Məhkəmə qərarları › İş №2(103)-8149/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8149/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8149/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Mərdanova Xumar Afət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ilk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə və ilk iddia üzrə Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4381/2019 mülki işi üzrə xx.xx.2019-cu il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk iddiası qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək onunla (nümayəndəsi İsmayılov E tərəfindən imzalanmaqla) İddiaçı arasında (nümayəndəsi tərəfindən imzalanmaqla) 51 saylı notariat kontorundan bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surəti (səh.61), xx.xx.2017-ci il tarixli AN-İ N° ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surəti (səh.10), xx.xx.2017-ci il tarixli, AR-İ 547411 saylı etibarnamənin surəti, xx.xx.2017-ci il tarixli AN-İ N° ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surəti, xx.xx.2016-cı il tarixli, ƏN-İ 605546 saylı etibarnamənin surəti, xx.xx.2019-cu il tarixli, ƏN-İ 213115 saylı etibarnamənin surəti (səh.14, 58, 70,72) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4381/2019 mülki işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən 4 A saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh ünvan 2 mənzil 4 A ünvanında yerləşən mənzildən çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5- ci bəndinə əsasən, cavabdehin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olması və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddianın tələbi təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4381/2019 mülki işi üzrə xx.xx.2019-cu il tarixli qətnamsəinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan respublikası Konstitusiyasının 25, 26, 29; Azrbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 1, 8, 8.2, 8.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının anası və Elşən adlı şəxslə əlbir olaraq,onun azərbaycanca bilməməyindən istifadə etmiş,daha sonra həmin şəxsə verilmiş etibarnamədən sui- istifadə edərək evini xəbəri olmadan özgəninkiləşdirmişlər. O, məhkəmədə həmin şəxslər barədə daha əvvəldən Prokurorluq orqanlarına şikayət etdiyini,guya ki mənzili almış şəxs yalnız 2 ildən sonra,yəni onların fırıldağını biləndən və prokurorluğa şikayət edəndən sonra ona qarşı iddia qaldırdığını bildirdi,lakin Aida Paşayeva lap əvvəldən işdə maraqlı olduğunu göstərdi. O hər bir vəclə prosesdə qarşı tərəfi müdafiə və əvəz edirdi,hətta onların advokatı kimi danışırdı. Burada onun rus milltəindən olmağı rol oynadı və milli əsaslarla sıxışdırır,əmlakını zəbt edən şəxslərə isə məhkəmə himayəarlıq edir. Bakı Apellyasiya Məhkməsinin 2(103)-709/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)-4381/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı qeydiyyatdan və mənzildən çıxarılma tələbinə dair ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında ünvan 3 ünvanında yerləşən 4A saylı mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində Cavabdeh mülkiyyət hüququnun bərpa edilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İlk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkməsinin 2(103)-709/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilib ilk iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4014/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.Qərarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 81, 88, 416, 418, 417.1.4; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2, 347.1, 354, 364.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. İşin materiallarından görünür ki, mübahisəli ev Cavabdeh mülkiyyətində olmuş, onun tərəfindən ilkin olaraq X4 etibarnamə verilmişdir. Həmin vaxt mülkiyyətində olan mənzilin mülkiyyət hüququnu təsdiq edən sənəd də etibar edilən şəxsə təqdim edilmişdir. Alqısatqı müqaviləsinin bağlanması ilə bağlı hərəkətlərin ardıcıllığı baxımından iş materiallarında olan mühüm və diqqətəlayiq məqamları aşkardır. Apelyasiya məhkəməsinin mövqeyinə görə evin mülkiyyətçisi olan qarşılıqlı iddiaçının mənzilin satılmasına iradə ifadəsi olmamış və o, aldadılmışdır. Aldadılmanın hansı şəxslərlə bağlı olması müəyyən olunmamışdır. Qarşılıqlı iddiaçının mövqeyindən aydın olur ki, mübahisəli evin alıcısı qismində çıxış edən şəxsə qarşı yönəlmiş hər hansı bir dəlili yoxdur. O, aldadılmanı alqı-satqı müqaviləsində tərəf olmayan digər şəxslər tərəfindən həyata keçirildiyi bildirir, lakin məhkəmələr müvafiq olaraq həmin dəlillərin araşdırılmasının təmin olunması üçün qarşılıqlı iddiaçının aldadılması ilə bağlı nəticəyə gələrkən adı çəkilən şəxsləri və müvafiq olaraq alqı-satqı müqaviləsini rəsmləşdirən müvafiq notariat orqanını işə cəlb etməmişdir. Apelyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından aydın olur ki, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına dair notariat işində alqı-satqı dəyərinin ödənilməsinə dair mədaxil orderi, mənzilin Cavabdeh mülkiyyətində olmasını təsdiq edən reyestrdən çıxarış, xidmət haqqının ödənilməsi barədə sənəd, mənzilin yüklü olmamasına dair arayış, müqavilədən əvvəl mənzilin alqı-satqısına dair razılıq əldə olunmasına dair tərəflərin nümayəndələrinin qarşılıqlı ərizəsi (nümayəndələr tərəfindən imzalanmış), satıcın və alıcının adından çıxış edən şəxslərin tam səlahiyyətə malik olmalarını özündə əks etdirən etibarnamələrinin surətləri əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi faktiki olaraq alqı-satqı müqaviləsinin bağlanması zamanı mülkiyyətçi olan qarşılıqlı iddiaçının mənzilin satılmasına iradə ifadəsinin olmamasına, mənzili satmaq niyyətinin olmamasına, aldadılmasına istinad etmişdir. Lakin həmin vaxt məhkəmə mülkiyyətçi olan Cavabdeh İvaonvçinin digər şəxsə olan X4 hansı səbəbdən etibanamə verməsi, həmin etbarnamədə digər səlahiyyətlərlə yanaşı onun mülkiyyətində olan mənzilin satılmasına səlahiyyət verməsi, hansı səbəbdən mənzilə dair mülkiyyəti təsdiq edən sənədin etibanamə verilən şəxsdə olmasına dair dəlillər qarşılıqlı olaraq araşdırılmamışdır. Bunlar isə digər faktlarla yanaşı göstərildiyi kimi yalnız adı çəkilən şəxslərin işə cəlb edilməsi ilə aydınlaşdırıla bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi mülkiyyətçi olan X5 aldadıldığını göstərmiş olsa da bu nəticəsinin hansı müəyyən olunmuş hallara istinad edilərək gəlməsi qeyri-müəyyəndir. Apelyasiya instansiyası məhkəməsi müqavilələrin sözügedən şəxsin iradə ifadəsinin məhz mülkiyyətində olan evin satılmasına və ya digər əqdin bağlanmasına yönəldilməsi halının mövcudluğuna, həmçinin müqavilənin onun özünün deyil, buna müvafiq qaydada səlahiyyət verilmiş nümayəndəsi tərəfindən imzalanmasına qanunvericiliyin tələblərinə uyğun olmasına da düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya məhkəməsi iddianın faktiki olaraq müqaviləsinin bağlanmasından 2 il sonra və məhz ilkin iddia tələbindən sonra irəli sürülməsinə qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçının hansı müddətdən iddia tələbi irəli sürmək üçün imkan əldə etməsini müəyyən etməmiş, onun bu hüququndan bir il ərzində istifadə etməməsinin səbəbini araşdırmamış nəticədə, əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən olunan 1 illik kəsici müddəti hansı səbəbdən ötürməsinə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Bağlanmış alqı-satqı müqaviləsi də məhz verilməsi qanunvericiliyin pozulması ilə müşayət olunmayan etibarnamənin əsasında həyata keçirilməsi nəzərə alınmamışdır. Apelyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, bu normanın tələbi belə etibarnamə əsasında bağlanmış əqdin etibarsız hesab edilməsinə deyil, alınan məbləğin etibar edənə verilməməsi sübut olunduğu halda vurulmuş ziyana görə nümayəndənin məsuliyyət daşımasına əsas verir. Bu zaman isə əqdi etibarsız hesab edən məhkəmə qarşılıqlı yoxlamanı təmin edərək faktiki olaraq restutisiyanın mümkünlüyü aydınlaşdırmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh evin alqı-satqı müqaviləsindən xəbərsiz olduğunu, qarşı tərəfin onu himayə götürməsi ilə bağlı müqavilə bağlanılacağını zənn etdiyini, Cavabdeh azərbaycan dilini yaxşı bilmədiyini buna görə də əsil bağlanılan müqaviləni anlamadığını, cavabdehin mənzil üçün qeyd edilmiş məbləği almadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, bir məhlədə yaşadıqları üçün qarşı tərəfin və onun nümayəndəsi olan E.İsmayılovu tanıdığını, həmin mənzili qızı üçün aldığını, Cavabdeh evi öz istəyi ilə ona satdığını, evin satılmasından xəbərdar olduğunu və danışıqların onun özü ilə aparıldığını, evi ona satdıqdan sonra evin boşaldılması üçün ondan müddət istədini onun da buna razı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29; MM-in 152-158, 228; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4381/2019 mülki işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar