Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8067/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh X5 qarşı “evə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh X5 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, arvadı Məmmədova (Mətlubi) Gülsüm Seyfulla qızının və övladı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 3 otaqlı özbaşına yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2833/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 iddia tələbi qismən təmin edilərək, onun Bakı şəhəri, ünvan 1 ünvanda 3 yaşayış otağından ibarət bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh İlyasova (Məmmədova) Dinar Sərdar qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İlyasova (Məmmədova) Dinar Sərdar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə olan 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X6 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə olan 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə müraciət edərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 tərəfindən verilmiş apelyasiya şikayəti ona əlavə edilmiş sənədlər ilə birlikdə X4 geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4061/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(008)- 2833/2020 saylı qərardadı ləğv edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsininin X1 maraqlarlarına toxunub toxunmamasının müəyyən edilməsi və onun tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh X5 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2833/2020 saylı 10 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilərək, X6 tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə olan 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. İddiaçı X7 xx.xx.2023-cü il tarixdə yenidən şikayət vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından iddiaçıya məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yüklənmiş apellyasiya şikayətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət kağız daşıyıcıda tərtib edilmiş və cavabdeh tərəfindən PDF formatında elektron kabinetə əlavə edilmiş və əl imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 cavabdeh X5 qarşı “evə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8067/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8067/2023
27.12.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver