Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8083/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3531/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Cavabdeh4, Cavabdeh1, 19 saylı Dövlət Notariat Kontoruna qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzrə Cavabdeh4 və Cavabdeh1 adına mənzilin xüsusi mülkiyyətə verilməsinə dair aparılmış reyestr qeydiyyatı və çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzrə Bakı şəhəri Yasamal rayonu 19 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh4 və Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzərində qanun üzrə vərəsə kimi vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində 1/4 hissədə Qasımov Namiq Oqtay oğlunun və ¼ hissədə İddiaçı1 Oqtay qızının və 1/4 hissədə cavabdeh Ağayeva Səbinə Əhməd qızının, ¼ hissədə Cavabdeh1 payının müəyyən edilməsi və həmin əmlak üzərində müəyyən edilmiş paylara uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzrə Bakı şəhəri Yasamal rayonu 19 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 01 iyun 2021-ci il tarixli, 2V-156 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; qanun üzrə şəhadətnamə əsasında Bakı şəhəri Yasamal rayonu A.M. Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzilinə dair tam pay hüququ üzrə Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 02 iyun 2022-ci il tarixdə, ********** sayla reyestrdə qeydə alınmış çıxarışın ləğv edilməsi; Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzərində qanun üzrə vərəsə kimi vərəsəlik hüquqlarının tanınması, miras əmlak üzərində 1/4 hissədə Qasımov Namiq Oqtay oğlunun və ¼ hissədə İddiaçı1 Oqtay qızının və 1/4 hissədə cavabdeh Ağayeva Səbinə Əhməd qızının, ¼ hissədə Cavabdeh1 payının müəyyən edilməsi və həmin əmlak üzərində müəyyən edilmiş paylara uyğun olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3531/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Qasımov Zivər Süleyman qızından miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair 19 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2V-156 reyestrli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və şəhadətnamə əsasında Cavabdeh1 adına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən eyni məzmunlu ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Kollegiya hesab edir ki, iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 apellyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd etsə də, həmin pozuntuların nədən ibatər olmasını göstərilməmişdir. Kollegiya qeyd edir ki, şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir məhkəmə aktı sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin (sözügedən məhkəmə aktlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməməsi) nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret olaraq göstərilməmiş və apellyasiya şikayətlərini ümumiyyətlə əslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3531/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3531/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8083/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8083/2022
30.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver