Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8080/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(001)-5407/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanlarında yerləşən 4 və 5 saylı (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 4, M15, m4 və m5) mənzillərə dair mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq, cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması və qeyd olunan mənzillərin onun istifadəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MTK vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzillər iddiaçıya Cavabdeh MTK tərəfindən satılmamışdır. Belə ki, X8 adlı şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 12 dekabr 2020-ci il tarixdə Cavabdeh MTK-nın ünvan 2 ünvanında yerləşən ofisinə gələrək, kooperativin təsisçisi və direktoru X6 özünü ticarətlə məşğul olan, habelə vəzifəli olan şəxslərlə əlaqəli olan nüfuzlu şəxs kimi təqdim edərək, həmin şəxslərlə əlaqələrindən istifadə edib Cavabdeh MTK-da satılmayan mənzilləri münasib qiymətə sata biləcəyini bildirməklə onu inandırmış və kooperativin inşa etdiyi binalarda satılmamış mənzilləri alqı-satqı yolu ilə, lakin hər hansı ödəniş olmadan öz adına rəsmiləşdirib, sonradan öz mənzilləri kimi satmaqla onların dəyərinin ona ödənilməsini təklif etmişdir. Sonuncu da buna razılıq vermişdir. Nəticədə ünvan 3 ünvanında olan mənzillərin 1 kv.m. sahəsinin 1.200 manat pula satılmasına dair razılıq əldə edilmiş və onunla kooperativin direktoru arasında mənzillərin alqı-satqısına dair bir neçə müqavilə bağlanmış və buna uyğun maliyyə arayışları verilmişdir. Bundan sonra X8 bu və digər aidiyyəti sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim edib, bir neçə mənzilə dair hüquqların öz adına qabaqcadan qeydiyyatına nail olmuşdur. Sonradan həmin mənzillərin bir hissəsini satmış, lakin X6 bu barədə hər hansı məlumat verməmiş, habelə əldə etdiyi pul vəsaitini təqdim etməyərək, şəxsi məqsədlərinə xərcləmişdir. Bu və digər bir sıra hərəkətlər etməklə, o cümlədən bəzi mənzillərə dair müqavilələri özündə saxlamaqla, Cavabdeh MTK-ya məxsus əmlakı və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə etməklə vahid niyyətlə ələ keçirib xüsusilə külli miqdarda, yəni ümumilikdə 1.093,507 manat məbləğində zərər vurmaqla dələduzluq etmişdir. X8 tərəfindən aldatma və etibardan sui-istifadə etmə yolu ilə əldə edilmiş mənzillərdən ikisi də məhz iddiaçıya satılan ünvan 1 ünvanlarında yerləşən 4 və 5 saylı mənzillərdir. Törətdiyi cinayət əməlinə görə X9 20 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan edilmiş və barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2 ay, xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cavabdeh MTK isə xx.xx.2022-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə İddiaçı nümayəndəsi şahid qismində dindirilmişdir. Hazırda təqsirləndirilən şəxs X8 barəsində ********* nömrəli cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır və hakim Azər Paşayevin sədrliyi ilə baxılır. Bu səbəbdən hesab edirlər ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraat X8 barəsində olan ********* nömrəli cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmalıdır. Göstərilənlərin nəzərə alınması və hazırki iş üzrə icraatın qeyd edilən şəxs barəsində olan cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(001)-5407/2022 saylı qərardadı ilə Cavabdeh MTK-nın vəsatəti təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1191/2022 saylı cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair 2(001)-5407/2022 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(001)- 5407/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ittiham aktına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işinin başlanması və X3 təqsirləndirilən şəxs qismində cəlb edilməsinə əsas və səbəb X3 Cavabdeh MTK-nın tikintisini başa çatdırdığı yaşayış binalarından mənzillərin satılmasına köməklik edəcəyini yalandan vəd edib dəyərindən aşağı 8 mənzilin alqı-satqı müqaviləsini və dəyərinin tam ödənilməsi haqqında maliyyə arayışlarını əldə etməsi və həmin mənzilləri satmasına baxmayaraq, MTK-ya pul vəsaitlərini qaytarmadan dələduzluq etməsi barədə müraciətin daxil olması olmuşdur. Həmin iş üzrə Cavabdeh MTK zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Həmçinin ittiham aktına əsasən aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, X8 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə Cavabdeh MTK-nın ünvan 2 ünvanında yerləşən ofisinə gələrək həmin kooperativin təsisçisi və direktoru X6 özünü ticarətlə məşğul və vəzifəli şəxslərlə əlaqəli olan nüfuzlu şəxs kimi təqdim edərək, həmin şəxslərlə əlaqələrindən istifadə edib kooperativdə satılmayan mənzilləri münasib qiymətə sata biləcəyini Elvin Rəhimova bildirməklə onun etibarını qazandıqdan sonra özünün yaxın münasibətdə olduğu xüsusi geniş imkanlara malik şəxslərə mənzillər sata biləcəyini, lakin həmin şəxslərin kimliklərinin aşkar olunmaması üçün qeyriləri ilə bu barədə əlaqə qurmaqdan çəkindiklərini, yalnız özü vasitəsi ilə mənzil almaqda maraqlı olduqlarını Elvin Rəhimova həmin görüş zamanı yalandan bildirirb, kooperativdə inşa etdiyi binalarda satılmamış mənzilləri özünün adına hər hansı ödəniş olmadan alqı-satqı edilməsini rəsmiləşdirib, sonradan özünün mənzilləri kimi satmaqla mənzilin dəyərini ona ödəyə biləcəyini Elvin Rəhimova təklif etməklə özü barədə formalaşdırdığı inam və etibardan istifadə etməklə sonuncunun razılığı alıb, kooperativin inşa etdiyi 5, o cümlədən ünvan 1 ünvanlarında yerləşən 4 və 5 saylı mənzillə bağlı Elvin Rəhimovla özü arasında alqı-satqı müqaviləsi bağlayaraq, Elvin Rəhimova mənzillərin dəyərini güya 31 yanvar 2021-ci il tarixədək ödəyəcəyini yalandan deyərək, onu aldadıb, özünə qarşı yaranmış etibardan sui-istifadə edib, heç bir vəsait ödəmədiyi halda maliyyə arayışları və ümumi yığıncağın protokolundan çıxarışlar əldə edib, bundan sonra cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə kooperativi və Elvin Rəhimovu qəsdən məlumatlandırmadan, onlardan gizlətməklə bu mənzillərə dair əldə etdiyi sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinə təqdim edərək, mənzillərə dair öz adına hüquqların qabaqcadan qeydiyyata aldırıb, bu barədə arayışları təqdim etməklə mənzilləri ayrı-ayrı şəxslərə, o cümlədən ünvan 1 ünvanlarında yerləşən 4 və 5 saylı mənzilləri İddiaçı etibarnamə üzrə nümayəndəsi qismində çıxış edən X1, əldə etdiyi pul barədə Elvin Rəhimova heç bir məlumat verməməklə və kooperativə təqdim etməməklə əldə etdiyi pul vəsaitini özünün şəxsi məqsədlərinə xərcləməklə, kooperativə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hazırda həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Göründüyü kimi, cinayət mühakimə icraatı qaydasında hazırkı mülki iş üzrə İddiaçı istinad etdiyi müqavilələrin predmeti olan 4 və 5 saylı mənzillərə dair hüquqların qabaqcadan X3 adına qeydiyyata alınmasının (mənzilləri iddiaçıya satan şəxs) qanuniliyinə hüquqi qiymət verilir. Belə ki, bu şəxs Cavabdeh MTK tərəfindən inşa edilmiş bir sıra, o cümlədən iddiaçı tərəfindən hazırki iş üzrə mübahisələndirilən mənzilləri kooperativin təsisçisi və direktoru X4 etibarından suiistifadə etməklə və onu aldatmaqla əldə edilməsində və mülkiyyətinə keçirməsində ittiham olunur. Bu baxımdan həmin cinayət iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı hüquqi nəticə etibarı ilə bu əmlaklara dair həm Cavabdeh MTK ilə X8, həm də X8 ilə iddiaçı arasında bağlanmış müqavilələrin hüquqi qüvvəsinə, o cümlədən etibarlılığına təsir etmiş olacaqdır. Bu da öz növbəsində hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1191/2022 saylı cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair 2(001)-5407/2022 saylı mülki işə baxılmasını qeyri-mümkün edir və mülki iş üzrə icraatın dayandırılmasını şərtləndirir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Həmin Məcəllənin 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır; Həmin Məcəllənin 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(001)-5407/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8080/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8080/2022
19.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver