Məhkəmə qərarları › İş №2(103)-815/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-815/2025

04.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-815/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 Oyl Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Kayman Adalarının Cavabdehaycan Respublikasındakı Filialına qarşı əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(009)-2044/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. 07 aprel 2020-ci il tarixli, 22113 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı 07 aprel 2020-ci il tarixdə "xxxx" şirkətində mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndində işçinin əsas iş yeri Salyan rayonu, Kürsəngi və Qarabağlı neft yataqları müəyyən olunmuşdur. Müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, işçinin vəzifələri bu əmək müqaviləsinə qoşma B kimi əlavə olunan vəzifə təlimatında ətraflı təsvir olunur.

2. Təhlükəsizlik xidməti üzrə növbə rəisinin vəzifə təlimatından görünür ki, növbə zamanı müəssisənin istehsal sahəsində, inzibati binasında, anbarlarda və digər yardıiçı sahələrdə mühafizə xidmətinin təşkilini həyata keçirmək, növbə ərzində müəssisədə və istahesal sahələrində reydlər keçirmək və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görülməsi barədə təkliflər vermək, növbə müddətində müəssisənin ərazisinə və istehsal sahəsinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını təmin etmək təhlükəsizlik xidməti üzrə növbə rəisinin vəzifələridir. İddiaçı təlimat ilə tanış olduğunu imzası ilə təsdiq etmişdir.

3. 02 iyul 2024-cü il tarixli intizam tənbehi verilməsi haqqında əmrin surətindən görünür ki, İddiaçı xəbərdarlıq verilmişdir.

4. 29 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, anbar balansında xx.xx.2024cü il tarixinə 27/8 borular üzrə qalıq 11239 ədəd təşkil edir və onlardan 5464 ədədi “Garaj anbarı” adlanan əraziyə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər müvafiq mədaxil-məxaric sənədlərinə uyğun olaraq daşınmışdır. Baş vermiş hadisədən sonra “Garaj anbarı” adlanan ərazidə yoxlama aparılmış və 402 ədəd borunun çatışmazlığı müəyyən edilmişdir.

5. 30 iyul 2024-cü il tarixli komissiyanın yaradılması haqqında əmrinə əsasən 402 ədəd borunun oğurlanması faktı üzrə araşdırılma aparılması üçün "xxxx" Limited Şirkəti tərəfindən komissiya yaradılmışdır.

6. “Salyan Oil Limited” şirkətinin 31 iyul 2024-cü il tarixli 1318 saylı əmrinə əsasən şirkətin əsaslı vəsaiti olan külli miqdar hesab edilən boruları oğurlamaqda şübhəli şəxslər kimi hesab edilən şirkətə çox ciddi maddi və mənəvi ziyan, həmçinin onun işgüzar nüfuzuna xələl gətirmiş Təhlükəsizlik Xidmətinin növbə rəisi İddiaçı və mühafizəçi X8 31 iyul 2024-cü il tarixindən daxili təhqiqat ilə bağlı yekun qərar verilənədək işdən kənar edilmiş və ona işdən kənarlaşdırılan günlər üçün əmək haqqı ödənilməməsi qərara alınmışdır.

7. “Salyan Oil Limited” şirkəti tərəfindən yaradılmış komissiyanın 02 avqust 2024-cü il tarixli məlumatında qeyd olunmuşdur: “Araşdırma nəticəsində məlum olmuşdur ki, mühafizəçi Quliyev Kənan öz iş növbəsində olarkən oğurluq etmiş və bunu bir dəfə yox, 2 dəfə 23 iyun 2024-cü il tarixdə 80 ədəd boru, 2-ci dəfə 19 iyul 2024-cü il tarixdə 97 ədəd boru oğurlanmasını təşkil edib həyata keçirdiyini etiraf etmiş və izahatında bunu təsdiq etmişdir. Baş vermiş hadisə ilə əlaqədar 19 iyul 2024-cü il tarixdə TX-nin növbə rəisləri və mühafizəçilər idarəyə dəvət olunmuş, izahatlar alınmışdır. Hər 2 tarixdə - 23 iyun 2024-cü il və 19 iyul 2024-cü il tarixdə növbə rəisi İddiaçı olmuşdur. ... Həmin gün növbədə olan növbə rəisi İddiaçı və patrul Nuruşov Taleh 4 saat müddətində əraziyə baxış keçirməmişlər. Halbuki digər vaxtlarda ən azı 2 saatdan bir postlara və ərazilərə baxış keçirirlər - bu həm də növbə rəisi olaraq İddiaçı bilavasitə vəzifə funksiyalarına aiddir və bu barədə məsul şəxsdir. İddiaçı mühafizəçi Şirinov Surətin icazə aldığını (Şirinov Surətin həmin gün icazə alması şübhəli görünür və əlavə olaraq icazə alması barədə hər hansı bir ərizə və ya buna oxşar hüquqi sənəd təqdim edilməmişdir) və Quliyev Kənanın postda tək olduğunu bilə bilə o, əraziyə nəzarəti gücləndirməli olduğu halda səhlənkarlıq edərək öz işinə məsuliyyətlə yanaşmamışdır və bz vəzifə funksiyalarına əməl etməmişdir. Nəticədə müəmmalı olan oğurluq hadisəsi baş vermişdir. Komissyia belə nəticəyə gəlir ki, bilavasitə İddiaçı səhlənkarlığa və öz vəzifə funksiyalarına əməl etməyərək yol vermiş və oğurluq hadisəsinin baş verməsinə ya şərait yaratmış, ya da bilavasitə bu əməldə iştirakçıdır. ... İddiaçı işində yol verdiyi nöqsandan biri də odur ki, o, özünün idarə etdiyi Əməliyyat şirkətinə məxsus avtomobili qaraj anbarında saxlayaraq patrul maşını ilə əraziyə çıxmışdır. Təxminən 4 saatdan sonra avtomobili götürmüşdür ki, burada da onun bilavasitə bu hadisədə maraqlı və ya iştirakçı olması şübhəsini daha da gücləndirir. Araşdırma zamanı o da məlum olmuşdur ki, o, həmişə belə edir. Maşını müxtəlif yerlərdə saxlayaraq patrullarla ğir yerdə əraziyə çıxır. Halbuki, özü ona təhkim olunan maşınla ərazidə olmalı və patrullara da nəzarət etməlidir. Əlavə olaraq ona xidməti vəzifələrinin yerinə yetirilməsi üçün ayrılmış avtomobillə oğurluq hadisələri törədilən müddətlər ərzində dəfələrlə xətdən kənara çıxmış və əldə olan sübutlara (GPS sistemi) əsasən öz şəxsi işlərinin həlli üçün istifadə etmişdir Elə bu faktın özü onun tam olaraq Əmək Məcəlləsinin tələblərinə ziddinə olmaqla öz vəzifə funksiyalarını kobud şəkildə pozmasını sübut edir.”

8. “Salyan Oil Limited” şirəktinin Həmkarlar İttifaqının 30 iyul 2024-cü il tarixli protokoluna əsasən İddiaçı qanunsuz əməlin törədilməsinə şərait yaratdığından o cümlədən məsul şəxs kimi öz vəzifə təlimatına və əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozuduğundan və bu fakt müvafiq daxili komissiya tərəfindən təsdiq olunduğundan onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğvedilməsinə razılıq verilmişdir.

9. “Salyan Oil Limited” şirkətinin 23 avqust 2024-cü il tarixli HR/1328 saylı əmrinə əsasən əsaslı vəsait kimi balansda olan boruların külli mqdarda mühafizə olunan yerdən oğurlanmasında iştirak etmiş Təhlükəsizlik Xidmətinin müahfizəçisi X9 və bu əməlin baş verməsinin qarşısının alınması üçün məsul olan, o cümlədən işdə yol veodiyi əmək vəzifələrinin kobud surətdə pozulması ilə müşayiət olunan əmək müqaviləsi şərtlərinin pozulması və bunların nəticəsində şirkətə külli miqdarda maddi və mənəvi ziyan vurmuş, onun işgüzar nüfuzuna xələl gətirmiş şirkətin Təhlükəsizlik Xidmətinin növbə rəisi İddiaçı və mühafizəçi X8 23 avqust 2024-cü il tarixdən Əmək Məcəlləsinin 72-ci maddəsinin c), e) bəndlərinin tələblərini kobud surətdə poduqlarından onlarla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, X6 Oyl Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 02 iyul 2024-cü il tarixli, HR/1312 saylı intizam tənbehinin verilməsi barədə, 31 iyul 2024-cü il tarixli, HR/1318 saylı işçilərin işdən kənar edilmələri barədə əmrinin özünə aid olan hissədə, 23 avqust 2024-cü il tarixli. HR/1328 saylı əmək müqavilələrinə xitam verilmə barədə əmrinin özünə aid olan hissədə ləğv edilməsi, qanunsuz olaraq məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı, 10000 manat mənəvi zərərin və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, 8 il "xxxx" Əməliyyat Şirkətində işlədiyi müddətdə heç bir nöqsanı olmamışdır. Şirkət tərəfindən HR-1318 saylı, xx.xx.2024- cü il tarixli “İşçilərin işdən kənar edilmələri haqqında” qanunsuz əmr verilmişdir. Əmr verilərkən aşağıdakı hallar nəzərə alınmamışdır. Təlimata əsasən mühafizə postlarında ən azı 2 nəfər olmalıdır. 1 nəfərin olması təbii ki oğurluq hadisəsinə şərait yaradacaqdır. Eyni zamanda 2 nəfər olsa belə onlar yenə də əlbir olaraq oğurluq törətmək ehtimalını istisna etmir və burada növbə rəisi kimi onun ittiham olunması əsassızdır. Oğurluq baş verən anda o, ərazidə olmuşdur və bunu xidmətdə olan zaman olduğu avtomobillərə quraşdırılan GPS aparatına baxış keçirib müəyyən etmək olar. Həmçinin 4 növbəli müfaizə təşkil edilmişdir ki, əlavə qeyd olunan 402 borunun oğurlanmasının birbaşa onun növbəsində törədilməsi sübuta yetirilməmişdir. Bu oğurluq istənilən növbədə zamanı baş verə bilər. Təlimata əsasən mühafizə patrulları da 2 nəfər olmalıdır ki, sərbəst şəkildə mühafizəni təşkil edə və ediləcək oğurluq hadisələrinin qarşısını ala bilsinlər. Eyni zamanda bu şərtlərin ikisi o qədər vacibdir ki, 2 hissədən ibarət olan mühafizə zonasında növbə rəisi və patrul maşınlarının mühafizə nöqtələrini mühafizədə saxlaması üçün az olması və ərazi üzrə hərəkət etməsi müəyən vaxt alır ki, həmin ara müddətdə istənilən oğurluq hadisəsini istər mühafizəçilər, istərsə də kənar şəxslər tərəfindən törədilməsi mümkündür və bunun da məsuliyyətinin onun üzərinə qoyulması əsassızdır. Mühafizə xidmətində 4 növbə var və o, ayda 15 gün işdə, 15 gün evdə olur, 7 gün gecə, 7 gün gündüz işdə olur. Bu vəziyyətdə onun hansı iş günündə və növbəsində oğurluq edilməsi sübuta yetirilmədiyi və təkcə 1 hadisənin aşkar edilməsi və bunun da onun növbəsi ilə üst - üstə düşməsi o demək deyildir ki, oğurluq hadisələrinin hamısı onun növbəsində olmuşdur. Olsa da belə mühafizəçinin cinayət törətməsinə görə onun heç bir məsuliyyəti yoxdur. Şirkətin daxilində olan mühafizə xidmətinin qanuni fəaliyyəti üçün lisenziası yoxdur və mühafizə aparan işçilərə heç bir peşəkar fəaliyyət aparmaq üçün təlim keçirilməyib. Ona təlimatın tələblərinin pozulması ittihamı verilməsinə dair heç bir əsas yoxdur. Çünki belə bir təlimata o, imzalamaqla tanış edilməmişdir. Eyni zamanda oğurlanmasında ittiham edildiyi borular rəsmi şəkildə ona təhvil verilməyib və birbaşa həmin boruların qorunması ona həvalə olunmamışdır. Mühafizə nöqtəsi kimi göstərilən anbar isə şirkətdə anbar kimi rəsmi qeydiyyatı yoxdur. Çünki bu anbarın standartlara cavab vermədiyi və rəsmi anbardar ştatı olmadığından orada baş verənlərin növbə rəisi olaraq onun üzərinə atılması mənim işgüzar nüfuzuma xələl gətirir. Qaraj anbarı postunun mövcud olan qeydiyyat kitabçasında mühafizəçilər tərəfindən növbənin təhvil təslimi aparılır və orada olan və saxlanılan, təhvil verilən mal materiala aid siyahı və ya onların təhvili göstərilmir. Göründüyü kimi onun barəsində işdən kənarlaşdırılma əmri deyil, ittiham aktı verilmişdir. Halbuki, ona qarşı heç bir istintaq təhqiqat orqanlarında şübhəli və təqsirləndirilən şəxs kimi cəlb olunmağım barədə qərar yoxdur.

12. İddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, Kayman adalarının "xxxx" şirkəti” nin Azərbaycan Respublikasındakı filialı anbarından 12 Fevral 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər olan müddətdə, müxtəlif vaxtlarda 402 sayda neft-qaz əməliyyatlarında istifadə olunan boru onların bilavasitə mühafizə altında olan sahədən oğurlanmışdır. Daxili araşdırma nəticəsində ilkin olaraq məlum olmuşdur ki, TX işçisi X9 öz iş növbəsində olarkən özünün vəzifə funksiyalarını həyata keçirdiyi yerdən, yəni anbar ərazisindən oğurluq etmiş və bu oğurluğu ilkin izahatına görə iki dəfəyə, xx.xx.2024 tarixdə 80 ədəd olmaqla, xx.xx.2024 tarixdə 97 ədəd olmaqla həyata keçirərək onları müxtəlif şəxslərlə satmışdır. O, özü bu oğurluq hadisəsinin onun özü tərəfindən törədilməsini etiraf etmiş və izahatında bunu təsdiq etmişdir ki, boruları şirkətin anbarından yük avtomobili ilə daşıyaraq oğurlamış və onları kimlərəsə satmışdır. Digər oğurlanmış borularla bağlı isə Polis İdarəsi tərəfindən müvafiq araşdırma tədbirləri aparılmaqdadır. Bilavasitə Şirkətə məxsus olan mal materiaların və digər əmlakların mühafizəsi ilə məşğul olmaq vəzifəsi daşıyan X9 (və digərləri) bu hərəkəti ilə Şirkətə külli miqdarda maddi zərər vurmuş, həm də Şirkətin adına və onun işgüzar nüfuzuna çox ciddi ziyan vurmuşdur.Bu oğurluq hərəkətinin onun rahat bir formada, yəni ƏŞ-in mühafizə xidmətinin nəzarəti düzgün və proseduralara uyğun olaraq həyata keçirmədikləri səbəbindən baş verdiyini nəzərə alaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iki müxtəlif tərkibdə baş menecer tərəfindən xüsusi əmrlə daxili təhqiqat qrupu (komissiya) yaradılmış və bu faktın araşdırılması və bu hadisənin baş verməsində günahı olmuş işçilərin araşdırılıb dəqiqləşdirilməsi üçün komissiya üzvləri tərəfindən işlər görülərək müvafiq nəticəyə gəlinmişdir. Komissiyanın işi nəticəsində məlum olmuşdur ki, bilavasitə TX -i üzrə mühafizənin təmin edilməsi və bu işə nəzarəti həyata keçirən həmin şöbənin bir çox əməkdaşları, o cümlədən oğurluq əməlinin törədilməsi vaxtda orada postların və ərazinin müntəzəm reydlər vasitəsilə yoxlanılmasını həyata keçirməli olan Təhlükəsizlik bölməsində növbə rəisi İddiaçı və həmin bölmənin mühafizəçisi və həmin vaxt xətt üzrə nəzarətçi olan X8 öz vəzifə funksiyalarına əməl etməyərək onların bilavasitə işə səhlənkar yanaşması, özlərinin vəzifə təlimatlarına əməl etməməsi, həmçinin “əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədikləri” nəticəsində bu cinayətkar əməl baş vermişdir. Yuxarıdakıları nəzərə alıb, müvafiq müraciət məktubu ilə aparılmış daxili təhqiqatın nəticəsinə əsaslanaraq, Azərbaycan Respublikasının Əmək Məcəllənin 80.1 maddəsinin tələblərinə əsasən X1 büro iclasında TX mühafizəçisi X9, Təhlükəsizlik bölməsində növbə rəisi İddiaçı və həmin bölmənin mühafizəçisi olan X3 mühafizə olunan ərazidən bilavasitə vəzifə funksiyalarının müvafiq qaydada yerinə yetirə bilməmələri səbəbindən külli miqdarda ziyan vurmaları məlum olduğundan qanunsuz əməllərinə görə Azərbaycan Respublikasi Əmək məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi barədə məktub təqdim etmişdir ki, burada da HİK Bürosu məsələni müzakirəyə çıxararaq (özlərinin iştirakı ilə) törədilmiş hadisə və əməl pislənilərək həmin şəxslərin işdən azad olunmasına etiraz edilməmişdir. Nəticə etibarilə adı çəkilən işçilər 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad olunmuş və digər TX əməkdaşları isə onların məsuliyyətlərinə adekvat olmaqla (11 mühafizə xidməti işçiləri) müxtəlif intizam tənbehləri ilə cəzalandırılmışlar. Hər üç əmr (HR/1312, HR /1318 və HR /1328 saylı əmrlər) Azərbaycan Əmək qanunvericiliyinin müddəa və tələblərinə riayət edilməklə verilmişdir. İddianın “işçiyə intizam tənbehi verilməsi”nə aid iddiasının heç bir əsası yoxdur ona görə ki, İddiaçı etdiyi şirkətdaxili neqativ hərəkətləri müqabilində bu xəbərdarlıq (halbuki xəbərdarlıq intizam tənbehi deyildir) çox cüzi bir intizam cəzası olmuşdur, (izahat və şikayət ərizələri əlavə edilir). Burada iddiaçının əsaslandığı məsələ ki, guya ona xəbərdarlıq verilməsi barədə əmrin surətinin verilməməsinə gəlincə isə bildirilir ki, iddiaçı həmin vaxt xəbərdarlıq barədə məlumatlandırılmış, ona yerli kadrlar şöbəsindən gəlib bu əmrlə tanış olmaq və ya onun surətini götürmək təklifi olsa da o bundan müxtəlif bəhanələr gətirərək imtina etmişdir (imtina haqda Kadrlar şöbəsində bu imtina ilə əlaqədar akt tərtib edilmişdir). İkinci - 30 iyul 2024-cü il tarixli 69-2024/SOL saylı əmr yəni işçinin işdən kənarlaşdırılması məsələsinə isə aşağıdakı kimi aydınlıq gətirirlər: Aydındır ki, ƏŞnin mühafizə etdiyi ərazidə bilavasitə həmin şöbənin işçisi X9 tərəfindən oğurluq edilmiş və bu hissəvi olaraq (177 sayda boru ilə bağlı) təsdiq edilmişdir. Lakin Sonradan Şirkətin əsaslı vəsaitlərini idarə edən və ona məsul olan işçilər tərəfindən həm dəymiş ziyanın həcminin təyin edilməsi həm də ümumiyyətlə həmin sahəyə daşınaraq gətirilmiş və yığılmış boruların sayının dəqiqləşdirilməsi üçün müvafiq işlər görülmüşdür ki, bu işlərin də nəticəsində məlum olmuşdur ki, oğurlanmış və ya başqa formada mənimsənilmiş borular 177 sayda deyil, 402 saydadır. Kayman Adalarının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Təhlükəsizlik Xidmətinin mühafizəçisi X9 həm daxili araşdırma komissiyasına 177 borunun mənimsənilməsində günahı olduğunu öz izahat və ifadələri ilə təsdiq etmişdir. Lakin oğurlanmış və faktiki olaraq mühafizə altına təhvil verilmiş və sonradan sayılmış çatışmayan boruların sayı 225 ədəd təşkil etdiyindən bununla əlaqədar oğurluq faktına uyğun olaraq yenidən Şirkətdaxili araşdırılması vacibliyini də yaratmışdır. Belə olan halda ƏŞ Baş menecerinin bu xoşagəlməz əməlin araşdırılması məqsədilə özünün daxili təhqiqat komissiyasını yaratmağı onun həm səlahiyyəti həm də saziş üzrə vəzifəsidir. Neft-qaz əməliyyatları üçün istifadə olunan əmlak Podratçıların (SOCAR və GL GROUP) mülkiyyətindədir və operator sadəcə bu əmlakdan və ya bu cür əsaslı fondlardan sadəcə istifadə hüququ vardır və əmlakın itirilməsi və ya oğurlanmasına cavabdehdir. Elə buna görə də bu tipli məsələlərdə daha şəffaf və hərtərəfli araşdırmalar tələb olunur ki, bu da ƏŞ tərəfindən dürüst və ədalətli formada həyata keçirilmişdir. İddiaçının digər bir sənədə, yəni “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına” istinad etməsi də hesab edirik ki, əsassıszdır. Burada müvafiq sorğuya uyğun olaraq düzünə fakt əsasında bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçinin işdən kənarlaşdırılması hansı orqanın qərarı əsasında həyata keçirilməlidir məsələsinə aydınlıq gətirilmişdir. Lakin onların prosesdə keçmiş işçi İddiaçı bilavasitə həmin fakta görə yox, Məcəllənin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, “işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi”ilə işdən kənarlaşdırmışdır (həmçinin Salyan OyL Limited ƏŞ-in “İnsan Resursları üzrə Əsasnaməsinin 7.9 maddəsinin verdiyi səlahiyyət əsasında-əlavə edilir). İddiaçının guya “qanunsuz olaraq işdən azad edilməsi” məsələsinə isə hesab edirlər ki, işəgötürən burada da qanunvericiliyə tam əməl etmiş, özünün yaratdığı iki daxili araşdırma komissiya vasitəsi ilə baş vermiş hadisənin daxili təhqiqatını şəffaf və dürüst aparılması yolu ilə İddiaçı barəsində ədalətli qərar qəbul edərək onu öz əmri ilə işdən azad etmişdir. Məlum olmuşdur ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi ki, guya onun nə vəzifə təlimatına,nə əmək müqaviləsinə edilmiş əlavəyə, həmçinin mühafizə funksiyası ilə bağlı təlimatlardan xəbəri olmaması, yəni hər hansı bir sənədə imza etməməsi tam bir yalandır (həmin sənədlər əlavə olunur). Komissiyanın gəldiyi nəticə ondan ibarət olmuşdur ki,(araşdırma nəticəsində alınmış izahatlar, məlumatlar və sair sənədlər) baş vermiş və artıq onlara məlum olmuş hər iki oğurluq (mənimsəmələr) bilavasitə iddiaçının növbədə rəis olduğu vaxt baş vermiş və izahatlardan da bəlli olur ki, İddiaçı həmin vaxt demək olar ki, müvafiq postları təlimata uyğun olaraq vaxtında reyd və yoxlama aparmamış və ya ümumiyyətlə öz xidməti avtomobilindən başqa məqsədlər üçün istifadə etmiş, bir sözlə vəzifə funksiyalarına uyğun hərəkət etməmişdir. Nəticədə iddiaçı öz vəzifə funksiyalarını və öz məsul olduğu işi layiqincə yerinə yetirə bilməmiş, qəsdən və ya etinasızlıqla özünün əmək funksiyasını, vəzifə borcunu, öhdəliklərini yerinə yetriməmişdir. Buna görə də iş yerində işəgötürənin,habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymişdir. Belə ki, araşdırma nəticəsində əlavə olaraq müəyyən nüanslar da ortaya çıxmışdır və məlum olmuşdur ki, İddiaçı öz əmək funksiyalarına və vəzifə təlimatına aid olmayan müxtəlif qanunsuz və Şirkətdaxili nizamintizam qaydalarına zidd olan qanunsuz, həmçinin digər işçilərin Əmək Məcəlləsi və Konstitusiya ilə möhkəmlənmiş insan hüquq və azadlıqlarının, onların şəxsi toxunulmazlıq, həmçinin şərəf və ləyaqətlərinin qorunmasına zidd olan hərəkətlər və əməllər də törətmişdir. Вu məsələ komissiyaya (həmçinin baş menecerə) təqdim olunmuş həm fərdi həm də kollektiv şəkildə yazılmış şikayətlər və məlumatlarla tam təsdiqini tapmışdır (əlavə olunur fərdi şikayətlər və kollektiv şikayət). Buradan da məlum olur ki, bu neqativ və qanunsuz hərəkətlər İddiaçı üçün əlavə olaraq əmək qanunvericiliyinin və ya digər normativ hüquqi aktların kobud şəkildə pozulamsı deməkdir.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(009)- 2044/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

14. Qətnamə onunla əsaslandırılmışdır ki, əmrlərin ləğvinə əsas yoxdur. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə razılaşdırılmışdır ki, növbə ərzində müəssisədə və istehsal sahələrində reydlər keçirmək və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görülməsi təhlükəsizlik xidməti üzrə növbə rəisinin vəzifələrindəndir. Lakin iddiaçının əmək funksiyalarına səhlənkarcasına yanaşması nəticəsində şirkətin anbarında oğurluq hadisəsi baş vermiş və bu halın obyektiv araşdırılması üçün həmin müddət ərzində oğurluq hadisəsində iştirakları şübhəli bilinən digər işçilərlə yanaşı iddiaçı müvəqqəti olaraq işdən kənar edilmişdir. Yoxlama nəticəsində iddiaçının öz əmək funksiyalarına səhlənkarcasına yanaşması nəticəsində baş vermiş bu qanunsuz əməlin törədilməsinə şərait yaratdığı müəyyən edilmiş və nəticədə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdən göründüyü kimi iddiaçının yol verdiyi nöqsan nəticəsində cavabdeh şirkətə kifayət qədər yüksək məbləğdə zərər dəymişdir. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsində əmək qanunvericiliyinin tələbinə zidd hal mövcud deyildir. İşəgötürən tərəfindən daxili təhqiqatın nəticəsində işçi tərəfindən yol verilmiş kobud nöqsanların təsdiqindən sonra qanunvericiliyin tələbinə uyğun olaraq Həmkarlar İttifaqına müraciət edilmiş və iclasın razılığı alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasında işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair əmrin, habelə xx.xx.2024-cü il tarixli intizam tənbehinin verilməsi və xx.xx.2024-cü il tarixli işçilərin işdən kənar edilmələri barədə əmrin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72, 80, 186, 183-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən xüsusatlarla əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə araşdırma aparmaqda maraqlı olmamış, səsləndirilən fikirlərə əhəmiyyət verməmiş və HİK verdiyi qərardakı fikirləri cümlə cümlə oxunulmasına baxmayaraq əmrin əsaslı olması vu bu əmrin ləğvi üçün zəruri fikirlərin birini də olsun araşdırmamışdır və oğurluq hadisəsinin yaxından və ya uzaqdan ona necə aidiyyatı olmasını müəyyən etməmişdir. Həmkarlar İttifaqı komitəsinin araşdırmasına gəldikdə cavabdeh şirkətin daxilində olan mühafizə xidmətinin qanuni fəaliyyəti üçün lisenziası olmaması və mühafizə aparan işçilərə heç bir peşəkar fəaliyyət aparmaq üçün təlim keçirilməməsi, mənə təlimatın tələblərini pozulması ittihamı verilməsinə dair heç bir əsas olmaması, eyni zamanda həmin oğurlanmasında ittiham edildiyim borular rəsmi şəkildə mənə təhvil verilmədiyi və birbaşa həmin boruların qorunmasının mənə həvalə olunmaması bildirilsə də öz bildikləri kimi iclas keçirmişlər və işdən çıxarılmağıma əsaslandırılmamış qərar vermişlər. Mühafizə nöqtəsi kimi göstərilən anbarın şirkətdə anbar kimi rəsmi qeydiyyatının olmaması, bu anbarın standartlara cavb vermədiyi və rəsmi anbardar ştatı olmadığından orada baş verənlərin növbə rəisi olaraq mənim üzərimə atılması təmamilə əsassızdır. HİK iclasında bildirmişdir ki, qaraj anbarı postunun mövcud olan qeydiyyat kitabçasında mühafizəçilər tərəfindən növbənin təhvil təslimi aparılır və orada olan və saxlanılan, təhvil verilən mal materiala aid siyahı və ya onların təhvili göstərilmir. Amma bu xüsusatların heç biri nə daxili araşdırma, nə HİK iclasında nədəki məhkəmədə aydınlaşdırılmamışdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əmə lərə və ya inzibati xətalara görə işçini aşağıdakı ha larda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcə ləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcə ləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə. Təhqiqat komissiyyasının işi qeyri-obyektiv, qərəzli və şirkətin icraçı direktoru və baş mühəndisin təsiri altında aparılıb. Belə ki, həmin şəxslər tərəfindən “boynuna al işin yüngülləşsin“,“ola bilməz ki, sənin bu işdə əlin olmasın” və sairə fikirlər səsləndirməklə onu mənəvi sarsıtmış və oğurluq faktı üzrə iştirakını sübut edə biləcək faktlar təqdim edə bilməmişlər. Həmkarlar ittifaqının iclası da rəhbər şəxslərin təzyiqi altında baş tutmuş və oğurluqda əlinin olması və ya oğurluğun baş verməsində məsuliyyətsizliyini bir başa və ya dolayısı təsdiq edə biləcək fikirlər və sübutlar səsləndirilməmişdir. Eyni zamanda növbə rəisləri ilə bir başa kontaktda olan, təhlükəsizlik üzrə vitse-prezident Emin Qurbanbəyov oğurluq faktı aşkar edildikdən sonra şirkətin təhlükəsizlik xidmətinə bir başa cavabdeh şəxs kimi, nə Kərimbəyli ofisinə şəxsi araşdırma aparmaq üçün səfər etmiş, nə də kurasiyasında olan növbə rəisi onunla əlaqə saxlamamışdır. Bu fakt özlüyündə şirkətdə baş vermiş oğurluq faktına görə məsuliyyətli şəxslərin vəzifələrindən sui-istifadə etdiyini və statusa görə aşağı təbəqənin nümayəndəsinə qarşı ədalətsiz olduğunu təsdiqləmişdir. Növbə rəislərinin əmək funksiyalarına və vəzifə təlimatına Kürsəngi və Qarabağlı yataqlarında mühafizə işinin təşkili daxildir. İşin təşkili 12 saat vaxt intervalında hər iki yataqda yerləşən 5 stasionar mühafizə postunu (2 post Qarabağlı və 3 post Kürsəngidə yerləşir) və 2 post-patrulun işini təlimata uyğun təşkiletmək, o cümlədən ümumisahəsi 650 kv.km olan 2 yataqda 214 işlək quyuya baxış keçirmək (76 quyu Qarabağlı yatağında və 138 quyu Kürsəngi yatağında yerləşir ), 26 infrastruktur obyekt və inzibati sahələrə baş çəkmək, şirkətin daimi istifadəsinə verilmiş ərazidə zəbtə cəhd hallarının aşkarlanmasıdır. Eyni zamanda şirkətə dəyə biləcək maddi zərərə dair gündəlik faktların toplanması və analiz edilməsi də daxildir. Qeyd etmək lazımdır ki, iki yataq arasında məsafə təxminən 30 km təşkil edir. Bu məsafəni surət həddinə riayət etməklə (surət həddi 60 km/saat olduqda) 40 dəqiqə və ya 1 saata fəth etmək mümkündür. Bu səbəbdən növbə rəisi birinci yataqda olan zaman ikinci yataqa mövcud vəziyyətə təlimata uyğun olaraq post patrul nəzarət etməli və mövcud vəziyyət barədə radio əlaqə vasitəsilə məlumat ötürməli idi. Oğurluq baş verən zaman o, Qarabağlı yatağında olmuşam və “Qaraj anbarı” yerləşən Kürsəngi yatağına nəzarəti postpatrula cavabdeh olan mühafizəçi Taleh Nuruşov tərəfindən aparılmışdır. Qanunsuz əməl baş verən zaman Taleh Nuruşovun əmək funksiyalarına səhlənkarcasına yanaşması bir başa sübut oluna bilər. Qanunsuz əməl baş verən zaman İddiaçı növbə rəisi qimində postpatrulda istifadə etdiyi üç avtomobilin (90PH207, 90PD976, 90PG317) hərəkət matşurutu barədə məlumatlar GPS qurgusu vasitəsilə əldə edilərək analiz edilməmişdir. Belə ki, daxili komissiyanın apardığı araşdırmada GPS məlumatı işdə əsas kimi nəzərə alınmalı idi. Həmçinin bu barədə məhkəmədə sübutların təqdim edilməsi və tədqiq edilməsi tələb olunsada bununla baölı heç bir araşdırma aparılmamış bu hallara aydınlıq gətirilməmişdir. Eyni zamanda Kürsəngi yatağında mühafizəçi Taleh Nuruşovun post-patrulda istifadə etdiyi avtomobilin (90PG317) hərəkət marşrutu da anoloji metodla analiz edilməmişdir. Yuxarıda göründüyü kimi İddiaçı əmək funksiyalarına səhlənkarcasına yanaşması barədə qaldırılan iddialar əsassızdır və əslində şirkət daxilaraşdırma işinin səthi və ədalətliaparılmadığını iddia etmək olar. Qətnamədə göstərilir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə razılaşdırılmışdır ki, növbə ərzində müəssisədə və istehsal sahələrində reydlər keçirmək və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görülməsi təhlükəsizlik xidməti üzrə növbə rəisinin vəzifələrindəndir. Bu o demək deyildir ki, iddiaçı olaraq o, baş verə biləcək oğurluqda əlbirliyim ola bilər və oöurlıuqda yaxından və ya uzaqdan iştirakçılıq etməklə cavabdehə maddi ziyan vurmuş olur. Oğurluq edən şəxsi o, işə götürməmişdir və onun hərəkətlərinə görə hər hansı məsuliyyəti öz üzərimə götürməmişdir. Onun öz əmək funksiyalarına və vəzifə təlimatlarına aid olmayan müxtəlif qanunsuz əməllərə və hərəkətlərə yol verməsi həqiqəti əks etdirmir. O, rəhbərlik tərəfindən verilmiş təlimata uyğun işini təşkil etmiş və şirkət daxilində mövcud olan nöqsanlar və neqativ hallar barrədə vaxtlı-vaxtında və obyektiv məlumatlar toplayaraq birbaşa rəhbəri TX rəisinə ötürmüşdür. Bu məlumatlar mədənlərdə ekoloji və texnoloji pozuntular, daimi istifadə üçün ərazilərin zəbti, şirkət işçilərinin nizam-intizam qaydalarını kobud şəkildə pozması, oğurluq və s. sahələri əhatə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etirazda qeyd olunan xüsusatlarla əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı və onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

20. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 43.2 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ... f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 62.1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. Maddə 62.3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. Maddə 62.4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022-ci il tarixli qərarı: “Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə.”

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. 02 iyul 2024-cü il tarixli xəbərlardlıq verilməsi haqqında əmrin ləğvi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən xəbərdarlıq intizam tənbehi sayılmır. Bu barədə əmirin verilməsinə əsas "xxxx" şirkətinlz çalışan əksər işçilərin İddiaçı tərəfindən işçilərin şəkil və videolarını qanunsuz çəkməsi, səs yazılarını qanunsuz paylaşması, onlara hədə - qorxu gəlməsi və digər əməlləri ilə bağl müraciətləri olmuşdur. Məhz bu müraciətlər əsasında İddiaçı xəbərdarlıq edilmişdir. Hətta iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra digər işçilər şirkət rəhbərliyinə müraciət edərək onun yenidən işə qayıtmasına etiraz etdiklərini bildirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, həmin əmrin ləğvi üçün hər hansı bir əsas mövcud deyildir. Belə ki, iddiaçı tərəfindən şikayət ərizələrində göstərilən məlumatların düzgün olmaması ilə bağlı hər hansı əsaslandırma aparılmamış və sübut təqdim olunmamışdır.

27. X4 "xxxx" şirkətinin 31 iyul 2024-cü il tarixli, HR/1318 saylı işçilərin işdən kənar edilmələri barədə əmrinin İddiaçı aid hissədə ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022-ci il tarixli qərarında konkret olaraq qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə. Yəni, bu haldan biri mövcud olmadığı təqdirdə işçi işdən kənarlaşdırıla bilməz.

28. Qeyd olunan hallardan heç biri mövcud olmadığından məhkəmə kollegiyası bu qənaətə gəlir ki, 31 iyul 2024-cü il tarixli, HR/1318 saylı işçilərin işdən kənar edilmələri barədə əmrinin İddiaçı aid hissədə qanunsuzdur və ləğv edilərək 31 iyul 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqı ona ödənilməlidir.

29. 23 avqust 2024-cü il tarixli. HR/1328 saylı əmək müqavilələrinə xitam verilmə barədə əmrlə bağlı iddiaçının əsaslandığı hallar bundan ibarət olmuşdur ki, ona təlimatın tələblərinin pozulması ittihamı verilməsinə dair heç bir əsas yoxdur, çünki belə bir təlimata o, imzalamaqla tanış edilməmişdir, 402 borunun oğurlanmasının birbaşa onun növbəsində törədilməsi sübuta yetirilməmişdir, oğurlanmasında ittiham edildiyi borular rəsmi şəkildə ona təhvil verilməyib və birbaşa həmin boruların qorunması ona həvalə olunmamışdır, mühafizə nöqtəsi kimi göstərilən anbar isə şirkətdə anbar kimi rəsmi qeydiyyatı yoxdur, çünki bu anbar standartlara cavab vermir, ona qarşı heç bir istintaq təhqiqat orqanınlarında şübhəli və təqsirləndirilən şəxs kimi cəlb olunmağı barədə qərar yoxdur.

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinn “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əsası ilə xitam verilmədiyindən onun istintaq və təhqiqat orqanınlarında şübhəli və təqsirləndirilən şəxs kimi cəlb olunması barədə qərarın mövcud olmaması əmrin ləğvi üçün əsas ola bilməz.

31. İddia ərizəsində iddiaçının təlmatla tanış olmadığına, imzalamadığına istinad olunsa da, bu xüsusat da təkzib olunur. İş materiallarından görünür ki, iddiaçı təlimatla tanış olaraq onu imzalamışdır.

32. 402 borunun oğurlanmasının birbaşa onun növbəsində törədilməsi sübuta yetirilməməsi barədə arqumentlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mühafizəçi Quliyev Kənan öz iş növbəsində olarkən oğurluq etmiş və bunu bir dəfə yox, 2 dəfə 23 iyun 2024-cü il tarixdə 80 ədəd boru, 2-ci dəfə 19 iyul 2024-cü il tarixdə 97 ədəd boru oğurlanmasını təşkil edib həyata keçirdiyini etiraf etmiş və izahatında bunu təsdiq etmiş, hər 2 tarixdə - 23 iyun 2024-cü il və 19 iyul 2024-cü il tarixdə növbə rəisi İddiaçı olmuşdur. İddiaçı tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut təqdim olunmamış və bu istiqamətdə əssalandırma aparılmamışdır.

33. Həmçinin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin gün növbədə olan növbə rəisi İddiaçı və patrul Nuruşov Taleh 4 saat müddətində əraziyə baxış keçirməmişlər. Halbuki digər vaxtlarda ən azı 2 saatdan bir postlara və ərazilərə baxış keçirirlər - bu həm də növbə rəisi olaraq İddiaçı bilavasitə vəzifə funksiyalarına aiddir və bu barədə məsul şəxsdir. İddiaçı özünün idarə etdiyi Əməliyyat şirkətinə məxsus avtomobili qaraj anbarında saxlayaraq patrul maşını ilə əraziyə çıxmışdır. Təxminən 4 saatdan sonra avtomobili götürmüşdür ki, burada da onun bilavasitə bu hadisədə maraqlı və ya iştirakçı olması şübhəsini daha da gücləndirir. Halbuki, özü ona təhkim olunan maşınla ərazidə olmalı və patrullara da nəzarət etməlidir. Əlavə olaraq ona xidməti vəzifələrinin yerinə yetirilməsi üçün ayrılmış avtomobillə oğurluq hadisələri törədilən müddətlər ərzində dəfələrlə xətdən kənara çıxmış və əldə olan sübutlara (GPS sistemi) əsasən öz şəxsi işlərinin həlli üçün istifadə etmişdir. Qeyd olunan hallar da iddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini təsdiq edir.

34. Apellyasiya şikayətinin dəlillərindən biri kimi ona istinad olunmuşdur ki, oğurlanmasında ittiham edildiyi borular rəsmi şəkildə ona təhvil verilməmiş və birbaşa həmin boruların qorunması ona həvalə olunmamışdır. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, qeyd olunan hal onun barəsində tətbiq olunmuş intizam tənbehinin əsasını təşkil etmir, yəni, boruların ona təhvil verilməsinin mübahisənin həlli baxımında əhəmiyyəti yoxdur, əmrin əsasını iddiaçının öz üzərinə düşən, müqavilədə və təlimatda nəzərdə tutulan funksiyaların icra olunmaması təşkil edir.

35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan digər hissələrdə iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri həmin hissələrdə işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(009)- 2044/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(009)- 2044/2024 nömrəli qətnaməsi qismən - Kayman Adalarının "xxxx" şirkətinin 31 iyul 2024cü il tarixli, HR/1318 saylı işçilərin işdən kənar edilmələri barədə əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, 31 iyul 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinin rədd olunduğu hissələrdə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxrılaraq iddia təmin edilsin. Kayman Adalarının "xxxx" şirkətinin 31 iyul 2024-cü il tarixli, HR/1318 saylı işçilərin işdən kənar edilmələri barədə əmri İddiaçı aid hissədə ləğv edilsin, 31 iyul 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqı Kayman Adalarının "xxxx" şirkəti tərəfindən İddiaçı ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar