Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8147/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi iddia təmin edilmiş, İddiaçı övladı - xx xxxxxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxxx 2011-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi, Yaşayış massivi ev C007, mənzil ******* ünvanında yerləşən fərdi yaşayış evi olan özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş məktubda, qətnamədən üçüncü şəxs X1 apellyasiya şikayəti ilə müraciət etdiyi bildirildiyindən iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmış, sözügedən apellyasiya şikayətini xx xxxx 2020-ci il tarixli qərardadla geri qaytaran məhkəmə işi yenidən apellyasiya instansiyasına göndərmişdir. Apellyasiya baxışı üzrə məhkəmə iclası təyin edildikdən sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən məktub daxil olmuş, məktubda X1 xx xxxx 2020-ci il tarixli qərardaddan şikayət verdiyi bildirilməklə işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4226/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən X1 verdiyi apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardaddan verilmiş şikayətə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8147/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8147/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver