Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-815/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh PHŞ-ya qarşı «işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(006)-2934/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Mərkəzin 02 may 2018-ci il tarixli 119 saylı əmrindən görünür ki, Mərkəzin dərnək rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrultmadığına görə 02 may 2018-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı həmin əmri mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh PHŞ-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «1 nömrəli Uşaq X32» PHŞ-nın əmək müqaviləsinin ləğv edilməsinə və onun işdən azad olunmasına dair 02 may 2018-ci il tarixli 119 nömrəli əmrinin ləğv edilməsi, onu işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh PHŞ-nin onun işdən azad edilməsi barədə 02 may 2018-ci il tarixli 119 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun müddət, yəni 2001-ci il tarixdən əvvəlcə Xətai rayonu 2 nömrəli X1, daha sonra isə 2007-ci ildən müəssisənin adı dəyişdirilərək Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi (bundan sonra: Yaradıcılıq Mərkəzi) adlandırılan müəssisədə dərnək rəhbəri kimi çalışmışdır. Yaradıcılıq Mərkəzinin xx.xx.2017-ci il tarixli 93 nömrəli əmrinə əsasən dərnək rəhbərinin sosial məzuniyyəti uşağın xəstəliyi ilə əlaqədar 6 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Lakin buna baxmayaraq Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi əvvəlcə xx.xx.2017-ci il tarixdə 96 nömrəli əmr verərək 23 nömrəli Yaradıcılıq Mərkəzi üzrə işçilərlə, o cümlədən analıq məzuniyyətində olduğu halda onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Halbuki o, həmin vaxt qanuni əsaslarda uzadılmış sosial məzuniyyətdə olmuşdur. xx.xx.2017-ci il tarixdə isə Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi 98 nömrəli əmrlə 96 nömrəli əmri etibarsız hesab etmiş və bu zaman artıq ləğv edilmiş Yaradıcılıq Mərkəzinin işçiləri ilə, o cümlədən analıq məzuniyyətində olduğu halda onunla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən yenidən ləğv etmişdir. Demək, xx.xx.2018-ci il tarixədək sosial məzuniyyətdə oldmağına dair hüquqi fakt yenə də nəzərə alınmamışdır. X29 yenidən səhvə və qanun pozuntusuna yol vermiş olmuşdur. Yuxarıda qeyd etdiyi 96 və 98 nömrəli əmrlərdən qabaq, yəni xx.xx.2017-ci ildə Təhsil Nazirinin 233 nömrəli əmri ilə Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi artıq ləğv edilmiş və bir neçə yaradıcılıq mərkəzlərinin bazası əsasında 1 nömrəli Respublika X15 (bundan sonra: Respublika İnkişaf Mərkəzi) yaradılmışdır. Lakin Nazirin 233 nömrəli əmrində 1 nömrəli X6 yaradılması barədə heç bir bənd olmadığı kimi, belə bir müəssisənin adı da yoxdur. Yəni Nazirin məlum əmrinə görə belə bir müəssisə yaradılmamışdır. Lakin Nazirliyin saytında Nazirliyin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin siyahsı verilmiş və həmin siyahıda 1 nömrəli X6 adı yer almışdır. Bu da suallar doğurur. Məktəbdənkənar təhsil müəssisələrinin Nümunəvi Əsasnaməsinin 36-cı bəndinə görə, bu müəssisələr hüquqi statusuna görc hüquqi şəxslərdir. Lakin 1 nömrəli X16 isə publik hüquqi şəxsdir. Buna görə də, qeyd edir ki, burada ziddiyyətlər var ki, bu da hüquqlarının müdafiəsini çətinləşdirir. Bundan başqa, bu müəssisəyə rəhbərlik etmiş şəxs Nazirin məlum 233 nömrəli əmrinin imzalanması tarixindən, əmrdə qeyd edildiyi kimi, 3 aylıq müddətin keçməsinə baxmayaraq, ləğv edilmiş Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin adını müəssisə ləğv ediləndən 9 ay sonra rəsmi blanklarda saxlamaqla həmin ləğv edilmiş müəssisənin möhüründən istifadə etmiş və özünü həm də ləğv edilmiş müəssisənin direktoru kimi təqdim etməklə onun adından çıxış etmiş və faktiki olaraq iki müəssisəni bir müəssisə kimi təqdim etmiş və hüquqi müəyyənlik prinsipini pozmuşdur. Bu isə tamamilə qanunsuzdur və nazirin əmrində adı olmayan 1 nömrəli X15 və artıq ləğv edilmiş Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəz adları altında fəaliyyət göstərmiş qanunsuz müəssisənin bütün sənədləri-əmr və sərəncamları, o cümlədən barəsində verilmiş əmrlər etibarsız hesab edilməli, yazdığı və imzaladığı bütün əmr və göstərişlər, o cümlədən barəsində verilmiş əmrlər ləğv edilməlidir. Bununla da, xx.xx.2018-ci il tarixdən işə bərpa olunması barədə yeni əmr verilməlidir. Yuxarıda qeyd etdiyi bu qanunsuzluq möhürün içində yazılmış yazılarla da sübut olunur. Bu qanunsuzluq həm də onunla sübut olunur ki, 1 nömrəli X12 işə götürülməsi barədə müəssisə direktorunun xx.xx.2018-ci il tarixli 37 nömrəli əmrinin yazıldığı rəsmi blankda 1 nömrəli X7 adı ilə yanaşı Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin də adı qeyd edilmişdir. Bu da Mülki Məcəllənin 61ci maddəsinin tələblərinə ziddir. Hüquqi faktdır ki, xx.xx.2018-ci il tarixədək sosial məzuniyyətdə olduğu zaman xx.xx.2017-ci il tarixli 98 nömrəli əmrin ona da şamil edilməsi qanun pozuntusu idi. Bu barədə o zaman Təhsil Nazirliyinə, Ombudsmana, Həmkarlar İttifaqına çoxsaylı şikayətlər ünvanlamışdır. Buna görə də, çoxsaylı şikayətlərdən sonra xx.xx.2018-ci ildə onu yeni yaradılmış, lakin nazirin 233 nömrəli əmrində adı qeyd edilməyən 1 nömrəli X12 (bundan sonra: İnkişaf Mərkəzi) dərnək rəhbəri kimi işə qəbul etmişlər və sözügedən Mərkəzin o zaman kı rəhbəri Kəmalə Cəfərzadə ona öz imzası və artıq 6 ay qabaq ləğv edilmiş Estetik Tərbiyə üzrs Respublika Tədris-Metodik Mərkəzinin möhürü ilə müvafiq sənədlər verərək tapşırmışdır ki, dərnək təşkil edəcəyi hər hansı tam orta məktəbi seçib, əmək fəaliyyətini davam etmək üçün həmin tam orta məktəbin direktoru ilə yeni qaydalara uyğun olaraq müqavilə bağlamalıdır. Həmin müqavilənin əsli və müqaviləyə aid məlumat sənədi də indiyə kimi ondadır. Nazirin 233 nömrəli əmrində adı olmayan 1 nömrəli X7 direktoru ona şifahi bildirmişdir ki, İnkişaf Mərkəzinin qaydasına görə müqavilənin qüvvəyə minməsi və onun dərnək rəhbəri kimi seçdiyi məktəbdə işə başlaması üçün mütləq seçdiyi məktəbin direktoru müqaviləni ikinci tərəf kimi imzalamalıdır. Əgər imzalamaqdan imtina edərsə, İnkişaf Mərkəzinin işçisi gedib başqa məktəb direktoruna müraciət etməlidir. Lakin bu qayda heç bir yerdə təsbit edilməyib, yəni yazılı bir qayda və ya təlimat yox idi. Sadəcə bu «qayda» sözügedən İnkişaf Mərkəzinin direktorunun şifahi göstərişlərinə əsaslanırdı. Nazirin 233 nömrəli əmri ilə yaradılmış X8 əslində məktəbdənkənar təhsil müəssisələri olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərirlər. Əvvəllər dərnəklər onların yaradıcılıq mərkəzlərinin binasındakı sinif otaqlarında təşkil olunurdu. Lakin Nazirin 233 nömrəli əmrindən sonra dərnəklər İnkişaf Mərkəzlərinin və Yaradıcılıq Mərkəzlərinin müəllimləri tərəfindən ayrı-ayrı məktəblərdə təşkil olunmağa başlanılmışdır. Məktəb(lər)də təşkil olunan bu dərnəklərdə şagirdlər adətən dərsdən əlavə gəlib, dövlət vəsaiti hesabına məşğul ola və bilik-bacarıqlarını artıra bilirlər. Buna məktəbdənkənar təhsil deyilir. O da, Bakı şəhərində aşağıda göstərdiyi bir sıra tam orta məktəblərə dəfələrlə gedib, Nazirin 233 nömrəli əmrində qeyd edilməyən 1 nömrəli X7 direktorunun imzaladığı və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin möhürü ilə möhürlədiyi müqaviləni müraciət etdiyi məktəb direktorlarına təqdim edirdi və bildirirdi ki, İnkişaf Mərkəzinin işçisi kimi həmin məktəblərdə şagirdlər üçün dərnək təşkil etmək və fəaliyyətə başlamaq İstəyir. Məktəb direktorlarının və işlədiyi İnkişaf Mərkəzinin direktorlarının hərəkətsizliyi ilə bağlı qeyd edir ki, tam orta məktəblərin direktorlarına (86, 245, 249, 254, 116 və s.) dəfələrlə müraciət etsə də, onlar İnkişaf Mərkəzinin direktorunun (o zaman direktor Kəmalə Cəfərzadə idi) imzasının olduğu müqaviləni ikinci tərəf kimi imzalamaq istəməmişlər və müxtəlif bəhanələr gətirmişlər. Bunun səbəbi ona aydın deyildi və heç bir direktor da bunun əsl səbəbini ona demirdi. Getdiyi məktəblərdən 116 nömrəli məktəbin direktoru demişdir ki, hazırda bu il üçün sinif otaqları çatışmır və məsləhət görmüşdür ki, növbəti il onlara bu müqavilə ilə müraciət etsin. Daha sonra 245 nömrəli məktəbin direktoru bildirmişdir ki, onlarda məktəbdə uşaq sıxlığı olduğu üçün ona dərnək təşkil etmək üçün sinif otağı təqdim edə bilməyəcək və məsləhət görmüşdür ki, başqa məktəblərə müraciət etsin. 285 nömrəli məktəbin direktoru bildirmişdir ki, onlarda artıq yer yoxdur və mövcud olmayan İnkişaf Mərkəzinin digər dərnək rəhbərləri artıq onlarda fəaliyyətə başlayıblar. O da məsləhət görmüşdür ki, başqa bir məktəbə müraciət etsin. Sonra 86 nömrəli məktəbin direktoru tamamilə başqa bir yanaşma ortaya qoymuş və demişdir ki, sinif otağını ona arendaya verə bilər. Hətta demişdir ki, idman müəllimlərinə arendaya vermişdir. O, ayrı-ayrı məktəb direktorları ilə danışıqlar apardığı və buna həftələrlə vaxt sərf etdiyi zaman İnkişaf Mərkəzinin direktoru ondan tələb edirdi ki, o, tezliklə hər hansı bir məktəb tapıb müqaviləni imzalasın. X30 direktoru demişdir ki, əgər müqavilə bağlaya bilməsə və dərnəyi təşkil edə bilməsə, ona əmək haqqı hesablanmayacaq. O da, məktəblərlə apardığı danışıqlar və mövcud vəziyyət barədə direktorua məruzə edirdi və hətta sonuncudan xahiş edirdi ki, direktor kimi, o özü digər məktəblərin direktorlarına zəng etsin və müqavilənin imzalanmasını təşviq və xahiş etsin. Direktorları isə bildirirdi ki, o zəng etməməlidir, çünki onun rəhbərlik etdiyi müəssisə birbaşa Təhsil Nazirliyinə tabedir və digər məktəblər onlara hörmət etməli və müqaviləni imzalamağa borcludurlar. Nə qədər xahiş etsə də, direktor heç bir köməklik göstərmək istəməmişdir. Bununla da, direktorları onu pis vəziyyətdə qoymuşdur və ona demişdir ki, o, müqaviləni imzalatdırmağı bacarmır. Getdiyi 220 nömrəli məktəb-liseyin direktoru isə tamamilə fərqli bir yanaşma ortaya qoymuş və demişdir ki, müqavilənin imzalanması üçün İnkişaf Mərkəzinin direktoru mütləq 220 nömrəli məktəb-liseyə məktubla müraciət etməlidir və ya ən azından onlara zəng etməlidir. İnkişaf Mərkəzinin direktoru isə ona bildirmişdir ki, o belə bir məktub yazıb göndərməyə borclu deyil, yəni dediyinə görə belə bir məktubun göndərilməsi və ya zəng edilməsi nəzərdə tutulmayıb. Lakin o, oxşar bir məktubun surətini yaxın yoldaşlardan əldə etmişdir. Bu məktub Bakı şəhəri təhsil idarəsinin müdir müavini Nərgiz Səfərovanın ümumtəhsil məktəblərinin direktorlarına Bakı şəhər təhsil idarəsinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinə kömək etmək barədə ünvanladığı göstəriş məktubu idi. Bu məktubu İnkişaf Mərkəzinin direktoruna təqdim etmişdir. O isə bildirmişdir ki, bu məktub onların müəssisəyə aid deyildir, çünki onların müəssisə Bakı şəhər təhsil idarəsinə yox, birbaşa Təhsil Nazirliyinə tabe olan məktəbdənkənar təhsil müəssisəsi olduğundan onlar belə bir məktub yazmamalıdırlar. Amma köhnə iş yoldaşları deyirdilər ki, İnkişaf Mərkəzinin direktoru onlara hansısa göndəriş sənədini veribmiş. Hətta bu barədə ona bildirsə də, o, bu məlumatın yanlış olduğunu bildirirdi. X17 direktorundan xahiş edirdi ki, adi bir xahiş məktubu yazsın, o isə bir parça kağızda məktəb direktorlarına məktub yazmağı, demək olar ki, «hüquqazidd əməl kimi» qələmə verirdi. İnkişaf Mərkəzinin direktoru belə bir məktubu öz adından yazmaqdan və hətta zəng etməkdən imtina etdiyinə görə onlar (həyat yoldaşı) öz adlarından 220 nömrəli məktəb-liseyin direktoruna müraciət ünvanlamışlar. Cavabında 220 nömrəli məktəb-liseyin məsul şəxsi Aybəniz xanım bildirmişdir ki, «məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edin. BŞTİ-nin razılığı olduğu təqdirdə ümumtəhsil müəssisəsi olaraq müvafiq addım atılacaqdır». Yəni bütün bu tarixi faktlar və mülahizələr onu göstərir ki, İnkişaf Mərkəzinin direktoru ona kömək etmək istəmirdi, onunla prinsip aparır və barəsində zəif, lazımsız və bacarıqsız işçi obrazını yaradırdı. Çünki o, şikayətlər yazmaqla və əvvəlki Yaradıcılıq Mərkəzindəki qanunusuzluğu sübut etməklə işə bərpa olunmuşdu. Bütün bunlara baxmayaraq, o, həmin vaxt direktorları olmuş Kəmalə Cəfərzadəyə, Təhsil Nazirliyinə və Bakı Şəhər təhsil idarəsinə çoxlu şikayətlər etmişdir. İşdə buraxdığı ciddi nöqsanlara görə İnkişaf Mərkəzinin direktoru olmuş Kəmalə Cələrzadənin özünü tutduğu vəzifəsindən azad etmişlər. İnkişaf Mərkəzin yeni təyin olunmuş direktoru Kəmalə Abdullayevanın yanında da dəfələrlə olmuş və hər il dəfələrlə yanına gedib ondan xahiş etmişdir ki, dərnək rəhbəri kimi fəaliyyətə başlamaq üçün ona kömək etsin və məktəblərin birinə zəng edib onu tapşırsın ki, əlində olan müqaviləni hansısa məktəb direktoru imzalasın və müqavilə qüvvəyə minsin. Belə olan təqdirdə o, hansısa məktəbdə dərnək rəhbəri kimi fəaliyyətini qura bilər və əmək haqqı ala bilərdi. Kəmalə xanım Abdullayeva sadəcə ona söz verirdi və deyirdi ki, növbəti dərs ilində ona zəng edəcək və ona köməklik göstərəcək. Deyirdi ki, gedib onun zəngini gözləsin. O isə yalnız K.Abdullayevaya güvənmirdi və gedib yenə də müqavilə ilə məktəb direktorlarına müraciət edirdi, məktəb direktorları isə eyni formada yenə də müxtəlif bəhanələr gətirir və boş vədlər verirdilər. Nəticədə işçi kimi o, əmək haqqı almadan öz ailəsinin maddi dəstəyi hesabına yaşamalı olurdu. İnkişaf Mərkəzinin yeni təyin olunmuş direktoruna yazdığı məktuba verilmiş xx.xx.2023-cü il tarixli 11 nömrəli cavab məktubunu xx.xx.2023-cü il tarixdə alandan sonra ona məlum olmuşdur ki, sözügedən müəssisənin direktorunun xx.xx.2018-ci il tarixli 119 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən guya sınaq müddətində özünü doğrultmadığına görə işdən çıxarılmışdır. Yəni bu tarixə qədər özünü həmişə 1 nömrəli X7 işçisi hesab edirdi. Bu həm də onunla təsdiq olunur ki, 1 nömrəli X9 imzaladığı və möhürlədiyi müqavilənin əsli indiyədək ondadır və xx.xx.2023-cü il tarixə qədər həmin müqavilə üzrə ona verilmiş öhdəliklərə və səlahiyyətlərə əsasən Bakı şəhərində ayrı-ayrı məktəblərə getmiş, direktorlarla görüşmüş və 1 nömrəli X7 işçisi kimi həmin direktorlara bu müqaviləni təqdim etmiş və onlardan ikinci tərəf (bir tərəf 1 nömrəli X10) kimi bu müqavilənin imzalanmasını xahiş etmişdir. Subyektiv hüquqlarının pozulması ilə bağlı qeyd edir ki, ona xəbərdarlıq etmədən, bildiriş göndərmədən gizlincə onu 1 nömrəli X4 xaric etmək, bunu bir neçə il ondan gizli saxlamaq, işdən çıxarılmağına dair əmrin surətini, əmək kitabçasını, son haqq-hesabı ona təqdim etməmək nəticəsində hüquqları pozulmuş və qanunla qorunan mənafelərinə ciddi ziyan dəymişdir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eləcə də Əmək Məcəlləsinin 289-cu maddəsinə görə fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-cİ hissəsinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. İşəgötürən öz hərəkətsizliyi ilə ona maddi və mənəvi ziyan vurmuşdur, ona rəsmi ştatda olduğu müddətdə əmək haqqı ödəməmişdir, direktorun iddia etdiyi kimi, sözügedən müqaviləni imzalatdıra bilmədiyinə görə barəsində intizam tənbeh tədbiri görməyib, işçi kimi onun hüquqlarını müdafiə etməyib, onun üçün əmək şəraiti yaratmayıb və s. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar. Onun işdən çıxarıldığı dövrədək direktorun hərəkətsizliyi və biganəliyi bir işçi kimi hüquq və vəzifələrinə toxunmuş, vəzifələrinin vaxtında və peşəkar səviyyədə icrasına mane olmuş, öz bilik və bacarıqlarının istifadəsini və gənc nəslə çatdırılmasını əngəlləmiş, işləyərək əmək haqqı almaq hüququndan onu məhrum etmiş, ona münasibətdə rəhbər üzərinə düşən vəzifələrini yerinə yetirməmiş, eləcə də keçmiş direkorun işdən azad olunmasına yönəlik niyyəti və barəsində verilmiş əmrin həm keçmiş, həm də indiki direktor tərəfdən gizlin saxlanılması göstərir ki, onun subyektiv hüquqları sabiq və indiki direktorlar tərəfindən pozulmuşdur. Bu baxımdan deyə bilər ki, 1 nömrəli X7 direktoru olmuş şəxs bir işçi kimi hüquqlarını pozmuş və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Belə ki, direktor öz hərəkətsizliyi ilə onun barəsində özünü işdə doğrultmayan şəxs obrazı yaratmış, onun barəsində mənfı rəy formalaşdırmış və onu məhz həmin əsasda işdən azad etmişdir. Lakin əgər direktor vaxtında ona köməklik göstərsəydi, dediyi məktəb direktorlarına zəng etsəydi və ya bir yazılı xahiş məktubu göndərsəydi, o, çoxdan dərnəyini qurub fəaliyyətə başlamışdı. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. O, keçmiş və indiki direktordan müəyyən hərəkətlər etməyi tələb etsə də, sonuncular buna məhəl qoymurdular. Lakin görünən odur ki, sabiq direktor onun işçi kimi orada qalmağında maraqlı olmadığı kimi, indiki direktor da onun işçi kimi orada fəaliyyətə başlamasında maraqlı olmadığına görə oradan işdən azad olunması barədə ona nə yazılı, nə də şifahi xəbər verməmişdir ki, vaxtında hüquqlarını müdafiə edə bilməsin, sadəcə ona boş vədlər vermiş, yalnız nümayəndəsinin rəsmi müraciətindən sonra həqiqəti bildirmiş, əmək kitabçasının surətlərini ona göndərərək əmək kitabçasının işdə tapılmadığını iddia etmişdir. Bu mülahizələr subyektiv hüquqlarının İnkişaf Mərkəzinin keçmiş və indiki direktoru tərəfindən kobud şəkildə pozulmasına dəlalət edir. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Bu baxımdan deyə bilər ki, Əmək Məcəlləsinin 12-ci fəslində işçinin və işəgötürənin hüquqları, vəzifələri, öhdəlikləri və məsuliyyətləri, eləcə də 288-ci maddədə fərdi əmək mübahisələrinin predmeti öz əksini tapmışdır. İşdən azad olunmağından xəbərsiz olmasına dəlalət edən fakt həm də ondan ibarətdir ki, İnkişaf Mərkəzinin direktorunun xx.xx.2023-cü il tarixli 11 nömrəli məktubunu fevralın 21-də alana qədər əlində həmin müqavilənin əsli ilə müxtəlif tam orta məktəblərə getmiş və dərnək rəhbəri kimi fəaliyyətə başlamaq üçün müqaviləyə imza atmalarını xahiş etmişdir. Həmişəki kimi heç bir məktəb direktoru bu müqaviləni imzalamırdı və hər dəfə deyirdilər ki, indi məktəblərində boş otaq yoxdur və buna görə də növbəti ildə müraciət etsin və boş otaq olarsa və yaxud digər siniflərin dərs yükü az olarsa, ona köməklik edərlər və onun təqdim etdiyi müqaviləni imzalayarlar. Bu səbəbdən demək olar ki, hər dəfə 1 nömrəli Uşaq X26 gedib, dərdini yeni rəhbərliyə, xüsusən də Kəmalə xanım Abdullayevaya çatdırırdı və xahiş edirdi ki, tam orta məktəblərdə boş otaq məsələsi problem olduğundan, mümkünsə, İnkişaf Mərkəzində dərnək rəhbəri kimi fəaliyyətini davam etdirsin. 1 nömrəli X7 direktoru Kəmalə xanım Abdullayeva da ona deyirdi ki, hələlik yer yoxdur, yer olan kimi onu zəng edib çağırarlar. Hər dəfə onun telefon nömrəsini yazıb götürürdü. Lakin hər dəfə yeni dərs ili başlansa da, sonra isə bitsə də, ona zəng edən olmurdu və ümidlə gözləməli olurdu və inanırdı. 1 nömrəli X7 13 fevral 2023-cü il tarixli məktubundan da aydın olur ki, əmək kitabçası və əmrin surəti ona təqdim edilməmişdir. O, müraciətində açıq yazır ki, əmək kitabçası onda deyildir, idarədədir. Buna görə də, xahiş etmişdir ki, əmək kitabçasını ona göndərsinlər. Mərkəz isə sadəcə onun müraciətindən sonra əmək kitabçası əvəzində onun surətlərini ona göndərmiş və qeyd etmişdir ki, işdən çıxan əməkdaşların sənədləri içərisindən İddiaçı əmək kitabçası tapılmayıb. İşdən çıxması barədə heç vaxt ona məlumat verilmədiyi halda, məktubunda İnkişaf Mərkəzinin rəhbərliyi nəyə görə əmək kitabçasını işdən çıxan əməkdaşların sənədləri içərisində axtarıb? Bu o deməkdir ki, sonuncuların nəzərində o, artıq işdən çıxarılmış işçi olmuşdur, görüşəndə isə ona vədlər verir və deyirdilər ki, hər şey yaxşı olacaq, gedib gözləsin, hazır olsun və ona xəbər edəcəklər. Əmək Qanunvericiliyinin digər maddələrinin pozulması ilə əlaqədar qeyd edir ki, 1 nömrəli X11 3 ay sınaq müddəti ilə onun dərnək rəhbəri kimi işə qəbul edilməsi barədə 1 nömrəli X7 xx.xx.2018-ci il tarixli əmri Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə də ziddir. 53-cü maddənin 1-ci hissəsinə görə, «Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər». Göründüyü kimi, Kəmalə Cəfərzadə 29 aprel 2018-ci ildə, yəni işdən çıxarılması barədə verdiyi əmrin tarixindən 3 gün qabaq ona yazılı xəbərdarlıq etmədən 02 may 2018-ci ildə onu işdən azad etmişdir, daha doğrusu onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu fakt onu deməyə əsas verir ki, Kəmalə Cəfərzadə xəbəri olmadan gizli şəkildə onu işdən azad etmiş və məhz buna görə də əmrin imzalandığı tarixdən 3 gün qabaq ona yazılı xəbərdarlıq etməmişdir. Lakin bununla belə ona heç bir sənəd təqdim etməmişdir- əmək kitabçasını, əmrin surətini, son-haqq hesabı ona göndərməmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. X27 əmri veriləndən sonra Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə sonuncu iş günü əmrin surəti, əmək kitabçası, son haqqhesab ona verilməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. O, həqiqətən də hüquqlarının pozulduğunu məhz 21 fevral 2023-cü il tarixində bilmişdir. Çünki bu tarixdə Mərkəzin direktoru tərəfdən ona göndərilən məktubda əmək kitabçasının surəti göndərilmişdir və bu zaman ona aydın olmuşdur ki, xx.xx.2018-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilibmiş. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci maddəsinə və «Mediasıya haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Odur ki, cari il mart ayının 15-də Mərkəzin direktoruna ilkin mediasiya sessiyasının təşkil edilməsi məqsədilə təklif göndərmişdir. May ayının 5-də 1 saylı Medasiya Təşkilatı tərəfindən mediasiya sessiyası təşkil olunsa da, Cavabdehn direktoru Kəmalə Abdullayeva ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş və sessiyaya gəlməmişdir. X2 davamlı və təkidli çağırışlarına baxmayaraq Kəmalə xanım Abdullayeva ilkin mediasiya sessiyasında iştirak etməməkdə qətiyyətli olmuşdur. Ona görə də, Əmək Məcəlləsinin 294-cü maddəsinin tələblərini nəzərə alaraq fərdi əmək mübahisələrinin həll ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(006)- 2934/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh PHŞ-nın dərnək rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «d» bəndinə əsasən xitam verilməsi haqqında 02 may 2018-ci il tarixli 119 saylı əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, İddiaçı xx.xx.2018-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və ödənilmiş mediasiya xərcinin tələb edilmədiyindən iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh PHŞ iddiaçı Axundova (Əsgərova) Mələk Maqsud qızı ilə 3 ay sınaq müddətinə bağlanmış əmək müqaviləsinə xitam verərkən, Əmək Qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, Mərkəzin iddiaçıya təqdim etdiyi, Mərkəzin möhürü ilə möhürlənmiş və rəhbərliyi tərəfindən imzalanmış müqavilə formasından görünür ki, iddiaçıya tutduğu vəzifəni icra etmək üçün şərait yaradılmamış, işəgötürən tərəfindən təmin edilməli olan məsələlər iddiaçının üzərinə qoyulmuş, onun Bakı şəhəri ərazisində fəaliyyət göstərən məktəblərdə dərnək təşkil etməsinə şərait yaradılması xahişi ilə bağlı məktub (müraciət) yazılaraq, iddiaçıya təqdim edilməmişdir. Bundan başqa, iddiaçıya münasibətdə Əmək Məcəlləsinin bir sıra normalarının tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 3 gün öncə müvafiq yazılı xəbərdarlıq edilməmişdir (Əmək Məcəlləsinin 53-cü maddəsinin 1 ci hissəsinin tələbləri pozulmuşdur). Son iş günü həmin əmrin surəti, əmək kitabçası, son haqq-hesab iddiaçıya təqdim olunmamışdır. İddiaçıya cavabdeh tərəfindən hüquqlarının pozulması yalnız 21 fevral 2023-cü il tarixdə məlum olmuşdur. Həmin dövrə qədər iddiaçıya işdən azad edilməsi barədə heç bir məlumat verilməmiş, əmrin surəti, əmək kitabçası və son haqq-hesab ona təqdim olunmamışdır. İddiaçı bundan sonra hüquqlarının pozulduğunu bilmiş və mediasiya təşkilatına müraciət etmişdir. Bakı 1 saylı Mediasiya Təşkilatının 10 may 2023-cü il tarixli MŞB/1/2023-00119 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, 1 saylı mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasına gəlsə də, cavabdeh tərəf gəlməmişdir. İddiaçı tərəf mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat mediasiya xərci ödəmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Əmək Məcəlləsinin müvafiq maddi hüquq normaları cavabdeh tərəfindən pozulmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin 1 ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, iddia tələbinin rədd edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim etdiyi və mövqelərini əsaslandırmağa çalışdığı hallar və sübutlar, iddianın predmetindən kənara çıxmaqla yanaşı mülki və əmək qanunvericilik normalarının təhrif edilməsinə və nəticədə ilkin məhkəmə qətnaməsinin yanlış çıxarılmasına səbəb olmuşdur. “Məktəbdənkənar təhsil müəssisələrinin publik hüquqi şəxs və ya hüquqi şəxs” olması ilə əlaqədar iddiaçının irəli sürdüyü məsələ ilə qeyd edilməlidir ki, Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Müəyyən etmək olar ki, publik hüquqi şəxslər hüquqi şəxslərin növlərindən biridir və hüquqi şəxslərə aid hüquq və vəzifələr də analoji olaraq “Məktəbdənkənar təhsil müəssisələrinin nümunəvi” Əsasnaməsi də nəzərə alınmaqla publik hüquqi şəxslərə şamil edilir. Texniki olaraq müvafiq ifadənin düzgün yazılmaması hazırki işdə X36 fəaliyyətini və həmin fəaliyyət nəticəsində qəbul edilmiş sənədlərin qüvvəsini kölgə altına qoya bilməz. “Müəssisənin ləğv edilməsi və sonradan yeni yaradılmış müəssisənin iki fərqli adla fəaliyyət göstərməsi, köhnə müəssisənin möhüründən istifadə edilməsi, yeni müəssisənin möhürünün olmaması, xx.xx.2018-ci il tarixli əmrdə işdən çıxaran müəssisənin hansı Mərkəz (1 saylı X15 və ya Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodiki Mərkəz) olmasının aydın olmaması, analıq məzuniyyətində olması və həmin dövrdə işdən çıxarılmasının qanunazidd olması” kimi əsassız faktlara istinad edən İddiaçı qüsurlu fəaliyyətini və iddia müddətinin ötürülməsini pərdələməyə cəhd göstərir. Qeyd etmək zəruridir ki, hazırki iş üzrə müəssisənin möhürünün olmaması və köhnə möhürdən istifadə edilməsi, onun ləğv edilib yenidən təşkil edilməsi, texniki yanlışlıqlara görə müəssisənin iki adda fəaliyyət göstərməsi və analıq məzuniyyətində olduğu dövrdə vətəndaşın işdən çıxarılması kimi məsələlər 2018-ci ilin fevral ayından əvvəl baş verdiyindən və vətəndaşın xahişinin xx.xx.2018-ci il tarixindən işə bərpa olunması olduğundan yuxarıda qeyd edilən halar iddia predmetinin həli üçün əhəmiyyət kəsb etmir. Bundan əlavə, İddiaçı iddia ərizəsində qeyd edir ki, “onun xx.xx.2018-ci ildən işə götürüldüyünü təsdiq edən müqavilənin qüvvəyə minmə tarixi onun dərnək rəhbəri kimi fəaliyyət göstərəcəyi təhsil müəssisəsinin rəhbəri tərəfindən sözügedən müqavilə imzalanıb möhürləndikdən sonra” mümkün olacaqdır. Həmçinin iddiaçı qeyd edir ki, sözügedən qayda heç bir yerdə rəsmi təsdiq edilməyib və belə bir təlimat mövcud deyildir. Doğrudur ki, İddiaçı 2018-ci ilin 1 fevral tarixindən PHŞ-də sınaq müddəti ilə işə götürülmüşdür. Onun sınaq müddəti ilə işə götürülməsi hüquqi şəxsin yenidən təşkil edilməsi və ştatların ixtisar olunmasına münasibətdə əmək qanunvericiliyinə tam uyğundur. Lakin məsələnin real tərəfi iddiaçının qeyd etdiyi kimi, yəni onunla bağlanan müqavilənin qüvvəyə minməsi başqa təhsil müəssisənin möhüründən və ya imzasından asılı olmamış və ümumiyyətlə sözügedən dövrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Əmək Məcələsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. İş üzrə sənədlərin təhlili də göstərir ki, iddiaçı xx.xx.2018-ci il tarixli, 37 saylı əmrlə dərnək rəhbəri kimi 3 aylıq sınaq müddəti ilə xx.xx.2018-ci il tarixinədək işə götürülmüşdür. Onunla rəsmi müqavilə bağlanmış və müvafiq məlumatlar elektron hökumət portalına (məşğuluq alt sisteminə) daxil edilmişdir. İş üzrə təqdim edilmiş sənədlər (əmrlər, iclas protokoları və digər sənədlər) bunu deməyə əsas verir ki, həqiqətən də iddiaçı öz əmək fəaliyyətini sınaq müddəti ərzində yerinə yetirə bilməmiş və bu səbəbdən səlahiyyətli şəxslərlə razılaşdırmaqla, müvafiq iclas protokoluna əsaslanmaqla və iddiaçıya şifahi və rəsmi (əmək kitabçasına rəsmi qeyd aparılmaqla və yazılı məlumatlandırılmaqla) məlumat verilməklə o, Əmək Məcələsinin 70-ci madddəsinin “d” bəndi ilə işdən azad edilmişdir. İddiaçıya əmək kitabçası rəsmi olaraq PHŞ-ın hazırda pensiyada olan əməkdaşı X14 tərəfindən təhvil verilmiş və iddiaçıdan müvafiq akta imza ataraq əmək kitabçasını təhvil almasının bəyan etməsi istənilsə də, bundan imtina etmişdir. Məlum olduğu kimi, kargüzarlıq qaydalarına uyğun olaraq işçi işdən çıxarıldıqdan sonra ona əmək kitabçası təhvil verildikdə həmin kitabçanın surəti iş yerində saxlanılır. Cari ilin yanvar ayında iddiaçı PHŞ müraciət edərək əmək kitabçasının əslinin ona verilməsini xahiş etmişdir. Bunu etməklə iddiaçının məqsədi sadəcə iddia müddətinin axımının öz əleyhinə dəyişmək olub. Qeyd edildiyi kimi, 2018-ci ildə may ayının 2-də əmək kitabçası iddiaçıya təhvil verilmişdir. İddiaçının rəsmi müraciətindən sonra ona əmək kitabçasının PHŞ-da olan surəti təqdim edilmişdir. Həmin surətə nəzər saldıqda görünür ki, həqiqətən iddiaçı xx.xx.2018-ci il tarixində rəsmi olaraq işdən azad edilmişdir və bununla bağlı müvafiq qeyd aparılmışdır. Ümumilikdə, yuxarıda qeyd edilənləri və iddiaçının əmək fəaliyyətindəki qüsurları qəbul etməsini təsdiq edən sübut isə xx.xx.2018ci il tarixindən keçən müddətdir. Maraqlısı budur ki, iddiaçı xx.xx.2018-ci ildən etibarən cəmi bir dəfə 2023-cü ilin yanvarında PHŞ-nə rəsmi müraciət etmiş və ona verilən cavabda rəsmi olaraq işdən azad edildiyi göstərilmişdir. Beləliklə, iddiaçı Əmək Məcələsinin 45-ci fəslində, xüsusən 296-cı maddəsində nəzərdə tutulmuş iddia müddətlərindən heç birinə riayət etməmişdir. Əmək Məcələsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcələsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həl edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Hazırki işdə isə işçinin həyatına və sağlamlığına vurulan ziyandan söhbət gedə bilməz. Bundan əlavə, iş üzrə məhkəmə əsaslandırması qanuni qətnamənin qəbul edilməsi üçün kifayət deyil və qərəzli xarakter daşıyır. Məhkəmə əsaslandırmasında 1 nömrəli X7 xx.xx.2018-ci il tarixli, 37 saylı, xx.xx.2018-ci il tarixli, xx.xx.2018 ci il tarixli 94 saylı, xx.xx.2018-ci il tarixli, 114 saylı və xx.xx.2018-ci il tarixli, 119 saylı əmrlərinə istinad edilməklə iddiaçının 37 saylı əmrlə 3 aylıq sınaq müddəti ilə işə götürülməsi, dəfələrlə öz işini icra edə bilməməsi və nəticədə 119 saylı əmrlə əmək fəaliyyətinə xx.xx.2018-ci il tarixində xitam verilməsi təsdiqini tapır. Qeyd edildiyi kimi, iddiaçıya əmək kitabçası rəsmi olaraq PHŞ-nin hazırda pensiyada olan əməkdaşı X14 tərəfindən təhvil verilmiş və iddiaçıdan müvafiq akta imza ataraq əmək kitabçasını təhvil almasının bəyan etməsi istənilsə də, bundan imtina edərək əmək kitabçasını təhvil almışdır. Nəticə etibarı ilə, işçinin işdən çıxarılması tam qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 11.1 “g” Əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək barədə əsas hüquqları vardır.
51. Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.
53. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. 68.1 və 68.2. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
70. “d” Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı uzun müddət Yeniyetmələrin 23 №li Yaradıcılıq Mərkəzində dərnək rəhbəri kimi çalışmış, mərkəzin xx.xx.2017-ci il tarixli 93 №li əmrinə əsasən «Dərnək rəhbərinin sosial məzuniyyəti uşağın xəstəliyi ilə əlaqədar 6 ay müddətində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdı. xx.xx.2017-ci il tarixində 96 №li əmrə əsasən 23 №li Yaradıcılıq Mərkəzi üzrə işçilərlə, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqailəsi ləğv edilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixində 98 №li əmrə əsasən 96 №li əmr etibarsız sayılaraq 23 №li Yaradıcılıq Mərkəzi ləğv edilmiş və Mərkəzin işçiləri ilə, o cümlədən iddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən ləğ edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəsissəlrinin şəbəkəsinin rasionallaşdırılması barədə Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 233 №li əmri ilə Yeniyetmələrin 22 №li Yaradıcılıq Mərkəzinin, Yeniyetmələrin 23 №li Yaradıcılıq Mərkəzinin, Bakı şəhəri, 48 №li məktəbəqədər tərbiyə işi Mərkəzi və Estetik Tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzi birləşdirilərək onların bazasında Təhsil Nazirliyinin birbaşa tabeliyində 1 nömrəli Respublika X15 yaradılmışdır. 1 nömrəli X7 (Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin) 01 fevral 2018-ci il tarixli 37 saylı əmri ilə İddiaçı həmin Mərkəzə həmin tarixdən 3 ay sınaq müddəti daxil olmaqla 15 iyul 2018-ci il tarixədək dərnək rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə uyğun müəyyənləşdirilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, Mərkəzin 28 fevral 2018-ci il tarixli 67 saylı əmri ilə Mərkəzin dərnək rəhbəri İddiaçı 01-28 fevral 2018-ci il tarixlərdə dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamışdır; Mərkəzin 30 mart 2018-ci il tarixli 94 saylı əmri ilə Mərkəzin dərnək rəhbəri İddiaçı 01-30 mart 2018-ci il tarixlərdə dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamışdır; Mərkəzin 28 aprel 2018-ci il tarixli 114 saylı əmri ilə Mərkəzin dərnək rəhbəri İddiaçı 01-28 aprel 2018-ci il tarixlərdə dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamışdır. Həmçinin Mərkəzin 02 may 2018-ci il tarixli 119 saylı əmrindən görünür ki, Mərkəzin dərnək rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrultmadığına görə 02 may 2018-ci il tarixdən xitam verilmişdir. Göründüyü kimi, iddiaçı 3 ay sınaq müddəti müəyyən edilməklə cavabdeh mərkəzdə işə qəbul edilmiş, bundan sonra isə tərtib edilmiş müvafiq əmrlərlə iddiaçı dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamış, eləcə də sınaq müddəti qurtardığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə cavabdeh tərəfindən hüquqlarının pozulmasını yalnız 21 fevral 2023-cü il tarixdə məlum olmasını bildirmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, işin qeyd olunan hallarından göründüyü kimi iddiaçı barəsində müvafiq əmrlər tərtib edilməklə iddiaçıya əmək haqqı verilməsi dayandırılması ilə ona artıq 2018-ci il tarixdən əmək haqqı hesablanmamasından məlumatlı idi və keçən 5 il müddət ərzindən bununla bağlı işəgötürənə hər hansı müraciət etməmişdir. İddiaçının işdən azad olunması həmçinin iş materiallarında onun həyat yoldaşının, hazırki işdə nümayəndəsinin Bakı şəhər Təhsil İdarəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli elektron məktubun məzmununda da öz əksini tapmışdır. Belə ki, həmin məktubda iddiaçının əri Nümayəndə yoldaşının əsassız olaraq işdən qovulmasını göstərmişdir. ( i.v 30) Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının müraciəti zamanı cavabdeh tərəfindən əmək kitabçasının əsli deyil, surəti iddiaçıya təqdim edilmişdir. Belə ki, iddiaçıya əmək kitabçasının əslinin xx.xx.2018-ci il tarixində deyil, 5 il sonra verilməsi ona görə inandırıcı deyildir ki, iddiaçının göstərilən tarixdən işdən azad edilməsi barədə tam məlumatlı olması işin araşdırılmış halları ilə tamamilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası 2018-ci ildə may ayının 2-də əmək kitabçasının iddiaçıya təhvil verilməsi, lakin onun bu barədə müvafiq sənədə imza etməkdən imtina etməsinə dair cavabdeh tərəfin dəlillərini inandırıcı və ağlabatan sayır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığına görə onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsi və iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulmasını məhz 2018-ci ildən məlumatlı olduğu halda işdən azad olunması ilə bağlı hüquqlarının pozulmasının guya xx.xx.2023-cü ildən bilməsinə dair dəlillərinin, bu barədə olan izahatlarının inandırıcı olmamaqla işin faktiki araşdırılmış halları ilə uzlaşmamasına birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verməmiş, qeyd edilən tarixə qədər iddiaçıya işdən azad edilməsi barədə heç bir məlumat verilməməsi, əmrin surəti, əmək kitabçası və son haqqhesab ona təqdim olunmaması kimi nəticələrinə işin hansı müəyyən edilmiş və araşdırılmış halları üzrə gəlinməsi əsaslandırılmamışdır. Kollegiya hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinə baxmayaraq hazırki iddiasının əsassız olması ilə bağlı cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi iddia müddətinin tətbiqi barədə ərizəsi əsas kimi götürülə bilməz. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinin tələbləri baxımından düzgün olduğu üçün iddiasının da məhz bu əsasla rədd edilməli olmasına birinci instansiya məhkəməsi düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə istinad etməklə cavabdeh tərəfindən iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 3 gün öncə müvafiq yazılı xəbərdarlıq edilməməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iş materiallarından görünür ki, sonuncu dəfə Mərkəzin 28 aprel 2018-ci il tarixli 114 saylı əmri ilə Mərkəzin dərnək rəhbəri İddiaçı 01-28 aprel 2018-ci il tarixlərdə dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı artıq sınaq müddəti ərzində özünü doğrultmamış və 28 aprel 2018-ci il tarili əmrin verilməsi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edilməsi anlamına gəlir. Həmçinin iddiaçı tərəf sübut kimi qəbul edilməsinə etiraz etdiyi cavabdeh tərəfin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 17 və 19 aprel 2018-ci il tarixli iddiaçıya ünvanlanmış teleqrammaların və ona olan cavabların məzmunundan görünür ki, cavabdeh tərəf iddiaçını görüşə dəvət etsə də, o, görüşə gələ bilməyəcəyini və izahatla məktub göndərəcəyini bildirmişdir. Məhkəmə kollegiyası qəbul edir ki, bu sənədlər birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim edilməmişdir. Lakin bu əsas vermir ki, hazırki işin obyektiv həlli baxımından kollegiya bu sənədlərdə olan məlumatlara diqqət yetirməsin. Məhkəmə kollegiyası bu sənədləri iddiaçıya olan xəbərdarlıq kimi qiymətləndirir və iddiaçı tərəfin bu sənədləri sübut kimi qəbul edilməməsinə dair vəsatət verməsini bir daha iddiaçının dəfələrlə öz işini icra edə bilməməsi nəticəsində 119 saylı əmrlə onun əmək fəaliyyətinə xx.xx.2018-ci il tarixində qanuni əsaslarla xitam verilməsini bir daha təsdiq edir. Məhkəmə kollegiyası bununla bağlı həmçinin hesab edir ki, işin bu müəyyən edilmiş halları birinci instansiya məhkəməsinin Mərkəzin möhürü ilə möhürlənmiş və rəhbərliyi tərəfindən imzalanmış müqavilə formasına istinadən iddiaçıya tutduğu vəzifəni icra etmək üçün şərait yaradılmaması, işəgötürən tərəfindən təmin edilməli olan məsələlər iddiaçının üzərinə qoyulması, onun Bakı şəhəri ərazisində fəaliyyət göstərən məktəblərdə dərnək təşkil etməsinə şərait yaradılması xahişi ilə bağlı məktub (müraciət) yazılaraq, iddiaçıya təqdim edilməməsi kimi qənaətlərə natamam və araşdırılmamış hallar üzrə gəlinmişdir. Göründüyü kimi cavabdeh tərəfindən 02 may 2018-ci il tarixli 119 saylı əmr verilərkən Əmək qanunvericiliyinin istinad edilən normaları pozulmamışdır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını düzgün müəyyən etməyərək, əsassız iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası iddiaçının ərizəsində “müəssisənin ləğv edilməsi və sonradan yeni yaradılmış müəssisənin iki fərqli adla fəaliyyət göstərməsi, köhnə müəssisənin möhüründən istifadə edilməsi, yeni müəssisənin möhürünün olmaması, xx.xx.2018-ci il tarixli əmrdə işdən çıxaran müəssisənin hansı Mərkəz (1 saylı X15 və ya Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodiki Mərkəz) olmasının aydın olmaması, analıq məzuniyyətində olması və həmin dövrdə işdən çıxarılmasının qanunazidd olması” kimi dəlillərinin əsassız faktlara istinadı ilə bağlı cavabdeh tərəfin arqumentlərini əsaslı və inandırıcı sayır. Belə ki, bu arqmentlərə əsasən İddiaçı qüsurlu fəaliyyətini pərdələməyə cəhd göstərir. Qeyd etmək zəruridir ki, hazırki iş üzrə müəssisənin möhürünün olmaması və köhnə möhürdən istifadə edilməsi, onun ləğv edilib yenidən təşkil edilməsi, texniki yanlışlıqlara görə müəssisənin iki adda fəaliyyət göstərməsi və analıq məzuniyyətində olduğu dövrdə vətəndaşın işdən çıxarılması kimi məsələlər 2018-ci ilin fevral ayından əvvəl baş verdiyindən və vətəndaşın xahişinin xx.xx.2018-ci il tarixindən işə bərpa olunması olduğundan yuxarıda qeyd edilən hallar iddia predmetinin həlli üçün əhəmiyyət kəsb etmir. Kollegiya bu mövqe ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçının sınaq müddəti ilə işə götürülməsi hüquqi şəxsin yenidən təşkil edilməsi və ştatların ixtisar olunmasına münasibətdə əmək qanunvericiliyinə tam uyğundur. Lakin məsələnin real tərəfi iddiaçının qeyd etdiyi kimi, yəni onunla bağlanan müqavilənin qüvvəyə minməsi başqa təhsil müəssisənin möhüründən və ya imzasından asılı olmamış və ümumiyyətlə sözügedən dövrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. İş üzrə sənədlərin təhlili də göstərir ki, iddiaçı xx.xx.2018-ci il tarixli, 37 saylı əmrlə dərnək rəhbəri kimi 3 aylıq sınaq müddəti ilə xx.xx.2018-ci il tarixinədək işə götürülmüş və məlumatlar elektron hökumət portalına (məşğulluq alt sisteminə) daxil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı işdən azad edilməsi barədə 02 may 2018-ci il tarixli 119 nömrəli əmrinin qanunsuz olmasına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin Cavabdeh PHŞ-nin iddiaçının işdən azad edilməsi barədə 02 may 2018-ci il tarixli 119 nömrəli əmrinin ləğv edilməsi hissəsi irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassızdır və və həmin tələbdən törəmə tələb olan-işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissələr üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Məhkəmə kollegiyası özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(006)- 2934/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh PHŞ-ya qarşı “Cavabdeh PHŞ-nin onun işdən azad edilməsi barədə 02 may 2018-ci il tarixli 119 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə