Məhkəmə qərarları › İş №2(103)-8073/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8073/2021

10.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8073/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, üçüncü şəxs Mahirə Kərimovanın vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh2 və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “evdən çıxarılma barədə” iddiasına və üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “yaşayış evindən və torpaq sahəsindən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs Mahirə Kərimova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı apellyasiya baxışında qətnamənin üçüncü şəxsin iddiasına (müstəqil tələbinə) aid olan hissəsi yoxlanılır, ona görə də həmin tələbə aid olan hallar qeyd olunacaq. Üçüncü şəxs Mahirə Kərimovanın iddiasında tələb olunub ki, cavabdehlər Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən, Binəqədi Bələdiyyəsinin 04.08.2004cü il tarixli, 136 №-li qərarı ilə ayrılmış 500 kv.m torpaq sahəsindən, torpaq sahəsində tikilimiş iki mərtəbəli çardaqlı evdən və evin həyətindəki bir mərtəbəli tikilidən çıxarılsınlar, torpaq sahəsi və tikililər üzərində üçüncü şəxsin sahiblik və mülkiyyət hüquqları bərpa edilsin. Qətnamə ilə qət olunub ki, üçüncü şəxsin iddiası rədd olunsun. Üçüncü şəxsin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Mahirə Kərimovanın vəkili və nümayəndəsi Vəkil3, habelə İddiaçı üçüncü şəxsin apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh2 və onun vəkili Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Üçüncü şəxs tələbini belə əsaslandırıb ki, 2020-ci ilin fevral ayında həmin evi bəyənmiş, evi torpaq sahəsi ilə birlikdə almaq istəmişdir. Evin və torpaq sahəsinin satıcısı kimi özünü təqdim edən İddiaçı (hazırkı işdə iddiaçı) ona bildirmişdir ki, o, Namik Həmidovun (torpaq sahəsinə dair adına bələdiyyə qərarı olan şəxsin) adından etibarnamə əsasında çıxış edir. Bundan başqa, İddiaçı ona bildirmişdir ki, həmin evi və torpaq sahəsini cavabdehlər zəbt ediblər, hazırda cavabehlər orada yaşayırlar, cavabdehlərin oradan çıxarılması üçün iddia qaldırılıb, məhkəmənin icraatında bununla bağlı iş var. Üçüncü şəxs iddia ərizəsində daha sonra qeyd edib ki, ev xoşuna gəldiyinə, münasib qiymətə və şərtlərlə satıldığına görə evi almaq qərarına gəlmiş, düşünmüşdür ki, evi zəbt etmiş cavabdehləri evdən və torpaq sahəsindən çıxarmaq üçün məhkəmə müdafiəsindən istifadə edəcək. Evin mülkiyyət sənədləri tam hazır olmadığına görə 13.02.2020-ci il tarixdə Namiq Həmidov ilə onun arasında torpaq sahəsinin, evin və evin həyətindəki bir mərtəbəli tikilinin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Göründüyü kimi, üçüncü şəxsin tələbi 13.02.2020-ci il tarixli ilkin müqaviləyə əsaslanır. İlkin müqavilənin anlayışı Mülki Məcəlləsnin 402.1-ci maddəsində müəyyən edilib. Həmin maddədə qeyd olunub ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Ona görə də ilkin müqavilə onun tərəfinə bir subyektiv hüquq verir: əks tərəfdən əsas müqavilənin (alqı-satqı və s.) bağlanmasını tələb etmək hüququ. Hazırkı işdə isə üçüncü şəxs ilkin müqaviləyə əsaslanaraq daşınmaz əşyaaya dair tələblər irəli sürür, halbuki, ilkin müqavilə əşya hüququ yaratmır. O, belə tələbi yalnız əsas müqaviləni bağladıqdan sonra irəli sürə bilər. Beləliklə, birinci instansiya məhkəməsi üçüncü şəxsin müstəqil tələbini rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin həmin hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Hazırkı işdə olan digər iddia - İddiaçı iddiası birinci instansiya məhkəməsinin qətnaməsi ilə rədd olunub, qətnamənin həmin hissəsi bundan əvvəl işə apellyasiya qaydasında baxılarkən dəyişdirilmədən saxlanılıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli qətnaməsi üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “yaşayış evindən və torpaq sahəsindən çıxarılma barədə” iddiasının rədd olunmasına aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar