Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8061/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər –Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2662/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2662/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh X2 “mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair” vəsatəti təmin edilməmişdir. Hazırda cavabdeh X1 Rayon Məhkəməsinin 2(006)-2662/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişidir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan 2(006)- 2662/2020 saylı mülki iş üzrə tərəfindən “mülki işin məhkəmə aidiyyatı üzrə baxılması üçün digər məhkəməyə göndərilməsinə dair” ərizə məhkəməyə göndərilmişdir. Ərizəsinə məhkəmə baxışında münasibət bildirilmiş və proses tarixindən bir gün sonra məhkəmə ilə telefon əlaqəsi saxlayaraq bilmişdir ki, ərizəsi məhkəmə tərəfindən təmin edilməmişdir və növbəti məhkəmə prosesi xx.xx.2020-ci il tarixinə təxirə salınmışdır. Həmçinin qeyd edir ki, məhkəmə iclasına az müddət qalsa da sözü gedən qərardad hələ də onun ünvanına göndərilməmişdir. Bütün yuxarıda qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, "mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün digər məhkəməyə göndərilməsinə dair” ərizəsinin təmin edilməməsi onun maraqlarına toxunur və onun hüquqlarının məhkəmədə qorunmasına əngəl yaradır. Yuxarıda qeyd olunanlara əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-2662/2020 sayllı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, 2(006)-2662/2020 saylı iş mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin (nümayəndəsinin) iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinin tələblərinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Mülki prosessual qanunvericiliyin bu maddələrinin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni zamanda bu Məcəllənin 36-cı maddəsində konkret kateqoriyalardan olan işlər üzrə iddanın hansı məhkəməyə verilməli olmasını müəyyən etmək üçün seçim hüququnun iddiaçıya məxsus olduğu göstərilir. Məhkəmə kollegiyası hazırki işin həmin maddədə göstərilən kateqoriyalara aid olmadığı, cavabdehin isə ərazi aidiyyəti qaydalarının özünün faktiki yaşayış yerinə görə dəyişdirilməsi imkanının qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmadığını qeyd edir. Beləliklə məhkəmə cavabdehlər Cavabdeh1 və X2 ünvan 1 ünvanında rəsmi qeydiyyatda olduqlarını nəzərə alarq hesab edir ki, hazırki iddia aidiyyət qaydalarına riayət edilməklə Nəsimi Rayon Məhkəməsinə verilmiş və məhkəmə tərəfindən düzgün olaraq icraatına götürülmüşdür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırkı işin ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməsi barədə ərizə əsassızdır və birinci instansiya məhkəməsi düzgün olaraq həmin ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı mahiyyəti üzrə düzgündür, şikayətdə göstərilən dəlillər isə əsassızdır və qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-2662/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8061/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8061/2020
05.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver