Məhkəmə qərarları › İş №2(103)-8146/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8146/2020

18.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8146/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri Sabunçu rayonu Südçülük sovxozu H.Z.Tağıyev küçəsində yerləşən 3 otaqlı yaşayış sahəsinə köçürülməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, xx.xx.2020-ci i tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə aralarında razılıq əldə edildiyindən Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən vermiş olduğu apelyasiya şikayətini geri götürdüyünü bildirmiş və bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayətindən imtinası qəbul edilərək, apelyasiya icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci və 369.2-ci maddələrinə görə, işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apelyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Kollegiya nəzərə alır ki, cavabdeh apelyasiya şikayətindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmişdir. MPM-in 369.4-cü maddəsinə görə isə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, Cavabdeh apelyasiya şikayətindən imtinası qəbul edilməli, ona münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh apelyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar