Məhkəmə qərarları › İş №2(103)-81/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-81/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-81/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK və qeyrilərinə qarşı “kooperativin ləğv edilməsi və payçılardan pul vəsaitinin tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kooperativin ləğv edilməsi və payçılardan pul vəsaitinin tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, X1 vəkili Vəkil3 Hüseyn qızı iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-108/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3 və A.Abdıyeva tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, X12, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10 və X13 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edilməsi və kooperativin payçıları X12, Cavabdeh2 və Cavabdeh3 12.559.285,16 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-12486/2018 saylı qətnaməsi ilə 10.726.791,60 (on milyon yeddi yüz iyirmi altı min yeddi yüz doxsan bir manat altmış qəpik) manat və 1.832.493,56 (bir milyon səkkiz yüz otuz iki min dörd yüz doxsan üç manat əlli altı qəpik) manat faiz borcu X2 və Cavabdeh1 MTK-dən İddiaçı xeyrinə tutulmalıdır. Ali Məhkəmənin 18 iyul 2019-cu il tarixli, 2(102)-2946/2019 saylı Qərarı ilə X11 və "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra edilməsi üçün X3 yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1 MTK-nin olduğu yer üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh1 MTK-dən 12.559.285,16 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsinə dair 09 sentyabr 2019-cu il tarixində “İcraata Başlamaq Haqqında” Qərar qəbul etmişdir. Lakin, həmin tarixdən 8 aydan da artıq müddət keçməsinə baxmayaraq, bu günə qədər İddiaçı heç bir ödəniş edilməmişdir. Cavabdehlər Cavabdeh1 MTK-nin fəaliyyəti ilə əlaqədar X7 pul vəsaiti verilən dövrdə Cavabdeh1 MTK-nin üzvləri olmuşlar və halhazırda da kooperativin üzvləridirlər. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslər isə sonradan kooperativə üzv olmuşlar. Qeyd olunanlara əsasən, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edilməsi və kooperativin payçıları X12, Cavabdeh2 və Cavabdeh3 12.559.285,16 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Xəzər Rayon Məhkəməsinin 2(003)-108/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Ramilə Xəzri) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X4 3.139.821,29 (üç milyon yüz otuz doqquz min səkkiz yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat, Cavabdeh3 125.592,8516 (bir yüz iyirmi beş min beş yüz doxsan iki manat səksən beş qəpik) manat, Cavabdeh2 2.386.264,1804 (iki milyon üç yüz səksən altı min iki yüz altmış dörd manat on səkkiz qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

4. Həmin qətnamədən iddiaçı və cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3 və A.Abdıyeva tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

5. Hazırkı işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9928/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehlərdən Cavabdeh2 ölməsi səbəbi ilə onun hüquqi varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır.

6. Cavabdeh X12 (anası olan) Cavabdeh2 prosessual varisi qismində tanınmış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Apellyasiya şikayətlərinin dəlilləri.

7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə 12.559.285,16 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə MTK-dan tutulmuş, həmin qətnamə icraya yönəldilmiş, lakin iki il keçməsinə baxmayaraq hələ də icra edilməmişdir. Rayon məhkəməsi hazırkı iddia tələbinə “Kooperasiya haaqında” Azərbaycan Respublikasının Qanununu tətbiq etmişdir. Halbuki “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2.5-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Bu səbəbdən qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3 və A.Abdıyeva tərəfindən ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri verilmiş, eyniməzmunlu olan həmin apellyasiya şikayətində qeyd edilmişdir ki, koopertivin öhdəliklərinə görə ilk növbədə kooperativ özü ona məxsus əmlakı ilə cavabdehlik daşıyır. Əgər kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaiti olmadıqda kooperativ üzvləri kooperativin öhdəlikləri üzrə subsidiar məsuliyyət daşıyırlar. Hazırkı işdə 12.559.285,16 manat məbləğində pulun MTK-dan alınaraq İddiaçı ödənilməsi barədə qanuni qüvvəsini almış və icraya yönəldilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12486/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə əsasında verilmiş icra sənədi müvafiq icra şöbələrində icraatdadır və icra sənədləri üzrə icra hərəkətləri davam etdirilir. Qətnamə ilə tutulan məbləğin iddiaçıya ödənilməsinin təmin edilməsi üçün borclu MTK-nın çoxsaylı əmlaklarının üzərinə həbs qoyulmuşdur, həmin əmlaklar hərracda satılaraq iddiaçının borcu ödəniləcəkdir.

9. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı (İş № 8(001)-20/2021) qarardadı ilə "xxxx" MTK-nın mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 2-ci mərtəbəsində ümumi sahəsi 24,8 kv.metr olan 16 saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 128,84 kv.metr olan 6 saylı 5 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 107,64 kv.metr olan 2 saylı 5 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1- ci mərtəbəsində ümumi sahəsi 12 kv.metr olan 3 saylı 1 otaqli, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 0-cı mərtəbəsində ümumi sahəsi 36 kv.metr olan 9 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 27,4 kv.metr olan 3a saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 0,01-ci mərtəbəsində ümumi sahəsi 0,01 kv.metr olan 3D saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 32,5 kv.metr olan 2 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 13 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci martəbəsində ümumi sahəsi 46,4 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nəsibbǝy Yusifbəyli küçəsi, 39 saylı evin 0-cı mərtəbəsində ümumi sahəsi 16 kv.metr olan 7 saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 14,2 metr olan 2 saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli si, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 35,8 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 0,01-ci mərtəbəsində ümumi sahəsi 0,01 kv.metr olan 3B saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 80,1 kv.metr olan 14 saylı 3 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 14 kv.metr olan 3C saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 1 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 50,6 kv.metr olan 3 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 26 kv.metr olan 8 saylı 1 otaqlı əmlakların üzərinə həbs qoyulmuşdur.

10. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə "Mersedes Benz S600" markalı 99GG709 dövlət qeydiyyat nişanlı avtomobil va "Toyota Land-Gruiser" markalı 90HP051 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Bunlardan başqa, qətnamənin icası qaydasında icra məmurunun taqdimatına əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İ.Qasımova məxsus Baki şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsində yerlaşan 3 №-li evin 32 №-li mənzili üzərinə həbs qoyulmuşdur, həmin əmlaklar hərracdan satılmaqla iddiaçıya olan borc ödənəcəkdir. Həmçinin İ.Qasımov tərəfindən iddiaçıya artıq 235.050 ABŞ dolları məbləğində pul ödənilmişdir. Bunlardan əlavə, İ.Qasımov Ukrayna Respublikasında inşa etdiyi binalardan da mənzilləri İddiaçı adına keçirimişdir.

11. Hazırda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12486/2018 nömrəli, xx.xx.2018ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata xitam verilməmiş, icra sənədi məhkəməyə geri qaytarılmamışdır. Belə olan halda, MTK-nın öhdəliklərinə görə MTK üzvlərinin subsidiar məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Mülki Məcəllənin 110.4-cü maddəsinə əsasən, kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. İddiaçı hazırkı iddia ərizəsi ilə maliyyə işi başa çatmadan, illik balansın təsdqini gözləmədən, bunlara, habelə bu prosedurlara əməl edilməsinin təsdiq edilməsini göstərən sübutları məhkəməyə təqdim etmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Rayon məhkəməsi yalnız “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. Halbuki “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2.5-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Bundan başqa rayon məhkəməsinin qətnaməsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 2019-2021-ci illər üzrə ƏDV və mənfəət vergi bəyannamələrinin göstəricisiz olması qeyd olunmuşdur. Hesab edir ki, ƏDV və mənfəət vergi bəyannamələrinin göstəricisiz olması MTK-nın mülkiyyətində daşınar və daşınmaz əmlakın olmasını istisna etmir. İddiaçı MTKnın mülkiyyətində daşınar və daşınmaz əmlak olmaması barədə sübut təqdim etməmiş, rayon məhkməsi də bununla bağlı araşdırma aparmamışdır.

12. Hazırkı qətnamə ilə iddiaçılardan pulun tutulması o deməkdir ki, bir ziyana görə cavabdehlər tərəfindən iki dəfə pul iddiaçıya ödənir. Bu isə absurd və hüquqi düşüncəyə yaddır. Hazırkı işə baxılarkən həmçinin cavabdehlər A.Abdiyeva, Cavabdeh2, Cavabdeh3 məhkəmə prosesində iştirakı təmin edilməmiş, çəkişmə və tərəflərin bərabərliyi prinsipləri pozulmuş, bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır. Odur ki, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəflərin apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh A.Abdıyevanın vəkili Vəkil3 həm özlərinin, həm də digər cavabdehlərin apellyasiya şikayətini müdafiə edərək və şikayətlərinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

15. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəm iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmiş, yalnız Cavabdeh1 MTKnın nümayəndəsi A.Hüseynov məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak etmiş, cavabdeh MTK tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq təsisçilərin subsidiar məsuliyyətə cəlb edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

16. Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ******* manat məbləğində pul vəsaitinin, habelə dövlət rüsumunun əvəzi qismində 10 manatın "xxxx" MTK-dan, Cavabdeh2, Cavabdeh3 və X5 tutularaq X8 ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 MTK-ya aid edilməsi qət edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-12486/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli qətnaməsi Cavabdeh1 MTK-ya münasibətdə, eləcə də gecikdirilmiş 3 il 5 ay müddət üçün illik 5 faiz olmaqla 1832493.56 manat faiz borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmuş, Cavabdeh1 MTK-dan İddiaçı xeyrinə 10.726.791.60 manat, 1832493.56 manat faiz borcu X2 və Cavabdeh1 MTK-dan İddiaçı xeyrinə tutulması qət edilmişdir.

18. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(102)- 2946/2019 saylı Qərarı ilə X11 və "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Qətnamə icra olunması üçün X3 yaşayış yeri üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə və Cavabdeh1 MTK-nın olduğu yer üzrə Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Cavabdeh1 MTK-dan 12.559.285,16 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsinə dair 09 sentyabr 2019-cu il tarixində “icraata başlamaq haqqında” Qərar qəbul edilmişdir.

20. Mülki iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı (İş № 8(001)-20/2021) qarardadı ilə "xxxx" MTK-nın mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 2-ci mərtəbəsində ümumi sahəsi 24,8 kv.metr olan 16 saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 128,84 kv.metr olan 6 saylı 5 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 107,64 kv.metr olan 2 saylı 5 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1- ci mərtəbəsində ümumi sahəsi 12 kv.metr olan 3 saylı 1 otaqli, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 0-cı mərtəbəsində ümumi sahəsi 36 kv.metr olan 9 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 27,4 kv.metr olan 3a saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 0,01-ci mərtəbəsində ümumi sahəsi 0,01 kv.metr olan 3D saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 32,5 kv.metr olan 2 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 13 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci martəbəsində ümumi sahəsi 46,4 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nəsibbǝy Yusifbəyli küçəsi, 39 saylı evin 0-cı mərtəbəsində ümumi sahəsi 16 kv.metr olan 7 saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 14,2 metr olan 2 saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli si, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 35,8 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 0,01-ci mərtəbəsində ümumi sahəsi 0,01 kv.metr olan 3B saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 80,1 kv.metr olan 14 saylı 3 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 14 kv.metr olan 3C saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 1 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 50,6 kv.metr olan 3 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 26 kv.metr olan 8 saylı 1 otaqlı əmlakların üzərinə habs qoyulmuşdur (2-ci cild, i/v 121).

21. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə "Mersedes Benz S600" markalı 99GG709 dövlət qeydiyyat nişanlı avtomobil va "Toyota Land-Gruiser" markalı 90HP051 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Bunlardan başqa, qətnamənin icası qaydasında icra məmurunun taqdimatına əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İ.Qasımova məxsus Baki şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsində yerlaşan 3 №-li evin 32 №-li mənzili üzərinə həbs qoyulmuşdur (2-ci cild, i/v 123).

22. "xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə verilmiş ərizədə qeyd edilmişdir ki, "xxxx" MTK-ya qarşı hal-hazırda onlarla məhkəmədə iddiaları və kooperativin borclu qismində çıxış etdiyi onlarla icra işi vardır. İcra işləri Nərimanov rayon İcra Şöbəsinin icraatındadır. Kooperativin borcu həddindən artıq çoxdur və kooperativ bu vəsaiti ödəmək iqtidarında deyildir. Əvvəlki müddətdə kooperativin sədri və onun payçıları kooperativi maliyyə cəhətdən demək olar ki, müflis vəziyyətə salmışlar. İddiaçı məhkəmə qərarı ilə qət edilmiş vəsaiti kooperativ ödəyə bilmir. Kooperativin maliyyə vəziyyəti və borcun həcmi onu deməyə əsas verir ki, kooperativ bu məbləği ümumiyyətlə ödəyə bilməyəcəkdir. Payçıların subsidiar məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırıq. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Maddə 110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. 110.2. Əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü kooperativ qeydə alınanadək pay haqqını tamamilə verməyə borcludur. 110.3. Kooperativin nizamnaməsi ilə müəyyənləşdirilə bilər ki, kooperativə mənsub əmlakın bir hissəsini nizamnamə ilə təyin edilən məqsədlər üçün istifadə olunan bölünməz fondlar təşkil edir. Bölünməz fondların yaradılmasına dair qərarı kooperativin üzvləri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yekdilliklə qəbul edirlər. 110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. 110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” 17 iyun 2003-cü il tarixli Azərbaycan Respublikasının Qanunu İİ. Bu qanun qüvvəyə mindiyi gündən "Lizinq xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 9, maddə 170), "Kooperasiya haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 1997-ci il, № 1, maddə 7), "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Qanununun XX bəndi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683), "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Qanununun XVİİİ bəndi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) qüvvədən düşmüş hesab edilsin. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

1. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

2. 22.1. Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. 22.2. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. 22.3. Məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, etiraz edilənin iştirakı olmadan digər hakimlər tərəfindən həll edilir. Etirazın lehinə və əleyhinə verilən səslərin sayı bərabər olduqda, hakim kənar edilmiş hesab edilir. Apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir. 22.4. Eskpertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə etiraz haqqında məsələ işə baxan hakim və məhkəmə tərəfindən həll edilir. 22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. 22.6. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir.

3. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

4. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

5. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

6. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

7. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

8. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

9. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

10. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

11. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

12. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

13. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

16. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

17. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

18. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

19. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

20. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

21. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:

22. 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən və cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3 və A.Abdıyeva tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən iddia tələbinin təmin edilən hissələrində, demək ki, tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası mülki iş materiallarını, gəlmiş tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

25. Məlum məsələdir ki, istənilən mülki mübahisənin düzgün həlli iddia tələbinin qanuni əsasının tapılmasından keçir.

26. İddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 110.4 və 110-3.4-cü maddələri təşkil edir. Həmin maddələrin dispozitiv tələblərinə görə kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmaması şərtinə bağlıdır. Başqa sözlə desək, kooperativ üzvlərinin subsidiar məsuliyyətinin yaranması üçün, kooperativin özünün yetərincə vəsaitinin olmaması tələb olunur. Həm də nəzərə alınmalıdır ki, bu hal, yəni kooperativin öz öhdəlilklərini yerinə yetirmək üçün imkanının (vəsaitlərinin) olmaması hansısa subyektiv fikir və mülahizələrinə əsasən deyil, mütləq qaydada məhkəmə qərarlarının icrasını həyata keçirən icra qurumunun qərarı ilə müəyyən edilməlidir.

27. Hazırkı işin yuxarıda araşdırılmış halları ilə bağlı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-12486/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, X2 və Cavabdeh1 MTK-dan İddiaçı xeyrinə tutulması 12.559.285,16 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi qərara alınmış, həmin qətnamə hal-hazırda icra mərhələsindədir, həmin icraatla bağlı həm MTKnın, həm də digər cavabdeh İ.Qasımovun çoxsaylı əmlaklarına həbs qoyulmuş, icra hərəkətləri davam etdirilir, icra sənədi müvafiq icra şöbələrində icraatdadır, həmin icra sənədləri üzrə icraata xitam verilməmiş, eləcə də həmin icra sənədləri icrası mümkün olmayan icra sənədi kimi geri qaytarılmamışdır.

28. Belə olan halda məlum olur ki, hazırkı halda MTK-nın üzvlərinə münasibətdə subsidiar məsuliyyətin yaranması ilə bağlı yuxarıda istinad olunan maddələrdə nəzərdə tutulan qanun normasının dispozitiv şərtləri mövcud deyildir. Bu isə öz növbəsində hazırkı iş üzrə iddiaçının iddia tələblərinin təmin edilməsini istisna edir.

29. Belə ki, Mülki iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərardadı (İş № 8(001)-20/2021) qarardadı ilə "xxxx" MTK-nın mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 2-ci mərtəbəsində ümumi sahəsi 24,8 kv.metr olan 16 saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 128,84 kv.metr olan 6 saylı 5 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 107,64 kv.metr olan 2 saylı 5 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1- ci mərtəbəsində ümumi sahəsi 12 kv.metr olan 3 saylı 1 otaqli, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 0-cı mərtəbəsində ümumi sahəsi 36 kv.metr olan 9 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 27,4 kv.metr olan 3a saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 0,01-ci mərtəbəsində ümumi sahəsi 0,01 kv.metr olan 3D saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 32,5 kv.metr olan 2 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 13 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci martəbəsində ümumi sahəsi 46,4 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nəsibbǝy Yusifbəyli küçəsi, 39 saylı evin 0-cı mərtəbəsində ümumi sahəsi 16 kv.metr olan 7 saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 14,2 metr olan 2 saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli si, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 35,8 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 0,01-ci mərtəbəsində ümumi sahəsi 0,01 kv.metr olan 3B saylı 1 otaqlı, Bakı şəhəri, Narimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 80,1 kv.metr olan 14 saylı 3 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 14 kv.metr olan 3C saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nasibbəy Yusifbəyli küçəsi, 1 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 50,6 kv.metr olan 3 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 26 kv.metr olan 8 saylı 1 otaqlı əmlakların üzərinə habs qoyulmuşdur (2-ci cild, i/v 121).

30. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə "Mersedes Benz S600" markalı 99GG709 dövlət qeydiyyat nişanlı avtomobil va "Toyota Land-Gruiser" markalı 90HP051 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Bunlardan başqa, qətnamənin icası qaydasında icra məmurunun taqdimatına əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İ.Qasımova məxsus Baki şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsində yerlaşan 3 №-li evin 32 №-li mənzili üzərinə həbs qoyulmuşdur (2-ci cild, i/v 123).

31. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-12486/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədi ilə bağlı icra hərəkətləri halhazırda da davam etdirilir.

32. Belə olan halda müəyyən olunur ki, işə baxmış rayon məhkəməsi maddi hüquq normasının təfsirində aşkar səhvə yol vermiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir.

33. Bundan başqa, araşdırmalar zamanı müəyyən olunur ki, rayon məhkəməsi MTKnın ləğvinə münasibətdə iddia tələbini rədd edərkən “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə istinad etməklə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

34. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” 17 iyun 2003-cü il tarixli Azərbaycan Respublikasının Qanunundan görünür ki, bu qanun qüvvəyə mindiyi gündən "Kooperasiya haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüşdür.

35. MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Hazırkı işin mübahisəsiz halları ilə müəyyən olunur ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2018-ci ildən sonra yaranmışdır, belə olan halda məlum olur ki, rayon məhkəməsi hazırkı mübahisəyə maddi hüquq normasını tətbiq edərkən aşkar səhvə yol vemişdir.

37. Mülki Məcəllənin 110-3.4-cü maddəsinə görə, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Demək ki, iddia tələblərinin əsaslı olması halında MTK-nın ləğvinə münasibətdə MM-in istinad olunan normaları tətbiq oluna bilərdi.

38. Göründüyü kimi, rayon məhkəməsi tərəfindən iddia tələbləri MTK-nın ləğvinə aid hissədə rədd edilsə də, lakin onun qanuni əsasları düzgün müəyyən edilməmişdir. Bu səbəbdən də hazırkı halda qətnamə MTK-nın ləğvi barədə iddia tələbinin rədd olunması hissəsində də ləğv edilməli, iddia tələbi həmin hissədə də, lakin tamamilə başqa əsasa görə, yəni MM-in 110.4-cü və 110-3.4-cü maddələrində təsbit olunmuş MTK üzvlərinin subsidiar məsuliyyətin yaranması şərtlərinin mövcud olmaması əsasına görə təmin edilməməlidir.

39. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddia tələbində MTK üzvlərinin bir qisminin cavabdeh, digər qisminin isə cavabdeh deyil, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi göstərilməsi (X10 və X14) məsələsinə də zəruri münasibət bildirməmişdir. Rayon məhkəməsi nəzərə almamışdır ki, MTK-nın üzvləri (onların həmin MTK-da çəkişən tərəflərdən kimə bağlı olmasından asılı olmayaraq) mülki qanunvericiliyin tələbinə görə, MTK-dakı paylarına müvafiq olaraq, hər biri subsidiar məsuliyyət daşıyır. (“Subsidiar” latınca “subsidiarius” sözündən olub, “ehtiyat”, “yardımçı” mənasını daşıyır).

40. (Məhkəmə kolegiyası onu da qeyd edir ki, rayon məhkəməsində cavabdehlərdən biri olan MTK-nın səlahiyyətli nümayəndəsi iddiaya qarşı əsaslandırılmış yazılı etirazlar etmiş, eyni zamanda rayon məhkəməsinin qətnaməsindən də əsaslandırılmış apellyasiya şikayəti vermişdir. Bununla belə, hazırkı iş üzrə dayandırılmış icraat təzələndikdən sonra MTK tərəfindən 22-ci bəndddəki məzmunda əvvəlki mövqedən fərqli olan ərizəsi daxil olmuşdur. Bunun səbəbləri araşdırılarkən müəyyən edilmişdir ki, hazırkı iş məhkəmənin icraatında olan dövrdə cavabdeh MTK-nın qanuni təmsilçisi dəyişdirilmiş, əvvəllər MTK-nın rəhbərliyi cavabdehlərə bağlı A.Hüseynov olmuş, hazırda isə qanuni təmsilçi iddiaçılara bağlı olan T.Bədəlovdur. Göründüyü kimi, bunun səbəbi MTK-ya rəhbərliyin İddiaçı nəzarətinə keçməsi ilə bağlı olmuşdur. Bununla belə, MTK apellyasiya şikayətindən imtina etməmişdir).

41. Eyni zamanda, araşdırmalar zamanı müyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mülki işə baxılarkən şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsinə əsas olan prosessual pozuntulara da yol verilmişdir.

42. Belə ki, cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3 və A.Abdıyeva apellyasiya şikayətlərində cavabdehlər A.Abdiyeva, Cavabdeh2, Cavabdeh3 rayon məhkəməsində işə baxılarkən məhkəmə prosesində iştirakının təmin edilmədiyini qeyd etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh3 azadlıqdan məhrum edilmə növündə cəzaya məhkum edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1247/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə 6 il iki ay 16 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuşdur. Mülki işin materialları ilə də müəyyən olunur ki, rayon məhkəməsi cavabdeh kimi onun məhkəmə iclasında iştirakını və dinlənilmək hüququnu təmin etməmiş, bununla belə, onun ziyanına qətnamə qəbul edilmişdir. MPM-in 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

43. Bundan başqa, müəyyən olunmuşdur ki, rayon məhkəməsində hazırkı işə baxılarkən Cavabdeh2 tərəfindən müxtəlif rəsmi ünvanlara yazılmış və mülki işin materiallarına əlavə edilmiş çoxsaylı müraciətdə həm də hazırkı mülki işə Xəzər Rayon Məhkəməsində baxılmasına etiraz etmişdir (1-ci cild, i/v 222-223). Buna baxmayaraq, rayon məhkəməsi tərəfindən həmin etirazlara hər hansı münasibət bildirilməmişdir. Halbuki prosessual qanunvericiliyin tələbinə görə etirazın daxil olmasından sonra ilkin prosessual hərəkət kimi etirazla bağlı məsələ həll edilməli və yanız bundan sonra həmin iş üzrə digər prosessual hərəkətlər həyata keçirilə bilərdi. Rayon məhkəməsi isə prosessual qanunvericiliyin bu tələblərinə (MPM, maddə 17-23) əməl etməmiş, etiraza qanunla müəyyən olunmuş qaydada münasibət bildirmədən işə baxılmasını davam etdirmişdir. Nəticə:

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları səhv təfsir edildiyindən, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul edildiyindən, iddiaçının apellyasiya şikayəti qismən, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

45. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3 və A.Abdıyeva tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı hər birinin ayrılıqda ödədiyi 15 manat olmaqla, (15x4=60) cəmi 60 manat iddiaçıdan alınaraq müvafiq olaraq cavabdehlərə ödənilməlidir.

46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən, cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, X12, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xəzər Rayon Məhkəməsinin 2(003)-108/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş 15 manat Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, 15 manat X9, 15 manat Cavabdeh2, 15 manat Cavabdeh3 İddiaçı alınaraq verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar