Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8054/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “xxxxxxxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5376/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “xxxxxxxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsilə məhkəməyə müraciət edərək buna görə məhkəmədən 3970.8 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ilin iyun ayında “Mercedes Benz minik” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almışdır. O, qeyd edilən nəqliyyat vasitəsini aldığı zaman nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinə əsasən həmin nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində idi. Həmçinin nəqliyyat vasitəsi həmin vaxt girovda olmuşdur. Cavabdeh həmin nəqliyyat vasitəsini xx xxxx 2013-cü il tarixli 121/A №-li kredit müqaviləsi əsasında "xxxxxxxxx“ ASC tərəfindən verilmiş kredit əsasında satın almışdır. Müqavilənin şərtlərinə əsasən "xxxxxxxxx" ASC illik 23% olmaqla 36 (otuz altı) ay müddətinə cavabdehə 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində kredit vemişdir. Lakin cavabdeh krediti ödəyə bilmədiyi üçün əvvəlcə həmin nəqliyyat vasitəsini qalan kredit məbləğini ödəmək şərtilə X1. X3 qeyd edilən nəqliyyat vasitəsi üçün satın aldığı ana qədər cavabdeh tərəfindən ona ödənilmiş məbləği cavabdehə ödəmişdir. Sonradan isə İddiaçı qeyd edilən nəqliyyat vasitəsini qalan kredit məbləğini ödəmək şərti X2 almış və qalan kredit məbləğini tam şəkildə "xxxxxxxxx” ASC-yə ödəmişdir. Kreditin ödənişini tam şəkildə icra etdikdən sonra qeyd edilən nəqliyyat vasitəsini əvvəlcə xalası oğlu X7, sonra isə qardaşı X4 mülkiyyətinə keçirmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən vətəndaşlara kompensasiya ödənilməsi məsələsi meydana çıxanda xx xxxxx 2019-cu il tarixində yazılı şəkildə “xxxxxxxxx” ASC-yə müraciət edərək kreditin cavabdeh deyil, onun tərəfindən ödənilməsinin nəzərə alınmasını və məlum fərman ilə ödənilməli olan kompensasiya məbləğinin ona ödənilməsini xahiş etmişdir. Lakin "xxxxxxxxx” ASC onun məktubunu nəzərə almamışdır. Bundan istifadə edən cavabdeh isə “xxxxxxxxx” ASC-yə müraciət edərək 3970,8 (üç min doqquz yüz yetmiş manat səksən qəpik) manat məbləğində kompensasiya məbləğini almışdır. Bununla da cavabdeh kredit məbləğini ödəmədiyi və ona ödənilməli olmadığı halda hesablanmış kompensasiya məbləğini almaqla əsassız olaraq varlanmışdır. Bu isə onun hüquqlarının kobud şəkildə pozulmasından başqa bir şey deyil. Qeyd edilən səbəbdən o, yaranmış problemin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5376/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 3970.8 (üç min doqquz yüz yetmiş manat, səksən qəpik) manatın məbləğində pul tutulub İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Onun bank tərəfindən ödənilən kompensasiyadan ilk vaxtlar xəbəri olmamış, ona keçmiş əri Rüfət İbişov zəng edib bankdan pul götürmək lazım olduğunu bildirmiş, o da banka gedərək kartı götürmüş və pulu keçmiş ərinə göndərmək üçün kartdan çıxarmışdır. X15 aliment borcu olaraq ona 1870 manat vermiş və qalan 2100 manatın ona poçt vasitəsilə göndərməsini xahiş etmiş, o da pulu göndərmişdir. Buna görə də hesab edir ki, məhkəmənin qərarı əsassızdır, pul ondan deyil, keçmiş əri olan Rüfət İbişovdan tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxxxxxxx“ ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 121/A №-li kredit müqaviləsindən görünür ki, "xxxxxxxxx“ ASC tərəfindən Cavabdeh illik 23% olmaqla 36 (otuz altı) ay müddətinə 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı müxtəlif vaxtlarda xx xxxx 2014-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixədək mütəmadi olaraq Cavabdeh kredit borcu üçün "xxxxxxxxx“ ASC-yə ümumilikdə 9846 ABŞ dolları məbləğində pul ödəmişdir. İşdə olan İddiaçı müraciətindən görünür ki, xx.xx.2013-cü il tarixdə "xxxxxxxxx“ ASC ilə Cavabdeh 121/A saylı dəyəri 14600 ABŞ dolları məbləğində olan kredit müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin predmetinin dəyəri 23000 ABŞ dolları olan nəqliyyat vasitəsi olmuşdur ki, bu nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə mülki etibarnamə ilə ona- İddiaçı tam olaraq, sərəncamına verilmişdir və kredit borcu üzrə öhdəlik ona ötürülmüşdür. xx.xx.2014-cü il tarixdən kredit üzrə aylıq ödəniləsi borclar vaxtında və vaxtından əvvəl olmaqla tam şəkildə onun tərəfindən ödənilmişdir. Ödəniş qəbzləri bunu sübut edir və əlavə olunur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019- cu il tarixli Fərmanını əsas götürıərək xarici valyuta ilə artıq ödənilmiş məbləğin İddiaçı verilməsinə köməklik edilməsi xahiş edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli "xxxxxxxxx“ ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Cavabdeh "xxxxxxxxx“ ASC tərəfindən xx.xx.2019-cu il tarixdə 3970.79 manat məbləğində kompensasiya ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq, borclu Cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxxxxxxx“ ASC-nin Nəsimi filialı tərəfindən (xx xxxx 2013-cü il tarixli 121/A №-li kredit müqaviləsinə əsasən) 3970.79 manat məbləğində kompensasiya ödənilmişdir. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 Cavabdeh adından X8 daşınmaz əmlak istisna olmaqla ümumi etibarnamə vermişdir. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, X10 Cavabdeh adından İddiaçı daşınmaz əmlak istisna olmaqla ümumi etibarnamə vermişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindiridiyi X10 ifadəsində bildirmişdir ki, o, xx.xx.2014-cü il tarixli etibarnamə əsasında Cavabdeh məxsus “Mercedes Benz minik” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. O, həmin avtomobili öz avtomobili ilə dəyişmişdir. Daha sonra o, həmin avtomobili təxminən 5560 ABŞ dollarına İddiaçı Cavabdeh adından ümumi etibarnamə əsasında satmışdır. Sonradan Emil avtomobilin banka qalan 9846 ABŞ dolları borcunu ödəmişdir. İşin mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, Cavabdeh xx xxxx 2013-cü il tarixli 121/A №-li kredit müqaviləsinə əsasən "xxxxxxxxx“ ASC-dən 23% olmaqla 36 (otuz altı) ay müddətinə aldığı 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində kreditin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təsiri altına düşən 9846 ABŞ dolları hissəsi məhz İddiaçı tərəfindən banka ödənilmişdir. Birinci instansiya məhkəməsi məhz qeyd olunan halları əsas götürməklə iddiaçının iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənətlə ümumən razılaşaraq qeyd edir ki, cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları kontekstində qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 431.1-ci və 431.3-cü maddələrinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X5 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, Cavabdeh xx xxxx 2013-cü il tarixli 121/A №-li kredit müqaviləsinə əsasən "xxxxxxxxx“ ASC-dən 23% olmaqla 36 (otuz altı) ay müddətinə aldığı 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində kreditin yuxarıda qeyd olunan Fərmanın təsiri altına düşən 9846 ABŞ dolları hissəsi məhz İddiaçı tərəfindən banka ödənilmişdir. Qeyd olunan hal iş materiallarında olan ödəniş qəbzi ilə tam təsdiq olunur. Belə olan təqdirdə iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ üçün dövlət tərəfindən verilən 3970.79 manat məbləğində kompensasiyanı almaqla Cavabdeh İddiaçı hesabına əsassız olaraq varlamışdır. Bununla əlaqədar kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində kompensiya məbləğini keçmiş əri olan Rüfət İbişova verdiyini və həmin məbləğin onun tələb edilməli olduğunu bildirsə də, bununla bağlı mötəbər sübut təqdim etməmişdir; hansı ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi, lakin onun məhkəmə iclasına gəlmədiyi aydın olur – məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməməyin məsuliyyətini cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5376/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. . Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8054/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8054/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver