Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-811/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(006)- 3297/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 10.11.2017-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı, 1102AQ**********7 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 31.01.2018-cı il tarixli, ******* saylı akt əsasında 863,40 manat; 26.02.2018-cı il tarixli, ******* saylı akt əsasında 201,60 manat; 30.03.2018-cı il tarixli, ******* saylı akt əsasında 201,60 manat; 27.04,2018-cı il tarixli, ******* saylı akt əsasında 107,60 manat; 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 345,60 manat; 30.11.2018ci il tarixli, ******* saylı akt əsasında 109,80 manat; 28,12.2018-ci il tarixli, ******* saylı akt əsasında 100,80 manat; 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019ci il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-ci il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-ci il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019- ci il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-ci il tarixli, ******* saylı akt əsasında 32,40 manat və 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə cavabdehin cəmi borcu 2759,11 manat olmuşdur. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2759,11 manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 2789,11 manat pulun İddiaçı Azərbaycan X5 Şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NAZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(006)- 3297/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1050,31 ( bir min əlli manat otuz bir qəpik) manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 1080,31 ( bir min səksən manat otuz bir qəpik) manat pulun İddiaçı Azərbaycan X5 Şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NAZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3297/2020 saylı iş üzrə 26.08.2020-ci il tarixli qətnaməsininin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, iddia tələbinin təmin olunmamış hissəsində təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı “Azəriqaz" İB-nin maraqlarına zidd çıxarılmış müvafiq məhkəmə qətnaməsi ilə "Azəriqaz" İB-nın hüquq və mənafeyi pozulmuşdur. Birinci instansiya məhkəməsi qaydasında işə baxan məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş uzrə düzgün tədbiq etməmiş, nəticədə iddianın rədd olunmuş hissəsində qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli qətnaməsi iddianın rədd olunmuş hissəsində ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər (iddianın rədd olunmuş hissəsinə münasibətdə) işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamədə həmin "maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə qeyd olunamışdır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmiş, ümumiyyətlə məhkəmə iclaslarına gəlməməklə iddia tələblərinə dair münasibətdə susmuş, susqunluğu ilə də tərəflərindən ona qarşı irəli sürülmüş iddia tələblərini qəbul etdiyini ifadə etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir.Odur ki, tərəfləindən göstərilənləri nəzərə alacaq apellyasiya instansiya məhkəməsi Nəsimi Rayon Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə aktı ilə razılaşmamalıdır. Çünki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, tərəflərindən toplanmış sübutlarla müəyyən edilmişdir ki, iddia tələbləri əsaslıdır, lakin onun təmin olunmamış hissəsində aşağı instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi məhkəmə qətnaməsi səhvdir, işin həqiqi hallarına uyğun gəlmir. Tərəflərindən tərtib olunmuş apellyasiya şikayətinin dəlilləri də formal mülahizə xarakteri daşımır, tərəflərindən məhkəməyə təqdim olunmuş dəlilllər tam əsaslıdır. Bu kimi fakt və halları düzgün tədqiq etməmiş aşağı instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd olunmuş hissəsində ləğv edilməli, iddia tələbi mübahisələndirilən hissədə də təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd olunmuş hissəsində ləğv edilməsini, iddia tələbinin mübahisələndirilən hissədə də təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında 10.11.2017-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə T/16833saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İş materiallarındakı Cavabdeh adına olan **********00010 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 2759,11 manat borcu yaranmışdır. İşdə olan aktlardan görünür ki, Cavabdeh ünvanında quraşdırılmış qaz sayğacının abonent tərəfindən açılaraq birbaşa qoşulması, sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 26 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 11 avqust 2021ci il tarixli 10/3298 saylı Ekspertizadan imtina məktubundan görünür ki, ekspertizanın aparılması və rəy verilməsi mümkün olmamışdır. 07 iyul 2021-ci il tarixli ekspert vəsatəti ilə xahiş edilmiş tədqiqat obyektlərinə (Cavabdeh yaşayış evinə çəkilmiş qaz xətlərinə və sayğavına) ekspert və tərəflərin iştirakı ilə baxışın keçirilməsinin təşkil edilməsi mümkün olmadı. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə onun iddiaçı təşkilata 2759,11 manat borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 2759,11 manat məbləğində borc cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4nın” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə kollegiyası həm paylayıcının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, istehlakçının qaz sayğacına müdaxilələr etməsi və paylayıcıya zərər verməsi ilk olaraq 31 yanvar 2018-cı il tarixdə aşkar edilmişdir. Yuxarıda sadalanan aktlar və abonentin saldosu isə sözügedən pozuntunun 2019-cu ilin noyabr ayınadək davam etdiyini göstərir. Belə olan halda, iddiaçı tərəfindən tələb edilən məbləğ istehlakçının 31.06.2018 – 29.11.2019- cu il tarixləri arasında yol verdiyi pozuntulara görə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, istehlakçıdan, yəni cavabdehdən 31.06.2018 – 29.11.2019-cu il tarixləri üçün tutulmalı məbləğ hər aya görə ortalama ağlabatan məbləğ kimi 40 (qırx) manat olmalıdır (yay ayları üçün sərfiyyatın az olduğunu nəzərə alaraq, yay aylarında aylıq 25 (iyirmi beş manat), qış aylarında sərfiyyatın artdığını nəzərə alaraq, qış ayları üçün 60 (altmış) manat). Məhkəmə kollegiyası istehlakçının yaşadığı mənzilin kiçik sahəsini, yeganə qaz cihazının 4 gözlü qaz plitəsi olduğunu nəzərə alaraq hər aya görə 40 (qırx) manat, ümumilikdə 23 ay (23x40=920) üçün 920 (doqquz yüz iyirmi) manat məbləğinin tutulmasını ədalətli hesab edir. Həmçinin məhkəmə kollegiyası cavabdehin 2018-ci il yanvar ayına kimi İddiaçı İB-yə 130,31 manat məbləğində qalıq borcunun akt üzrə hesablanmadığını, həmin məbləğin abonentin sayğac üzrə qalıq borcu olduğunu və məbləğin tutulmasını zəruri hesab edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1050,31 manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 1080,31 manat pulun İddiaçı Azərbaycan X5 Şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NAZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(006)- 3297/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-811/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-811/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver