Məhkəmə qərarları › İş №2(103)-8134/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8134/2020

17.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8134/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 01 iyul tarixindən işdən azad edilən tarixədək hər ay aldığı 1500 manat əmək haqqının və digər ödənişlərin cavabdehdən alınaraq İddiaçı1, hər ay aldığı 1800 manat əmək haqqı və digər ödənişlərin İddiaçı2 verilməsi, İddiaçı2 2019-cu ilin may ayının 28-də işdə olduğu zaman idarə etdiyi, şəxsi mülkiyyətində olan və öz əmək funksiyasını yerinə yetirmək üçün cavabdehin razılığı ilə iş yerinə gətirdiyi avtomobilinə və səhhətinə vurulmuş maddi zərər kimi 8000 manat pulun cavabdehdən İddiaçı2 xeyrinə ödənilməsi, hər iki iddiaçının əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərin ləğv edilərək onların işə bərpa edilmələri, İddiaçı1 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayınadək əmək haqqından tutmaların, eləcə də istifadə etmədiyi məzuniyyətin pul şəklində əvəzi kimi cəmi 1960 manatın cavabdehdən onun xeyrinə tutulması, İddiaçı2 2015-ci ilin iyun ayından 2019-cu ilin iyun ayınadək əmək haqqından tutmaların, eləcə də istifadə etmədiyi məzuniyyətin pul şəklində əvəzi kimi cəmi 9520 manatın cavabdehdən onun xeyrinə tutulması, hər iki iddiaçı əsassız və qanunsuz olaraq işdən azad edildikləri üçün onlara məcburi işburaxma müddəti üçün 2019-cu ilin dekabr, 2020-ci ilin yanvarmart ayları da daxil olmaqla hər iki iddiaçının aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ciil tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı1 ilə əmək münasibətlərinə xitam verilməsinə dair Cavabdeh MMCnin xx xxxxxx 2019-cu il tarixli, 616/K saylı əmrinin ləğv edilməsi, İddiaçı1 işə bərpa edilməsi, 2019-cu ilin 01 iyul tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməmiş əmək haqqı, habelə xx xxxx 2018-ci il tarixdən 2018-2019-cu iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinin pulla əvəzi, bundan başqa, xx xxxxxx 2019-cu il tarixdən 2020-ci ilin mart ayınadək məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı2 ilə əmək münasibətlərinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 604/K saylı əmrinin ləğv edilməsi, İddiaçı2 işə bərpa edilməsi, 2019-cu ilin 01 iyul tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməmiş əmək haqqı, habelə xx xxxxx 2018-ci il tarixdən 2018-2019-cu iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinin pulla əvəzi, bundan başqa, xx xxxxxx 2019-cu il tarixdən 2020-ci ilin mart ayınadək məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 şifahi vəsatətlə müraciət edərək, Cavabdeh MMC tərəfindən elektron qaydada birinci instansiya məhkəməsinə apellyasiya şikayəti verildiyini bildirməklə, verilmiş apellyasiya şikayətinin və ödənilmiş dövlət rüsumu haqqında qəbzin surətini təqdim edərək, Cavabdeh MMC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin apellyasiya baxışından çıxarılaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil vəsatətin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 362-364-cü maddələrinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar