Məhkəmə qərarları › İş №2(103)-8144/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8144/2020

20.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8144/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, X6, X1 və X4 qarşı “mənzilə köçürülmə, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2(009)-872/2007 saylı qətnaməsindən cavabdeh X6 tərəfdən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2(009)-872/2007 saylı qətnaməsindən cavabdeh X6 tərəfdən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X6 tərəfdən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, verilmiş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmiş materiallardan müəyyən edilir ki, materiallar mülki işin özü deyildir. Həmin materiallar yalnız Səbail Rayon Məhkəməsinin 2-872/07 nömrəli xx xxxx 2007-ci il tarixli qətnaməsi, məktublar, ərizə və hazırda verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərdən ibarətdir. Kollegiya qeyd edir ki, mülki iş materialları mövcud olmadan, yalnız göndərilmiş materiallar əsasında apellyasiya şikayətinə baxılması mümkün deyildir. Həmçinin materiallara daxil olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 872/2007 nömrəli xx.xx.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, X5 nümayəndəsi-vəkili X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuş apellyasiya şikayəti əsasında araşdırma aparılarkən 2(009)-872/2007 saylı mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyi, lakin geri qaytarılmadığı müəyyən olmuşdur. Bu səbəbdən 2(009)-872/2007 saylı mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Həmin məktuba Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, tələb edilən 2(009)-872/2007 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsində aşkar edilməmişdir. Yuxarıda sadalananları nəzərə alaraq Kollegiya qeyd edir ki, 2(009)-872/2007 saylı mülki iş itirilmişdirsə “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Mülki Prosessual Məcəlləyə Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə icraatının bərpası haqqında ərizə ilə itirilmiş məhkəmə icraatı bərpa edilə bilər. Kollegiya hesab edir ki, hazırki vəziyyətdə apellyasiya şikayətinə baxılması mümkün olmadığından cavabdeh X6 tərəfdən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2(009)-872/2007 saylı qətnaməsindən cavabdeh X6 tərəfdən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş kimi təqdim olunmuş sənədlər birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar