Məhkəmə qərarları › İş №2(103)-814/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-814/2021

12.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-814/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı X20 və onun vəkili X3 iştirakları ilə, iddiaçı X7 cavabdeh "X22” Şirkətinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3636/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı X20 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X20 cavabdeh Karasu əməliyyat şirkətinə qarşı məhkəməyə müraciət edərək, cavabdehlə imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 02X- OK saylı əmrinin ona aid hissədə ləğv edilərək Karasu əməliyyat şirkətində tutmuş olduğu vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki: təsis sənədlərinə əsasən, Kayman adalarının "X22” şirkəti təşkilati-hüquqi forması "filial” olmaqla xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (səh. 45); cavabdeh Karasu Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə (bundan sonra - Filialı) ilə X20 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 1688/3№-li əmək müqaviləsinə əsasən X1 neftin hazırlanması və nəqli sexi/nasos stansiyaları üzrə böyük usta vəzifəsinə işə qəbul olunmuşdur (səh.10); xx xxxx 2020-ci il tarixli 02X-OK nömrəli əmrin surətinə əsasən, Filialda işləyən X20 ilə bağlanmış xx xxxxx 2019-cuil tarixli 1688-3 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx xxxx 2020-ci il tarixdə xitam verilmişdir. Həmin əmrin əsası kimi aşağıdakılar qeyd olunmuşdur:xx xxxxxx 2020-ci il tarixdə saat 15:40 radələrində Filialın cari təmir sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləyən X14 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Qeyd olunan hadisə istehsalat xarakterli olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinə 04-2/086 nömrəli xx xxxxxx 2020-ci il tarixli məktubla dərhal məlumat verilmişdir. Əmək müfəttişliyinin xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli əmri ilə hadisənin araşdırılması üçün təhqiqat komissiyası yaradılmışdır. Təhqiqat komissiyası tərəfindən hadisə hərtərəfli araşdırılmış və nəticədə müvafiq təhqiqat aktı tərtib edilərək təsdiq edilmişdir. Təhqiqat aktı filiala xx xxxx 2020-ci il tarixdə **********2 nömrəli məktubla rəsmi qaydada təqdim edilmişdir. Təsdiq edilmiş təhqiqat aktına əsasən hadisənin baş verməsinə səbəb olaraq təhqiqat aktının 4.1-ci bəndinə əsasən, Filialın baş mexaniki X13, 4.2-ci və 4.6-cı bəndlərinə əsasən mühəndis X15 4.3 və 4.6-cı bəndlərinə əsasən, neftin hazırlanması və nəqli sexinin rəisi X16, 4.4-cü və 4.6-cı bəndlərinə əsasən neftin hazırlnaması və nəqli sexinin nasos stansiyaları üzrə böyük ustası X8 cavabdehliyini, 4.5-ci bəndinə əsasən kirayə təmir sexinin rəisi X2 nəzarətsizliyi göstərilmiş və beləliklə adıçəkilən işçilər özlərinin əmək funksiyasının və ya əçək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və bundan əlavə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi ilə əmək vəzifələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşlar. Bundan əlavə baş vermiş hadisənin araşdırılması, səbəbinin təhqiq edilməsi və gələcəkdə bu kimi halların qarşısının alınması məqsədi ilə şirkət rəhbərinin 02/L nömrəli xx xxxxxx 2020-ci il tarixli əmri ilə Filial rəhbərinin sədrliyi ilə Filial üzrə daxili komissiya yaradılmışdır. Daxili komissiyanın xx xxxxx 2020-ci il tarixli aktına əsasən hadisənin baş verməsinə əsas verən yuxarıda adları çəkilən işçilərdən əlavə Filialın hasilat üzrə vitse-prezidenti Vladimr Navozovun, neftin hazırlanması, təhvili və satış şöbəsinin meneceri X10 və İstehsalatın operativ idarə edilməsi üzrə menecer X4 öz əmək funksiyalarına laqeyid yanaşmaları ilə vəzifə təlimatlarının tələblrini, əmək və icra intizamını pozduqları müəyyən edilmişdir (səh.8); Şirvan şəhər Prokurorluğunun xx xxxxx 2020-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən, "Qarasu əməliyyat şirkətində” elektrik qaz qaynaqçısı işləyən 1974-cü il təvəllüdlü X14 şirkətin X26 Kompleks hazırlanması sexində X27 Parkında yerləşən Yol qızdırıcısının təmiri zamanı xəsarət alması hadisəsi cinayət əlamətlərini əks etdimədiyindən, baş vermiş hadisə cinayət hadisəsi olmadığından xx xxxxxx 2020-ci il tarixdə Azərbaycaan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə xitam verilmişdir (səh.69). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3636/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 217-218; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-3-cü hissələrinin, 70-72-ci maddələrinə istinadən qeyd edilmişdir ki, filialda istehsalatda bədbəxt hadisə baş vermiş və bu qəza iddiaçı tərəfindən ona həvalə edilmiş işin lazımınca yerinə yetirilməməsi səbəbindən olmuşdur. İddiaçı tərəfindən təmirə bağlanmış sobanın ilanvari borusunun yuyulması işin mübahisə edilməyən halıdır. İddiaçı bu barədə ona verimiş tapşırığın qanunsuz olduğunu bildirmiş, lakin həmin qanunsuz əmri icra etməmək barədə əmri verən şəxsə hər hansı bir irad bildirməmişdir. İddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd olunan faktı təsdiq edən təhqiqat aktı mövcuddur. İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Nəticədə iddiaçı cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, iddiaçı işlədiyi dövrdə öz vəzifəsini yerinə yetirərkən pozuntulara yol vermişdir. Bununla yanaşı, öz əmək funksiyalarını yerinə yetirərkən istehsalatda qəza törətmişdir ki, qeyd olunan hallar müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən hüquqazidd hərəkətlər hesab edilməlidir. İddiaçı X20 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3636/2020 saylı qətnaməsinin ləğv edilərək cavabdehlə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx xxxx 2020-ci il tarixli, 02X-OK saylı əmrinin ona aid hissədə ləğv edilərək tutmuş olduğu vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyanın 59, 60-cı maddələrinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 186-cı maddəsinin 2-ci bəndinə, 290, 300; Azərbaycan Respublikasının MM-in 20-ci maddəsinə; 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul olunmuş «İnsan Hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə; «İnsan hüquqlarının və X9 haqqında» Konvensiyanın 6-cı maddəsinə; xx xxxxxx 1966-cı il tarixdə BMT-nin Baş Məclisinin qətnaməsi ilə qəbul olunmuş «Mülki və Siyasi hıquqlar haqqında Pakt»ın 14-cü maddəsinə; “İnsan hüquqlarının müdəfıəsi və azadlıqları haqqımda” Avropa Konvensiyasının 6-cı maddəsinə; MPM-in 217-218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin adı çəkilən qətnaməsi aşağıda qeyd edilmiş əsaslara görə əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. İşin faktiki hallarına uyğun olaraq bildirir ki, o, xx xxxxx 2019-cu il tarixli, 16.88-3 saylı əmr və əmək müqaviləsinə əsasən «X19 Ltd» Şirkətinin Azərbaycan Respublikasındakı Filialında neftin hazırlanması və nəqli sexi,nasos stansiyaları üzrə böyük usta vəzifəsinə təyin edilmişdir. «X19 Ltd» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx xxxx 2020-ci il tarixli 02X- OK əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən, yəni mülkiyyətçiyə maddi ziyan vurmaqla əmək vəzifələrini kobud şəkildə pozulduğuna görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-cı il tarixli əmrin qanunsuz və əsassız olması ilə bağlı aşağıdakı faktiki əsaslan diqqətə çatdırır: Peşə təlimatı üzrə işi nasos və mühərriklərin işləmə prinsplərinə nəzarət etməkdir. Sobanın yuyulması isə həmin təlimata daxil deyil. xx xxxxxx 2020-ci il tarixdə səhər 9:00-da işinə başlayarkən sex rəisi Şaiq Vəliyev onu otağına çağıraraq bildirdi ki, sobanın içərisində olan ilanvari borudan axan mayedən sızma müşahidə olunmuşdur. Ona görə də sobanın içərisində olan ilanvari borunun daxilini yumağı ona tapşırdı. Onun tapşırığına əsasən gedərkən operatoru da özü ilə aparmışdır. Oraya gedərkən gördü ki, sobada 50% işlər görülüb başa çatmışdır. O, operator Nurəddin adlı şəxslə birlikdə həmin borunu 2 maşın su ilə yudu və ofisə qayıtdı.Əslində isə həmin partlayışın sobanın içərisində olan borununu yuyulması ilə heç bir əlaqəsi yoxdur. Təsadüfi deyil partlayış sobanın yuyulmuş hissəsində deyil, başqa bir hissəsində, sobanın köynəyində baş vermişdir. Sobada partlayış olmamışdan öncə orada qazın olmaması ilə bağlı iki sex rəisi rəy vermişlər. Onların razılığı əsasında qaynaq işləri başlanılmış və bu zaman partlayış baş vermişdir. Sobanın təmiri tədbirlər planına əsasən aparılmalı idi. Lakin həmin tədbirlər planı olmamışdır. Əgər tədbirlər planı olmuş olsaydı, o halda sobada partlayış olmazdı. 1 saylı sobanın sökülməsi ilə bağlı tədbirlər planı xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmalı olduğu halda xx xxxxxx 2020-ci il tarixində qanunsuz olaraq tərtib edilmiş və tədbirlər planına onun adı daxil edilməyib. Heç təsadüfi deyil ki, Şirvan şəhər prokurorluğunun müstəntiqi Anar İsgəndərli tərəfindən qəbul edilmiş“Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qərarda mənim əməlimdə heç bir cinayət tərkibinin olmaması müəyyən olmuş, ona görə də cinayət işinin başlanılmasından imtina edilərək iş iizra icraata xitam verilmişdir. Göründüyü kimi baş vermiş hadisə ilə bağlı onun heç bir təqsiri olmamasına baxmayaraq Şirkət tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Cavabdehin onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli əmri ilə əmək qanunvericiliyin bir çox normalarının pozuntusuna yol vermişdir. Birincisi, işəgötürən onun əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifənin pozulduğunu müəyyən etmiş olsada belə, barəsində daha ciddi intizam tənbehi tətbiq etmişdir. Qeyd edilmiş hüquq normasına görə işəgötürən onu “töhmət vermək”, “sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək”, “kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək” intizam tənbehlərinin biri ilə cəzalandıra bilərdi. Lakin buna baxmayaraq işəgötürən qeyd etdiyi kimi əsassız olaraq daha ciddi intizam tənbehi ilə cəzalandırmışdır və əmrdə bu cəzanın zəruliliyini əsaslandırmamışdır. İkincisi, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndi ilə onu işdən azad etməsi ilə həmin məcəllənin 186-cı maddənin 3-cü bəndinin pozuntusuna da yol vermişdir. Həmin hüquq normasına əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Tutmuş olduğu vəzifəmin öhdəsindən daima layiqincə gəlmiş, heç bir zaman əmək intizamını pozmamış, kollektiv arasında yüksək nüfuz qazanmışdır. Barəsində heç bir zaman intizam tənbehi təyin edilməmişdir. Ailəlidir, yetkinlik yaşına çatmayan iki uşağı vardır, ailədə yeganə qazanc gətirən şəxsdir, Yeni Azərbaycan Partiyasının üzvüdür, ali təhsillidir, X28 Akademiyasını bitirmiş, “Profi-Resurs” X25 kursu bitirərək nasos stansiyaları üzrə böyük usta ixtisasını əldə etmişdir. Dövlətin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Beləliklə, bütün qeyd edilən normativ hüquqi faktlara əsasən və yuxarıda şərh olunan işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, o, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməli, ona dəymiş maddi zərər cavabdeh tərəfindən onun xeyrinə ödənilməlidir. 1-ci instansiya məhkəməsinin qeyd edilmiş qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız bir qətnamə qəbul edilmişdir. 1-ci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Bununla da 1-ci instansiya məhkəməsində Azərbaycan Respublikası MPM-in 217-218-ci maddələrinin pozuntusuna yol verilmişdir. Beləliklə, bütün qevd edilən normativ hüquqi faktlara əsasən və yuxarıda şərh olunan işin faktiki halları nəzərə alaraq hesab edir ki, o, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməli, onadəymiş maddi zərər cavabdeh tərəfindən onun xeyrinə ödənilməlidir. Bütün yuxarıda qeyd edilmiş xüsusatlar sübut edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu qətnaməsində maddi və prossesual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar aydınlaşdırlmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qətnamədə müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsi üzrə qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən edilir ki: cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma qətnamənin qəbul edilməsinin əsaslarının sübuta yetirilmədiyi qənaətini formalaşdırır. Belə ki, sübutetmə cavabdehin üzərində olduğu halda əmrin əsaslarını sübuta yetirməmiş, əmrdə qeyd edilən əsaslandırma üzrə xidməti araşdırma aparılmadan əsaslandırılmayan elektrik-qa qaynaqçısı X17 xx.xx.2020-ci il tarixdə saat 15.40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı əsasında qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilən iddiaçının vəzifə təlimatında qeyd edilən vəzifə funksiyalarına istinad etməklə əsas kimi qanunvericiliklə müəyyən edilən əmrin əsaslandırma tələbinə formal yanaşılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə, iş ürə kompleks ekspertiza təyin edilmiş, əsasən, "Qarasu Əməliyyat Şirkətinin X29 Kompleks hazırlanması sexində Aşağı Meşovdağ çənlər Parkında neft qızdırıcında baş vermiş partlayışın səbəbi qurğu daxilində qaz-hava qarışığının alışması olmuşdur. Neft qızdırıcısında təmir işlərinin aparılmasından əvvəl nəzərdə tutulmuş təhlükəsizlik tədbirləri görülmüşdür, o cümlədən neft qızdırıcısının daxili iki dəfə su ilə yuyulmuş və əsasən də, qaz-qaynaq isinin görülməsindən öncə, alışqan qazların mövcudluğunun müəyyən edilməsi üçün qurğunun daxili mühiti qaz detektoru vasitəsi ilə yoxlanılmış və qazın olması aşkar edilməmişdir, baş vermiş hadisə ilə əlaqədar qüvvədə olan normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 120 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, həmin vaxt Şaiq Vəliyev və Tural Allahverdiyev adlı şəxslər qaynaq işləri həyata keçirdiklərini, həmin şəxslərin də işdən azad edildiklərini, iddiaçının sadəcə olaraq ona verilən göstərişi yerinə yetirdiyini, ona nəzarət edilməsi üçün göstəriş verildiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X20 apellyasiya şikayətini müdafiə edərək, ilanvari borunun yuyulmasının onun vəzifə səlahiyyətinin olmadığını, yalnız nasos stansiyalarına baxdığını, onun qeyd edilən sahədə cavabdehlik daşımadığını, sex rəisinin ona suya nəzarət etməsini bildirdiyini, onun da su ağardıqdan sonra sex rəsinə məlumat verərək oranı tərk etdiyini, onun tədbirlər planında adının olmadığını, "X22” Şirkətinin Şirvan şəhərindəki ofisinə çağıralaraq əmək müfəttişinin onlardan şifahi olaraq izahatlarının alındığını, bundan sonra iş üzrə başqa heç bir mütəxəssin çağırılmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "X22” Şirkətinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 11, 68, 70-ci maddəsinin “ç” bəndi, 71, 72 maddəsinin “a” bəndi, 83, 84, 186-190, 294-300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21, 324; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Diqqətə çatdırılmalıdır ki, şəxsin təqsirli olmaması cinayət hadisəsinin olmaması və ekspert rəyləri ilə istisna edilir, təhqiqat aktında əks edilənlərdən isə bilavasitə iddiaçının məsuliyyət daşıması sübuta yetirilmir və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın istinad etdiyi əsaslar düzgün olmadığından apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3636/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Karasu əməliyyat şirkəti tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün olan məhkəmə xərci cavabdehə aid edilməli, aparılan ekspertiza üzrə xərc cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X20 tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3636/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi barədə cavabdeh "X22” Şirkətinin xx.xx.2020-ci il tarixli 02X-OK saylı əmri X11 aid hissədə ləğv edilsin, X20 tutmuş olduğu vəzifəsinə bərpa edilsin və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi təmin edilsin. Ekspertiza xərci olan 120 (yüz iyirmi) manat məbləğdə pul vəsaiti cavabdeh "X22” Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar