Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8119/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının nümayəndəsi və vəkili X10, cavabdeh X8, cavabdehlər X4 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X1 cavabdehlər X8, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, əmlakın hərracda satılması” tələblərə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 14/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, 9-cu mkr., H.Babaşov küçəsi, ev 16, 51 saylı mənzilinin açıq hərracdan satılaraq pulun paylara uyğun bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 əşyaları ilə birlikdə mənzildən çıxarılması, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, 9-cu mkr., H.Babaşov küçəsi, ev 16, 51 saylı mənzilinin açıq hərracdan satılaraq pulun paylara uyğun bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X8 ilə xx.xx.1988-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan Könül adlı bir qızları doğulmuşdur. Hazırda ailə qurmuşdur, ayrı yaşayır. Cavabdeh ilə ayrılmışdır. Birgə nikah dövründə əldə etdikləri 2 otaqlı mənzili öz aralarında bərabər bölmüşlər. Lakin cavabdeh tez-tez bu bölgünü pozur. Satılaraq pulun bölünməsinə də razılaşmır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, 9-cu mkr., H.Babaşov küçəsi, ev 16, 51 saylı mənzil açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, Cavabdeh2 Bakı şəhəri, 9-cu mkr., H.Babaşov küçəsi, ev 16, 51 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər barışıq sazişini təqdim etmişlər. Tərəflər aşağıdakı məzmunda barışıq sazişinin sazişinin təsdiq edilməsini xahiş etdilər: «1. Tərəflər; X3, cavabdehlər X8 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, 9-cu mkr, H.Babaşov küçəsi, 16 saylı evin, 51 saylı mənzilin açıq hərracda satılmasından imtina edirlər və mübahisəni aşağıda ğöstərilən qaydada qarşılıqlı razılaşma ilə tənzimləyirlər. a) X3, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, 9-cu mkr, H.Babaşov küçəsi, 16 saylı evin, 51 saylı mənzilin ilkin satış qiyməti olan 80.000 (səksən min) manatın 40.000 manatını mənzilin 1/2 hissəsinin mülkiyyətçisi cavadeh X7, 3.000 manatını isə mənzildən istifadə hüququ olan Cavabdeh3 ödəməyi öhdəsinə götürür. b) Cavabdeh X8 mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olaraq razılaşmaya əsasən iddiaçının təklifini qəbul edirək Bakı şəhəri, 9-cu mkr, H.Babaşov küçəsi, 16 saylı evin, 51 saylı mənzilində olan payının tam dəyəri olan 40.000 manat alır və apellyasiya şikayətndən imtina edir. Gələcəkdə heç bir tələbi olmayacağını bəyan edir. c) Cavabdeh3 X3nun təklifini qəbul edir, 3.000 manat kompensasiya alamaqla Bakı şəhəri, 9-cu mkr, H.Babaşov küçəsi, 16 saylı evin, 51 saylı mənzilində olan istifadə hüququndan imtina edir. Gələcəkdə heç bir tələbi olmayacağını bəyan edir. 2.Barışıq sazişi imzalanandan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra tərəflər cavabdehlərə məxsus mənzildəki payın və mənzildən istifadə hüququna xitam verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlakın alqı-satqı qaydalarına uyğun olaraq notarial qaydasında təsdiq edilir. Razılaşdırılmış 43.000 manat notariusun Bankda olan depozit hesabına qoyulur. Müqavilə təsdiq ediləndən dərhal sonra həmin məbləğdən 43.000 manat puldan 35.000 manatını cababdehlər; X7 və Cavabdeh3 ödənilir. Qalan 8.000 manat pul isə cavabdehlərə mənzili tam tərk etdikdən və qeydiyyatdan çıxdıqdan dərhal sonra onlara ödənilir. 3.Tərəflər barışıq sazişi bağlayan zaman Azərbaycan Respublikası MPM-nin 52.3, 191.2, 261.5, 262.4-cü maddələrinin tələbləri barədə məumatlandırıldılar. 4.Bu qərardad məhkəmə tərəfindən təsdiq sonra hazırki mübahisə ilə əlaqədar mənzlin üzərində olan bütün məhdudiyyətlər ğötürülür, qüvvəsini itirir. 5.Hər üç tərəf bu sazişin şərtləri ilə razılaşır. Sazişin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edirlər. Tərəflərməhkəmə kollegiyasında AR MPM-nin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsini ləğv edilməklə mülki işin icratına xitam verilməsini xahiş edirlər. 6.Məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra tərəflər qərardadı icra etməzlərsə, yəni pul verilməzsə, qərardad qanuni qüvvəsini itirir.» Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili N.Abbasov, cavabdeh R.Abiyeva və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Kollegiya hesab edir ki, barışıq sazişinin sonuncu – 6-cı bəndi təsdiq edilməməlidir. Çünki, Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Bu hal, imkan verir ki, əgər tərəflər barışıq sazişinin şərtlərinə əməl etməzlərsə, hüquqları pozulmuş tərəf qərardaddan kassasiya şikayəti versin. Odur ki, kollegiya hesab edir ki, hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulduğundan, barışıq sazişinin “Məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra tərəflər qərardadı icra etməzlərsə, yəni pul verilməzsə, qərardad qanuni qüvvəsini itirir” məzmununda olan 6-cı bəndi təsdiq edilməməlidir. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: X2 və cavabdehlər X8, Cavabdeh3 arasında imzalanmış barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilsin.
1. Tərəflər; X3, cavabdehlər X8 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, 9-cu mkr, H.Babaşov küçəsi, 16 saylı evin, 51 saylı mənzilin açıq hərracda satılmasından imtina edirlər və mübahisəni aşağıda ğöstərilən qaydada qarşılıqlı razılaşma ilə tənzimləyirlər. a) X3, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, 9-cu mkr, H.Babaşov küçəsi, 16 saylı evin, 51 saylı mənzilin ilkin satış qiyməti olan 80.000 (səksən min) manatın 40.000 manatını mənzilin 1/2 hissəsinin mülkiyyətçisi cavadeh X7, 3.000 manatını isə mənzildən istifadə hüququ olan Cavabdeh3 ödəməyi öhdəsinə götürür. b) Cavabdeh X8 mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olaraq razılaşmaya əsasən iddiaçının təklifini qəbul edirək Bakı şəhəri, 9-cu mkr, H.Babaşov küçəsi, 16 saylı evin, 51 saylı mənzilində olan payının tam dəyəri olan 40.000 manat alır və apellyasiya şikayətndən imtina edir. Gələcəkdə heç bir tələbi olmayacağını bəyan edir. c) Cavabdeh3 X3nun təklifini qəbul edir, 3.000 manat kompensasiya alamaqla Bakı şəhəri, 9-cu mkr, H.Babaşov küçəsi, 16 saylı evin, 51 saylı mənzilində olan istifadə hüququndan imtina edir. Gələcəkdə heç bir tələbi olmayacağını bəyan edir. 2.Barışıq sazişi imzalanandan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra tərəflər cavabdehlərə məxsus mənzildəki payın və mənzildən istifadə hüququna xitam verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlakın alqı-satqı qaydalarına uyğun olaraq notarial qaydasında təsdiq edilir. Razılaşdırılmış 43.000 manat notariusun Bankda olan depozit hesabına qoyulur. Müqavilə təsdiq ediləndən dərhal sonra həmin məbləğdən 43.000 manat puldan 35.000 manatını cababdehlər; X7 və Cavabdeh3 ödənilir. Qalan 8.000 manat pul isə cavabdehlərə mənzili tam tərk etdikdən və qeydiyyatdan çıxdıqdan dərhal sonra onlara ödənilir. 3.Tərəflər barışıq sazişi bağlayan zaman Azərbaycan Respublikası MPM-nin 52.3, 191.2, 261.5, 262.4-cü maddələrinin tələbləri barədə məumatlandırıldılar. 4.Bu qərardad məhkəmə tərəfindən təsdiq sonra hazırki mübahisə ilə əlaqədar mənzlin üzərində olan bütün məhdudiyyətlər ğötürülür, qüvvəsini itirir. 5.Hər üç tərəf bu sazişin şərtləri ilə razılaşır. Sazişin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edirlər. Tərəflər məhkəmə kollegiyasında AR MPM-nin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsini ləğv edilməklə mülki işin icratına xitam verilməsini xahiş edirlər. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.