Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8125/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1 nümayəndəsi X1, iddiaçıların vəkili X4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, “Cavabdeh2 MTK-ya, Cavabdeh3 MTK-ya, Cavabdeh4 MMC-yə, “xxxx” MMC-yə və “xxxx” MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən:
1. Cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 Mənzil-Tikiniti Kooperativi və Cavabdeh2 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh3 MTK, Cavabdeh4 MMC, “xxxx” MMC və “xxxx” MMC-nin üzərinə İddiaçı1 “xxxx” MMC ilə bağladığı xx.xx.2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 91 kv.metr olan mənzillə təmin etmək vəzifəsinin qoyulması;
2. Cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 Mənzil-Tikiniti Kooperativi və Cavabdeh2 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh3 MTK, Cavabdeh4 MMC, “xxxx” MMC və “xxxx” MMC-nin üzərinə X3 “xxxx” MMC ilə bağladığı xx.xx.2008- ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 127 kv.metr olan mənzillə təmin etmək vəzifəsinin qoyulması;
3. Cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 Mənzil-Tikiniti Kooperativi və Cavabdeh2 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəflndən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh3 MTK, Cavabdeh4 MMC, “xxxx” MMC və “xxxx” MMC-nin üzərinə İddiaçı3 “xxxx” MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 94 kv.metr olan mənzillə təmin etmək vəzifəsinin qoyulması;
4. Cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 Mənzil-Tikiniti Kooperativinin və Cavabdeh2 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfındən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh3 MTK, Cavabdeh4 MMC, “xxxx” MMC və “xxxx” MMC-nin üzərinə İddiaçı4 “xxxx” MMC ilə bağladığı xx.xx.2010-cu il tarixli müqavilə üzrə sonrakı pay haqqını (37.000 manat - 30.000 manat = 7.000 manat) 7.000 manatı qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 112 kv.metr olan mənzillə təmin etmək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar bu şikayətin 1.1-ci bəndində qeyd edilən nəticə ilə qətiyyən razılaşmır ona görə ki, məhkəməyə "Cavabdeh2” MTK tərəfindən 1036 nəfərə ümumilikdə 86.000 kv.metr yaşayış sahəsinin təhvil verilməsi barədə siyahı təqdim edilməmişdir. İddiaçılar bu şikayətin 1.2-ci bəndində qeyd edilən nəticə ilə qətiyyən razılaşmır ona görə ki, əvvəla onlar əminliklə bildirirlər ki, Cavabdeh2 MTK sözügedən cinayət işindən zərər çəkən 1036 nəfər vətəndaşa qeyd edilən 85.000 kv. metr yaşayış sahəsi verməmişdir. Çünki, işdə bu halı təsdiq edəcək heç bir mötəbər və təkzib edilməz sübut növü yoxdur. Belə ki, məhkəmə bu nəticəyə gəlmək üçün işdə olan və iddiaçıların iştirak etmədiyi - "X7” MMC-nin auditoru A.Ağayev tərəfindən tərtib edilmiş birtərəfli, əsassız və mötəbər sübutlara söykənməyən xx.xx.2020-ci il tarixli akta istinad etmişdir. Sözügedən audit zamanı guya 133 ədəd müqavilə "Cavabdeh2” MTK-nın arxivindən tapıldığından bu hal deməyə əsas verir ki, 11.665 kv.metr yaşayış sahəsi 1036 nəfər zərərçəkmiş şəxsin siyahısına əsasən "xxxx” MMC-dən mənzil almış vətəndaşlara verildiyi müəyyən olunmuşdur. Qətiyyətlə bildirirlər ki, həmin akt tamamilə fərziyyələr əsasında tərtib edilmişdir. Ona görə ki, akta alavə olunmuş siyahıda adları göstərilənlərin şəxsiyyəti araşdırılmamış, siyahıdakılardan kimlərin əvvəlki cinayət işi üzrə (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 1 (101 )-72/13 saylı hökmü ilə) zərərçəkmiş şəxs olub-olmamasını, onlara adı çəkilən MTK tərəfindən mənzillərin hansı qaydada verilməsini müəyyən etməmişdir. Bundan başqa və ən əsası, iddiaçıların zərərçəkmiş olduğu cinayət işi üzrə - 105 nəfər, (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli hökmü. Bu hökmlə İddiaçı4 "Cavabdeh2” MTK-ya qarşı 30.000 manat iddia tələbi tam, İddiaçı3 nümayəndəsi Şahbazov Mahir Vəkil oğlunun iddia tələbi isə qismən - 12.900 manat həcmində təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi CK-nın xx xxxx 2016-cı il tarixli. 1(103)-]05/2016 saylı qərarı ilə sözügedən hökmün hər iki mülki iddiaçıya aid hissəsi ləğv edilmiş, mülki iddia üzrə icraata xitam verilmiş. Azərbaycan Respublikası Ali Məhkəməsi CK-nın xx xxxxxx 2016-cı il tarixli. 1(102)- 1412/2016 saylı qərarı ilə adı çəkilən qərarın nəticə hissəsində dəyişiklik edilərək icraata xitam verilsin müddəası "həmin hissədə baxılmamış saxlansın” müddəası ilə əvəz edilmişdir) “xxxx” MMC-nin rəhbərlərinin əvvəlki cinayət işi (Bakı Ağır Cinayətlər Məhkəməsinin l(101)-72/13 saylı isi) tizrə isə 960 nəfər zərərçəkmiş şəxs olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2013-cii il tarixli, 1 (101 )-72/l3 saylı hökmündə 960 nəfər zərərçəkmiş şəxsə dəymiş zərərlə bağlı cinayət işinin cild 18, iş vərəqi 341-346-da olan Razılaşma müqaviləsinin 44-cü bəndinə istinad edilib. Qeyd edilən hökmdə göstərilib ki, 960 zərərçəkmiş şəxsdən 77 nəfərinə dəymiş zərər ödənilməyib və məhkəmə bu sayda zərərçəkən şəxsə tələblərini mülki mühakimə icraatı qaydasında vermək barədə izah verib. Sonradan apellyasiya instansiyası məhkəməsinin 1 (103)- 69/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qərarı ilə həmin 77 nəfərdən 12 nəfər zərərçəkmiş şəxsin mülki iddiaları təmin edilmiş. 65 nəfər zərərçəkmiş şəxsin isə mülki iddia tələbi qeyri-müəyyən qalmışdır. Beləliklə, sadə riyazi hesablamaya görə əvvəlki cinayət işi üzrə 960 zərərçəkmiş şəxsdən 77-nin zərəri ödənilməmiş, 12-nin isə sonradan ödənildiyi halında: 960 - 77 +12 = 895 nəfər edir. Belə olan halda Cavabdeh2 MTK hansı əsasla iddia edə bilərdi ki, o, 1036 nəfərə 86.000 kvadrat metr mənzil vermişdir? Hətta iddiaçıların zərərçəkmiş şəxs olduğu cinayət işi üzrə 105 nəfər vətəndaşı əvvəlki cinayət işində olan 895 zərər çəkmiş şəxslə birlikdə hesablayanda yenə də (895+105 - 1000) 1036 nəfər etmir. Deməli cavabdehin istinad etdiyi '‘siyahıda” "xxxx” MMC tərəfindən aldadılmış şəxslərə "Cavabdeh2” MTK tərəfindən mənzil verilmiş şəxslərin sayı saxtalaşdırılaraq şişirdilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli. 2(103)- 4396/2018 saylı qərardadı ilə '‘Cavabdeh2” MTK-nm yuxarıda qeyd edilən müqavilə (Razılaşma) əsasında üzərinə götürdüyü öhdəliyin icra olunmasını - “xxxx” MMC-nin qanunsuz hərəkətlərindən ziyan çəkən zərərçəkmiş şəxslərə mənzillərin verilməsi audit yoxlanması ilə araşdırılmış, müəyyən edilmişdir ki, bu prosesdə xeyli qanunsuzluqlar olmuş, ona görə də cavabdeh "Cavabdeh2” MTK onlara mənzillər verməkdən yayınmışdır. Hazırkı iddiaçılarla eyni cinayət işində zərər çəkmiş şəxs olan 15 nəfər iddiaçının eyni cavabdehlərə qarşı eyni iddia tələbi üzrə apellyasiya icraatı zamanı məhkəmənin qərardadı əsasında audit yoxlaması aparılmışdır. “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2018-ei il tarixli “Auidit Aktf’nın 2-ci bəndində göstərilir ki, bəzi hallarda “xxxx” MMC ilə bir mənzil almaq üçün bir müqavilə bağlamış şəxslərə Cavabdeh2 MTK tərəfindən iki müqavilə bağlanaraq onlara əlavə olaraq artıq yaşayış sahələri verilmişdir. Həmin Aktın 3-cü bəndində göstərilir ki, 43 halda “xxxx” MMC ilə mənzil almaq üçün müqavilə bağlamamış şəxslərə mülki işin materiallarında olan Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş siyahıya əsasən yaşayış sahələri verilmişdir. Həmin Aktın 4-cü bəndində göstərilir ki, “xxxx” MMC ilə mənzil almaq üçün müqavilə bağlamamış 8 şəxsə Cavabdeh2 MTK tərəfindən bağlanmış müqavilələrə əsasən də yaşayış sahələri verilmişdir. Həmin Aktın 5-ci bəndində göstərilir ki, Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş siyahıya əsasən “xxxx” MMC ilə yaşayış sahəsi almaq üçün bir müqavilə bağlamış şəxslərə müqavilədə göstərilmiş sahədən artıq sahə verilməsi halları da aşkar edilmişdir. Həmin Aktın 6-cı bəndində göstərilir ki, mülki işin materiallarında olan, Cavabdeh2 M T K tərəfindən təqdim edilmiş siyahıya (cədvələ) əsasən mülki işin materiallarında müqaviləsi olmayan 337 şəxsə də yaşayış sahəsinin (28291,43 kv.metr ) verilməsi nəzərə alınmışdır. “xxxx” MMC ilə alıcılar arasında bağlanmış müqavilələrlə müqayisədə 9xx xxxxx 7019,16 kv. metr, “xxxx” MMC ilə müqavilə olmadığı təqdirdə siyahıya əsasən 1xx xxxxx 11246,35 kv metr, cəmisi 18265,51 kv. metr yaşayış sahəsi alıcılara çox (artıq) verilmişdir. Həmin Aktın 7-ci bəndində göstərilir ki, eyni zamanda araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh2 MTK və ona yaxın şirkətlər tərəfindən “xxxx” MMC ilə bağlanmış müqavilələrə nisbətən alıcılara 229 halda cəmi 5737,45 kv. metr az yaşayış sahəsi verilmişdir. Belə olan halda cavabdeh və onun tərəfindən təşkil edilmiş adı çəkilən audit aktı necə iddia edə bilər ki, Cavabdeh2 MTK 16 dövlət qurumu ilə bağladığı Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmişdir? İddiaçılar bu şikayətin 1,3-cü bəndində qeyd edilən nəticə ilə qətiyyən razılaşmır ona görə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxx 2012-ci il tarixli, 121 saylı Səzəncamında qeyd edilir ki, “Aidiyyəti dövlət qurumları ilə Cavabdeh2 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar "xxxx" MMC-yə verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 saylı Sərəncamı və 12305 saylı inşaat pasportu "Cavabdeh2” MTK-nın adına rəsmiləşdirilsin. İddiaçılarla "Cavabdeh2" MTK arasında olan öhdəlik əvvəla yuxarıda adı çəkilən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxx 2012-ci il tarixli, 121 saylı Sərəncamı ilə, habelə müvafiq dövlət orqanları ilə "Cavabdeh2” MTK arasında imzalanmış müqavilə (Razılaşmadan) əsasında yaranmışdır. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxx 2012-ci il tarixli, 121 saylı Sərəncamı ilə iddiaçılara da məxsus əmlak payı bütünlüklə "Cavabdeh2” MTK-ya verilmiş, sonuncunun üzərinə vəzifə qoyulmuşdur ki, “xxxx” MMC-nin rəhbər şəxslərinin qanunsuz əməllərindən zərər çəkən bütün şəxslərə dəymiş zərəri ödəsin, yəni onların "xxxx” MMC ilə bağladıqları müqavilələr əsasında həmin müqavilələr üzrə öhdəliyi yerinə yetirsin. Həmçinin onlarla bağlanmış müqavilələr ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Bu halda həmin müqavilələr üzrə “İcraçı”nın bütün öhdəlikləri qeyd edilən müqaviləyə görə “Cavabdeh2" MTK-nın üzərinə düşüb. Deməli, Cavabdeh2 MTK onlarla bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə nəzərdə tutulmuş ölçüdə mənzilləri onlara təhvil verməlidir. “xxxx” MMC-nin vəzifəli şəxsləri barəsində aparılan istintaq işi üzrə zərərçəkmiş şəxs qismində tanınsalar da, nə ibtidai istintaq zamanı, nə də işin məhkəmə baxışında onlara dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün heç bir tədbir görülməmiş, dövlət qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirməmiş, Cavabdeh2 MTK həmin müqavilə üzrə öhdəliyinin icrasından yayınmışdır. Hansı ki, onlar iddiaçılar “xxxx” MMC ilə bağladığıqları müqavilələr üzrə üzərlərinə düşən əsas öhdəliyi, yəni sifarişçisi olduqları mənzil sahəsinə görə pay haqqını tam və ya qismən ödəyərək müqavilədə nəzərdə tutulmuş mənzil sahələrinə mülkiyyət hüququ əldə etmişdilər. Məhkəmə iclasında İddiaçı2, İddiaçı4, İddiaçı1 nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iddiaçıların vəkili X6 da şikayəti müdafiə edərək eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan cavabdehlər xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən nümayəndələrinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçılar ilə “xxxx” MMC arasında ayrı-ayrılıqda bağlanmış müvafiq “xxxx”lərə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi və ya ona yaxın ərazidə mənzilləri alıcılara verməyi, payçılar (iddiaçılar) isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər. “xxxx” MMCnin rəhbərliyinin dələduzluq hərəkətləri nəticəsində vətəndaşların pozulmuş mənzil hüquqlarının bərpa edilməsi üçün Cavabdeh2 MTK ilə digər aidiyyəti qurumlar arasında imzalanmış razılaşmaya əsasən Cavabdeh2 MTK özünə yaxın olan tikinti şirkətlərinin binalarından zərəçəkmiş şəxslərə 85000 kv.m mənzil sahəsi verməsini üzərinə götürmüşdür. Nəticə etibarilə cavabdeh Cavabdeh2 MTK tərəfindən 1036 nəfər vətəndaşa 86.000 kv.m yaşayış sahəsi təhvil verilmişdir. Göründüyü kimi, razılaşma əsasında Cavabdeh2 MTK tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilmişdir. Habelə, iddiaçılar istinad etdikləri müvafiq “xxxx”lər cavabdeh MTK ilə deyil, “xxxx” MMC arasında bağlanmışdır. Zərərçəkmiş alıcıların mənzil problemlərinin həll edilməsi məqsədilə Cavabdeh2 MTK üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etmişdir. Qeyd edilən razılaşmadan savayı, iddiaçılar ilə cavabdeh arasında öhdəliyin əmələ gəlməsinin digər əsasları mövcud olmamışdır. Halbuki, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Belə olduğu halda, “xxxx” MMC tərəfindən vurulmuş zərər nəticəsində Cavabdeh2 MTK-nin iddiaçılar qarşısında öhdəliyinin yarandığını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız bilinib rədd edilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, birinci instansiya məhkəməsi “xxxx” MMC-nin rəhbərliyinin dələduzluq hərəkətləri nəticəsində vətəndaşların pozulmuş mənzil hüquqlarının bərpa edilməsi üçün Cavabdeh2 MTK ilə digər aidiyyəti qurumlar arasında imzalanmış razılaşmaya əsasən Cavabdeh2 MTK özünə yaxın olan tikinti şirkətlərinin binalarından zərəçəkmiş şəxslərə 85000 kv.m mənzil sahəsi verməsini üzərinə götürdüyündən, nəticə etibarilə cavabdeh Cavabdeh2 MTK tərəfindən 1036 nəfər vətəndaşa 86.000 kv.m yaşayış sahəsi təhvil verildiyinə görə cavabdehlərin öhdəliklərini tam icra etdiyi qənaətinə gəlsə də buna dair, yəni Cavabdeh2 MTK tərəfindən 1036 nəfərə ümumilikdə 86.000 kv.m yaşayış sahəsinin təhvil verilməsi mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, məhkəmə bu qənaətə gələrkən “X7” MMC-nin auditoru X9 tərəfindən mübahisəli yaşayış sahələrinin dəqiqləşdirilməsi məqsədi ilə aparılmış auditin nəticələri barədə xx.xx.2020-ci il tarixli Aktı əsas götürmüşdür. Lakin cəmi iki vərəq yarımdan ibarət həmin aktda Cavabdeh2 MTK tərəfindən aldadılmış şəxslərə həqiqətən 85272.3 kv.metr yaşayış sahəsi verilməsi yalnız söz-mülahizə olaraq söylənilmişdir. Əks halda həmin aktda audit konkret olaraq hansısa mötəbər sənədə istinad etməli idi. Ancaq aktda bundan əvvəl eyni əsaslı digər iş üzrə “xxxx” MMC-nin auditi tərəfindən tərtib olunmuş xx xxxxxxx 2018-ci il tarixli akta istinad olunmuşdur. Lakin sonuncu akt da hazırki iddianın əsaslılığını qətiyyən istisna etmir. MTK tərəfindən də 1036 nəfərə ümumilikdə 86.000 kv.m yaxud 85272.3 kv.m. yaşayış sahəsinin təhvil verilməsinə dair sənədlər - yaşayış yaxud qeyri yaşayış sahəsi verilmiş 1036 şəxs barədə məlumatlar, müqavilələr əsasında aparılmış maliyyə əməliyyatlarını əks etdirən kassa-ödəniş qəbzləri və ya maliyyə arayışları, müqavilələrin qeydiyyat kitabları və.s məhkəməyə təqdim edilməmişdir. İkincisi, iddiaçılar “xxxx”ləri cavabdeh MTK ilə deyil, “xxxx” MMC arasında bağlasalar da zərərçəkmiş alıcıların mənzil problemlərinin həll edilməsi məqsədilə Cavabdeh2 MTK üzərinə öhdəlik götürmüş və götürdüyü öhdəliyi də tam olaraq icra etməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməlidir. Əgər “xxxx” MMC tərəfindən vurulmuş zərər nəticəsində Cavabdeh2 MTK üzərinə öhdəlik götürməmişdirsə, onda qeyd etdiyi sayda şəxslərə hansı səbəbdən yaşayış yaxud qeyri yaşayış sahəsi təqdim edirdi. Göründüyü kimi, cavabdeh MTK müqavilə üzrə üzərinə götürdüyü 85.000 kv.m yaşayış sahəsini tikərək əlavə ödənişlər olmadan və ya “xxxx” MMC-yə edilən ödənişləri nəzərə almaqla zərərçəkmiş şəxslərə təhvil vermək öhdəliyini icra etməmişdir. Bu səbəbdən həmin öhdəliyin icrası barədə hazırki iddialar iddia əsaslıdır və təmin edilməlidir. Üçüncüsü, işdə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-4396/2018 saylı qətnaməsindən və Ali Məhkəmənin həmin qətnaməni dəyişdirilmədən qüvvədə saxlayan xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin işdə apellyasiya icraatı zamanı məhkəmənin qərardadı əsasında iş üzrə keçirilmiş audit yoxlamasının nəticəsi ilə “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “audit aktından” və ona əlavə edilmiş siyahılardan müəyyən edilmişdir ki, “xxxx” MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə Cavabdeh2 MTK və ona yaxın hüquqi şəxslər tərəfindən aldadılmış şəxslərə “xxxx” MMC-nin vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə mənzillərin verilməsi zamanı iddiaçılara mənzillər verilməmiş, zərər başqa qaydada ödənilməmiş, halbuki, digər şəxslərə dəymiş zərərin həcmindən artıq ölçüdə sahələr verilmiş, nəticədə iddiaçılara ümumilikdə 1.255,70 kv.metr yaşayış sahəsi və 870 kv.metr qeyri yaşayış sahəsi Cavabdeh2 MTK və ona yaxın hüquqi şəxslər tərəfindən verilməmişdir. Göründüyü kimi, həmin məhkəmə aktlarından da bəlli olur ki, hazırki iddialar da, həmin işdəki iddialarla eyni əsaslı və məzmunlu olmuşdur. Lakin birinci instansiya məhkəməsi nədənsə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə qanuni qüvvədə olan həmin məhkəmə aktlarının mövcudluğunu hazırki iş üzrə nəzərə almamış və onlara əhəmiyyət verməmişdir. Mülki Prosessual Məcəllənin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnamə ləğv edilsin və iddialar təmin edilsin. - cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 Mənzil-Tikiniti Kooperativi və Cavabdeh2 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh3 MTK, Cavabdeh4 MMC, “xxxx” MMC və “xxxx” MMC-nin üzərinə İddiaçı1 “xxxx” MMC ilə bağladığı xx.xx.2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 91 kv.metr olan mənzil ilə;. - Cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 Mənzil-Tikiniti Kooperativi və Cavabdeh2 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh3 MTK, Cavabdeh4 MMC, “xxxx” MMC və “xxxx” MMC-nin üzərinə X3 “xxxx” MMC ilə bağladığı xx.xx.2008- ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 127 kv.metr olan mənzil ilə; - Cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 Mənzil-Tikiniti Kooperativi və Cavabdeh2 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəflndən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh3 MTK, Cavabdeh4 MMC, “xxxx” MMC və “xxxx” MMC-nin üzərinə İddiaçı3 “xxxx” MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 94 kv.metr olan mənzil ilə; - Cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 Mənzil-Tikiniti Kooperativinin və Cavabdeh2 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfındən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh3 MTK, Cavabdeh4 MMC, “xxxx” MMC və “xxxx” MMC-nin üzərinə İddiaçı4 “xxxx” MMC ilə bağladığı xx.xx.2010-cu il tarixli müqavilə üzrə sonrakı pay haqqını 7.000(yeddi min) manatı qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 112 kv.metr olan mənzil ilə təmin etmək vəzifəsi qoyulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza Xəyal Sarıyev
Düzdür: Hakim: Elşən Kazımov