Məhkəmə qərarları › İş №2(103)-81/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-81/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-81/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh7 MMC, Cavabdeh2, X15, Cavabdeh4 Kamal oğlu, Cavabdeh6 Cəbrayıl oğlu, X27, Cavabdeh5, X1, X28, X39, X24, X16, X17, X4*, X29, X18, X56, X9, X19, X1*, X11, X12, X3*, X46, X31, X32, X33, X57, X41 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X34 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil4, Cavabdeh7 MMC-nin nümayəndəsi Vəkil5, cavabdeh X13, maraqlarına toxunulan şəxs Maraqlı şəxs1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh7 MMC, Cavabdeh2, X15, Cavabdeh4 Kamal oğlu, Cavabdeh6 Cəbrayıl oğlu, X27, Cavabdeh5, X1, X28, X39, X24, X16, X17, X4*, X29, X18, X56, X9, X19, X1*, X11, X12, X3*, X46, X31, X32, X33, X57, X41 (maraqlarına toxunan şəxslər Maraqlı şəxs1, X35, X2*, "xxxx" MTK olmaqla) qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *7 fevral 2*19-cu il tarixli, 2(*11)-99/2*19 nömrəli qətnaməsindən iddiaçı, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2, cavabdehlər X9, X19, X1*, X11, X12, X3*, X47, X31, X32, X33, X57, X36 apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh7 MMC arasında bağlanmış 327/*-USD nömrəli *7 sentyabr 2*1*-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 17 faizlə 48 ay müddətinə 56***** ABŞ dolları məbləğdə kredit verilmişdir. Kreditin 4 tranşla verilməsi razılaşdırılmışdır.

2. Bank ilə Cavabdeh7 MMC və Cavabdeh3 arasında bağlanmış İP1-327/*USD nömrəli *8 sentyabr 2*1*-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən 327/*-USD nömrəli *7 sentyabr 2*1*-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Sahib Hümbətov küçəsi ünvanında yerləşən 46 nömrəli evin ümumi sahəsi 52,3 kv.m olan 3 otaqlı, Bakı şəhəri Xətai rayonu Sahib Hümbətov küçəsi ünvanında yerləşən 42 nömrəli evin ümumi sahəsi 7* kv,m olan 4 otaqlı və yaşayış sahəsi 34 kv,m olan 3 otaqlı mənzillər ipoteka ilə yüklü edilmişlər. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə əmlaklar 242*** manat məbləğində qiymətləndirilmişdir.

3. Bank ilə Cavabdeh7 MMC arasında bağlanmış *7 sentyabr 2*1*-cu il tarixli kredit müqaviləsi üzrə 1 nömrəli 7 iyul 2*11-ci il tarixli əlavə sazişə əsasən MMC-yə nəzərdə tutulmuş 56***** ABŞ dolları məbləğində kreditin növbəti tranşı olaraq 45**** ABŞ dolları məbləğində kredit verilmişdir.

4. Bank ilə Cavabdeh7 MMC, Cavabdeh4, X27 və Cavabdeh5 arasında bağlanmış İP2-327/*-USD nömrəli *7 iyul 2*11-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən *7 sentyabr 2*1*-cu il tarixli kredit müqaviləsi və ona bağlanmış *7 iyul 2*11-ci il tarixli əlavə saziş üzrə yaranmış öhdəliklərin təminatı olaraq Cavabdeh5 məxsus Bakı şəhəri Nəsimi rayonu Rixard Zorge küçəsi ünvanında yerləşən 13 nömrəli evin 1*8 kv,m yaşayış sahəsi olan 6 otaqlı 18 nömrəli mənzili, Cavabdeh4 Kamal oğluna məxsus Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ünvanında yerləşən *7 nömrəli evin 142,74 kv.m ümumi sahəsi olan 3 otaqlı 97 nömrəli mənzili, X21 məxsus Bakı şəhəri Yasamal rayonu Nizami küçəsində yerləşən 2 mərtəbəli, 14 otaqlı, 232,1 kv.m yaşayış sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsi ipoteka ilə yüklü edilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə əmlaklar ümumi 12***** manat məbləğində qiymətləndirilmişdir.

5. Bank ilə Cavabdeh7 MMC arasında bağlanmış 32/*-USD nömrəli *7 sentyabr 2*1*-cu il tarixli kredit müqaviləsinə edilmiş 2 nömrəli və Bank ilə MMC və X15 arasında bağlanmış İP1-327/*-USD nömrəli *8 sentyabr 2*1*-cu il tarixli sonrakı ipoteka müqaviləsinə 1 nömrəli 18 dekabr 2*12-ci il tarixli əlavə sazişlərə əsasən kredit müqaviləsi üzrə qalıq 3544379,95 ABŞ dolları müəyyən edilmiş, müddət isə *8 mart 2*17-ci il tarixədək uzadılmışdır.

6. Bank ilə Cavabdeh7 MMC, Cavabdeh4, X27 və Cavabdeh5 arasında bağlanmış İP2-327/*-USD nömrəli 7 iyul 2*11-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 1 nömrəli 18 dekabr 2*12-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsi üzrə qalıq 3544379.95 ABŞ dolları müəyyən edilmiş, müddət isə *8.*3.2*17-ci il tarixədək uzadılmışdır. Sazişdə əmlaklar 175**** manat məbləğində qiyməyləndirilmişdir.

7. Bank ilə Cavabdeh7 MMC və X25 arasında bağlanmış HG1-327/*-USD nömrəli *7 sentyabr 2*1*-cu il tarixli girov müqaviləsi üzrə 1 nömrəli 18 dekabr 2*12-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsi üzrə qalıq 3544379,95 ABŞ dolları müəyyən edilmiş, girov müqaviləsinin müddəti *8 mart 2*17-ci il tarixədək uzadılmış, X14 MTK-dan aldığı pay şəklində məxsus Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 13*-cu məhəllədə yerləşən binanın ümumi sahəsi 697,3 kv.m olan 156, 157, 158, 159, 16* nömrəli mənzillər girov qoyulmuşdur.

8. Bank ilə Cavabdeh7 MMC və Cavabdeh5 arasında bağlanmış İP2-327/*USD nömrəli *7 iyul 2*11-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 2 nömrəli 13 mart 2*13-cü il tarixli əlavə sazişə əsasən Cavabdeh5 məxsus Bakı şəhəri Nəsimi rayonu Rixard Zorge küçəsi ünvanında yerləşən 13 nömrəli evin 1*8 kv.m yaşayış sahəsi olan 6 otaqlı 18 nömrəli mənzilin əvəzinə Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən 13 nömrəli evin 158.26 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır.

9. Bank ilə Cavabdeh7 MMC arasında bağlanmış 78/*-AZN nömrəli 17 iyul 2*14-cü il tarixli kredit müqaviləsinə əsasən MMC-yə illik 15 faiz ödəmək şərti ilə 6* ay müddətinə 1****** manat məbləğində kredit verilmişdir. 1*. Bank ilə Cavabdeh7 MMC və Cavabdeh5 arasında bağlanmış SİP91/*AZN nömrəli *3 mart 2*14-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən 78/*-AZN nömrəli 17 iyul 2*14-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh5 məxsus Bakı şəhəri Nəsimi rayonu Rixard Zorge küçəsi ünvanında yerləşən 13 nömrəli evin 158.26 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Yüklülük dövlət qeydiyyatı alınmışdır. Müqavilədə əmlak 12***** manat məbləğində qiymətləndirilmişdir.

11. Bank ilə Cavabdeh7 MMC və X25 arasında bağlanmış G178/*AZN nömrəli *6 avqust 2*14-cü il tarixli sonrakı girov müqaviləsinə əsasən 78/*-AZN nömrəli 17 iyul 2*14cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi X14 MTK-dan pay şəklində aldığı Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 13*-cu məhəllədə yerləşən ümumi sahəsi 697,3 kv.m olan 156, 157, 158, 159, 16* nömrəli mənzillər girov qoyulmuşdur. Müqavilədə əmlakların dəyəri 18***** manat məbləğində qiymətləndirilmişdir.

12. Bank ilə Cavabdeh7 MMC və X15 arasında bağlanmış SİP178/*AZN nömrəli *6 avqust 2*14-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən 78/*-AZN nömrəli 17 iyul 2*14-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Sahib Hümbətov küçəsi ünvanında yerləşən 46 nömrəli evin ümumi sahəsi 52,3 kv.m olan 3 otaqlı; Bakı şəhəri Xətai rayonu Sahib Hümbətov küçəsi ünvanında yerləşən 42 nömrəli evin ümumi sahəsi 7* kv.m olan 4 otaqlı və yaşayış sahəsi 34 kv.m olan 3 otaqlı mənzillər ipoteka ilə yüklü edilmişlər. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə əmlaklar 242*** manat məbləğində qiymətləndirilmişdir.

13. Bank ilə Cavabdeh7 MMC, Cavabdeh4, X27 və Cavabdeh5 arasında bağlanmış SİP278/*-AZN nömrəli 18 avqust 2*14-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən 78/*-AZN nömrəli 17 iyul 2*14-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh5 məxsus Bakı şəhəri Nəsimi rayonu Rixard Zorge küçəsi ünvanında yerləşən 13 nömrəli evin 13 nömrəli evin 158.26 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi, Cavabdeh4 Kamal oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ünvanında yerləşən 7 nömrəli evin 142.74 kv.m ümumi sahəsi olan 3 otaqlı 97 nömrəli mənzil, X21 məxsus ünvan 13ndə yerləşən 2 mərtəbəli, 14 otaqlı, 232.1 kv.m yaşayış sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsi ipoteka ilə yüklü edilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə əmlaklar ümumi 186**** manat məbləğində qiymətləndirilmişdir.

14. Bank ilə Cavabdeh7 MMC arasında bağlanmış 1*1/*-USD nömrəli 16 fevral 2*15-ci il tarixli kredit müqaviləsinə əsasən MMC-yə illik 15% ödəmək şərti ilə 34 ay müddətinə 491*** ABŞ dolları məbləğində kredit verilmişdir.

15. 1*1/*-USD nömrəli 16 fevral 2*15-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Bank ilə Cavabdeh7 MMC və Cavabdeh2 arasında ZM-1*1/*USD nömrəli 16 fevral 2*15-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

16. Bank ilə Cavabdeh7 MMC və X25 arasında bağlanmış HG1327/*-USD nömrəli *7 sentyabr 2*1*-cu il tarixli girov müqaviləsinə 2 nömrəli 22 aprel 2*15-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsinin qalığı 2845257,38 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti 21 dekabr 2*2*-ci il tarixədək uzadılmışdır.

17. 327/*-USD nömrəli *7 sentyabr 2*1*-cu il tarixli kredit müqaviləsinə edilmiş 3 nömrəli əlavə sazişdən irəli gələn öhdəliklərin təminatı kimi Bank ilə Cavabdeh7 MMC və Cavabdeh2 arasında ZM-327/*-USD nömrəli 22 aprel 2*15-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

18. Bank ilə Cavabdeh7 MMC arasında bağlanmış 327/*-USD nömrəli *7 sentyabr 2*1*-cu il tarixli kredit müqaviləsinə edilmiş *3 nömrəli 24 aprel 2*15-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsinin qalığı 2845257,38 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti 21 dekabr 2*2*-ci il tarixədək uzadılmışdır.

19. Bank ilə Cavabdeh7 MMC və X15 arasında bağlanmış İP1-311/*AZN nömrəli 31 avqust 2*1*-cu il tarixli ipoteka müqaviləsinə 2 nömrəli 24 aprel 2*15-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsinin qalığı 2845257,38 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti 21 dekabr 2*2*-ci il tarixədək uzadılmışdır. 2*. Bank ilə Cavabdeh7 MMC, Cavabdeh4, X27 və Cavabdeh5 arasında bağlanmış İP2-327/*-USD nömrəli *7 iyul 2*11-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 3 nömrəli 24 aprel 2*15-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsinin qalığı 2845257,38 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti 21 dekabr 2*2*-ci il tarixədək uzadılmışdır.

21. Bank ilə Cavabdeh7 MMC arasında bağlanmış 327/*-USD nömrrəli və 1*1/*- USD nömrəli 16 fevral 2*15-ci il tarixli kredit müqavilələrinə 4 nömrəli 19 aprel 2*16-ci il tarixli əlavə sazişə əsasən kredit öhdəliklərin qalıq məbləği 31485*2,44 ABŞ dolları müəyyən edilmiş və kreditin qaytarılma müddəti 19 yanvar 2*2*-ci il tarixədək uzadılmışdır.

22. Bank ilə Cavabdeh7 MMC, Cavabdeh4, X27 və Cavabdeh5 arasında bağlanmış İP2-327/*-USD nömrəli 7 iyul 2*11-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 4 nömrəli 19 aprel 2*16-cı il tarixli əlavə sazişə əsasən kredit öhdəliklərin qalıq məbləği 31485*2,44 ABŞ dolları müəyyən edilmiş və kreditin qaytarılma müddəti 19 yanvar 2*2*-ci il tarixədək uzadılmışdır.

23. Bank ilə Cavabdeh7 MMC və X15 arasında bağlanmış İP2-327/*USD nömrəli 7 iyul 2*11-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 3 nömrəli 19 aprel 2*16-cı il tarixli əlavə sazişə əsasən kredit öhdəliklərin qalıq məbləği 31485*2,44 ABŞ dolları müəyyən edilmiş və kreditin qaytarılma müddəti 19 yanvar 2*2*-ci il tarixədək uzadılmışdır.

24. Bank ilə Cavabdeh7 MMC arasında bağlamış G1-327/*-USD nömrəli 7 iyul 2*11-ci il tarixli girov müqaviləsi üzrə 3 nömrəli 19 aprel 2*16-cı il tarixli əlavə sazişə əsasən kredit öhdəliklərinin qalıq məbləği 31485*2,44 ABŞ dolları müəyyən edilmiş və kreditin qaytarılma müddəti 19 yanvar 2*2*-ci il tarixədək uzadılmışdır.

25. 327/*-USD nömrəli *7 sentyabr 2*1*-cu il tarixli və 1*1/*-USD nömrəli 16 fevral 2*15-ci il tarixli kredit müqaviləsi üzrə bağlanmış 19 aprel 2*16-cı il tarixli əlavə sazişdən irəli gələn öhdəliklərin təminatı kimi Bank ilə Cavabdeh7 MMC və Cavabdeh2 arasında ZM-184/*USD nömrəli 19 yanvar 2*16-cı il tarixli zaminlik müqaviləsi bağlanılmışdır.

26. Bank ilə Cavabdeh7 MMC arasında bağlanmış 78/*-AZN nömrəli 17 iyul 2*14cü il tarixli kredit müqaviləsi üzrə 1 nömrəli 19 aprel 2*16-cı il tarixli əlavə sazişə əsasən kredit öhdəliklərinin qalıq məbləği 812171,63 manat müəyyən edilmiş və kreditin qaytarılma müddəti 19 avqust 2*19-cu il tarixədək uzadılmışdır.

27. 78/*-AZN nömrəli 17 iyul 2*14-cü il tarixli kredit müqaviləsi üzrə 19 aprel 2*16-cı il tarixli əlavə sazişdən irəli gələn öhdəliklərin təminatı kimi Bank ilə Cavabdeh7 MMC və Cavabdeh2 arasında ZM-185/*-AZN nömrəli 19 aprel 2*16-cı il tarixli zaminlik müqaviləsi bağlanaraq, kredit öhdəliklərinin qalıq məbləği 812171,63 manat müəyyən edilmiş və kreditin qaytarılma müddəti 19 avqust 2*19-cu il tarixədək uzadılmışdır.

28. Bank ilə Cavabdeh7 MMC, Cavabdeh4, X27 və Cavabdeh5 arasında bağlanmış SİP2-78/*-AZN nömrəli 18 avqust 2*14-cü il tarixli sonrakı ipoteka müqaviləsinə 4 nömrəli 19 aprel 2*16-ci il tarixli əlavə sazişə əsasən kredit öhdəliklərinin qalıq məbləği 812171,63 manat müəyyən edilmiş və kreditin qaytarılma müddəti 19 avqust 2*19-cu il tarixədək uzadılmışdır.

29. Bank ilə Cavabdeh7 MMC və Cavabdeh3 arasında bağlanmış SİP178/*-AZN nömrəli *6 avqust 2*14-cü il tarixli sonrakı ipoteka müqaviləsinə 1 nömrəli 19 aprel 2*16-cı il tarixli əlavə sazişə əsasən kredit öhdəliklərinin qalıq məbləği 812171,63 manat müəyyən edilmiş və kreditin qaytarılma müddəti 19 avqust 2*19-cu il tarixədək uzadılmışdır. 3*. Bank ilə Cavabdeh7 MMC arasında bağlamış G2-78/*-AZN nömrəli 6 avqust 2*14-cü il tarixli girov müqaviləsi üzrə 1 nömrəli 19 aprel 2*16-cı il tarixli əlavə sazişə əsasən kredit öhdəliklərinin qalıq məbləği 812171,63 manat müəyyən edilmiş və kreditin qaytarılma müddəti 19 avqust 2*19-cu il tarixədək uzadılmışdır.

31. Bank ilə Cavabdeh7 MMC arasında bağlanmış 327/*-USD nömrəli 7 sentyabr 2*1*-cu il tarixli və 1*1/*-USD nömrəli 16 fevral 2*15-ci il tarixli kredit müqavilələri üzrə 4 nömrəli 19 aprel 2*16-cı il tarixli əlavə sazişə dəyişikliklər edilməsinə dair 3* iyun 2*16-cı il tarixli sazişə əsasən kreditin istifadəsinə görə MMC illik 1*% ödəməyi öhdəsinə götürmüşdür.

32. Bank ilə Cavabdeh7 MMC və Cavabdeh3 arasında bağlanmış SİP178/*-AZN nömrəli 3 may 2*16-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən 78/*AZN nömrəli 17 iyul 2*14-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Sahib Hümbətov küçəsi ünvanında yerləşən 46 nömrəli evin ümumi sahəsi 52.3 kv.m olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə əmlak 65*** manat məbləğində qiymətləndirilmişdir. Kredit öhdəliklərinin qalıq məbləği 812171,63 manat müəyyən edilmiş və kreditin qaytarılma müddəti 19 avqust 2*19-cu il tarixədək uzadılmışdır.

33. Bank ilə Cavabdeh7 MMC və Cavabdeh6 Cəbrayıl oğlu arasında bağlanmış HG1-327/*USD nömrəli *7 sentyabr 2*1*-cu il tarixli girov müqaviləsinə əsasən öhdəliklərin təminatı kimi Cavabdeh6 Cəbrayıl oğlu "xxxx" MTK-dan aldığı pay şəklində Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində ümumi sahəsi 12* kv.m olan 31 nömrəli, həmin mərtəbədə ümumi sahəsi 173,9 kv.m olan 32 nömrəli, həmin mərtəbədə ümumi 219,2 kv.m. olan 33 nömrəli, həmin mərtəbədə ümumi sahəsi 1*9,7 kv.m. olan 34 nömrəli, həmin mərtəbədə ümumi sahəsi 74,5 kv.m. olan 35 nömrəli mənzilləri ipotekaya qoymuşdur. Müqavilədə əmlakların dəyəri 18***** manat məbləğində qiymətləndirilmişdir.

34. 327/*-USD nömrəli *7 sentyabr 2*1*-cu il tarixli və 1*1/*-USD nömrəli 16 fevral 2*15-ci il tarixli kredit müqaviləsi üzrə bağlanmış 4 nömrəli 19 aprel 2*16-cı il tarixli əlavə sazişdən irəli gələn öhdəliklərin təminatı kimi Bank ilə Cavabdeh7 MMC və Cavabdeh2 arasında ZM-2*2/*-USD nömrəli 3* iyun 2*16-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

35. Bank ilə Cavabdeh7 MMC və X15 arasında bağlanmış İP1-327/*USD nömrəli 7 sentyabr 2*1*-cu il tarixli sonrakı ipoteka müqaviləsinə 4 nömrəli 1 iyul 2*16-cı il tarixli əlavə sazişə əsasən kredit üzrə ödəniləcək faiz dərəcəsi 1*% müəyyən edilmişdir.

36. Bank ilə Cavabdeh7 MMC, Cavabdeh4, X27 və Cavabdeh5 arasında bağlanmış İP2-327/*-USD nömrəli 7 iyul 2*11-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 5 nömrəli 1 iyul 2*16-cı il tarixli əlavə sazişə əsasən kredit üzrə ödəniləcək faiz dərəcəsi 1*% müəyyən edilmişdir.

37. Bank ilə Cavabdeh7 MMC və Cavabdeh6 Cəbrayıl oğlu arasında bağlanmış G2-2*2/*USD nömrəli 8 iyul 2*16-cı il tarixli girov müqaviləsinin kreditin qalıq məbləği 31485*2,44 ABŞ dolları, müddəti isə 19 yanvar 2*2*-ci il tarixdək müəyyən edilmişdir.

38. Bank Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X21 11 sentyabr 2*17-ci il tarixdə ipoteka predmetinə yönəldilməsinə dair bildirişlər göndərmiş, bildirişin qeydə alınmasına dair ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində 14 sentyabr 2*17-ci il tarixdə qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

39. Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəməyə müraciət edərək, Cavabdeh7 MMC-dən və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə *7 sentyabr 2*1*-cü il tarixli 327/*USD nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərə əsasən 31483*2,44 ABŞ dolları əsas, 248787,*1 ABŞ dolları faiz, 197*9,45 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 3416998,9* ABŞ dolları və 17 iyul tarixli 78/*-AZN №-li kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərə əsasən banka 81*8*7,65 manat əsas, 524*6,61 manat faiz, 515,45 manat cərimə borcu olmaqla, ümumilikdə 863729,71 manat borcun, 3* manat məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun və 18* manat (3*x6) ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün rüsumunun tutulması; tutmanın Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 52,3 kv.m olan 3 otaqlı mənzilinə, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 7* kv.m olan 4 otaqlı, Cavabdeh3 məxsus yaşayış sahəsi 34 kv.m. olan 3 otaqlı mənzilinə, Cavabdeh5 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Cavabdeh4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində mülkiyyətdə olan 1.*3773 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 14 mərtəbəli binada, ümumi sahəsi 142.74 kv.m olan 3 otaqlı 97 nömrəli mənzilinə, X21 məxsus Baki şəhəri, Yasamal rayonu, Nizami küçəsində istifadədə olan *.*2622 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 14 otaqlı, 232.1 kv.m yaşayış sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsinə, Cavabdeh6 Cəbrayıl oğluna MTK-dan aldığı pay şəklində məxsus Bak şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*cu mərtəbəsində ümumi sahəsi 12* kv.m olan 31 nömrəli, həmin mərtəbədə ümumi sahəsi 173.9 kv.m olan 32 nömrəli, həmin mərtəbədə ümumi sahəsi 219.2 kv.m olan 33 nömrəli, həmin mərtəbədə ümumi sahəsi 1*9.7 kv.m olan 34 nömrəli, həmin mərtəbədə ümumi sahəsi 74.5 kv.m olan 35 nömrəli mənzillərinə yönəlməsi və həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına Banka ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh3 məxsus Baki şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi, 46 ünvanında yerləşən ümumi sahəsi 52.3 kv.m olan 3 otaqlı mənzilinə tutma yönəldildikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh3, X1, X37, X39 və X5 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonra Cavabdeh3, X1, X37, X39 və X5 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh3 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 7* kv.m olan 4 otaqlı mənzilinə tutma yönəldildikdə və mənzil satıldıqdan 1 ay sonra X16, X17, X4*, X29 və X2 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonra X16, X17, X4*, X29 və X2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh3 məxsus ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 34 kv.m olan 3 otaqlı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra həmin sahənin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh5 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra həmin sahənin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində mülkiyyətdə olan 1.*3773 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 14 mərtəbəli binada, ümumi sahəsi 142.74 kv.m olan 3 otaqlı 97 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra həmin mənzilin boşaldılması və banka təhvil verilməsi; X21 məxsus ünvan 13ndə istifadədə olan *.*2622 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 14 otaqlı, 232.1 kv.m yaşayış sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra həmin mənzilin boşaldılması və banka təhvil verilməsi; Cavabdeh6 Cəbrayıl oğluna MTK-dan aldığı pay şəklində məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində ümumi sahəsi 12* kv.m olan 31 nömrəli, həmin mərtəbədə ümumi sahəsi 173.9 kv.m olan 32 nömrəli, həmin mərtəbədə ümumi sahəsi 219.2 kv.m olan 33 nömrəli, həmin mərtəbədə ümumi sahəsi 1*9.7 kv.m olan 34 nömrəli həmin mərtəbədə ümumi sahəsi 74.5 kv.m olan 35 nömrəli mənzillərinə tutma yönəldildikdə və onlar satıldıqdan 1 ay sonra həmin mənzillərin boşaldılması və Banka təhvil verilməsi, X21 məxsus ünvan 13ndə istifadədə olan *,*2622 ha torpaq sahəsində yeləşən 2 mərtəbəli, 14 otaqlı, 232,1 kv.m yaşayış sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X27, X9, X19, X1*, X11, X12, X3*, X46, X31, X32, X33, X57 və X36 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonra X27, X9, X19, X1*, X11, X12, X3*, X46, X31, X32, X33, X57 və X36 həmin evdən çıxarılması, həmin evin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4*. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərini vaxtında icra etməmiş və nəticədə tələb olunan məbləğdə borc yaranmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibətini bildirməmişlər.

41. MMC-nin və Cavabdeh2 nümayəndəsi iddia ərizəsinə etiraz edərək və iddia tələbini qismən qəbul edərək göstərmişlər ki, *7.*9.2*1*-cu il tarixli 327/*USD №-li kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərə əsasən 31483*2,44 ABŞ dolları əsas, 248787,*1 ABŞ dolları faiz, 197*9,45 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 3416998,9* ABŞ dolları və 17 iyul tarixli 78/*-AZN №-li kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərə əsasən banka 81*8*7,65 manat əsas, 524*6,61 manat faiz, 515,45 manat cərimə borcu olmaqla, ümumilikdə 863729,71 manat borcun, 21* manat dövlət rüsumunun ödənilməsi hissəsində iddinı qəbul, qalan hissədə qəbul etmirlər.

42. Birinci instansiya məhkəməsi 16 mart 2*18-ci il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq və əmlakların bazar qiymətinin müəyyənləşdirilməsi üçün qiymətləndirilmə ekspertizaları təyin edilmişdir.

43. "xxxx" MMC-nin G-*6/18-215 saylı, 12.*6.2*18-ci il tarixli hesabatı ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllə ünvanında 14 mərtəbəli binanın 1*cu mərtəbəsində yerləşən 3 otaqlı, 31 nömrəli mənzilin bazar dəyəri 36**** manat, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllə ünvanında 14 mərtəbəli binanın 1*cu mərtəbəsində yerləşən 4 otaqlı, 32 nömrəli mənzilin bazar dəyəri 521*** manat, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllə ünvanında 14 mərtəbəli binanın 1*cu mərtəbəsində yerləşən 5 otaqlı, 33 nömrəli mənzilin bazar dəyəri 657*** manat, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllə ünvanında 14 mərtəbəli binanın 1*cu mərtəbəsində yerləşən 2 otaqlı, 34 nömrəli mənzilin bazar dəyəri 33**** manat, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllə ünvanında 14 mərtəbəli binanın 1*cu mərtəbəsində yerləşən 1 otaqlı, 35 nömrəli mənzilin bazar dəyəri 2235** manat, ünvan 6 ünvanında 14 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 97 nömrəli mənzilin bazar dəyəri 45**** manat, ünvan 4 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin bazar dəyəri 1187*** manat, ünvan 13, *,*2622 ha torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evinin 3/8 hissəsinin bazar dəyəri 35**** manat, ünvan 7 ünvanında 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin bazar dəyəri 63*** manat, ünvan 8 ünvanında 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin bazar dəyəri 63*** manat məbləğində müəyyən edilmişdir. ünvan 7 ünvandakı digər mənzil söküldüyündən qiymətləndirilməsi mümkün olmamışdır.

44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2*18-ci il tarixli, 12429 nömrəli ekspert rəyinə əsasən 7 sentyabr 2*1*-cu il tarixli kredit müqaviləsi üzrə 29.*8.2*17-ci il tarixə əsas borc – 26589*9,66 ABŞ dolları, faiz borcu – 2*2864,65 ABŞ dolları; 17 iyul 2*14-cü il tarixli kredit müqaviləsi üzrə 18.*8.2*17-ci il tarixə əsas borc – 758569,78 manat, faiz borcu – 7284*,53 manat təşkil etmişdir.

45. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *7 fevral 2*19-cu il tarixli, 2(*11)-99/2*19 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, *7 sentyabr 2*1*-cu il tarixli 327/*USD nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərə əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 26589*9,66 ABŞ dolları məbləğdə əsas borc, 2*2864,65 ABŞ dolları məbləğdə faiz borcu, 2*** ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 2863774,31 ABŞ dolları məbləğdə Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 3* manat məbləğdə dövlət rüsumu və 18* manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının Cavabdeh7 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi, 17 iyul 2*14-cü il tarixli, 78/*-AZN nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər üzrə 758569,78 manat məbləğdə əsas borc, 524*6,61 manat məbləğdə faiz borcu, 5* manat məbləğdə cərimə olmaqla, cəmi 811*26,39 manat məbləğdə kredit borcunun MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi; *7 sentyabr 2*1*-cu il tarixli, 327/*-USD nömrəli kredit müqaviləsi və 17 iyul 2*14-cü il tarixli, 78/*-AZN nömrəli kredit müqaviləsi üzrə tələblərin X6 məxsus olan ünvan 9 ünvanında yerləşən 3 otaqlı mənzilə; X6 məxsus olan ünvan 10 ünvanında yerləşən, yaşayış sahəsi 34 kv.m olan 3 otaqlı mənzilə; Cavabdeh5 məxsus olan ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə; Cavabdeh4 məxsus olan Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi 7 nömrəli evin 97 nömrəli mənzilinə; X21 məxsus olan Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi 23 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsinə; MTK-dan pay şəklində alınmış Cavabdeh6 Cəbrayıl oğluna məxsus olan Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində olan 31 nömrəli mənzilinə MTK-dan pay şəklində alınmış, Cavabdeh6 Cəbrayıl oğluna məxsus olan Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində olan 32 nömrəli mənzilinə; MTK-dan pay şəklində alınmış Cavabdeh6 Cəbrayıl oğluna məxsus olan Bakı şəhərı Səbail rayonu Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində olan olan 33 nömrəli mənzilinə; MTKdan pay şəklində alınmış, Cavabdeh6 Cəbrayıl oğluna məxsus olan Bakı şəhərı, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində olan 34 nömrəli mənzilinə; MTK-dan pay şəklində alınmış, Cavabdeh6 Cəbrayıl oğluna məxsus olan Bakı şəhərı, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində olan 35 nömrəli mənzilinə yönəldilməsi; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində olan 31 nömrəli mənzilin ilkin satış qiymətinin 36**** (üç yüz altmış min) manat məbləğində olmaqla açıq hərracdan satılması; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən 14 mərtəbəli binanın 1*cu mərtəbəsində olan 32 nömrəli mənzilin ilkin satış qiymətinin 521*** manat məbləğində olmaqla açıq hərracdan satılması; Bakı şəhərı, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən 14 mərtəbəli binanın 1*cu mərtəbəsində olan 5 otaqlı, 33 nömrəli mənzilin ilkin satış qiymətinin 657*** manat məbləğində olmaqla açıq hərracdan satılması; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə ünvanında yerləşən 14 mərtəbəli binanın 1*-cu mərtəbəsində olan 2 otaqlı, 34 nömrəli mənzilin ilkin satış qiymətinin 33**** manat məbləğində olmaqla açıq hərracdan satılması; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə ünvanında yerləşən 14 mərtəbəli binanın 1*-cu mərtəbəsində olan 1 otaqlı, 35 nömrəli mənzilin ilkin satış qiymətinin 2235** manat məbləğində olmaqla açıq hərracdan satılması; ünvan 6 ünvanında yerləşən 14 mərtəbəli binanın 8-ci mərtəbəsində olan 97 nömrəli mənzilin ilkin satış qiymətinin 45**** manat məbləğində olmaqla açıq hərracdan satılması; ünvan 4 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1187*** manat məbləğində olmaqla açıq hərracdan satılması; ünvan 13 ünvanında istifadədə olan *,*2622 ha torpaq sahəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsinin ilkin satış qiymətinin 35**** manat məbləğində olmaqla açıq hərracdan satılması; ünvan 7 ünvanında 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin ilkin satış qiymətinin 63*** manat məbləğində olmaqla açıq hərracdan satılması; ünvan 8 ünvanında 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin ilkin satış qiymətinin 63*** manat məbləğində olmaqla açıq hərracdan satılması, həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 17 iyul 2*14-cü il tarixli, 78/*AZN nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər üzrə 811*26,39 manat məbləğində kredit borcu, həmçinin *7 sentyabr 2*1*-cu il tarixli 327/*-USD nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərə əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 2863774,31 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 3* manat məbləğində dövlət rüsumu və 18* manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi; ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 52,3 kv.m olan 3 otaqlı mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra X15, X1, X37, X39, X5 mənzildən çıxarılaraq, həmin əmlakın boşaldılması; ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 34 kv.m olan 3 otaqlı mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 34 kv.m olan 3 otaqlı mənzilin boşaldılması; ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və qeyri-yaşayış sahəsi satıldıqdan 1 ay sonra boşaldılması; Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində mülkiyyətdə olan 1,*3773 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 14 mərtəbəli binada, ümumi sahəsi 142,74 kv.m olan 3 otaqlı 97 nömrəli mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra boşaldılması; ünvan 13ndə istifadədə olan *,*2622 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 14 otaqlı, 232,1 kv.m yaşayış sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra X27, X9, X52 qizı, X1*, X11, X12, X3*, X46, X31, X32, X33, X57 və X36 həmin evdən çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun, 1*-cu mərtəbəsində ümumi sahəsi 12* kv.m olan 31 nömrəli mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra boşaldılması; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun, 1*-cu mərtəbəsində ümumi sahəsi 173,9 kv.m olan 32 nömrəli mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra boşaldılması; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun, 1*-cu mərtəbəsində ümumi sahəsi 219,2 kv.m olan 33 nömrəli mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra boşaldılması; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun, 1*-cu mərtəbəsində ümumi sahəsi 1*9,7 kv.m olan 34 nömrəli mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra boşaldılması; Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun, 1*-cu mərtəbəsində ümumi sahəsi 74,5 kv.m olan 35 saylı mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 15* manat məbləğində pul vəsaitinin Cavabdeh7 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

46. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Lakin cavabdehlərdən əsas borcun və ona hesablanmış faiz borcunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir.

47. Birinci instansiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi ilə razılaşaraq və ekspert rəyini sübut növü kimi qəbul etmiş, əsas və faiz borcunun rəydə müəyyən edilmiş məbləğlərdə cavabdehlərdən müştərək qaydada tutulması qənaətinbə gəlmişdir.

48. Birinci instansiya məhkəməsi iddianın cərimənin hesablanması hissəsini qismən əsaslı hesab etmiş, iddia ərizəsində göstərilən cərimənin *7.*9.2*1*-cu il tarixli kredit müqaviləsi üzrə 197*9,45 ABŞ dolları məbləğində deyil, 2*** ABŞ dolları manat məbləğində, 17.*7.2*14-cü il tarixli kredit müqaviləsi üzrə 515,45 manat məbləğində deyil, 5* manat müəyyən edilməsini məqsədə müvafiq və ədalətli saymışdır.

49. Birinci instansiya məhkəməsi həmçinin tələbin ipotekaya qoyulmuş daşınmaz əmlaklara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklara yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, borc tələbi *7.*9.2*1*-cu il tarixli və 17.*7.2*14-cü il tarixli kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklara (X6 məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 7* kv.m olan 4 otaqlı mənzil söküldüyündən, həmin mənzil istisna olmaqla) yönəldilməlidir. 5*. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabatları əsasında müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlaklar açıq hərracdan satılmalı və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.

51. Birinci instansiya məhkəməsi iddia tələbinin “cavabdehlərin mənzil(lər)dən çıxarılmaları və mənzil(lər)in boşaldılması”na dair hissələrini araşdıraraq hesab etmişdir ki, qeyd edilən mənzillər ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

52. Birinci instansiya məhkəməsi “cavabdehlərin qeyd olunan daşınmaz əmlaklara istifadə hüququnun itirilmiş hesab edilməsi, əmlakların iddiaçıya təhvil verilməsinə” dair iddia tələbini isə əsassız sayaraq, bu hissədə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün əmlaklara tutma yönəldilməli və onlar satılmalıdır, bundan əlavə, ipoteka qoyanların mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçilər daxil olmalıdır, həmçinin, mənzillərdə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzilləri könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçilər istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalı və bu tələblərə yeni icraata baxılmalıdır.

53. Birinci instansiya məhkəməsi iddianın “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməsi”nə dair hissəsini də əsassız sayaraq göstərib ki, qeyd edilən məsələ qətnamənin icrası zamanı həll edilən məsələ olduğundan iddia həmin hissədə təmin edilməməlidir.

54. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 2*3.1, 317.1, 319.1, 385.1, 442, 443.1, 462.1, 467, 47*.1, 472.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33, 39.3.3, 59.3, 59.4-cü, “İcra haqqında” Qanunun 45.6-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2*14-cü il tarixli və "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2*15-ci il tarixli Plenumunun Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

55. Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə və ipoteka predmetlərinin real ilkin satış qiymətinin müəyyənləşdirilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

56. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

57. Cavabdehlər X9, X19, X1*, X11, X12, X3*, X47, X31, X32, X33, X57 və X58 birgə apellyasiya şikayəti verərək, qətnamənin onlara aid olan hissəsinin ləğv olunması, həmin hissədə tələbin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

58. Bankın şikayətinin dəlillərinə görə, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və səbəbdən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ikiqat faiz hesablanmışdır. Eyni zamanda məhkəmə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə münasibətdə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, ipoteka predmetlərinin dəyəri ipoteka müqavilələrində qeyd olunmuşdur.

59. Cavabdeh2 şikayətinin dəlillərinə görə, Cavabdeh2 tərəfindən icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət edilmişdir. Bunun səbəbi həmin vaxt Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə baxılması olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində mübahisə predmeti olan zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə mülki işə baxıldığı bir halda Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan iş üzrə icraatın davam etdirilməsi birbaşa olaraq Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. 6*. Cavabdehlər C.Məmmədov və digərlərinin şikayətinin dəlillərinə görə, onlar iddia tələbində cavabdeh kimi göstərilsə də, tələblərin heç birinə aidiyyətləri olmamış, hər hansı kredit götürməmiş, mənzili ipoteka ilə yüklü etməmişlər.

61. Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2*21-ci il tarixli, 9/1372 nömrəli ekspert rəyinə əsasən *7.*9.2*1*-cu il tarixli 327/* USD nömrəli kredit müqaviləsi üzrə 29.*8.2*17ci il tarixinə - 2.658.9*9,66 ABŞ dolları əsas, - 2*2.864,65 ABŞ dolları faiz; 17.*7.2*14-cü il tarixli 78/*AZN nömrəli kredit müqaviləsi üzrə 18.*8.2*17-ci il tarixinə 758.569,78 manat əsas, - 72.84*,53 manat faiz borcu vardır.

62. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-88/2*21 nömrəli 28 iyul 2*21-ci il tarixli qətnaməsi ilə iddiaçı bank və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, cavabdehlər X9, X19, X1*, X11, X12, X3*, X47, X31, X32, X33, X57 və X58 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlər X9, X19, X1*, X11, X12, X3*, X47, X31, X32, X33, X57 və X36 Bakı şəhəri Yasamal rayonu Nizami küçəsində istifadədə olan *,*2622 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 14 otaqlı, 232,1 kv.m yaşayış sahədən ibarət 23 nömrəli fərdi yaşayış evindən çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə və cavabdehlər X9, X19, X1*, X11, X12, X3*, X47, X31, X32, X33, X57 və X41 münasibətdə rədd edilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

63. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianın borcun müəyyən edilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi hissəsində düzgün nəticəyə gəlmiş, həmin hissələrdə qətnamənin ləğvi üçün əsas yoxdur. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin “cavabdehlərin mənzil(lər)dən çıxarılmaları və mənzilin boşaldılmasına dair hissələri üzrə qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbinin həmin hissədə də təmin edilməli olması qənaətinə gəlməkdə haqlı olsa da, hazırkı iş üzrə mənzil(lər)dən çıxarılmaları və mənzilin boşaldılması öhdəliyi olan şəxslərin dairəsini düzgün müəyyən etməmişdir.

64. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, X21 məxsus ünvan 13ndə istifadədə olan *.*2622 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 14 otaqlı, 232.1 kv.m yaşayış sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsi müvafiq ipoteka müqavilələri ilə yüklü etsə də, cavabdehlər X9, X19, X1*, X11, X12, X3*, X47, X31, X32, X33, X57 və X58 isə ünvan 13ndə istifadədə olan *,*2622 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 14 otaqlı, 232,1 kv.m yaşayış sahədən ibarət 23 nömrəli fərdi yaşayış evində digər paylı mülkiyyətçi və (və ya) onların ailə üzvləri olmaqla, onlara məxsus paylarını ipoteka ilə yüklü etməmiş və heç bir öhdəlik götürməmişlər, həmçinin iddiaçı Bankla heç bir kredit, ipoteka və ya zaminlik müqavilə münasibətləri olmamış və bu barədə hər hansı sübut iş materiallarında mövcud deyildir.

Kassasiya instansiyası məhkəməsində icraat

65. Maraqlı şəxs1, X35, X2*, "xxxx" MTK (vəkil Maraqlı şəxs1) ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onların maraqlarına toxunmasını bildirmiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

66. Ərizəçilər bildirmişlər ki, qətnamə ilə tələb yönəldilmiş MTK-dan pay şəklində alınmış, Cavabdeh6 Cəbrayıl oğluna məxsus olduğu bildirilən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində olan 31, 33, 34 və 35 nömrəli mənzillər girov müqaviləsi bağlanan zaman Cavabdeh6 Cəbrayıl oğluna məxsus olmamış, həmin mənzillər yalnız 18.*5.2*1619.*5.2*16-cı il tarixdə yalnız bir gün ona məxsus olmuş, 19.*5.2*16-cı il tarixdə mənzillər geri qaytarılmış və mənzillərə görə ödənilmiş pul vəsaitləri Cavabdeh6 qaytarılmışdır. MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 13*-cu məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın yeni ünvanı ünvan 16əmin ünvanda yerləşən 33 nömrəli mənzil mülkiyyət hüququ əsasında ərizəçilərdən Maraqlı şəxs1, 32 nömrəli mənzil X7, 34 nömrəli mənzil X22 məxsusdur. Həmin ünvanda yerləşən 31 nömrəli mənzil isə heç kimə satılmamış, hazırda MTK-nın balansındadır.

67. Azərbaycan Respublikası Ali Məhkəmənin 12 aprel 2*22-ci il tarixli, 3/N- 27273/2*21 nömrəli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iş üzrə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Maraqlı şəxs1, X35, X2*, MTK-nın ərizəsi təmin olunaraq, ərizəyə əlavə edilmiş kassasiya şikayəti MPM-in 4*7-4*9-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

68. Bank kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin əsas, faiz və cərimə borcu, əmlakların yenidən qiymətləndirilməsi, ipoteka predmetinə tutma yönəldilməsi hissələrində tam təmin olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

69. Şikayətin dəlillərinə görə, məhkəmə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə münasibətdə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi öz qətnamələrində əmlakın bazar dəyərini ilkin satış qiyməti kimi göstərmişdirlər. Bu isə Qanuna zidd və qətnamənin maddi hüquq normalarının pozulması ilə çıxarılması deməkdir. Həmçinin, sözügedən qətnamədə ipoteka predmeti olmuş əmlakların ilkin satış qiyməti likvid dəyərini əks etdirmədiyi üçün icra edilməsi əsassız yerə Bank tərəfindən əmlakın Bankın mülkiyyətinə götürüldüyü təqdirdə iş üzrə əsassız fərq ödəməsinə gətirib çıxaran amildir. Bu isə Bankın kreditorları qarşısındakı öhdəliklərinin çox gec icra edilməsinə və kreditor hüquqlarının pozulmasına zəmin yaradır. Apellyasiya instansiya məhkəməsi Bankın iddia tələblərini əsas, faiz və cərimə borcu hissəsində əsassız olaraq azaltmışdır. Belə ki, məhkəmə qətnaməsi ilə *7 sentyabr 2*1*-cu il tarixli 327/*-USD nömrəli kredit müqaviləsi üzrə 3148,3*2 ABŞ dolları əsas məbləğdən 489392,34 ABŞ dolları, 248787,*1 ABŞ dolları faiz məbləğindən 45923 ABŞ dolları, 17 iyul 2*1*-cu il tarixli, 78/*-AZN nömrəli kredit müqaviləsi üzrə 81*8*7,65 manat əsas borcdan 52.238 manat azaldılmışdır. Bank arayışı ilə ekspert rəyi arasında belə kəskin məbləğ fərqinin olması, ekspertin öz rəyində silinməni düzgün həyata kecirməməyinin nəticəsində yaranmışdır. İş materiallarında olan Bankın təqdim etdiyi hesabdan çıxarışlarda silinmənin əsas və va faiz borcundan aparılması aydın göstərilmişdir. Ekspert rəyi ilə hesabdan çıxarış arasında müqayisə aparanda, ekspertin silinməni səhv apardığı görünmüşdür. Çünki ekspertin borcu tənasübsüz silməyi, silinməni kəskin fərqlə əsas borca yönəltməyi hallarının araşdırılması üçün təkrar məhkəmə ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Qanunvericilikdə cərimə məbləğinin tənasübü müəyyənləşdirilirkən kreditorun mənafeləri və bütün əsaslı mənafelərin nəzərə alınması tələb olunur. Lakin hər iki instansiya məhkəməsi qeyd olunan normanın tələbinə riayət etməmişdir. İpoteka predmeti olan X6 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 7* kv.m olan 4 otaqlı mənzilin sökülməsi səbəbi ilə tutmanın həmin əmlaka yönəldilməməsinə gəldikdə, qeyd edilməlidir ki, sökülmüş ipoteka predmetinin əvəzinə ipotekaqoyana yeni əmlakın verilib-verilməməsi, yaxud da sökülən mənzil üçün ipotekaqoyana kompensasiyanın ödənilib-ödənilməməsi məsələsi məhkəmə tərəfindən araşdırılmamışdır. Əgər bu kimi hallar məhkəmə tərəfindən araşdırılsaydı, o zaman sökülmüş ipoteka predmetinin əvəzinə verilmiş yeni əmlak ipoteka predmetini əvəz etməli yaxud da ödənilmiş kompensasiya ipoteka predmeti dəyərində ipoteka saxlayana ödənməli idi. 7*. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

71. Şikayətin dəlillərinə görə, Bank ilə MMC arasında *7 sentyabr 2*1*-cu il tarixində və 17 iyul 2*14-ci il tarixində kredit müqavilələri bağlanmış, Cavabdeh2 ilə isə cəmi bir dəfə və hər iki kredit müqaviləsinin bağlanmasından uzun müddət sonra – 16 fevral 2*15-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Yəni Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlandıqda artıq hər iki kredit müqaviləsinin bağlanmasından uzun müddət keçmiş, hətta birinci müqavilənin ilkin müddəti bitmişdi. Bu hal isə onu deməyə əsas vermişdir ki, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsi əslində hər iki kredit müqaviləsinə aid edilə bilməz. Mülki Məcəllənin tələblərinə əsasən, əqd tərəflərin iradə ifadəsidir. Lakin zamin ilkin kredit müqavilələri bağlanmasından və onlara aid sazişlərdən tamamilə məlumatsız olmuş, hətta onların müddətlərinin artırılması ilə bağlı zaminlə hər hansı bir saziş imzalanmamışdır. Həmçinin kredit müqaviləsi ilə eyni tarixdə bağlanmış kifayət qədər girov və ipoteka müqavilələri mövcud olmuş və onların hər birinin müddəti kredit müqaviləsinə paralel olaraq uzadılmışdır. Zaminlik müqaviləsinə bu hal aid edə bilməz. Bu hal özü-özlüyündə qətnamənin ləğv edilməsi üçün əsas kimi qiymətləndirilə bilər. Hər iki kredit müqaviləsi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının tamamilə eynilik təşkil etməsi də şübhəli məqam olmuşdur. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi işinin rahatlığı üçün eynilik təşkil edən ekspertiza rəyinə istinad etmiş, nəticədə əsassız qərar qəbul etmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən ciddi prosessual pozuntuya yol verilərək işə baxılmışdır. Belə ki, iki ədəd müxtəlif tarixlərdə bağlanmış iki fərqli valyutada olan kredit müqaviləsi və həmin müqavilələr üzrə bağlanmış müxtəlif ipoteka müqavilələri olmasına baxmayaraq, hər iki müxtəlif valyutada olan kredit müqavilələri və onun əsasında bağlanmış digər müqavilələri eyni iddia ərizəsində qeyd edilməsi və bu iki bir-birindən fərqli tələb barədə bir dövlət rüsumu ödənilmişdir. Bu hal özü-özlüyündə ciddi prosessual pozuntudur. Müqavilələrin başqa valyutada olmasına, təminat müqavilələrinin müxtəlifliyinə məhkəmə tərəfindən heç bir fərq qoyulmamışdır. Bundan əlavə, iş hələ Xətai Rayon Məhkəməsinin icraatında olduğu ərəfədə Cavabdeh2 tərəfindən icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət edilmişdir. Bunun səbəbi həmin vaxt Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə baxılırdı. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində mübahisə predmeti olan zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə mülki işə baxıldığı bir halda Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan iş üzrə icraatın davam etdirilməsi birbaşa olaraq Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin tələbləri pozularaq işə baxılmasına apellyasiya instansiyası tərəfindən heç bir münasibət bildirilməmişdir. Buna görə də bu məsələyə Ali Məhkəmə tərəfindən baxılmalı və düzgün hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, “iş materiallarından görünür ki, MMC-yə borcun ödənilməsi barədə 12 iyul 2*17-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.” Bank tərəfindən yalnız bir cavabdehə pretenziya məktubu göndərilmişdir. Bu hal da Mülki Prosessual Məcəllənin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, MPM-in tələblərinə görə, pretenziya məktubu cavabdeh(lər)ə göndərilir, yalnız borc alana yox. Lakin bu hala da birinci və apellyasiya instansiyaları məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir. Yalnız bir cavabdehə pretenziya məktubu göndərərək 1*-dan çox cavabdehə qarşı iddia qaldırılması prosessual pozuntu olmuş və mülki prosessual qanunvericiliyə görə belə olan halda məhkəmənin mövqeyi konkret olaraq təsbit edilmişdir.

72. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, *7 sentyabr 2*1*-cu il tarixli, 327/*-USD nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərə əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 26589*9,66 ABŞ dolları məbləğində əsas borc, 2*2864,65 ABŞ dolları məbləğində faiz borcu, 2*** ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2863774,31 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası manatı, iddia qaldırılması üçün ödənilmiş 3* manat məbləğində dövlət rüsumu və 18* manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının MMC-dən tutulması hissəsində ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

73. Şikayətin dəlilləringə görə, qətnamə qəbul edilərkən Mülki Məcəllənin 427.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Bank ilə MMC arasında bağlanmış 7 sentyabr 2*1*-cu il tarixli kredit müqaviləsinin 19 aprel 2*16-cı il tarixli Əlavə saziş 4 ilə müqaviləyə bir sıra dəyişiklik və əlavələr edilməsi barədə razılığa gəlmişlər. Sazişin 1.5-ci bəndində qeyd olunmuşdur ki, restrukturizasiya olunmuş kreditin qaytarılma müddəti 19.*1.2*2*-ci il tarixədək uzadılmışdır. Eləcə də 17 iyul 2*14-cü il tarixli Kredit Müqaviləsi üzrə bağlanılmış 19 aprel 2*16-cı il tarixli Əlavəyə əsasən bu müqavilə üzrə kreditin qaytarılma müddəti 19.*8.2*19-cu il tarixədək uzadılmışdır. Kredit müqavilələrinin 7-ci maddəsində nəzərdə tutulan "Öhdəliklərin vaxtından əvvəl icra edilməsi tələbi" müddəaları isə Mülki Məcəllənin yuxarıda adıçəkilən norması ilə ziddiyyət təşkil etdiyi üçün etibarsız hesab olunmalıdır. Çünki qanunverici yalnız borcluya öhdəliyin vaxtından əvvəl icra etmək hüququ verir. Buna baxmayaraq, məhkəmə iddiaçının tələbini təmin edərkən onun tələb etmə hüququnun yaranma anını düzgün müəyyən etməmişdir. Bununla da məhkəmə iddiaçıya vaxtı çatmamış öhdəlik üzrə tələb etmək hüquqi imkanını yaratmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə tam şəkildə riayət etməmişdir. Belə ki, məhkəmə iddia tələbinin məbləğini hesablayarkən düzgün nəticəyə gəlməmişdir. *7 dekabr 2*2*-ci il tarixli, 14*11559328913 nömrəli mədaxil qəbzindən aydın olmuşdur ki, Bankın hesabına 2***** manat həcmində ödəniş həyata keçirilmişdir. Belə olduğu halda, iddia tələbi müvafiq qaydada yenidən hesablanmalı və cavabdehin gecikdirməyə görə ödəməli olduğu faizlərin miqdarı da yenidən müəyyən olunmalıydı. MMC üzərinə götürdüyü öhdəlikləri daim vaxtlı-vaxtında yerinə yetirmişdir. Lakin 2*15-ci il ərzində ölkə ərazisində baş vermiş ardıcıl 2 devalvasiya və bunun nəticəsində Azərbaycan manatından asılı olan MMC-nin fəaliyyət sahəsində baş verən durğunluq onun ödəmə qabiliyyətinin aşağı düşməsi ilə nəticələnmişdir.

74. Qətnamə ilə maraqlarına toxunan şəxslər Maraqlı şəxs1, X35, X2*, "xxxx" MTK (vəkil Maraqlı şəxs1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

75. Şikayətin dəlillərinə görə, məhkəmə mülki iş üzrə girov müqavilələrinin etibarlı olub-olmamasını yoxlamamışdır. Belə ki, girov predmetləri olan MTK-dan alınmış mənzillər girov müqaviləsi imzalanan zaman Cavabdeh6 Cəbrayıl oğlunun sahibliyində və istifadəsində olmamışdır. Həmin mənzillərə dair Cavabdeh6lə müqavilə 18 may 2*16-cı il tarixdə bağlanmış, bundan bir gün sonra Cavabdeh6 MTK-ya müraciət etmiş və şəxsi məsələlərlə bağlı mənzilləri geri qaytarmaq istəmişdir. Bu səbəbdən MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın (yeni ünvan ünvan 19llərinə dair Cavabdeh6 tərəfindən ödənilmiş pul vəsaiti ona geri qaytarılmışdır. Sonradan həmin mənzillərdən 4-ü digər şəxslərə satılmış və onlar mülkiyyət hüququnu təsdiq edən çıxarış almışlar. MTK-dan pay şəklində alınmış Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*cu mərtəbəsində olan 33 nömrəli mənzil (yeni ünvan ünvan 20ında Maraqlı şəxs1 məxsusdur. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış verilmişdir. MTK-dan pay şəklində alınmış Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində olan 32 nömrəli mənzil (yeni ünvan ünvan 21ında X8 məxsusdur. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 1116*31446 qeydiyyat nömrəli 1* may 2*16-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış verilmişdir. MTK-dan pay şəklində alınmış Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində olan 34 nömrəli mənzil (yeni ünvan ünvan 22ında X22 məxsusdur. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 3* avqust 2*16-cı il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış verilmişdir. MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın (yeni ünvan ünvan 23 satılmamış, hazırda MTK-nın balansındadır. MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın yeni ünvanı ünvan 25 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın (yeni ünvan ünvan 26ov küçəsi, ev 13) 31, 32, 33, 34,35 nömrəli mənzillərinin girovla yüklü edilməsi barədə nə bank, nə də digər şəxslər tərəfindən MTK-ya məlumat verilməmiş, girov bildirişi təqdim edilməmişdir. Girov müqavilələri etibarsız olmuşdur. Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Həmçinin MTKya da bu barədə hər hansı məlumat verilməmişdir.

76. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 1* avqust 2*22-ci il tarixli, 2(1*2)-4*99/2*22 nömrəli qərarı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh2, maraqlarına toxunan şəxslər – Maraqlı şəxs1, X35, X2* və "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayətləri təmin edilmiş, Cavabdeh7 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyul 2*21-ci il tarixli, 2(1*3)-88/2*21 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

77. Ali Məhkəmənin qərarının əsaslarına görə, “ - 87. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2*22-ci il tarixli, 3/N- 27273/2*21 nömrəli qərardadından görünür ki, "xxxx" MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Səbail rayonu, 13*-cu məhəllə, Səid Rüstəmov küçəsində yerləşən 13 saylı evin mübahisəli 32 saylı mənzili DƏDRX-in tarixli 1* may 2*16-cı il Çıxarışına əsasən X3, həmin binada yerləsən 34 saylı mənzil 3* may 2*16-cı il tarixli Çıxarışa əsasən X23 mülkiyyətindədir. Mübahisəli digər 33 saylı mənzil "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 27 may 2*16-cı il tarixli 116 saylı Protokolundan Çıxarışına əsasən Maraqlı şəxs1 verilmiş, MTK-nın 27 may 2*16-cı il tarixli maliyyə arayışına əsasən həmin mənzilin pay haqqını Maraqlı şəxs1 tam ödəmiş, onun kooperativə borcu yoxdur. 22 noyabr 2*21-ci il tarixdə həmin mənzil Maraqlı şəxs1 mülkiyyəti kimi qeydiyyata alınmışdır. "xxxx" MTK-nın 13 dekabr 2*21-ci il tarixli məktubu ilə isə müəyyən edilir ki, mübahisəli digər, 31 nömrəli mənzil MTK-nın balansındadır və pay hüquqları üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirilməyib. - 88. Azərbaycan Respublikası Ali Məhkəməsi belə nəticəyə gəlib ki, hazırki mübahisəyə baxılan zaman ərizəçilər Maraqlı şəxs1, X35, X2* və "xxxx" MTK-nın maraqlarına toxunan məsələnin həll edilməsinə baxmayaraq, onlar işə cəlb edilməmiş, nəticədə onların qanunla qorunan hüquqları pozulmuşdur. - 89. Hazırda kassatorlar Maraqlı şəxs1, X35, X2*, "xxxx" MTK-nın kassasiya şikayətlərinin dəlilləri də ondan ibarətdir ki, məhkəmə mülki iş üzrə girov müqavilələrinin etibarlı olub-olmamasını yoxlamamışdır. Belə ki, girov predmetləri olan MTK-dan alınmış mənzillər girov müqaviləsi imzalanan zaman Cavabdeh6 Cəbrayıl oğlunun sahibliyində və istifadəsində olmamışdır. Həmin mənzillərə dair Cavabdeh6lə müqavilə 18 may 2*16-cı il tarixdə bağlanmış, bundan bir gün sonra Cavabdeh6 MTK-ya müraciət etmiş və şəxsi məsələlərlə bağlı mənzilləri geri qaytarmaq istəmişdir. Bu səbəbdən MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın (yeni ünvan ünvan 19llərinə dair Cavabdeh6 tərəfindən ödənilmiş pul vəsaiti ona geri qaytarılmışdır. Sonradan həmin mənzillərdən 4-ü digər şəxslərə satılmış və onlar mülkiyyət hüququnu təsdiq edən çıxarış almışlar. - 9*. Göründüyü kimi, hazırki mübahisəyə baxılan zaman iddiada tələbin yönəldilməsi xahiş edilən əmlaklar başqa şəxslərin, yəni Maraqlı şəxs1, X35, X2* və "xxxx" MTK-nın mülkiyyət və balansında olub. - 91. Yuxarıda qeyd edilənlərə baxmayaraq, apellyasiya məhkəməsi işin qeyd edilən halına qiymət verməmiş, hazırki qətnamənin Maraqlı şəxs1, X35, X2* və "xxxx" MTK-nın maraqlarına toxunmasına əhəmiyyət verməmiş, onları işdə iştirak etməyə cəlb etmədən sonuncuların hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarmışdır. - 92. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. (MPM, 418.4.6-cı maddə.) Buna görə də məhkəmə hesab edir ki, qətnamə ləğv ediməlidir. - 93. Məhkəmə kollegiyası kassatorlar Maraqlı şəxs1, X35, X2* və "xxxx" MTK-nın kassasiya şikayəti üzrə qətnamənin yuxarıda qeyd edilən əsaslara görə ləğv edilməli olması qənaətinə gəldiyi üçün, digər kassatorların kassasiya şikayətlərinin dəlilinə toxunmadan hesab edir ki, eyni əsasla həmin kassasiya şikayətləri üzrə də qətnamə əsaslı sayıla bilməz.”

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

78. Şikayətin dəlilləri qətnamənin 58, 59, 6*-cı bəndlərində göstərilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

79. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları,

8*. İddiaçının nümayəndəsi Vəkil4 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, göstərmişdir ki, ekspert müqavilənin bitdiyi tarixə faiz borcunu 1*17147, 92 ABŞ dolları, arayışın tarixinə (12 may 2*23) 993*42,51 ABŞ dolları müəyyən etmişdir. Hesabdan çıxarış məlumatlarından da görünür ki, müqavilə müddəti bitdikdən sonra faiz ödənişindən bu qədər məbləğdə silinmə həyata keçirilməmişdir. Həmçinin, hər 2 kredit müqaviləsi üzrə 5%-lə hesablanma düzgün həyata keçirilməmişdir.

81. Cavabdeh7 MMC-nin nümayəndəsi Vəkil5 izahatında göstərdi ki, tərəflər arasında bağlanmış 4 nömrəli saziş əsasında MMC-nin borcu yüksək məbləğdə şişirdilmiş, sazişədək icra edilmiş ödənişlər əsassız olaraq yalnız faiz borcuna hesablanmış, o cümlədən həmin məbləğə bank tərəfindən əsassız olaraq hesablanan əlavə faiz və cərimə məbləği də əlavə edilmişdir. Cavabdeh MMC həmin tarixdə borclu vəziyyətində olduğundan bank tərəfindən aldadılmış, özü üçün böyük məbləğdə əlavə öhdəliklər yaradan razılaşmanı imzalamaq məcburiyyətində qalmışdır. Əlavə sazişin imzalanmasından qısa müddət sonra devalvasiyanın baş verməsi MMC-nin xüsusilə ağır vəziyyətə düşməsinə səbəb olmuşdur. Məhkəmənin qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və 3* dekabr 2*23-cü il tarixli ekspert rəyi təqdim olunmuşdur. Rəyi nəzərdə keçirdikdə ekspert tərəfindən əsassız və müqavilədə nəzərdə tutulmayan hesablamalar həyata keçirildiyi müəyyən edilir. Ekspert rəyində göstərilmişdir ki, ekspertizaya kassa məxaric (o cümlədən kassa mədaxil) qəbzləri təqdim olunmamışdır. Bu səbəbdən də ekspert ödənişlərin həqiqi təyinatını müəyyən edə bilməmiş, ödəniş məbləğlərini faiz və əsas borc üzrə yalnız öz mülahizəsinə əsasən aparmış, *7 sentyabr 2*1*-cu il tarixli, 327/*USD nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilmiş 4*62254,73 ABŞ dolları məbləğində vəsaitin 2936215,24 ABŞ dolları hissəsinin faiz borcuna, 1126*39,49 ABŞ dolları məbləğində cüzi hissəsinin isə əsas borca silinməsi qənaətinə gəlmişdir. Beləliklə, ekspert müqavilədə belə qayda əks olunmadığına və ödəniş qəbzlərinin (ödənişin təyinatının) müəyyən edilə bilməməsinə baxmayaraq, ödənilmiş külli miqdarda vəsaitin çox böyük hissəsini əsassız olaraq ancaq faiz borcundan çıxılması qənaətinə gəlmişdir. Qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə olaraq *7 sentyabr 2*1*-cu il tarixli 327/*USD nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərə əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə ******* ABŞ dolları və 17 iyul 2*14-cü il tarixli, 78/*-AZN nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər üzrə 216237,25 manat məbləğində müəyyən edilməlidir.

82. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs1 özü və təmsil etdiyi şəxslər tərəfindən verilmiş kassasiya şikayətində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək qətnamənin həmin hissələrdə ləğv, iddianın isə eyni hissələrdə rədd olunmasını xahiş etdi.

83. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

84. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən – İlham Kərimli, hakimlər - Akif İsgəndərov və Elşən Kazımov) 25 oktyabr 2*22-ci il tarixli, 2(1*3)- 678*/2*22 nömrəli qərardadına əsasən ipoteka predmeti olan əmlakların likvid dəyərinin müəyyən olunması üçün “MBA Consulting Group” qiymətləndirmə şirkətindən mütəxəssis rəyinin alınması qərara alınmış, eyni tarixli qərardadla həmçinin məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

85. "xxxx" MMC qiymətləndirmə şirkətinin 15 dekabr 2*22-ci il tarixli, MB15/1716 nömrəli qiymətləndirmə hesabatı ilə Cavabdeh4 məxsus Bakı şəhəri Nərimanov rayonu K.Kazımzadə küçəsində yerləşən 7 nömrəli evin, 97 nömrəli mənzilinin dəyəri 3***** manat, X21 məxsus Bakı şəhəri Yasamal rayonu, Nizami küçəsi 23 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsinin likvid dəyəri 45**** manat müəyyən edilmişdir.

86. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin *1 mart 2*23-cü il tarixli, 9/8798 nömrəli ekspert rəyi ilə, Cavabdeh7 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, *7 sentyabr 2*1*-cu il tarixli, 327/*-USD nömrəli kredit müqaviləsinin, *1,*2,*3,*4 əlavə sazişlərin və 3* iyun 2*16cı il tarixli sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh7 MMC-nin 29 avqust 2*17-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 2861774,31 ABŞ dolları məbləğində, o cümlədən 29 avqust 2*17-ci il tarixə əsas borc üzrə 26589*9,66 ABŞ dolları, faiz borcu üzrə 2*2864,65 ABŞ dolları, 17 iyul 2*14-cu il tarixli, 78/*-AZN nömrəli kredit müqaviləsinin və 19 aprel 2*16-cı il tarixli *1 nömrəli əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh7 MMC-nin 18 avqust 2*17-ci il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 83141*,3* manat məbləğində, o cümlədən 18 avqust 2*17-ci il tarixə əsas borc üzrə 758569,78 manat, faiz borcu üzrə 7284*,53 manat məbləğ müəyyən edilmişdir.

87. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 3* may 2*23-cü il tarixli, 2(1*3)-422/23 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

88. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3* dekabr 2*23-cü il tarixli, 3-16-16/2-9/696*/2*23 nömrəli ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 15 sentyabr 2*23-cü il tarixli ekspert vəsatətinə cavab olaraq göndərilmiş 2* oktyabr 2*23-cü il tarixli əlavə sənədlərdə İddiaçı ASC ilə Cavabdeh7 MMC arasında *7 sentyabr 2*1*-cu il tarixdə bağlanmış, 327/*-USD nömrəli kredit müqaviləsinə və ona edilmiş sonrakı əlavə sazişlərə dair kassa mǝxaric orderləri öz əksini tapmadığından Cavabdeh7 MMC-yə ümumilikdə hansı məbləğdə və hansı valyuta ilə kreditin verilməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, *7 sentyabr 2*1*-cu il tarixli, 327/*- USD nömrəli kredit müqaviləsi, *1, *2, *3 nömrəli Əlavə Sazişlər üzrə kreditdən istifadə olunan pul vəsaitinin həcmi ******* ABŞ dolları məbləğində müəyyən edilir. Cavabdeh7 MMC tərəfindən 19 aprel 2*16-cı il tarixədək ümumilikdə 4*62254,73 ABŞ dolları İddiaçı ASC-yə ödənilmiş, həmin 4*62254,73 ABŞ dollarında məbləğdə puldan 2936215,24 ABŞ dolları faiz borcuna, 1126*39,49 ABŞ dolları isə əsas borca silinir. Ekspertiza tədqiqatı ilə iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, *7 sentyabr 2*1*-cu il tarixli, 327/*-USD nömrəli kredit müqaviləsi, *1, *2, *3 nömrəli Əlavə Sazişlər üzrə 19 aprel 2*16-cı il tarixə (19.*4.2*16-cı il tarixli, *4 nömrəli Əlavə Sazişədək) olan borc 268431*,28 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 2669924,51 ABŞ dolları, faiz borcu üzrə 14385,77 ABŞ dolları müəyyən edilmişdir. 17 iyul 2*14-cü il tarixli, 78/*-AZN nömrəli kredit müqaviləsi və 19 aprel 2*16-cı il tarixli, *1 nömrəli Əlavə Saziş üzrə ümumilikdə kreditdən istifadə olunan pul vəsaitinin həcmi 1*25278,64 manat məbləğdə müəyyən edilir. 17 iyul 2*14-cü il tarixli, 78/*-AZN nömrəli kredit müqaviləsi və 19 aprel 2*16-cı il tarixli, *1 nömrəli Əlavə Saziş üzrə Cavabdeh7 MMC tərəfindən ümumilikdə 1216,7**,41 manat İddiaçı ASC-yə ödənilmişdir. 17 iyul 2*14-cü il tarixli, 78/*- AZN nömrəli kredit müqaviləsi, 19 aprel 2*16-cı il tarixli *1 nömrəli “Əlavə Saziş”də qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2*14-cü il tarixli qərarına əsasən Cavabdeh7 MMC-nin "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 19 avqust 2*19-cu il tarixə (müqavilə müddətinin sonuna) 1*5543*,33 manat, əsas borc üzrə 8*314*,76 manat, faiz borcu üzrə 252289,57 manat. 12 may 2*23-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə 569153,69 manat, əsas borc üzrə 42814*,76 manat, faiz borcu üzrə 54*8,56 manat, illik 5%-lə hesablanmış faiz borcu üzrə 1356*4,*7 manat. İddiaçı ASC ilə Cavabdeh7 MMC arasında bağlanmış *7 sentyabr 2*1*-cu il tarixli, 327/*- USD vǝ 16 fevral 2*15-ci il tarixli, 1*1/*-USD nömrəli kredit müqavilələri üzrə 19 aprel 2*16-cı il tarixdə *4 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin əlavəyə görə hər iki müqavilə üzrə əsas borc, faiz borcu, cərimə cəmlənərək kapitallaşdırılmışdır və kreditin qalıq məbləği 31485*2,44 manat müəyyən edilmişdir. 19 aprel 2*16-cı il tarixli, 4 nömrəli Əlavə Saziş, 3* iyun 2*16-cı il tarixli, 4 nömrəli Əlavə Sazişdə qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2*14-cü il tarixli qərarına əsasən Cavabdeh7 MMC-nin "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 19 yanvar 2*2*-ci il tarixə (müqavilə müddətinin sonuna) 416565*,36 ABŞ dolları, əsas borc üzrə 31485*2,44 ABŞ dolları, faiz borcu üzrə 1*17147,92 ABŞ dolları, 12 may 2*23-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) 4434596,85 ABŞ dolları, əsas borc üzrə 2927914,21 ABŞ dolları, faiz borcu üzrə 993*42,51 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu üzrə 51364*,14 ABŞ dolları. Mülkü Məcəllənin 432.4-cü maddəsinə əsasən bank tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarında cəriməyə silinmə kimi göstərilmiş ödənişlər ekspertiza tədqiqatı ilə faiz borcuna yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-678*/2*22 nömrəli iş üzrə təyin edilmiş 25 oktyabr 2*22-ci il tarixli ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulmuş suallarda "xxxx" ASC ilə Cavabdeh7 MMC arasında *7 sentyabr 2*1*-cu il tarixdə bağlanmış 327/*-USD nömrəli kredit müqaviləsi və həmin müqaviləyə dair əlavə saziş(lər) üzrə hesablamaların aparılması soruşulduğundan, ödənişlər bütövlükdə 327/*-USD nömrəli kredit müqaviləsinə yönəldimişdir. Bu səbəbdən də 9/8798 nömrəli ekspert rəyi ilə 19 aprel 2*16-cı il tarixinə olan borc məbləğ 26589*9,66 USD göstərilmişdir. 17 iyul 2*14-cü il tarixli, 78/*-AZN nömrəli kredit müqaviləsi üzrə 19 aprel 2*16-cı il tarixdə *1 nömrəli “Əlavə Saziş” imzalanmışdır. Həmin əlavəyə görə əsas borc və faiz borcu cəmlənərək kapitallaşdırılmışdır və kreditin qalıq məbləği 812171,63 manat məbləğində müəyyən edilmişdir.

Tətbiq edilən hüquq

89. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər; Maddə 3*3.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. 3*3.2. Müddətli hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək girov predmeti ola bilər. 3*3.3. Girov qoyulmuş hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməlidir. 3*3.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

9*. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 9* təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

91. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.*.3. qətnaməni dəyişdirə bilər; Maddı 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

92. Apellyasiya şikayətləri ilə qətnamənin ləğv edilməsi xahiş edildiyindən, məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

93. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyin birinci instansiya məhkəməsinin qətnaməsi aşağıda qeyd olunan hissələrdə qismən ləğv edilməli, tutulmalı borcun məbləği hissədə isə dəyişdirilməlidir.

94. İşin hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh MMC arasında *7 sentyabr 2*1*-cu il tarixli, 327/*-USD nömrəli və 17 iyul 2*14-cü il tarixli, 78/*-AZN nömrəli kredit müqavilələri və bu müqavilələrə əlavə olan sazişlər imzalanmışdır. Götürülmüş kreditlərin təminatı olaraq Cavabdeh2 ilə 16 fevral 2*15-ci il tarixli zaminlik müqaviləsi, eyni zamanda Bank ilə Cavabdeh6 Cəbrayıl oğlu arasında *7 sentyabr 2*1*-cu il tarixli, HG1- 327/*USD nömrəli girov, Cavabdeh3 arasında bağlanmış *8 sentyabr 2*1*-cu il tarixli, İP1- 327/*USD nömrəli sonrakı ipoteka, Cavabdeh4, X27 və Cavabdeh5 arasında *7 iyul 2*11ci il tarixli, İP2-327/*-USD nömrəli sonrakı ipoteka, X25 *7 sentyabr 2*1*-cu il tarixli, HG1- 327/*-USD nömrəli girov müqavilələri bağlanmışdır.

95. İpoteka müqavilələrinin predmeti kimi ünvan 27 ünvanında yerləşən 3 otaqlı mənzil, Cavabdeh3 məxsus olan ünvan 31a yerləşən 3 otaqlı mənzil, Cavabdeh5 məxsus olan ünvan 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Cavabdeh4 məxsus olan Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsində yerləşən 7 nömrəli evin 97 nömrəli mənzili, X21 məxsus olan Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi, 23 nömrəli fərdi yaşayış evinin 3/8 hissəsi, Bakı şəhəri Səbail rayonu Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində olan 31, 32, 33, 34 və 35 nömrəli mənzillər, ünvan 29 ünvanında yerləşən 14 mərtəbəli binanın 8-ci mərtəbəsində olan 97 nömrəli mənzil, ünvan 30 ünvanında 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzillər yüklü edilmişdir.

96. İddiaçı apellyasiya şikayəti ilə müqavilələr və onlara əlavə olaraq bağlanmış sazişlər üzrə yaranmış borcun məbləğini mübahisələndirmişdir ki, bu dəlillərin araşdırılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən müvafiq ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3* dekabr 2*23-cü il tarixli, 3-16-16/2-9/696*/2*23 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir.

97. Məhkəmə kollegiyası hesab edir ki, bu ekspert rəyi mötəbər sübut qismində nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borcun məbləği aşağıdakı kimi dəyşdirilməlidir. Kollegiya qeyd edir ki, həm iddiaçı, həm cavabdeh MMC tərəfindən yenidən ekspertiza keçirilməsi barədə vəsatətlər verilsə də, vəsatətlərdə iş üzrə sonuncu tədqim edilmiş ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı dəlil irəli sürülməmişdir.

98. Belə ki, *7 sentyabr 2*1*-cu il tarixli 327/*USD nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərə əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 26589*9,66 ABŞ dolları məbləğdə əsas borc, 2*2864,65 ABŞ dolları məbləğdə faiz borcu, 2*** ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 2863774,31 ABŞ dolları məbləğdə borc həmin müqavilə və ona əlavə olunmuş sazişlər əsasında ödəniş gününə qüvvədə olan məzənnə ilə 2927914,21 ABŞ dolları əsas, 248787,*1 ABŞ dolları faiz, 2*** ABŞ dolları cərimə olmaqla ümumilikdə 31787*1,22 ABŞ dolları məbləğinə, 17 iyul 2*14-cü il tarixli, 78/*-AZN nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər üzrə 758569,78 manat məbləğdə əsas borc, 524*6,61 manat məbləğdə faiz borcu, 5* manat məbləğdə cərimə olmaqla, cəmi 811*26,39 manat məbləğdə borc isə müvafiq olaraq 42814*,76 manat əsas, 54*8,56 manat faiz, 1*** manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 434549,32 manat məbləğə dəyişdirilməlidir.

99. Apellyasiya şikayəti ilə mübahisələndirilən digər məqam Cavabdeh2 onunla bağlanmış zaminlik müqaviləsinin etibarlı müqavilə kimi nəzərə alınıb, borc məbləğinin MMC ilə yanaşı ondan da müştərək qaydada tutulmalı olması ilə bağlı gəlinən nəticədir ki, sonuncu bu hissədə şikayətini onunla əsaslandırmışdır ki, o, icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir və həmin işə baxılıb qurtarana qədər hazırkı işə baxıla bilməzdi. 1**. Lakin, iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 zaminlik müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbi rədd olunmuş, bu qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəsini almışdır. Bu da Cavabdeh2 dəlillərini təkzib etməklə, onun apellyasiya şikayətinin təmin olunmaması barədə nəticəyə əsas verir. 1*1. İş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs1, X35, X2* və "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə Ali Məhkəmə tərəfindən qəbul edilmiş qərardan görünür ki, qətnamə bu şəxslərin maraqlarına toxunmasına baxmayaraq onlar prosesə cəlb edilməmiş, nəticədə onların qanunla qorunan hüquqları pozulmuşdur. 1*2. Belə ki, müəyyən edilmiş hal ondan ibarətdir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Səbail rayonu, 13*-cu məhəllə, Səid Rüstəmov küçəsində yerləşən 13 saylı evin mübahisəli 32 nömrəli mənzili DƏDRX-in tarixli 1* may 2*16-cı il tarixli Çıxarışına əsasən X3, həmin binada yerləsən 34 nömrəli mənzil 3* may 2*16-cı il tarixli Çıxarışa əsasən X23 mülkiyyətindədir. Mübahisəli digər 33 nömrəli mənzil "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 27 may 2*16-cı il tarixli, 116 nömrəli Protokolundan Çıxarışına əsasən Maraqlı şəxs1 verilmiş, MTK-nın 27 may 2*16-cı il tarixli maliyyə arayışına əsasən həmin mənzilin pay haqqını Maraqlı şəxs1 tam ödəmiş, onun kooperativə borcu yoxdur. 22 noyabr 2*21-ci il tarixdə həmin mənzil Maraqlı şəxs1 mülkiyyəti kimi qeydiyyata alınmışdır. "xxxx" MTK-nın 13 dekabr 2*21-ci il tarixıi məktubu ilə isə müəyyən edilmişdir ki, mübahisəli digər, 31 nömrəli mənzil MTK-nın balansındadır və pay hüquqları üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirilməyib. 1*3. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin də göstərdiyi kimi, birinci instansiyası məhkəməsi tərəfindən maraqlarına toxunan şəxslər prosesə cəlb olunmadığından, bununla prosessual hüquq normalarının pozulmasına yol verildiyindən Bakı şəhəri, Səbail rayonu, 13*-cu məhəllə, Səid Rüstəmov küçəsində yerləşən 13 saylı evin mübahisəli 31, 32, 33, 34 və 35 nömrəli mənzillərinə tutmanın yönəldilməsi ilə bağlı hissədə qətnamə ləğv olunmaqla yeni qətnamə çıxarılmalıdır. 1*4. İş materiallarından görünür ki, həmin mənzillərə dair Cavabdeh6la ipoteka müqaviləsi *7 sentyabr 2*1*-cu il tarixdə bağlanmış, lakin, müqavilə bağlanan zaman ipoteka predmetləri sonuncunun mülkiyyətində olmamışdır. Belə ki, həmin mənzillərə dair MTK ilə Cavabdeh6 arasında müqavilə 18 may 2*16-cı il tarixdə bağlanmış, bundan bir gün sonra Cavabdeh6 MTK-ya müraciət etmiş və şəxsi məsələlərlə bağlı mənzilləri geri qaytarmaq istəmişdir. Bu səbəbdən MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın (yeni ünvan ünvan 19llərinə dair Cavabdeh6 tərəfindən ödənilmiş pul vəsaiti ona geri qaytarılmışdır. 1*5. Halbu ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Qanunun adıçəkilən normasının şərtlərini pozmaqla bağlanmış ipoteka müqaviləsi isə etibarsızdır. Digər tərəfdən müqavilə hüququn girovu ilə bağlı olsa da, daşınmaz əmlaka hüququn girovu olduğundan notarial qaydada bağlanmalı və qeydə alınmalı idi. Lakin qeyd olunan şərtlərə əməl olunmadığından həmin müqavilələr etibarlılıq şərtlərinə cavab vermir. Bundan başqa müqaviləyə əsasən hüquqlar yüklü edilsə də, bu barədə MTK-nın özünə belə məlumat verilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. 1*6. Ona görə də, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın (yeni ünvan ünvan 19llərinə tutmanın yönəldilməsi və bu mənzillə bağlı Bankın ipoteka hüququndan irəli gələn digər müvafiq tələblər də rədd edilməlidir. 1*7. Bundan əlavə, iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun 13 aprel 2*23-cü il tarixli məlumatından görünür ki, ipoteka predmetlərindən Cavabdeh3 məxsus ünvan 27 ünvanında yerləşən 3 otaqlı mənzil, ünvan 31a yerləşən 3 otaqlı mənzil, Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən 13 nömrəli evin qeyri-yaşayış sahəsi ipoteka yüklülüyündən azad edilmişdir. 1*8. Kollegiya hesab edir ki, işin bu faktiki halını nəzərə almaqla, mənzillər üzərində yüklülük mövcud olmadığından qətnamə həmin hissədə ləğv olunmaqla məhz bu mənzillərə və qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi barədə iddia tələbi də rədd olunamalıdır. 1*9. Bundan əlavə, X9, X19, X1*, X11, X12, X3*, X47, X31, X32, X33, X57 və X58 birgə apellyasiya şikayətinin dəlillərinə görə, onlar iddia tələbində cavabdeh kimi göstərilsə də, tələblərin heç birinə aidiyyətləri olmamış, hər hansı kredit götürməmiş, mənzili ipoteka ilə yüklü etməmişlər. 11*. Kollegiya cavabdehlərin bu dəlillərini əsaslı hesab edərək qeyd edir ki, cavabdehlər X9, X19, X1*, X11, X12, X3*, X47, X31, X32, X33, X57 və X58 ünvan 13ndə istifadədə olan *,*2622 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 14 otaqlı, 232,1 kv.m yaşayış sahədən ibarət 23 nömrəli fərdi yaşayış evində digər paylı mülkiyyətçilər olmaqla, onlara məxsus paylar ipoteka ilə yüklü edilməmiş və onlar heç bir öhdəlik götürməmişlər. Onların iddiaçı Bankla heç bir kredit, ipoteka və ya zaminlik müqavilə münasibətləri iş materialları ilə təsbit olunmur. Belə olan halda, onlara qarşı yönəlmiş iddia tələbi də rədd olunmalıdır.

111. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yuxarıda qeyd edilən hissələrdə düzgün olmamışdır, bu səbəbdən apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamə müzakirə olunan qaydada qismən ləğv edilməli, borcun məbləği ilə bağlı hissədə isə dəyişdirilməlidir.

112. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə alınmış mütəxəssis və ekspert rəylərinin verilməsinə sərf olunan vəsait tərəflərdən tutulmalıdır.

113. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 392, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *7 fevral 2*19-cu il tarixli, 2(*11)-99/2*19 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Cavabdehlər X9, X19, X1*, X11, X12, X3*, X47, X31, X32, X33, X57, X58 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *7 fevral 2*19-cu il tarixli, 2(*11)-99/2*19 nömrəli qətnaməsi *7 sentyabr 2*1*-cu il tarixli 327/*USD nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər, 17 iyul 2*14-cü il tarixli, 78/*AZN nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər üzrə borcun tutulması hissələrdə dəyişdirilsin. *7 sentyabr 2*1*-cu il tarixli 327/*USD nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərə əsasən ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 2927914,21 ABŞ dolları əsas, 248787,*1 ABŞ dolları faiz, 2*** ABŞ dolları cərimə olmaqla ümumilikdə 31787*1,22 ABŞ dolları məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 3* manat məbləğində dövlət rüsumu və 18* manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı Cavabdeh7ndən və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 17 iyul 2*14-cü il tarixli, 78/*-AZN nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər üzrə 42814*,76 manat əsas, 54*8,56 manat faiz, 1*** manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 434549,32 manat borcunun Cavabdeh7ndən və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *7 fevral 2*19-cu il tarixli, 2(*11)-99/2*19 nömrəli qətnaməsi qismən - *7 sentyabr 2*1*-cu il tarixli, 327/*-USD nömrəli kredit müqaviləsi və 17 iyul 2*14-cü il tarixli, 78/*-AZN nömrəli kredit müqaviləsi üzrə tələblərin X6 məxsus olan ünvan 9 ünvanında yerləşən 3 otaqlı mənzilə, X6 məxsus olan ünvan 10 ünvanında yerləşən, yaşayış sahəsi 34 kv.m olan 3 otaqlı mənzilə, Cavabdeh5 məxsus olan ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, MTK-dan pay şəklində alınmış, Cavabdeh6 Cəbrayıl oğluna məxsus olan Bakı şəhərı, Səbail rayonu, Nizami küçəsi, 13*cu məhəllədə yerləşən binanın 1-ci blokunun 1*-cu mərtəbəsində olan 31, 32, 33, 34, və 35 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin və qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, əmlakların satılmasından əldə olunmuş vəsaitdən borcun, dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş vəsaitin və bank xidmət haqqının ödənilməsi, ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 52,3 kv.m olan 3 otaqlı mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra X15, X1, X37, X39, X5 mənzildən çıxarılaraq, həmin əmlakın boşaldılması, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 34 kv.m olan 3 otaqlı mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 34 kv.m olan 3 otaqlı mənzilin boşaldılması, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və qeyri-yaşayış sahəsi satıldıqdan 1 ay sonra boşaldılması, X9, X52 qizı, X1*, X11, X12, X3*, X46, X31, X32, X33, X57 və X36 ünvan 13ndə istifadədə olan *,*2622 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 14 otaqlı, 232,1 kv.m yaşayış sahəsindən ibarət 23 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 13*-cu məhəllədə yerləşən binanın 1-ci blokunun, 1*-cu mərtəbəsində 31, 32, 33, 34 və 35 nömrəli mənzillərin tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra boşaldılması hissələrdə ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq iddialar rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf olunmuş ümumilikdə 55* manat məbləğində pul vəsaitinin 275 manat məbləğində hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 275 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh7 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Əmlakların qiymətləndirilməsi üçün sərf olunmuş 3** manat məbləğində pul vəsaitinin 15* manat məbləğində hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 15* manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh7 və Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar