Məhkəmə qərarları › İş №2(103)-8058/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8058/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8058/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «borcludan pul vəsaitinin tutulması” tələbi barədə iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli 2(008)- 5208/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 229.585 avro borcun tutulması və ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin noyabr ayında cavabdeh X3 ona zəng edərək həbs olunduğunu bildirib onunla görüşməsini xahiş etmişdir. Görüş zamanı iddiaçı ona bildirmişdir ki, dövlət müəssisəsi ilə müqaviləsi olduğu üçün həmin dövlət müəssəsinin sifarişi əsasında onları zəruri avadanlıq və texnika ilə təchiz etməlidir. Lakin verilmiş sifarişləri vaxtında təmin edə bilmədiyi üçün sifarişçi tərəfindən hüquq mühafizə orqanlarına şikayət edilib və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən 3 aylıq həbs qətimkan tədbiri seçilmişdir. Bu problemin həll olunmasında köməklik göstərməyi ondan dönə-dönə xahiş etmişdir. O, bu məsələni araşdırdıqdan sonra köməklik göstərəcəyinə dair söz vermişdir. Görüşdən sonra cavabdehin yaranmış problemləri ilə məşğul olmuş və araşdırma nəticəsində məlum olmuşdur ki, həqiqətən dövlət müəssisəsi olan sifarişçidən külli miqdarda pul almış və həmin sifarişi vaxtında və tam icra etmədiyi üçün sifarişçi hüquq mühafizə orqanlarına şikayət etmişdir. Şikayətçinin nümayəndəsi ilə görüş zamanı məlum olmuşdur ki, onların əsas tələbi ödənilmiş pul vəsaitinin geri qaytarılmasıdır, əks təqdirdə onun azadlığa çıxması üçün şikayətlərindən imtina etməyəcəklər. O, bu haqda cavabdeh Cavabdeh məlumat vermiş və borc məbləği ödənilməsə sifarişçinin öz şikayətindən imtina etməyəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh təkidli şəkildə ondan bir nəfərdən borc götürərək sifarişçiyə olan borcunu ödəməsini xahiş edərək, azadlığa çıxan kimi borcunu qaytaracağınğ bildirmişdir. Cavabdeh N.S.X2 şəhərində kommersiya fəaliyyəti ilə məşğul olmuş və onun HUNTEGRA SİSTEMS adlı şirkəti mövcud olmuşdur. Sifarişçi ilə həmin şirkət müqavilə bağlamış və sifarşçiyə olan borc da həmin şirkət tərəfindən ödənilməli idi. N.S.Ağamalyev ondan xatiş etmişdir ki, 226.145 avro vəsaiti Budapeşt şəhərində yerləşən “MKB” Bankda olan hesabına ödənilməsini təmin etmişdir. Bundan sonra o, 03.12.2014-cü ildə Bakı şəhəri 5 saylı notariat kontorunda notarial qaydada kredit müqaviləsi bağlamış və Azərbaycan vətəndaşı X4 110.000 manat və 100.000 ABŞ dolları (həmin günün kursu ilə 184.000 avro) borc almışdır. Kredit müqaviləsinə əsasən borc məbləğini 01.03.2015-il tarixə qədər qaytarmalı idi. Elə həmin gün götürdüyü borc məbləğini Bakı şəhərində “AzəriQaz Bank”da avroya dəyişmiş və 03.12.2014-cü ildə Budapeşt şəhərinə getmişdir. 04.12.2014-cü ildə Cavabdeh Budapeşt şəhərində yerləşən, “MKB Bank”dakı **********810010 saylı avro hesabına 226.145 avro pul vəsaiti ödəmişdir. Elə həmin gün Cavabdeh Hunteqra Sistems şirkətindən 226.140 avro vəsait sifarişçinin Azərbaycan Beynəlxalq bankındakı hesabına ödənilmişdir. 05.12.2014-cü ildə Bakı şəhərinə geri qayıtmışdır. Bunu pasportunda olan möhürlər təsdiq edir. Bundan əlavə Cavabdeh xahişi ilə 11 dekabr 2014-cü ildə yenidən Budapeşt şəhərinə gedərək bank xərcləri üçün bank hesabına 500 avro və 900 avro ödəmişdir. 13 dekabr 2014-cü ildə Bakı şəhərinə geri qayıtmışdır. Cavabdeh sifarişçiyə olan borcunun böyük hissəsini ödədiyi üçün 20 dekabr 2014-cü il tarixdə azadlığa çıxmışdır. Cavabdeh azadlığa çıxdıqdan sonra ona məlum oldu ki, həmin məbləği öz firmasının hesabından sifarişçiyə ödədiyi üçün sifarişçi azadlığa çıxmasına etiraz etməmişdir. Görüş zamanı Cavabdeh qısa müddətdə borcu qaytaracağını bildirdi. Bir müddətdən sonra cavabdehin telefonuna zəng çatmadı. 2015-ci ilin yanvar ayında məlum oldu ki, Budapeşt şəhərinə getmiş və orada kommersiya fəliyyətini davam etdirməyə başlamışdır. Telefon danışıqları zamanı bildirmişdir ki, onun da kimlərdənsə alacaqları vardır və ondan alqığı borcunun ödənilməsinə çalışır. Lakin bir müddətdən sonra telefonlara cavab verməmişdir. Bu günə kimi ona olan borcunu geri qaytarmamışdır. Dəfələrlə cavabdehdən borcun qaytarılmasını xahiş etsə də, müraciətləri cavabsız qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli 2(008)- 5208/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli 2(008)-5208/2019 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qeyri-obyektiv baxmış, iddiaçının iddia müddəti ilə bağlı izahatı qətnamədə təhrif olmuş və bununla da iddia müddətinin keçdiyi qənaətinə gəlib iddia tələbini rədd etmişdir. İddiaçının cavabdeh tərəfin “iddia müddətinin tətbiqi barədə” ərizəsinə 25.09.2019-cu il tarixdə məhkəmənin dəftərxanasına təqdim etdiyi etirazdan açıq-aşkar görsənir ki, iddiaçı məhkəmə iclasında dəqiq göstərmişdir ki, cavabdeh onun telefon zənglərinə 2019-cu ilin yanvar ayından sonra cavab verməyə başlamış və bundan sonra da o cavabdehin pulu qaytarmamaq niyyətinin olduğunu başa düşüb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı həm cavabdeh tərəfin “iddia müddətinin tətbiqi barədə” ərizəsinə 25.09.2019-cu il tarixdə məhkəmənin dəftərxanasına təqdim etdiyi etirazında da göstərmiş, həm də dəfələrlə məhkəmə iclasında bildirmişdir ki, onunla cavabdeh arasında müddət müəyyən olunmamışdır. Cavabdeh ona bildirmişdir ki, o bizneslə məşğuldur və bir sıra sifarişləri vardır, həmin sifarişləri yerinə yetirib iddiaçının pulunu qaytaracaqdır. Lakin nə vaxt, konkret olaraq hansı tarixdə deməmiş və ümumiyyətlə bununla bağlı aralarında söhbət olmamışdır. İddiaçı həmin pulu götürdüyü şəxs X7 ona qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə müddətində o Cavabdeh pul tələb etməmişdir. Sadəcə olaraq məsələ ilə bağlı ona məlumat verməmiş və hazırkı iş üzrə Cavabdeh ona demişdir ki, “narahat olma hələ məhkəmə çəkişməsi gedənə kimi, iş icraya yönələnə kimi pulunu qaytaracam.” Yalnız 2017-ci ilin mart-aprel aylarında iş icraya yönələndən sonra İddiaçı Cavabdeh pulu tələb etməyə başlamışdır. Məhkəmə dəfələrlə məhkəmə iclasını təxirə salmışdır ki, Cavabdeh iştirakını təmin etsin. Çünki cavabdehin iddia müddətinin keçməsi ilə bağlı ərizəsi olmasaydı məhkəmə bu əsasla iddianı rədd edə bilməzdi. Başqa əsasla isə iddianın rədd olunması mümkün deyildi çünki, məhkəmə özü dəfələrlə məhkəmə iclasında qeyd etmişdir ki, pulun cavabdehə verilməsi işin mübahisəsiz halıdır. İddiaçının iddia müddətinin axımı 2017-ci ilin mart-aprel aylarından başlamışdır. Belə olan halda isə iddia müddəti ötürülməmiş sayıldığını, lakin məhkəmə iddiaçının izahatını bilərəkdən protokola təhrif olunmuş şəkildə daxil etdiyini bildirmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdehn nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4490/2020 saylı, 13.08.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli 2(008)- 5208/2019 nömrəli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. X7 ilə İddiaçı arasında bağlanmış 03.12.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, X1 Elman Hacı-Ağa oğluna 110.000 manat və 100.000 ABŞ dolları məbləğində pul kreditə vermişdir. Birinci apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iddiaçı dörd ildən artıq müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraiət etmişdir ki, bu halda müqavilə tələbləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti keçdiyindən hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 07.06.2021-ci il tarixli qərarında Bakı Apellyasiya məhkəməsinin 2(103)-4490/2020 saylı, 13.08.2020-ci il tarixli qətnaməsi ilə razılaşmayaraq həmin məsələlərlə bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “32. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.

33. Belə ki, hər iki instansiya məhkəməsinin müəyyən etdiyi işin halları ondan ibarətdir ki, Bayramov X5 Ağamalıyevin Budapeşt şəhərində yerləşən MKB Bankdakı hesaına borc olaraq 04.12.2014-cü il tarixdə 226.918.85 avro, həmin tarixdə bank xərci olaraq 500 avro, 11.12.2014-cü il tarixdə isə bank xərci olaraq əlavə 900 avro ödəmişdir.

34. Cavabdeh işin bu halını mübahisələndirməyib.

35. İşin mübahisəli halı iddia müddətinin keçib-keçməməsidir. Cavabdeh hadisələrin 2014-cü ilin dekabr ayına təsadüf etməsini, iddiaçının hazırki iddianı 2019-cu ilin iyulunda verməklə üç illik iddia müddətini ötürməsini bildirib.

36. İddiaçı müddətin tətbiqinə etiraz edərək göstərib ki, cavabdehlə yaxın dost münasibətlərində olub. Hətta iddia məhkəməyə verildikdən sonra da cavabdeh onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, gərək məhkəməyə verməzdi, pulu qaytaracaqdır.

37. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən öhdəliyini 2015-ci ilin yanvar ayından icra etməsini tələb etməsinə istinad edərək, iddia müddətinin axımını, həmin vaxtdan, yəni hüququnun pozulmasını bilməli olduğu 2015-ci ili yanvar ayından hesablamışdır.

38. Məhkəmə kollegiyası bununla razılaşmır. Əvvəla, qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən öhdəliyini 2015-ci ilin yanvar ayından icra etməyi tələb etməsini yalnız iddiaçının iddia ərizəsinə əsasən müəyyən etmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində iddiaçı cavabdehdən borcunu 2015-ci ilin yanvar ayından tələb etməsini göstərməyib.

39. Birinci instansiya məhkəməsinin iddia müddətinin axımının hesablanması üçün istinad etdiyi fikirlər isə iddia ərizəsində belə verilib: “2015-ci ilin yanvar ayında məlum oldu ki, cavabdeh Budapeşt şəhərinə getmiş və orada kommersiya fəaliyyətini davam etdirməyə başlayıb. Telefon danışıqları zamanı cavabdeh bildirib ki, onun da kimlərdənsə alacaqları vardır və ondan alqığı borcunun ödənilməsinə çalışır. Bir müddətdən sonra cavabdeh telefonlara cavab verməmişdir”.

40. Göründüyü kimi, qeyd edilən fikirlər iddiaçının öhdəliyin icrasını cavabdehdən 2015-ci ilin yanvar tələb etməsi nəticəsinə gəlmək üçün yetərli əsas deyil. Üstəlik, iddiaçı sonradan iddia müddətinin tətbiqi barədə ərizəyə etirazında buna aydınlıq gətirsə də, onun bu dəlillərinə qiymət verilməmişdir. Buna görə də iddia müddətinin axımının iddia ərizəsində qeyd edilən fikirlərə əsasən müəyyən edilməsi birinci instansiya məhkəməsinin işə həddən artıq formal yanaşmasını göstərir. Halbuki qanunvericiliyə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Həmçinin qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. (MPM, 14 və 218.1-ci maddələr)

41. Bundan əlavə, nəzərə alınsa ki, tərəflər arasında öhdəliyin icra müddəti müəyyən edilməyib, belə olan halda iddia müddətinin axımı ilə bağlı işin hallarının Mülki Məcəllənin 427.4-cü maddəsinin tələbləri baxımından müəyyən edilib, qiymətləndirilməsi mübahisənin qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

42. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işin hallarını sübutları MPM-in 88-ci maddəsinə uyğun olmayan şəkildə qiymətləndirməklə müəyyən edərək, iddia müddətinin axımının 2015-ci ilin yanvar ayından başlamalı olması barədə səhv nəticəyə gəlmiş, apellyasiya instansiyası da eyni səhvi təkrarlamışdır.

43. İşdən və məhkəmə iclas protokolundan görünür ki, iddiaçı apellyasiya şikayətində bununla bağlı dəlillərini irəli sürmüş, apellyasiya məhkəməsi isə bu dəlillərə nəinki qiymət verməmiş, bu dəlilləri araşdırma yönündə heç bir hərəkət etməmiş, hətta bir sual belə verməmişdir. Baxmayaraq ki, qeyd edilən hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Buna görə də apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz.

44. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə isə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd edilib ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamənin əsaslılığı ilə bağlı isə qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

47. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının dəlillərinə qiymət verilmədən apellyasiya məhkəməsi tərəfindən mübahisəyə Mülki Məcəllənin iddia müddətinin tətbiqi ilə normalara istinad edilməsini əsaslı saymır.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir”. Məhkəmə kollegiyası Ali Məhkəmənin mülki kollegiyasının hüquqi mövqeyi ilə razılaşır. Belə ki, işin hallarından iddiaçı ilə cavabdehin yaxın münasibətlərdə olması təsdiq olunur. İddiaçı cavabdehin çətin durumda olduğu vaxt məhz aralarındakı yaxın şəxsi münasibətlərə söykənərək, heç bir qarşılıqlı təminat almadan Cavabdeh xahişi ilə Budapeşt şəhərinə gedərək onun MKB Bankdakı hesaına borc olaraq 04.12.2014-cü il tarixdə 226.918.85 avro, həmin tarixdə bank xərci olaraq 500 avro, 11.12.2014-cü il tarixdə isə bank xərci olaraq əlavə 900 avro ödəmişdir. Bu isə tərəflər arasında inama əsaslanan yaxın münasibətlərin bariz göstəricisidir. Məhkəmə kollegiyası İddiaçı qarşılıqlı təminat almadan böyük məbləğdə pulu ödəməsi reallığına istinad edərək E.H Bayramovun məhkəməyə müraciət edən vaxta kimi Cavabdeh borcu ona qaytaracağı vədinə inanması dəlilini inandırıcı hesab edir. Bu cür vədə inanmaq isə İddiaçı borc kimi ödədiyi pulun yaxın münasibətdə olduğu Cavabdeh tərəfindən qaytarılacağna inanmasını və həmin məsələ ilə bağlı hüquqlarının pozulmasını düşünməməsinə əsas verir. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə proseslərində İddiaçı verdiyi izahatlarda, məhkəməyə müraciətlərində həmin xüsusatı təsdiq edərək Cavabdeh borcu ona qaytaracağını vəd etməsi və özünün də buna inanmasını dəfələrlə təsdiq etmişdir. Məhkəmə kollegiyası İddiaçı həmin dəlillərini təkzib edən əsaslar tapmır və belə qənaətə gəlir ki, İddiaçı iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Beləlliklə məhkəmə kollegiyası müəyyən edir ki, İddiaçı Cavabdeh xahişi ilə Budapeşt şəhərinə gedərək onun MKB Bankdakı hesaına borc olaraq 04.12.2014-cü il tarixdə 226.918.85 avro, həmin tarixdə bank xərci olaraq 500 avro, 11.12.2014-cü il tarixdə isə bank xərci olaraq əlavə 900 avro ödəmiş, bunun nəticəsində tərəflər arasında borc münasibətləri yaranmış, lakin Cavabdeh müqaviə münasibətləri üzrə öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişdir. Azərbaycan Reüspublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsi müəyyən edir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425-ci maddəsinı müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli 2(008)- 5208/2019 saylı qətnaməsi ləğv edilməli və İddiaçı iddia tələbi tam təmin edilməli, Cavabdeh 229.585 avronun qətnamə icra olunan günə manata olan məzənnəsi ilə tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli 2(008)- 5208/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh 229.585 avro qətnamə icra olunan günə manata olan məzənnəsi ilə tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar