Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8057/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qaçqınların və X1 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “cavabdehin və əşyalarının mənzilindən çıxarılması və mənzilin ona təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(006)-2888/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin mənzildən istifadə etməsinə xitam verilməsi, əşyaların oradan çıxarılması və mənzilin ona təhvil verilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov 184 saylı binada ona məxsus mənzildən istifadə etmək hüququna xitam verilməsi, əşyaların oradan çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qanunvericiliyə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Qaçqınların və X1 üzrə Dövlət Komitəsi mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini dəqiqləşdirmiş, cavabdehin və əşyalarının mənzilindən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(006)- 2888/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Cavabdehin apellyasiya şikayəti onun vəkili Nümayəndə tərəfindən tərtib edilərək imzalanmış, apellyasiya şikayətinə vəkil orderi əlavə edilmiş, lakin səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Bundan əlavə apellyasiya şikayətinin bir hissəsi latın, digər hissəsi isə kiril əlifbasında tərtib edilmişdir. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(006)- 2888/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8057/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8057/2022
05.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver