Məhkəmə qərarları › İş №2(103)-816/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-816/2025

22.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-816/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X25 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3974/2024 nömrəli 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X13 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Salyan Dtİ və MHQİ tərəfindən xx.xx.2004-cü il tarixdə X15 verilmiş qeydiyyat nömrəsi 481 olan qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evindən ibarətdir.

2. X46 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 481 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə X13 adına qeydiyyata alınmışdır.

3. Cavabdeh1 ünvan 2 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş qardaşı X12 qalan miras əmlakı qəbul etmək üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə notariat ofisinə müraciət etmişdir.

4. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 377465 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X22 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 338 nömrə ilə qeydiyyat aparılmışdır.

5. 3 saylı “Bakı ASAN” Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X22 öldüyü xx.xx.2023-cü il tarixədək subay olmuşdur.

6. xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X13 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin 23 fevral 2024-cü il tarixli 2024/111/4945 nömrəli məktubuna əsasən X5 adına 410120E**********210, 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 USD olan depoziti ilə bağlı faiz hesablarından ibarətdir.

7. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 120383 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X28 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 362 nömrə ilə qeydiyyat aparılmışdır.

8. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ seriyalı 490610 nömrəli Nikah haqqında Şəhadətnamədən görünür ki, X28 və X29 xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 194 nömrəli qeydiyyat aparılmışdır.

9. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı 563239 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X28, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 282 nömrə ilə qeyd edilmişdir.

10. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı 563239 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X28, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 282 nömrə ilə qeyd edilmişdir.

11. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Təsis payının bağışlanması” müqaviləsinə əsasən hədiyyə verən İddiaçı "xxxx" Təsərrüfat Hesablı X1 nizamnamə kapitalındakı 25 faiz paydan 17 faizini ərinin qardaşı olan hədiyyə alan Cavabdeh1 mülkiyyətinə vermişdir. İddiaçı mülkiyyətində 8 faiz pay qalır.

12. 2 saylı “Bakı ASAN” Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 991313 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X34 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 0100 nömrə ilə qeydiyyat aparılmışdır.

13. İV-ЖГ seriyalı, 293301 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X16 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ seriyalı, 268346 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X34 və X30 xx.xx.1971-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

14. X34 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnaməyə əsasən X34 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini oğlu X23 vəsiyyət etmişdir.

15. X34 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnaməyə əsasən X34 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ev 4B, 41 nömrəli mənzili də oğlu X23 vəsiyyət etmişdir.

16. X22 və X17 xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə ünvanladığı ərizələrdən görünür ki, ataları X18 qalan miras əmlakı qəbul etməklə bağlı iradə ifadələrini bəyan etmişlər.

17. X13 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası- X24 ölümündən sonra miras qalmış əmlakdan qanun üzrə mirası qəbul etdiyini, vəsiyyət üzrə yaranmış məcburi payından imtina etdiyini və gələcəkdə bu barədə heç bir iddiası olmadığını bildirmişdir.

18. X17 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2019- cu il tarixdə vəfat etmiş atası- X24 ölümündən sonra miras qalmış əmlakdan vəsiyyət üzrə mirası qəbul etdiyini, qanun üzrə yaranmış məcburi payından imtina etdiyini və gələcəkdə bu barədə heç bir iddiası olmadığını bildirmişdir.

19. Cavabdeh1 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2019- cu il tarixdə vəfat etmiş atası-X24 ölümündən sonra miras qalmış əmlakdan bütün əsaslarla imtina etdiyini və gələcəkdə bu barədə heç bir iddiası olmadığını bildirmişdir.

20. xx.xx.2019-cu il tarixli, 2V-691 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X24 vərəsəsi oğlu X22 miras əmlakdan bütövlükdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 504-cü məhəllə ünvanında yerləşən ev 2, 54 nömrəli mənzildən ibarətdir.

21. xx.xx.2019-cu il tarixli, 2V-692 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə və 2V-1-37 reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X24 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X28 miras əmlakdan bütövlüklə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən ev 4B, 41 nömrəli mənzildən ibarətdir.

22. xx.xx.2019-cu il tarixli, 2V-693 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə və 2V-1-33 reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X24 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X28 miras əmlakdan bütövlüklə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 6 ünvanda yerləşən 0.12 ha olan bağ sahəsindən ibarətdir.

23. xx.xx.2019-cu il tarixli, 2V-694 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X24 vərəsələri oğlu X22 və oğlu X28 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak mərhum X24 adına olan "xxxx" X41 X8 nizamnamə kapitalındakı 10 manat olan 100 faiz təsisçi payından ibarətdir.

24. X22 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən hədiyyə verən X22 Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 504-cü məhəllə ünvanında yerləşən ev 2, 54 nömrəli mənzili qardaşı hədiyyə alan Cavabdeh1 mülkiyyətinə vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, X12 qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən X5 v-30/2019 nömrəli vərəsəlik işi üzrə vərəsə Cavabdeh1 adına "xxxx" X41 X6 payın, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evinin və "xxxx" ASC-də X13 adına olmuş 410120E**********210 və 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 ABŞ dolları olan depoziti (müqavilə nömrəsi :210/KADP/0********) və ona bağlı faiz hesablarından ibarət pul vəsaitinin qanun üzrə vərəsə olmaqla miras payı kimi verilməsinə dair verilmiş xx.xx.2019-cu il tarixli iki ədəd və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi; X5 Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzilinin Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bundan sonra X5 qeyd olunan miras əmlaklarında və pul vəsaitində uşaqları X31 və X32 qanun üzrə vərəsə olmaqla paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X28 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X39 və xx.xx.2021-ci il təvəllüdlü X38 adında övladları olmuşdur. 2023-cü ilin iyul ayında isə ərinin qardaşı X22 vəfat etmişdir. Məlumat almışlar ki, X13 adına Bakı şəhəri 19 saylı notariat ofisində vərəsəlik işi açılmışdır və digər qardaşı Cavabdeh1 adına şəhadətnamə verilmişdir. Halbuki vərəsəlik işi aparılarkən uşaqları X39 və X32 qanun üzrə vərəsə olmaları nəzərə alınmamışdır. Belə ki, X13 1-ci növbədə olan vərəsələri yoxdur. 2-ci növbədə olan vərəsələri isə Cavabdeh1 ilə yanaşı, əri X28 ilə birgə nikahdan olan övladları X39 və X38 olmalı idilər. Onlarda olan məlumata əsasən qaynı X12 aşağıdakı miras əmlakı qalmışdır: 1. "xxxx" X41 X6 (VÖEN: **********, Çıxarışın verildiyi tarix və nömrə: xx.xx.2021-ci il, **********01100) payı; 2. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evi; 3. "xxxx" ASC-də X13 adına olmuş 410120E**********210 və 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 ABŞ dolları olan depoziti (müqavilə nömrəsi :210/KADP/0********) və ona bağlı faiz hesablarından ibarət pul vəsaiti; 4. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzili (xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında X22 həmin mənzili Cavabdeh1 bağışlamışdır). Bununla bağlı X15 vərəsəlik işi açılan 19 saylı notariat ofisinə müraciət etmişlər. Lakin onlarda olan məlumata görə Cavabdeh1 19 saylı notariat ofisindən aldığı şəhadətnamə əsasında "xxxx" X41 X6 (VÖEN: **********, Çıxarışın verildiyi tarix və nömrə: xx.xx.2021-ci il, **********01100) payını artırmış, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evini və "xxxx" ASC-də X13 adına olmuş 410120E**********210 və 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 ABŞ dolları olan depoziti vərəsə kimi qəbul etmişdir. Halbuki, X13 doğma qardaşı olan X17 övladları X39 və X38 da qanun üzrə vərəsə olduqları halda, 19 saylı notariat ofisi tərəfindən v-30/2019 nömrəli vərəsəlik işi açılarkən və Cavabdeh1 adına xx.xx.2019-cu il tarixli iki ədəd və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri verilərkən nəzərə alınmamışdır. Nəticədə, 19 saylı notariat ofisi tərəfindən vərəsəlik işi aparılarkən qanunsuzluğa yol verilərək, Cavabdeh1 X12 qalmış miras əmlaka tam pay hüququ ilə sahib çıxmış və uşaqları X39 və X38 isə onlara qanunla çatası miras paylarından məhrum edilmişlər. Bununla yanaşı, X9 hələ sağlığında, ömrünün son çağlarında mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzili də xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlamışdır. Hansı ki, həmin vaxtı X9 2017-ci il tarixdən “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəlikdən əziyyət çəkmişdir və bununla əlaqədar Bakı şəhəri 2 saylı X11 müalicə də almışdır. X9 həmin dövrdə düçar olduğu “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəliyi ilə əlaqədar olaraq məhkəmə qaydasında rəsmi qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmamış və ona qəyyum təyin olunmamışdır. Belə olan halda “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəlikdən əziyyət çəkən X13 öz mülkiyyətində olan daşınmaz əmlakla bağlı sərəncam verərək Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzili xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlaması həqiqətə uyğun deyildir və bu mərhumun düşdüyü psixi pozuntu vəziyyətindən sui-istifadə edərək qardaşı Cavabdeh1 tərəfindən həmin daşınmaz əmlakın qanunsuz ələ keçirilməsi kimi qiymətləndirilməlidir.

27. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3974/2024 nömrəli 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

28. Məhkəmə iddianı rədd edərkən ona istinad etmişdir ki, mərhum X28 ilə X19 birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X39 və xx.xx.2021-ci il təvəllüdlü X38 mərhum əmiləri X13 ikinci növbə vərəsələri olmalarına baxmayaraq, miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürdüklərindən, bu müddət ərzində notariat orqanına mirasın qəbulu ilə bağlı ərizə vermədiklərindən, habelə bu müddət ərzində miras əmlaka sahiblik etməsini və ya əmlakı idarə etməsini təsdiq edə biləcək mötəbər sübut təqdim etmədiyindən iddia tələbi X12 qalmış miras əmlakla bağlı xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələrdə nəzərdə tutulmuş miras əmlakda iddiaçının övladlarının payının müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsinin əsası kimi vərəsələrin dairəsi müəyyən edilən zaman onun övladlarının nəzərə alınmaması ilə əlaqələndirmişdir. Bununla bağlı məhkəmə onu qeyd etmişdir ki, iddiaçı tərəf mirasın qəbulu ilə bağlı vaxtında notariat orqanına müraciət etmədiyindən yeganə vərəsə kimi X13 qardaşı Cavabdeh1 müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsızlığı üçün hər hansı bir əsas müəyyən edilmədiyindən həmin şəhadətnamələr etibarsız hesab edilə, habelə miras əmlakda iddiaçının övladlarının payı müəyyən edilə bilməz. İddiaçının X12 qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Lakin hazırki halda miras əmlakın qəbulu müddətinin buraxılmasının səbəblərinin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı qeyd edilən müddəti buraxmasını uşaqlarının azyaşlı olması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edilən əsası mirasın qəbulu müddətinin buraxılması üçün üzrlü səbəb kimi qəbul etmir. Belə ki, iddiaçı notariat orqanına müraciət etməməklə yanaşı, mirasa faktiki sahiblikdə ifadə olunan, mirası qəbul etməsinə dair iradə ifadəsini göstərən hərəkətlər də etməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh1 qeyd edilən əmlakı qardaşının miras əmlakı kimi bölgüdən yayındırmaq üçün qardaşının “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəliyindən istifadə edərək özünə bağışlanmasına nail olmasını qeyd edir və müqavilənin etibarsızlığını tələb edir. Lakin iddiaçı qeyd edilən faktı təsdiq edən, yəni psixi pozuntu nəticəsində X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə əqdi bağlaması barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. X22 və Cavabdeh1 arasında Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 4Ə-247 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsində qeyd edilmişdir ki, müqaviləni tərəflər şəxsən X33 iştirakı ilə imza etmiş, tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın X15 məxsus olması yoxlanmışdır. Odur ki, X22 və Cavabdeh1 arasında Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 4Ə-247 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əgər bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə araşdırması zamanı təsdiq edilsəydi belə Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 4Ə-247 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə X22 tərəfindən Cavabdeh1 bağışlanan Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 504-cü məhəllə ünvanında yerləşən ev 2, 54 nömrəli mənzil ikinci növbə vərəsələr arasında bölünməli olan miras əmlaka daxil edilə bilməzdi. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, X28 və X19 birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X39 və xx.xx.2021-ci il təvəllüdlü X10 Rasid Saleh oğlunun nə vəsiyyət üzrə, nə də qanun üzrə vərəsəsi olmadığından iddiaçının v30/2019 nömrəli vərəsəlik işi üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2V-691 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, 2V-694 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin əmlaklar üzərində uşaqlarının payının müəyyən edilməsi tələbi əsassız olduğundan və iddiaçının qeyd edilən tələblə bağlı subyektiv hüququ olmadığından təmin edilməməlidir.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 215-ci, 337-ci, 1133-cü, 1134-cü, 1145-ci, 1146-cı, 1151.1-ci, 1159-cu, 1160-cı, 1243-cü, 1246-cı, 1248-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

30. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

31. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 1246,1248.1 və 1268.2- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cımaddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və buQərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə uşaqlarının daşınmaz əmlaka olan hüquqlarının təmin olunması məqsədilə işə baxarkən müvafiq Qəyyumluq orqanının nümayəndəsini işə cəlb etməmişdir. Hansı ki, azyaşlıların vərəsəlik qaydasında daşınmaz əmlak hüquqlarının həyata keçirilməsi müvafiq Qəyyumluq orqanı cəlb olunmadan qeyri-mümkündür.Lakin məhkəmə işin bu halına lazımi diqqət yetirməmişdir. Məhkəmə azyaşlı övladlarının miras əmlaka faktiki sahiblik etməklə mirası qəbul etmələri üçün fəaliyyət qabiliyyətlərinin olmaması halını nəzərə almamaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddət ərzində notariat orqanına müraciət olunmamasını əsas gətirərək iddia tələblərini təmin etməmişdir. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad etmişdir. Hansı ki, bu gün mülki qanunvericilik ümumbəşəri dəyərlərə yaxınlaşaraq artıq vərəsəliyin qəbulunu hər-hansı müddətlə məhdudlaşdırmır. Doğrudur AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qəraında tətbiq ilə bağlı göstəriş vardır. Lakin məhkəmə ədalət mühakiməsinin maraqları naminə, azyaşlıların hüquqlarının və qanuni maraqlarının dövlətimiz tərəfindən müdafiə olunduğunu və ədalət və hümanizm prinsiplərini rəhbər tutaraq azyaşlı övladlarımın mənafelərinin təmin olunmasına daha diqqətlə yanaşmalı idi. Bu halda isə məhkəmənin azyaşlı vərəsələrin qanuni mənafelərinin təmin olunmasına laqeyid yanaşması daha çox diqqəti cəlb edir. Bunlarla yanaşı iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinə də məhkəmənin yanaşmasını qeyri-qənaətbəxş hesab edirəm. Belə ki, X5 “Şizofreniya paranoid forma”da xroniki psixi xəstəlikdən əziyyət çəkdiyi üçün qeydiyyatda olmasını nəzərə alaraq məhkəmə ona məxsus mənzilini ikinci dərəcəli vərəsəsi olan qardaşı Cavabdeh1 bağışlamasına dair müqaviləsi etibarsız hesab edildiyi və həmin əmlakın miras kütləyə daxil edilməsi nəticəsində kütləsinin artdığı halda azyaşlı uşaqlarının da miras paylarının artmasına gətirib çıxarardı. Lakin təssüflər olsun ki, məhkəmə bu məsələdə də işin digər hallarına olan münasibətində olduğu kimi haqqa, ədalətə uyğun gəlməyən laqeyidlik göstərmişdir. Lakin məhkəmə işin qeyd olunan hallarını sadalasa da, iddia tələbinə yalnız müddət məsələsini əsas götürərək qiymət vermişdir ki, bu da məhkəmənin düzgün olmayan, ədalətsiz nəticəyə gəlməsinə səbəb olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

33. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

34. Cavabdeh tərəfə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya işə digər maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

42. Hazırkı işin faktiki hallarına əsasən X22, X28 və Cavabdeh1 X34 və X20 rəsmi nikahından dünyaya gəlmiş qardaşlardır. X4 xx.xx.2009-cu il tarixdə X29 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X39 və xx.xx.2021-ci il təvəllüdlü X38 dünyaya gəlmişdir. X28 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və öldüyü tarixədək subay olmuşdur. X22 vəfat etdikdən sonra digər qardaş Cavabdeh1 qardaşı X12 qalan miras əmlakı qəbul etmək üçün tarixdə ərizə ilə ünvan 2 müraciət etmişdir. Miras əmlakın dairəsini müəyyən etmək üçün sorğular ünvanlanmış və xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X13 vərəsəsinin Cavabdeh1 olduğu və onun miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evindən tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X13 vərəsəsinin Cavabdeh1 oğluğu və onun miras əmlak olan X5 adına 410120E**********210, 410100E**********210 nömrəli cari hesabları və qalığı 5900 USD olan depoziti ilə bağlı faiz hesablarından tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. Hazırda, X7 Rövşən Rasid oğlu ilə birgə nikahlarından olan övladlarının da Cavabdeh1 kimi əmiləri X13 vərəsələri olmasına istinad edərək iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

43. Belə ki, mərhum X28 ilə X19 birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X39 və xx.xx.2021-ci il təvəllüdlü X38 da əmiləri Cavabdeh1 ilə yanaşı X5 ikinci növbə vərəsələridir. Belə ki, iş materialalrı ilə də təsdiq olunur ki, X22 vəsiyyətnamə qoymamışdır, bu baxımdan onun əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə vərəsəlik üzrə keçməlidir. Həmçinin X5 1-ci növbə qanun üzrə vərəsələri olmadığından miras əmlak, növbəlilik üzrə ikinci növbə vərəsələrə keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsindən isə müəyyən olunan odur ki, ikinci növbə qanun üzrə vərəsələr kimi - ölənin bacıları və qardaşları ilə yanaşı mirasın açıldığı vaxt valideyni sağ olmayan ölənin bacısı və qardaşı uşaqları da ölənin bacıları və qardaşları ilə bərabər hüquqa malik qanun üzrə vərəsə sayılırlar.

44. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. X45 qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

45. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının məzmunundan müəyyən olunan odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulan miras əmlakın qəbulu ilə bağlı müddət ləğv edilməli, mirasın qəbulu müddətdən asılı edilməməlidir. Lakin mirasın vərəsə tərəfindən qəbulunun müddətdən asılı edilməməsi ilə bağlı sözügedən Plenum Qərarı hazırki mülki iş üzrə mübahisəyə şamil edilməməli, mövcud mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə müvafiq olaraq həll edilməlidir. Belə ki, Qərarda qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş üzrə vərəsəlik münasibətləri isə qeyd edilən Plenum Qərarından əvvəl - miras qoyan X13 ölümü ilə yəni, xx.xx.2023-cü il tarixdə yarandığından və mövcud mübahisə ilə bağlı iddia ərizəsi Plenum Qərarı qüvvəyə mindikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı mövcud vərəsəlik mübahisəsinə şamil edilməməli, mövcud mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə müvafiq olaraq həll edilməlidir.

46. Hazırki işdə də iddiaçı övladlarının mirası qəbul etməsinə dair ərizə ilə qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddət ərzində notariat orqanına müraciət etməmiş, bununla yanaşı həmçinin miras əmlakı qəbul etməsinə dair iradə ifadəsini bəyan edən hərəkətlər etməmiş, miras əmlaka daxil edilən əmlaklara faktiki sahiblik etməmişdir. İddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

47. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, mərhum X28 ilə X19 birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X39 və xx.xx.2021-ci il təvəllüdlü X38 mərhum əmiləri X13 ikinci növbə vərəsələri olmalarına baxmayaraq, miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürdüklərindən, bu müddət ərzində notariat orqanına mirasın qəbulu ilə bağlı ərizə vermədiklərindən, habelə bu müddət ərzində miras əmlaka sahiblik etməsini və ya əmlakı idarə etməsini təsdiq edə biləcək mötəbər sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini X12 qalmış miras əmlakla bağlı xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələrdə nəzərdə tutulmuş miras əmlakda iddiaçının övladlarının payının müəyyən edilməsi hissəsində təmin etməmişdir.

48. Bundan əlavə iş üzrə müəyyən olunan hal ondan ibarətdir ki, iddiaçı tərəf mirasın qəbulu ilə bağlı vaxtında notariat orqanına müraciət etmədiyindən yeganə vərəsə kimi X13 qardaşı Cavabdeh1 müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli, 2V-34 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 2V-43 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsızlığı üçün hər hansı bir əsas müəyyən edilmədiyindən həmin şəhadətnamələr etibarsız hesab edilə, habelə miras əmlakda iddiaçının övladlarının payı müəyyən edilə bilməz. İddiaçının X12 qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Lakin hazırki halda miras əmlakın qəbulu müddətinin buraxılmasının səbəblərinin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən müəyyən edilməmiş, eyni zamanda iddiaçı notariat orqanına müraciət etməməklə yanaşı, mirasa faktiki sahiblikdə ifadə olunan, mirası qəbul etməsinə dair iradə ifadəsini göstərən hərəkətlər də etməmişdir.

49. Bundan əlavə iddiaçı Cavabdeh1 qeyd edilən əmlakı qardaşının miras əmlakı kimi bölgüdən yayındırmaq üçün qardaşının “Şizofreniya paranoid forma” da xroniki psixi xəstəliyindən istifadə edərək özünə bağışlanmasına nail olmasını əsas gətirməklə müqavilənin etibarsızlığını tələb edir. Lakin iddiaçı qeyd edilən faktı təsdiq edən, yəni psixi pozuntu nəticəsində X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə əqdi bağlaması barədə sübutu nə birinci instansiya məhkəməsinə, nə dəki apellyasiya icraatı zamanı məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş X22 və Cavabdeh1 arasında Bakı şəhəri 28 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 4Ə-247 nömrə ilə qeyd edilmiş xx.xx.2021ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, müqaviləni tərəflər şəxsən X33 iştirakı ilə imza etmiş, tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın X15 məxsus olması yoxlanılmışdır. Nəticədə, bağışlama müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud olmamışdır.

50. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd edilən maddələrdən görünür ki, qanunverici məcburi pay hüququna malik olan şəxslərin dairəsini konkret olaraq müəyyənləşdirmişdir. Məcburi pay hüququ olan vərəsə kimi yalnız ölən şəxsin birinci növbə qanun üzrə vərəsələri sayılan uşaqları, valideynləri və arvadı (əri) qeyd edilmişdir. Hazırki işdən isə görünən odur ki, miras qoyan X13 birinci növbə vərəsəsi yoxdur, dolayısı ilə eyni zamanda məcburi pay hüququ olan vərəsəsi də yoxdur. İkinci növbə vərəsələri sayılan qardaşı və ölən qardaşının uşaqları isə onun vərəsələri sayılsa da, onlar məcburi pay hüququ olan vərəsə deyildirlər. Bu baxımdan da mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulmuş tələblə yəni, miras qoyan X13 ölümündən əvvəl iki il ərzində bağışladığı əmlakın miras əmlaka daxil edilməsi və paylarına müvafiq ikinci növbə vərəsələr arasında bölüşdürülməsini tələb edə bilməz. X5 Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 2 nömrəli evin 54 nömrəli mənzilinin Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən onun ölümünə qədər, yəni xx.xx.2023-cü ilədək 1 il 10 ay müddət keçməsinə baxmayaraq, qanunvericiliyin mövqeyi baxımından ikinci növbə vərəsələr məcburi pay hüququna malik olan vərəsələr olmadığından qeyd edilən tələblə bağlı yəni, həmin əmlakın miras əmlaka daxil edilməsi və bölüşdürülməsi tələbi ilə bağlı subyektiv hüquqa malik deyildirlər. Çünki Mülki Məcəllənin 1200-cü maddəsi məcburi pay hüququ olan şəxslərin miras əmlakdan məhrum buraxılmasının qarşısının alınması üçün Məcəlləyə daxil edilmiş bir normadır. Həmin normanın qüvvəsi məcburi pay hüququ olan şəxslərə şamil edilir, həmin norma mərhumun iki ilədək bağışladığı hədiyyələrin miras əmlaka deyil, məcburi paya daxil edilməsini nəzərdə tutan normadır. Bununla belə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın mərhumun mülkiyyətinə geri qaytarılması halı mümkün olsaydı belə iddiaçı miras əmlakın qəbulu müddətini ötürdüyündən həmin əmlakda iddiaçının uşaqlarının payının müəyyən olunması mümkün olmayacaqdı.

51. Beləliklə, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisində açılmış v- 30/2019 nömrəli vərəsəlik işi materialları ilə müəyyən olunmuşdur ki, X22, X28 və Cavabdeh1 atası X34 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X34 ölməmişdən əvvəl xx.xx.2014-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə vəsiyyətnamə qoymuşdur. xx.xx.2014cü il tarixli vəsiyyətnaməyə əsasən X34 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini oğlu X23 vəsiyyət etmişdir. Eyni zamanda xx.xx.2014-cü il tarixli vəsiyyətnaməyə əsasən X34 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ev 4B, 41 nömrəli mənzili də oğlu X23 vəsiyyət etmişdir. X2 və X28 xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etməklə, atalarından qalan miras əmlakı qəbul etməklə bağlı iradə ifadələrini bəyan etmişlər. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən miras əmlakın dairəsi kimi X5 vəsiyyətnamələrində oğlu X23 vəsiyyət etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və ünvan 3 ünvanında yerləşən ev 4B, 41 nömrəli mənzillə yanaşı Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 504-cü məhəllə ünvanında yerləşən ev 2, 54 nömrəli mənzil və mərhum X24 adına olan "xxxx" X41 X8 nizamnamə kapitalındakı 10 manat olan 100 faiz təsisçi payı da müəyyən edilmişdir. Qardaşlar öz aralarında razılığa gələrək notariat ofisinə qeyd edilən məzmunlarda ərizə ünvanlamışlar.

52. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

54. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

55. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı işdə isə X28 və X19 birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X39 və xx.xx.2021-ci il təvəllüdlü X10 Rasid Saleh oğlunun nə vəsiyyət üzrə, nə də qanun üzrə vərəsəsi olmadığından iddiaçının v30/2019 nömrəli vərəsəlik işi üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2V-691 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, 2V-694 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin əmlaklar üzərində uşaqlarının payının müəyyən edilməsi tələbi əsassız olduğundan və iddiaçının qeyd edilən tələblə bağlı subyektiv hüququ olmadığından iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

56. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3974/2024 nömrəli 22 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar