olmamasının səbəblərinin aydınlaşdırılması məqsədilə İddiaçıla (050)-5960948 telefon nömrəsi ilə bir daha əlaqə saxlanılmışdır. Telefon danışığının nıticəsi olaraq İddiaçı həmin gün saat 12:00-13:00 radələrində iş yerinə gəlmiş, işdə olmadığı müddətlərdə tərtib edilmiş aktlarla tanış olmuşdur. Ona işdə olmadığı günlərin üzrlü səbəblərdən baş verdiyi halda təsdiq edən sənədin təqdim edilməsi təklif edilmiş, lakin o üzrlü səbəbinin olmadığını bildirmişdir. Belə olan halda ondan yazılı verilməsi tələb edilmiş, lakin o, yazılı izahat verməyəcəyini bildirmişdir. Həmin gün saat 14:00-da və 17:45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş gününün sonuna kimi iş yerində olmaması müəyyən edilmişdir.
4. İş materiallarında olan X2 İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı iclasının protokolundan çıxarışın surətinə əsasən İnnovasiyalar Agentliyinin təsviyəçisinin 3-D nömrəli, xx.xx.2022-ci il tarixli təqdimatına əsasən X1 İnzibati idarəetmə şöbəsinin sürücüsü İddiaçı heç bir üzrlü səbəb olmadan 01, 02, 03, 06 və 07 iyun tarixlərində işə gəlməməsini və bunun müvafiq aktlarla təsdiq edildiyini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə müsbət rəy verilmişdir.
5. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, 76/İR əmrə əsasən Cavabdehinin X9 şöbəsinin sürücüsü vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə ğhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir və işçiyə son haqq-hesabın ödənilməsi əmr edilmişdir.
6. İş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ə-187/21 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin 1.2-ci bəndinə əsasən X5 Hüquqi Şəxsinin yenidə təşkilinin həyata keçirilməsi ilə əlaqədar onların dövlət qeydiyyatının ləğv edilməsindən irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə Elmin Məmmədov, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının Hüququ şöbəsinin müdiri təsviyəçi olaraq təyin edilmişdir.
7. İş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ə-187/21 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli, Ə- 41/22 nömrəli əmrinə əsasən Ə-187/21 nömrəli, xx.xx.2021-ci il tarixli əmrin 1.2-ci bəndində “Elmin Məmmədov, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının Hüququ şöbəsinin müdiri” səzləri “İnarə Vəliyeva, "xxxx" MMC-nin İdarə Heyətinin üzvü” sözləri ilə əvəz edilmişdir.
8. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən Cavabdehinin qanuni təmsilçisi X12r.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdehinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdehinin 76/İR nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, iş yerinə bərpa olunması, habelə iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi və ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 13 yanvar 2020-ci il tarixdən etibarən İnnovasiyalar Agentliyində sürücü vəzifəsində işləmişdir. O, işlədiyi dövrdə vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmiş və barəsində heç bir intizam və digər tədbirlər görülməmişdir. O, sürücü olduğu üçün daim müxtəlif yerlərə getmiş və lazımi əmrləri yerinə yetirmişdir. Lakin, heç bir əsas olmadan İnnovasiyalar Agentliyinin təsviyəçisi İnarə Vəliyevanın xx.xx.2022-ci il tarixli, 76/İR nömrəli əmri ilə “İddiaçı guya 2022-ci ilin iyun ayının 01, 02, 03, 06 və 07 günlərində heç bir üzrlü səbəb göstərmədən bütün iş günü işə gəlməməsi” əsas gətirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən o, vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Həmin əmr işçinin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, şəxs sürücü olduğu və vəzifə səlahiyyətlərini qanunvericiliyə əsasən yerinə yetirdiyi halda, barəsində xəbəri olmadan belə bir əmr verilməsi həm qanunsuz, həm də ədalətsiz olmuşdur. Həmçinin, bildirmək istəyir ki, həmin əmrin verildiyi 14 iyun 2022-ci il tarixdə təsviyəçi İnarə Vəliyevanın belə bir əmr vermək səlahiyyəti olmamışdır. O, öz vəzifə səlahiyyətlərini aşaraq qanunsuz əmr qəbul etmişdir. Buna görə də həmin əmr məhkəmə qaydasında ləğv edilməli və işçi öz iş yerinə bərpa edilməlidir. Həmçinin hesab edir ki, X2 İttifaqı Komitəsinin razılığı qanuni olmamışdır və onlar bu razılığı verərkən şəxsi dindirməmiş, işin hallarını araşdırmamış və müvafiq hərəkətlər etməmişlər. Əlavə olaraq qeyd etmək istəyir ki, əgər hətta cavabdeh orqanın qanuni əmr verdiyini düşündü halda belə, şəxsin 01 iyun tarixindən 07 iyun tarixə qədər işə gəlmədiyi halda niyə məhz 14 iyun tarixində işdən azad edilmə barədə əmr imzalandığı da sual doğurur. Belə olan halda şəxs ilə olan əmək müqaviləsi 07 iyun tarixdə ləğv edilməli idi. Lakin, 7 gün sonra belə bir əmrin verilməsi həmin əmrin qanuni olmamasını göstərir. Suala cavab olaraq bildirir ki, iddiaçının işdə olması ilə bağlı şahid dəvət edə bilər. Yol vərəqəsinin olmasından məlumatı yoxdur, amma yol vərəqəsi aylıq verilir, ola bilər onlar yol vərəqəsini verməmişlər. Sürücüyə əgər tapşırıq verilmirsə, sürücü gözləyir. Sürücüyə hansı tapşırıq verilirsə onu yerinə yetirir. Ola bilər ki, sürücü həyətdə gözləsin, ola bilər kənarda gözləsin, ola bilər başqa binada gözləsin. Əmək müqaviləsi iddiaçıda yoxdur, işəgötürən iddiaçıya verməmişdir. İddiaçı ona görə işə bərpa olunmalıdır ki, aktlardan iddiaçının xəbəri olmamış və ona bildirilməmişdir, həmçinin Həmkarlar İttifaqı bununla bağlı heç bir fəaliyyət aparmamışdır. Protokoldan da görünür ki, çox sadə aparılmışdır, iddiaçı və ya onun nümayəndəsi dəvət olunmamışdır, iclas qısa şəkildə olmuş və ancaq öz nümayəndələrindən ibarət olmuşdur. Həmçinin, İnnovasiyalar Agentiyinin sədrini nizamnamənin 4.3-cü bəndinə əsasən AR Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin 8-ci maddədə göstərilir ki, Agentliyin ləğvi və yenidən təşkilini AR Prezidenti həyata keçirə bilər. Tural Kərimli AR Prezidenti tərəfindən vəzifəyə təyin olunsa da, onun vəzifədən azad edilməsi ilə bağlı hansısa sərəncam yoxdur. Ona görə hesab edir ki, o, vəzifəsini qanuni olaraq həyata keçirir. Əgər idarə heyətinin sədri vəzifəsindən azad edilməyibsə, təsviyəçinin də belə bir əmr vermək səlahiyyəti yox idi. Böyükbəy də birbaşa idarə heyətinin sədri Tural Kərimlinin sürücüsü olduğu üçün birbaşa ona tabe idi və onun əmrlərini yerinə yetirmişdir.
11. Cavabdehi xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4741/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddianın rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1, 70-ci maddəsini “ç” bəndi, 71.2, 71.3, 80-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsinin də qeyd etdiyi kimi, X4 Heyətinin sədri Tural Kərimlinin işdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı olmasa da, məhkəmə bu hala düzgün qiymət verməmişdir. Belə ki, heç bir əsas olmadan İnnovasiyalar Agentliyinin təsviyəçisi İnarə Vəliyevanın xx.xx.2022-ci il tarixli, 76/İR nömrəli əmri ilə “İddiaçı guya 2022-ci ilin iyun ayının 01, 02, 03, 06 və 07 günlərində heç bir üzrlü səbəb göstərmədən bütün iş günü işə gəlməməsi” əsas gətirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onu vəzifədən azad etmişdir. Halbuki, təsviyəçi İnarə Vəliyevanın xx.xx.2022-ci il tarixli əmri imzalamaq səlahiyyətinin olmamışdır, çünki onu həmin vəzifəyə sadəcə Azərbaycan Respublikasının Prezidenti təyin edə bilərdi. Məhkəmə qətnamə qəbul edərkən öz mövqeyini sübut edə bilməmişdir. Belə ki, İnnovasiyalar Agentliyinin təsviyəçisi İnarə Vəliyevanın xx.xx.2022-ci il tarixində belə bir əmr vermək səlahiyyəti olmasa da, məhkəmə tərəfindən bu hala düzgün qiymət verilməmiş və əmr qanuni sayılmışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi X4 Heyətinin sədri Tural Kərimlinin işdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentininsərəncamı hal-hazırkı günədək yoxdur. Sürücü İddiaçı isə məhz onun sürücüsü olduğu üçün həmin tarixlərdə iş yerində olmuşdur. Həmçinin, X4 Heyətinin sədri X19 Rayon Məhkəməsinin qətnaməsinə əsasən iş yerinə bərpa olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən Cavabdehinin hüquqi varisi “İnnovasiya və X11” X16 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə Cavabdehi və "xxxx" QSC-nin birləşməsi nəticəsində edilmiş və “İnnovasiya və X11” X21 yaradılmışdır.
18. Məhkəmənin 21 dekabr 2022-ci il tarixli protokol qərardadı ilə Cavabdehi, hüquqi varisi “İnnovasiya və X11” X21 ilə əvəz edilmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X10 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
20. Maddə 45.1 əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
21. Maddə 70. “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.
22. Maddə 71.2 bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
23. Maddə 71.3 işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
24. Maddə 80 bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4741/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbinin ilk öncə qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. İddiaçı mübahisə predmeti olan əmri imzalayan İnarə Vəliyevanın belə bir əmr vermək səlahiyyəti olmadığını əsas gətirərək onunla cavabdeh arasında bağlanan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu bildirir və cavabdehin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinin etibarsız hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsini xahiş edir.
36. Cavabdeh isə iddia ərizəsinə etiraz verərək iddianın əsassız olduğunu bildirir və rədd olunmasını xahiş edir.
37. İşin müəyyən olunan halları odur ki, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə müddətli – xx.xx.2020-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdehinin X9 şöbəsinin sürücüsü vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsinin müddəti bitmiş, lakin əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixə uzadılmış, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyindən müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyindən müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyindən müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyindən müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İşçinin iş vaxtı iş yerində olmaması barədə 01, 02, 03, 06 və 07 iyun tarixlərdə aktlar tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tarixdə vəzifədən azad edilmişdir. İşdən azad edilərkən işçiyə son haqq-hesab ödənilmişdir.
38. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır.
39. Belə ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində təsviyəçi İnarə Vəliyevanın xx.xx.2022-ci il tarixli əmri imzalamaq səlahiyyətinin olmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli əmr imzalanarkən İnarə Vəliyevanın buna səlahiyyəti olmuşdur.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının işdən azad olunması qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Belə ki, iddiaçının iş vaxtı iş yerində olmaması barədə aktlar tərtib edilmiş və aktda işçinin gəlib aktlarla tanış olması qeyd edilmişdir. İddiaçı isə sözügedən tarixlərdə işdə olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin işçinin işdən azad edilməsi barədə Həmkarlar İttifaqı Komitəsinin rəyi də nəzərə alınmışdır.
41. Bundan əlavə, qeyd edilməlidir ki, bir idarənin sürücüsünün günlərlə işə gəlməməsinin işin normal ahənginin pozulmasına səbəb olur.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4741/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.