Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8090/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxx” MTK-ya qarşı “mənzil mübahisəsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-5402/2019 saylı qərardadından iddiaçının şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxx” MTK-ya qarşı “təhvil verilmiş mənzillər üzrə istifadə hüququnun tanınması, mənzildən istifadə etməni məhdudlaşdıran maneələrin aradan qaldırılması, müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli Xətai rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş akt ilə təhvil verilmiş mənzillərə dair yeni payçı müqavilələrinin bağlanılması, ilkin qeydiyyatla bağlı sənədləşmənin aparılması, qapıları açılaraq açarların dəyişdirilməsinə cavabdehə qadağan olunmasına və ya digər hərəkətlərin aparılmasına dair həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 2992B məhəlləsində çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbə 38 saylı mənzilə, 1-ci blok 9-cu mərtəbə 52 saylı mənzilə, 1-ci blok 9-cu mərtəbə 53 saylı mənzilə, 1-ci blok 13-cü mərtəbə 185 saylı mənzilə, 1-ci blok 14-cü mərtəbə 87 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 101 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 102 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 105 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 212 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 213 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 214 saylı mənzilə, 2-ci blok 2-ci mərtəbə 109 saylı mənzilə, 2-ci blok 6-ci mərtəbə 135 saylı mənzilə, 2-ci blok 7-ci mərtəbə 143 saylı mənzilə, 2-ci blok 9-cu mərtəbə 161 saylı mənzilə, 2-ci blok 10-cu mərtəbə 164 saylı mənzilə, 2-ci blok 17-ci mərtəbə 220 saylı mənzilə, 2-ci blok 17-ci mərtəbə 222 saylı mənzillərə dair yeni payçı müqavilələrinin bağlanılması, ilkin qeydiyyatla bağlı sənədləşmənin və ya digər hərəkətlərin aparılması “xxxxxxx” MTK-ya qadağan edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. Sonradan cavabdeh “xxxxxxx” MTK-nın sədri X12 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə mənzillərin üzərinə qoyulmuş həbsin və digər qeyd, məhdudiyyətlərin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin qərarı ilə qeyd edilən mənzillərə dair MTK ilə bağlanmış müqavilələr qüvvədə saxlanıldığından, mənzillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, mənzillərin üzərinə qoyulmuş həbs və digər qeyd, məhdudiyyətlər götürülmüşdür. Hazırda həmin qərardaddan iddiaçı şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda Xətai Rayon Məhkəməsinin icraatında onun cavabdehlər “xxxxxxx” MTK, Bakı şəhəri 18 saylı Notariat Ofisi, Bakı şəhəri 30 saylı Notariat Ofisi və Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə qarşı “əqdlərin etibarsızlığı tələbinə dair” mülki işə baxılır. Bununla da aralarında olan mənzillərlə bağlı mübahisə hələ davam edir və Xətai Rayon Məhkəməsinin icraatında olan iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı qəbul edilənədək, hazırki iş üzrə mübahisə predmeti olan mənzillərin üzərinə qoyulmuş həbs götürülə bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-5402/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942B məhəlləsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı 1-ci blok 7-ci mərtəbə 38 saylı mənzilə, 1-ci blok 9-cu mərtəbə 52 saylı mənzilə, 1-ci blok 13-cü mərtəbə 185 saylı mənzilə, 1-ci blok 14-cü mərtəbə 87 saylı mənzilə, 1-ci blok 16-ci mərtəbə 101 saylı mənzilə, 1-ci blok 16-ci mərtəbə 102 saylı mənzilə, 1-ci blok 16-ci mərtəbə 105 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 212 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 213 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 214 saylı mənzilə, 2-ci blok 7-ci mərtəbə 143-cü mənzilə, 2-ci blok 9-cu mərtəbə 161 saylı mənzilə, 2-ci blok 10-cu mərtəbə 164 saylı mənzilə, 2-ci blok 17-ci mərtəbə 220 saylı mənzilə və 2-ci blok 17-ci mərtəbə 222 saylı mənzilə dair “xxxxxxx” MTK ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-14249/2019 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh və üçüncü şəxslər X6, X13, X8, X17, X14, X2, X9, X19, X15, X5, X1, X7 və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5402/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi və Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942B məhəlləsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı 1-ci blok 7-ci mərtəbə 38 saylı mənzilə, 1-ci blok 9-cu mərtəbə 52 saylı mənzilə, 1-ci blok 13-cü mərtəbə 185 saylı mənzilə, 1-ci blok 14-cü mərtəbə 87 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 101 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 102 saylı mənzilə, 1-ci blok 16-cı mərtəbə 105 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 212 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 213 saylı mənzilə, 1-ci blok 17-ci mərtəbə 214 saylı mənzilə, 2-ci blok 7-ci mərtəbə 143-cü mənzilə, 2-ci blok 9-cu mərtəbə 161 saylı mənzilə, 2-ci blok 10-cu mərtəbə 164 saylı mənzilə, 2-ci blok 17-ci mərtəbə 220 saylı mənzilə və 2-ci blok 17-ci mərtəbə 222 saylı mənzilə dair “xxxxxxx” MTK ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-3013/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14249/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi sözügedən mübahisə üzrə iddia rədd edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (162.1). İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (162.3, 162.4 ). Qanunun mənasından göründüyü kimi konkret mülki iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək üçün tətbiq edilən iddianı təmin tədbiri həmin iş üzrə məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Əgər iddia rədd edilirsə, təmin tədbiri həmin məhkəmə aktı qanuni qüvvəyə minənədək saxlanılır. Hazırkı iş üzrə isə Ali Məhkəmənin 2(102)-3013/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı mövcuddur. Kollegiya hesab edir ki, qətnamə qanuni qüvvəyə mindiyi üçün birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq, mənzillərin üzərinə qoyulmuş həbs və digər qeyd, məhdudiyyətlər götürülmüşdür, iddianı təmin etmə tədbirinin görülməsinə zərurət aradan qalxmışdır. Bununla da iddiaçı tərəfindən verilən şikayət əsassızdır və şikayətin dəliləri qərardadın ləğvi üçün əsas ola bilməz. Həmçinin bir mülki üzrə çıxarılmış iddianın təmin etmə tədbiri barədə qərardad başqa bir mülki iş üzrə iddianı təmin etmə tədbiri kimi çıxış edə bilməz. Buna görə də hazırki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı İddiaçı tərəfindən şikayətin əsası kimi göstərilmiş İddiaçı cavabdehlər “xxxxxxx” MTK, Bakı şəhəri 18 saylı Notariat Ofisi, Bakı şəhəri 30 saylı Notariat Ofisi və Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə qarşı “əqdlərin etibarsızlığı tələbinə dair” mülki işi üzrə qəbul ediləcək yekun məhkəmə aktının gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə qəbul edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)- 5402/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-8090/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8090/2020
02.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver