Məhkəmə qərarları › İş №2(103)-8181/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8181/2020

20.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8181/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Elmira Nağıyevanın ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdeh “Bakı Dövlət Universiteti” X2 nümayəndəsi Tofiq Sadıqovun və Tomris Həsənovanın, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X1 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi Ləman Əliyevanın iştirakı ilə, İddiaçı cavabdehlər “Bakı Dövlət Universiteti” X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X1 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “xəstəlik vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanmış müavinətin və müavinətin verilməsinin gecikdirilməsinə görə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xəstəlik vərəqələri əsasında əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli olan müavinətlə əlaqədar 1.551,72 manat əsas borc, 15.360 manat faiz boru cavabdehlər tərəfindən müştərək qaydada iddiaçıya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunmasın. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsaslı olduğunu, cavabdehlərin nümayəndələri isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin müxtəlif vəzifələrdə işləmiş, onunla bağlanmış əmək müqaviləsш xx.xx.2017-ci il tarixli əmrlə ləğv edilmişdir. İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin tədris hissəsinin müdiri vəzifəsində və 0.5 ştat vahidi ilə kimyanın tədrisi və metodikası kafedrasında dosent əvəzi-baş müəllim işlədiyi dövrdə xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə kimi 9 gün, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə kimi 12 gün, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə kimi 12 gün əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar stasionar müalicədə, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə kimi 2 ay ərzində ambulator müalicədə olmuşdur. İddiaçıya əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar 1887,75 manat müavinət hesablanmışdır. Bakı Dövlət Universiteti tərəfindən daxil olmuş əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv olunmuş Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş İdarəsi tərəfindən İddiaçı “xxxx” ASC-nin Yasamal filialındakı ******************** nömrəli hesabına xx.xx.2017-ci il tarixdə xx.xx.2017-xx.xx.2017-ci il dövrləri əhatə edən SN 00005 532601 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə görə ********************0264 saylı haqqhesab cədvəli üzrə 1143,10 manat, həmin tarixdə eyni bankın ******************** saylı hesabına xx.xx.2017-xx.xx.2017-ci il dövrləri əhatə edən SN 00005 532659 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə görə ********************5853 saylı haqq-hesab cədvəli üzrə 809,72 manat müavinət ödənilmişdir. Haqq-hesab cədvəli üzrə hesablanmış 809,72 manat müavinət hesab nömrəsində texniki səhvə yol verilməklə BDU-nun müəllimi Svetlana Qasımovanın hesabına ödənilib, lakin o, vəfat etdiyinə görə həmin məbləği onun hesabından geri almaq mümkün olmamışdır. Bu səbəbdən BDU tərəfindən İddiaçı “xxxx” ASC-nin Yasamal filialında olan hesabına nağd şəkildə xx.xx.2019-cu il tarixdə 745 manat və xx.xx.2020-ci il tarixdə isə 65 manat olmaqla, cəmi 810 manat vəsait iddiaçıya tamamilə ödənilmişdir. Bu məbləğin ödənilməsini cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “xxxx” ASC-nin Yasamal filialı tərəfindən verilmiş xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli mədaxil qəbzləri təsdiq edir. Beləliklə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar cavabdehlərin iddiaçıya müavinət borcu yoxdur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 2-ci hissəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar