Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8144/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 Cavabdeh MMC-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi”tələbinə dair Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2021 saylı işi üzrə 18 may 2021 -ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Fövqəladə Hallar Nazirliyi Su X9 (SEDA) Cavabdeh MMC-nin Su anbarları ərazisinin yaşıllaşdırma İdarəsinin aqronomu vəzifəsinə işə bərpa edilməsi, 01.07.2020-ci il tarixdən işə bərpa edildiyi günə məcburi boşdayanmaya görə aylıq 530 manatdan hesablanmaqla əmək haqqının cavabdeh Fövqəladə Hallar Nazirliyi Su X9 (SEDA) Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 22.10.2013-cü il tarixli, 006 nömrəli əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2011-ci il tarixli 525 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X9 haqqında Əsasnamə”nin 11 və 19.8-ci bəndlərini rəhbər tutaraq "Hidrotex” MMC yaradılmışdır. Azərbaycan Respublikası fövqəladə Hallar Nazirliyi Su X9 "Hidrotex” MMC-nin 01.07.2020-ci il tarixli 057/Ş-1 nömrəli əmri ilə Su X9 "Hidrotex” MMC-nin Su anbarlarının ərazisinin yaşıllaşdırma idarəsinin aqronomu İddiaçı 2020-ci ilin may ayının 16-da 65 yaşı tamam olduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə əsasən 01 iyul 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 01.10.2014-cü il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 "Hidrotex” MMC tərəfindən İddiaçı ünvanlanmış 14.04.2020-ci il tarixli, 37/00134 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək Məcəliəsinin 10-1.1-ci hissəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilər üçün 65 yaş həddi müəyyən edilmişdir. 2020-ci ilin may ayının 16-da onun 65 yaşının tamam olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış 10 fevral 2016-cı il tarixli əmək müqaviləsinə 29 may 2020-ci il tarixindən işəgötürən tərəfindən xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 "Hidrotex” MMC ilə İddiaçı arasında bağlanmış 10.02.2016-cı il tarixli əmək müqaviləsi ilə İddiaçı 10.02.2016-cı il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 "Hidrotex” MMC-də aqronom vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 "Hidrotex” MMC-nin 05.05.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Hidrotex” MMC FHN Su X9 tərəfindən 22 oktyabr 2013-cü il tarixdə 006 nömrəli Əmrlə təsis edilmiş, təsis payının 100%-i dövlət müəssisəsi olan Su X9nə məxsusdur (Əmrin surəti əlavə olunur).Cavabdeh MMC dövlət əhəmiyyətli su anbarlarının texniki təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olur və fəaliyyəti 100% dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir (Cavabdeh MMC-nin Nizamnaməsinin surəti və Su X3 müvafiq Arayışı əlavə olunur).Cavabdeh MMC gəlirsiz işləyir, fəaliyyətini yalnız bu istiqamətdə həyata keçirir, heç bir kənar xidmətlərin göstərilməsi ilə məşğul olmur.Müvafiq olaraq, fəaliyyətdə olduğu müddət ərzində Cəmiyyətin mənfəət vergisi vergi orqanlarında “0” faizlə qəbul edilmişdir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq Bildirişlərinin surətləri əlavə olunur) Əlavə olaraq bildiririk ki, Cavabdeh MMC Nazirlər Kabinetinin 24 oktyabr 2018-ci il tarixli “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi barədə” Qərarı ilə sözügedən qurumların siyahısına daxil edilmişdir (Nazirlər Kabinetinin müvafiq Qərarının surəti əlavə olunur). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 03.05.2021-ci il tarixli arayışına əsasən, "Hidrorex’’ MMC-nin fəaliyyəti, həqiqətən FHN X14 (diyinin təqdim etdiyi sifarişlər əsasında, Azərbaycan Respublikası Maliyyə nazirliyi Dövlət darlıq Agentliyi tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.10.2018-ci il tarixli Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 Cavabdeh MMC-nin direktoru tərəfindən təsdiq olunmuş 17.05.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı həqiqətən Cavabdeh MMC-də əmək fəaliyyətinə başladığı 01 oktyabr 2014-cü il tarixindən 04 iyun 2020-ci il tarixinə qədər Cavabdeh MMC-nin Hüquq, ümumi və insan resursları şöbəsinə özünün şəkərli diabet xəstəsi olmasına dair heç bir sənəd təqdim etməmişdir (iş.səh.115, 7, 8, 35, 93, 116, 117, 118) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2021 saylı işi üzrə 18 may 2021 -ci il tarixli qətnaməsi ilə iddia rədd eidlmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1, 11-ci maddəsinin “b” 70-ci maddəsinin “e”, 79-ci maddələrinə istinadən qeyd edilmişdir ki, əmək müqaviləsinə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilməsi qanuni və əsaslıdır.İşəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verildiyindən iddiaçının iddia ərizəsində göstərdiyi dəlilləri qanuni və əsaslı olan əmək müqaviləsinə xitam verilməsinə dair 01.07.2020-ci il tarixli 057/Ş-1 nömrəli əmrin ləğvi üçün əsas ola bilməz. iddia tələbinin işə bərpa hissəsi rədd edildiyindən və iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından, iddia tələbi həmin hissəsi də rədd edilməlidir. İddiaçı apellyasiya şikayəti verərək, Baki şəhər Səbail rayon Məhkəməsinin 2(009)- 1108/2021 saylı 18.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə bərpa və məcburi boş dayanmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217, 361, 364, 384-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddianın əsası SEDA rəhbəri Yaşar Abbasovun və "xxxx" MMC-nin direktoru Tale Şamçıyev vəzifə səlahiyyətlərindən istifadə edərək Azərbaycan Respublikasının qanunlarını pozaraq, işdən əsassız azad etməsidir. İşdən azad olunarkən və mülki işə baxılarkən sənədlər saxtalaşdırıldı. Bunu o da sübut edir ki, məhkəmədə cavabdeh idarə hakimi aldatmaq məqsədi ilə arayış təqdim etmişdir ki, guya cavabdeh idarə büdcədən maliyyələşən təşkilatdır (surəti əlavə olunur). Qətnamədə iddiadan sitat kimi qeyd edilir ki, " qanunvericiliyə görə MMC-lər sahibkarliq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğundan büdcədən maliyələşən dövlət müəssisəsi statusuna malik deyil". Hakim bunu araşdırmaq əvəzinə, "xxxx" MMC-nin əməkdaşı, ixtisasca hüquqşünas olsa da, iqtisadiyyatdan anlayışı olmayan X7 heç bir iqtisadi uyğunluğu və əsası olmayan izahatını və FHN SEDA-nin rəisi Yaşar Abbasovun 03 may 2021-ci il 37/39- 0003 saylı saxta arayışını əsas götürərək qeyri obyektiv qərar qəbul edib. Rəsmi sənəd olan bu arayışda qeyd edilir ki, guya "xxxx" MMC X8 (DXA) tərəfindən dövlət büdcəsi vəsaiti hesabına maliyələşir. Faktiki olaraq isə müəssisə nə hüquqi qeydiyyatda olduğu DXA-nin Səbail rayon şöbəsində, nə də fəaliyyət göstərdiyi Abşeron rayon şöbəsində qeydiyyatda deyil, hesabı AFB Bankın Sumqayıt filialındadır.Qanunvericiliklərlə müəyyən olunmuşdur ki, dövlət müəssisələrinin timsalında büdcədən maliyələşən və təsərrüfat hesablı dövlət müəssisələri, səhmdar cəmiyyətlər, şirkətlər, konsernlər və s. fəaliyyət göstərə bilər. Büdcədən maliyələşən dövlət müəssisələrinin xərcləri büdcə hesabına həyata keçirildiyi üçün onlar yerli maliyyə orqanları qarşısında hesabat verirlər. Təsərrüfat hesablı dövlət müəssisələri və qeyri-dövlət müəssisələri isə vergi xidmət orqanlarına, DSMF-na, yerli statistika şöbələrinə hesabatlar verirlər. "xxxx" MMC də maliyyə orqanları qarşısında deyil, vergi xidmət orqanlarına, DSMF-na, statistika şöbəsinə hesabat verir. İddia ərizdə və məhkəmədə çıxışında da bildirmişdir ki, SEDA-nin özü büdcədən maliyələşən təşkilat statusuna malikdir, ancaq onun yaratdığı "xxxx" MMC bir müəssisə kimi həmin statusa malik deyil. Elə buna görə də həmin müəssisədə çalışan işçilər üçün əmək haqqları Azərbaycan dövləti və hökuməti tərəfindən təsdiq edilən və tənzimlənən X12 (VTC) uyğun tarif dərəcələrindəki qiymətlərdən bir neçə dəfə çox olub və yenə də çoxdur. "xxxx" MMC-nin yarandığı dövrdən bu yana dövlət VTC-də bir neçə dəfə dəyişiklik edərək əmək haqlarını qaldırmışdır, ancaq "xxxx" MMC-də isə tarif dərəcələrindəki məbləğlər indiyə qədər bir dəfə də olsun dəyişmədən sabit qalır. təsdiqləyici rəsmi sənəd almaq məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisinə, Maliyyə Nazirliyinin X8nə və X10 məktubla sorğu müraciəti etmişdir Məktubların surəti və alınmış cavablar əlavə olunur). Milli Məclisinin Aparatının X1 10 iyun 2021-ci il tarixli 06-1-55 saylı cavab məktububda (məktub əlavə olunur) göstərilir ki, "Əmək Məcəlləsinin həm 10-1-ci, həm də 70-ci maddəsinin "e" bəndi birbaşa olaraq dövlət büdcəsindən maliyələşən müəssisələri və orada çalışan işçiləri nəzərdə tutur. Odur ki, bu müddəalar dövlət büdcəsindən maliyələşdirilməyən digər dövlət müəssisələrini (buraya dövlətin təsis etdiyi və ya pay hüququ iştirak etdiyi, lakin özünümaliyəşdirmə, kommersiya prinsipləri ilə fəaliyyət göstərən müəssisələri aid etmək olar) nəzərdə tutmur". Məktubda həmçinin göstərilir ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası qanununun 1.1.23-cü maddəsinə əsasən "maliyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar büdcə təşkilatları hesab edilir". Məktubdan da aydın göründüyü kimi FHN-nin SEDA-yi büdcə təşkilatı olsa da, onun yaratdığı və müqavilə əsasında onun sifarişlərini həyata keçirən və qazancı hesabına işçilərinə yüksək əməkhaqqı ödəyən, lakin qazancı dövlətdən gizlədərək vergidən yayınan "xxxx" MMC dövlət büdcəsindən maliyələşən müəssisə statusuna malik deyil. Agentliyin rəisi Yaşar Abbasov nəinki hakimi aldadıb, o həmçinin dövləti də aldadır. Bununla əlaqədar surəti İqtisadiyyat, Maliyyə və s. nazirliklər olmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubda da qeyd etmişdir. Bu yaxın vaxtlarda isə yoxlama aparılması üçün Hesablama Palatasına müraciət etmişdir. Digər önəmli cəhət isə odur ki, Milli Məclis Aparatından məktuba cavab hüquqa aid şöbədən deyil, iqtisadiyyata aid şöbədən verilib. Hər bir müəssisənin fəaliyyət istiqamətini, istehsal prinsiplərini, maliyələşməsini və s. iqtisadiyyat müəyyənləşdirir.Dəfələrlə sadə misal şəklində verdiyi izahatı bir daha təkrar etmək istəyir. Ölkə Prezidenti hər il dəfələrlə yol tikintisi, meliorasiya tədbirləri və s. məqsədlər üçün sərəncam verərək dövlət büdcəsindən aidiyyatı dövlət qurumlarına vəsait ayırır. Həmin dövlət qurumları da həmin işləri tender nəticələrinə uyğun olaraq müxtəlif şirkətlərə (bu dövlət şirkəti də ola bilir, özəl şirkət də, xarici şirkət də) həvalə edir və yaxud da özlərinin təsis etdiyi təsərrüfat hesablı müəssisələrinə həvalə edirlər. Bu zaman xərclənən vəsait dövlət büdcəsi vəsaitidir. Bu o demək deyil ki, həmin vəsaiti xərcləyən həmin şirkətlər və ya müəssisələr büdcə vəsaiti hesabına maliyələşən təşkilatlardır.Su nasos stansiyalarının işləməməsi, suyun səviyyəsinin düşməsi və ilin axırına qədər lazımi səviyyəyə qalxma ehtimalının olmaması, meşələrdə başqa texnoloji işlərin görülməsi üçün fəhlə qüvvəsinin olmaması səbəbindən, çarəsiz vəziyyətdə qalaraq meşələrin gözləri önündə məhv olmasına dayana bilmədiyindən 05.06.2020-ci il tarixdə iyun ayının 29-dan etibarən son 4 il üçün qalmış məzuniyyət haqqının ikisindən istifadə etməklə və 3-4 ay öz hesabına məzuniyyətə çıxmağı haqqında ərizə verdi. Lakin direktor T.Şamçıyevin göstərişi ilə ərizəni qəbul etmədilər. Ona görə də 09.06.2020 il tarixdə ona qanunvericilikləri pozmaqla yanaşı ölkənin ekoloji və iqtisadi təhlükəsizliyinə ciddi ziyan vurduğunu (əlbəttə ki, qaynı və vəzifələrdə onun arxası olan adamın vətənə və ölkə rəhbərinə xəyanətlə həbs olunması, ona bu işdə daha çox stimul verəcək) xatırladaraq ərizəni poçt vasitəsi ilə göndərib (surətləri əlavə olunur). Xəstəlik vərəqini idarəyə təhvil verəndə bilib ki, 65 yaşının tamam olması ilə əlaqədar 01.07.2020-ci il tarixdən əmr verilib və poçtla göndərilib. Ümumi şöbədən həmin əmrin surətini götürüb (surəti əlavə olunur). SEDA və onun idarəsi "xxxx" MMC yarandığı gündən həmişə yaşı 65-dən yuxarı şəxslər olub və hələ heç kimə bu yaş həddi tətbiq edilməyib. Hal-hazırda da yaşı 65- dən yuxarı 30-dan artıq adam var və rəhbərlikdəkilər də o yaş həddindədir. Ancaq insafən onu da qeyd edir ki, yaşı 65-dən yuxarı olanların əksəriyyəti digərlərinə nisbətən daha cox fayda verirlər . Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı tərəflərin təqdim etdiyi sənədlər əsasında müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 Cavabdeh MMC-nin 23.08.021-ci il tarixli məktubuna əsasən, 24.10.2018-ci il traixində təsdiq edilmiş Azərbaycan Respublikası Fövqaladə İ lallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyasında Cavabdeh də qeyd edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 02.08.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, büdcədən maliyyələşən təşkilatlar vahid büdcə təsnifatının inzibati təsnifatına və büdcədən vəsaitlərin ayrılmasına dair normativ hüquqi aktlara uyğun müəyyənləşdirilir.Cavabdeh MMC dövlət büdcəsindən maliyyələşən təşkilat statusuna aid olmamışdır və xəzinədarılıqda xəzinə xidmətində deyildir. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tasdiq edilmiş X15 dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarını tənzimləyir . Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 22.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 oktyabr tarixli 462 nömrəli Qərarına əsasən Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur və onun fəaliyyəti dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 Cavabdeh MMC-nin 22.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə nazirliyinin X5 tərəfindən təqdim olunmuş 02 avqust tarixli MİHO 1.1.2-2-2021-205 nömrəli məktubda əks olunmuş məlumat Azərbaycan Respublikası Fövqəladə hallar nazirliyi Su X3 təqdim etmiş olduğu 07 sentyabr 2021-ci il tarixli 37/39-0005 nömrəli Arayışla ziddiyyət təşkil etmir. X2 məktubunda bildirilir ki, Cavabdeh MMC dövlət büdcəsindən maliyyələşən təşkilat statusuna aid olmamışdır və xəzinədarlıqda xəzinə xidmətində deyildir.Dövlət büdcəsindən maliyyələşən təşkilat statusuna malik olan qurumların siyahısına tabelikdəki təşkilatlar deyil, onların rəhbər təşkilatları, o cümlədən, sözügedən halda, 'Hidrotex” MMC-nin tabe olduğu Azərbaycan Respublikası Fövqəladə hallar nazirliyi və Su X9 daxildirlər. Bu səbəbdən, Cəmiyyətin adının həmin siyahıda olmaması təbiidir və sual doğurmamalıdır.Cavabdeh MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2018-ci il tarixli 462 nömrəli Qərarına əsasən, Fövqəladə hallar nazirliyinin tabeliyində olan qurum hesab edildiyinə görə, fəaliyyəti dövlət büdcəsindən maliyyələşir və bu barədə, şifahi sorğunuza cavab olaraq, Fövqəladə hallar nazirliyinin 22 sentyabr tarixli 2021 -ci il tarixli, 15/08-34/03254 nömrəli məktubu Sizə təqdim edilmişdir (ll cild.səh.11, 41, 62, 128, 130 ). Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 Cavabdeh MMC-nin dövlət büdcəsindən maliyyələşən müəssisə olmadığını, bunu etdiyi müraciətlər əsasında aldığı rəsmi sənədlərlə də sübut etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndə X13 oğlu apellyasiya şikayətini qəbul etməyərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi arayışa əsasən müəssisənin dövlət büdcəsi hesabına maliyyələşdiyini, bunun sübutu olaraq Cavabdeh MMC-nin gəlir vergisinin 0% olmasına dair rəsmi sənədlərin mövcud olduğunu, iddiaçının da Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən 65 yaşı olduğundan əmək münasibətlərinə xitam verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 10-1, 12, 47-ci maddəsinin “d” bəndi 68, 70-ci maddəsinin “e” bəndi, 79, 83, 300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Belə ki, işdən azad edilməsi barədə əmrin verilməsinə əsas olan halları cavabdeh sübuta yetirməli və bu zaman əsas amil işəgötürənin dövlət büdcəsindən maliyyələşən müəssisə olmasının müəyyən edilməsidir. 2005-ci il 3 iyun tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi qaydalarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının şəhər, rayon maliyyə idarə və şöbələri (bundan sonra - maliyyə orqanları) dövlət orqanlarının, büdcədən maliyyələşən idarə və təşkilatların (bundan sonra - təşkilatların) strukturunun, ştatlarının, işçilərin vəzifə (tarif) maaşlarının və onlara əlavələrin mövcud qanunvericiliyə uyğun olaraq tətbiq edilməsi, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı əməkhaqqı fondu üzrə tələbatın dəqiq müəyyən edilməsi məqsədilə bu təşkilatların (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti və Azərbaycan Respublikasının Prokurorluğu istisna olunmaqla) ştat cədvəllərini, habelə ştat cədvəllərinə dəyişiklikləri bu Qaydalara uyğun olaraq qeydiyyatdan keçirirlər. Dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu 1 6 - c ı m a d d ə s i n ə g ö r ə , Növbəti büdcə ili üzrə dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir. Dövlət xəzinədarlığı müvafiq uçot standartlarına uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən bütün tədbirlərin, idarə və təşkilatların xəzinədarlıqdan keçən əməliyyatlarının uçotunu aparır. Büdcə təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 9 5 , 1 0 9 , 1 1 9 - c u m a d d ə l ə r i n ə m ü v a f i q Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası Prezidentinə təqdim edilən lahiyyənin Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərə aiddir. Dövlət büdcəsinin formalaşması barədə qanunverisiliyin əsaslarından göründüyü kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlətin bu siyasətinin həyata keçirən müvafiq icra hakimiyyəti orqandır və bu orqan tərəfindən verilən məlumat mötəbər sayılmalıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 02.08.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC dövlət büdcəsindən maliyyələşən təşkilat statusuna aid olmamış və xəzinədarılıqda xəzinə xidmətində deyildir. Əlbəttə bir vasitə olaraq hər hansı bir müəssisə dövlət büdcəsinin vəsaiti hesabına fəaliyyət göstərə bilər, lakin biləvasitə dövlət büdcəsindən maliyyələşən müəssisələrin müvafiq icra hakimiyyətində qeydiyyatdan keçmələri zəruridir. Ona görə, işəgötürən tərəfindən verilən əmrin məhz bu əsasla verilməsi üzrə hüquqi əsasları müəyyən edilmir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, işəgötürən əmək qanunvericiliyinin tələblərinə riayət etmədiyindən və əsassız əmr verdiyindən, apellyasiya şikayəti və iddia tələbi qismən təmin edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçı vəzifəsinə bərpa edilməlidir. İddia tələbində “məcburi boşdayanmaya görə aylıq 530 manatdan hesablanmaqla əmək haqqının cavabdeh Fövqəladə Hallar Nazirliyi Su X9 (SEDA) Cavabdeh MMC-dən onun xeyrinə tutulması” kimi müddəalar uyğunsuzluq və səlahiyyət baxımından məhkəmənin araşdırılmasına aid olmayan məsələlər kimi qiymətləndirilərək bu hissədə iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2021 saylı işi üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X9 Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi”tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Əliyev X4 Hallar Nazirliyi Su X9 (SEDA) Cavabdeh MMC-nin Su anbarları ərazisinin yaşıllaşdırma İdarəsinin aqronomu vəzifəsinə bərpa edilsin, məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Fövqəladə Hallar Nazirliyi Su X9 (SEDA) Cavabdeh MMC-dən İddiaçı ödənilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8144/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8144/2021
27.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver