Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8073/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qiymətləndirmənin etibarsız hesab edilməsi və yenidən qiymətləndirmə tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(005)-4510/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qiymətləndirmənin etibarsız hesab edilməsi və yenidən qiymətləndirilmə tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(005)- 4510/2022 saylı qərardadına əsasən iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan İddiaçı nümayəndəsi Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(005)- 4510/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. İddia ərizəsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 355428,99 ABŞ dolları məbləğində pulun ödəniş anı üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 manat haqqı, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən 0,195 ha torpaq sahəsinə və üzərində inşa edilmiş bütün tikililərə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarından görünür ki, iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçının etibarsız hesab olunmasını tələb etdiyi qiymətləndiricinin hesabatı əvvəllər mülki işdə sübut kimi istifadə olunmuş və hesabata məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Ona görə də qiymətləndiricinin hesabatının yenidən ayrıca iddia icraatı qaydasında məhkəmədə mübahisələndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(005)- 4510/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8073/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8073/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver