Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8163/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-414/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 ünvan 3-də anadan olmuş, böyüyüb boya-başa çatmışdır. Həmin ev İddiaçı1 atasına məxsus evdir. X1 Nazim Şəmsi oğlu ilə rəsmi nikaha daxil olaraq 1987-ci ildə həmin evə gəlin gəlmiş, həmin evdə iki uşağı anadan olmuşdur. Uzun müddət iddiaçılar həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır. Cavabdeh daha sonra İddiaçı1 qardaşı Elşən ilə rəsmi nikaha daxil olmuş və həmin evə gəlin gəlmişdir. Bundan sonra onlar arasında bir müddət mehriban münasibət olsa da, Cavabdeh əri vəfat edəndən sonra iddiaçıları həmin evə buraxmamış, maneçilik yaratmışdır. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-414/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişlər ki, mübahisəli mənzilə dair onların çıxarışı var. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan Xəzər rayon Şağan bələdiyyəsi tərəfindən verilmiş 26.04.2021-ci il tarixli 102 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı1 1991-ci il tarixindən etibarən Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ev 42 ünvanında yaşamamışdır. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.07.2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 13.07.2012-ci il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsi iddianı rədd etdiyi zaman ona əsaslanmışdır ki, hazırkı mülki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 3 ünvanında qeydiyyatda olsalar da 1991-ci ildən həmin ünvanda yaşamırlar. Bunu məhkəmə iclasında vermiş olduğu izahatlarında iddiaçılarda etiraf etmişlər. Məhkəmə iclasında təqdim olunmuş Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 nömrəli ev İddiaçı1 xüsusi mülkiyyətindədir. Kollegiya iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya hesab edir ki, mübahisəli mənzilin mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, o isə ailə üzvləri ilə birlikdə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməni tələb etməkdə haqlıdır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi isə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-414/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanına köçürülsünlər. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçıların ümumilikdə ödədiyi 15 (on beş) manat dövlət rüsumunun məbləği Cavabdeh tutularaq iddiaçılara ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8163/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8163/2021
18.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver