Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8182/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İlkin iddia üzrə İddiaçı vəkili-nümayəndəsi Vəkil, Üçüncü şəxs "xxxx" MMC-nin vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MTK-na qarşı “mənzillərin təhvil verilməsi və mənzillərin açarlarının təqdim edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1223/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-na qarşı “mənzillərin təhvil verilməsi və mənzillərin açarlarının təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli, C-085/08 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 21 mərtəbəli yaşayış kompleksində C blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin və Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsiyev 13/15 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin ona təhvil-təslim edilməsi və mənzilin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli C-085/08 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili almışdır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, mənzilin dəyəri 198.159 manat təşkil etmişdir. Göstərilən məbləğ onun tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. Pulun ödənilməsi ilə bağlı Cavabdeh MTK tərəfindən 21 noyabr 2018-ci il tarixli 060 saylı maliyyə arayışı verilmişdir. Maliyyə arayışında göstərilir ki, İddiaçı, həqiqətən Cavabdeh MTK-nın ünvan 3 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 8-cı mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə C-085/08 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. O Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili almışdır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, mənzilin dəyəri 198159,00 AZN təşkil etmişdir. Göstərilən məbləğ onun tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. Pulun ödənilməsi ilə bağlı Cavabdeh MTK tərəfindən 21 noyabr 2018-ci il tarixli, 061 saylı maliyyə arayışı verilmişdir. Maliyyə arayışında göstərilir ki, İddiaçı, həqiqətən Cavabdeh MTK-nın ünvan 3 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 10-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə C-086/10 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. Müqavilələrin 3.17-ci bəndlərinə əsasən, Kooperativ “Payçının” əldə edəcəyi mənzilin yerləşdiyi binanı, müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürmüşdür. Kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi başa çatmışdır. Binadakı mənzillər bəzi payçılara təhvil verildiyi halda iddiaçıya məxsus mənzillər ona təhvil verilmir. Mənzillərin ona təhvil-təslim edilməsi və və mənzilin açarlarının təqdim edilməsi barədə o, 27 avqust 2020-ci il tarixdə poçt vasitəsi ilə Cavabdeh MTKnın hüquqi ünvanına və faktiki fəaliyyət göstərdiyi ünvana pretenziya (xəbərdarlıq) göndərmişdir. İddiaçı mənzillərin pay dəyərini cavabdehə tam ödəməklə həmin mənzillərə sahiblik, istifadə hüququ və gözlənilən mülkiyyət hüququ əldə etmişdir. İddiaçı Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08 mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı, 21 noyabr 2018-ci il tarixli C-85/08 saylı və ünvan 5 ünvanında inşa olunan 3- girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzillərə 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MTK qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK də qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08 mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı, 21 noyabr 2018-ci il tarixli C- 85 08 saylı müqavilə və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzillərə 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqavilə bağlamışlar. ünvan 6 ünvanda 25 yanvar 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X3- 50 mant, 50 pay haqqı, 50%, 2. X6 - 20 manat, 20 pay haqqı, 20 %, 3. X4 5 manat, 5 pay haqqı, 5%, 4. X2 5 manat, 5 pay haqqı, 5% və X7 20 manat, 20 pay haqqı, 20%) “KONSTRA ” Mənzil-Tikinti Kooperatini təsis etmişlər. Cavabdeh Mənzil-Tikinti Kooperati ünvan 7 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə Sifarişçi "xxxx" MMC ilə Cavabdeh MTK arasında 05 iyul 2018-ci il tarixli, 0507/01- 18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə 5.900.000 (beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvlərinin maraqlarına xidmət edir. Birincisi: cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuşdur? İkincisi: Mənzilin dəyərini kimə və vaxt ödəmişdir? üçüncüsü: Cavabdeh MTK-nin mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı niyə binanın tikintisi üçün hüquq müəyyən edici sənəd tələb etməmişlər. Yəni ünvan 4 ünvanında tikilən ev, kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamışdır. Daha sonra mənzilin dəyəri qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Bildirilir ki, mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Yuxarıda göstərilənlərə əsasən bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın balansında mənzil olmayıb və hal-hazırda da yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyil və onun tərəfindən bağlanmamışdır. Göstərilənlərdən aydın olur ki, mübahisələndirilən işin tərkibində cinayət tərkibi var, bu səbəbdən də 2(005)-1223/2021 saylı mülki işin tərkibinin olması barədə aidiyyatı orqanlara məlumat verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-da qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08 mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı, 21 noyabr 2018-cı il tarixli C-85/08 saylı müqavilə və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzillərə 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqavilələr əhəmiyyətsiz müqavilələrdir. Əhəmiyyətsiz müqavilələr bağlandığı andan etibarsızdır. Belə olan halda yuxarıda göstərilən 21 noyabr 2018-ci il tarixli C-85/08 saylı və 21 noyabr 2018-ci il tarixli C- 086/10 saylı müqavilələr etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1223/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli, C-085/08 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 21 mərtəbəli yaşayış kompleksində C blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzil və Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli C- 086/10 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsiyev 13/15 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin İddiaçı təhvil verilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh MTK apellyasiya şikayəti verərək, ilk iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, ilk iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh MTK apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzilin sahibi deyil və onun balansında heç bir yaşayış və qeyri-yaşayış yoxdur. Belə olan halda cavabdehlə iddiaçı arasında bağlanmış 21 noyabr 2018-ci il tarixli, C-085/08 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 8 ünvanında inşa olunmuş 21 mərtəbəli yaşayış kompleksində C blokunun 8- ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin və Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018ci il tarixli C-086/10 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsiyev 13/15 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzillərə dair müqavilə bağlandığı andan etibarsızdır. Mübahisələdirilən müqavilələr bır qrup şəxslər tərəfindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 05 iyul 2018-ci il tarixli podrat müqaviləsinə görə, sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh MTK arasında ünvan 9 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulub. Cavabdeh MTK uzun müddət gördüyü işlərin dəyəri barəsində heç bir məlumat verməmiş, bir sıra müqavilələri, o cümlədən iddiaçı ilə müqaviləni heç bir səlahiyyəti olmadığı halda, inşa edilən binada həmin vaxt ona heç bir sahə (yaşayış və ya qeyriyaşayış sahələri, o cümlədən mənzillər) ayrılmadığı halda bağlamışdır. Hətta bir sıra mənzillər MTK üçün ayrıldıqdan sonra da, o, iddiaçı ilə bağlanılmış müqavilədə göstərilən mənzili ehtiva etməmiş və MTK bu müqaviləni ümumiyyətlə MMC-yə təqdim etməmişdir. İddiaçının Cavabdeh MTK ilə bağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən "xxxx" MMC-nin “Sifarişçi" kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. Məhkəmə tərəfindən iddiaçının Cavabdeh MTK ilə bağladığı müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi, yaxud nə qədər ödənilməsi faktının sübut edilməsi yükünü iddiaçının üzərinə düşdüyünü müzakirə etməmiş, müqavilə ilə ödənilmiş muzd barədə mədaxil qəbzi tələb edilməmiş, ümumiyyətlə həmin muzdun ödənilməsi barədə heç bir sübut müəyyən edilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin vəkilinümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyatorlar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, satıcı Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış 21.11.2018-ci il tarixli C-085/08 saylı müqaviləyə əsasən satıcı Cavabdeh MTK dəyəri 198159 manat həcmində müəyyən edilmiş ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 m2 yaşayış sahəsi 136,40 m2 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı isə müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın 21.11.2018-ci il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ünvan 10 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43m2 yaşayış sahəsi 136,40 m2olan mənzilin dəyərini tam ödəmiş, kooperativə C-085/08 nömrəli müqavilə üzrə borcu yoxdur. Satıcı Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış 21.11.2018-ci il tarixli C-086/10 saylı müqaviləyə əsasən satıcı Cavabdeh MTK dəyəri 198159 manat həcmində müəyyən edilmiş ünvan 11 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı isə müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın 21.11.2018-ci il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ünvan 12 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 10-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 m2 yaşayış sahəsi 136,40 kv.m olan mənzilin dəyərini tam ödəmiş, kooperativə C-086/10 nömrəli müqavilə üzrə borcu yoxdur. "xxxx" MMC ilə Cavabdeh MTK arasında bağlanmış 05.07.2018-ci il tarixli 0507/01-18 saylı müqavilədən görünür ki, 5.000.000 manat müqabilində Cavabdeh MTK "xxxx" MMC-nin sifarişinə əsasən, ünvan 7 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirəcək. Qeyd olunan məbləğ yerinə yetirilmiş işlərin həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılığına əsasən, müvafiq həcmdə mənzil sahəsi ilə əvəz ediləcək. "xxxx" MMC ilə Cavabdeh MTK arasında 05.10.2019-cu il tarixdə razılaşma müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən 62 sayda mənzil Cavabdeh MTK-ya güzəşt edilmiş, lakin yuxarıda qeyd olunan mübahisəli mənzillər həmin siyahıya daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzilləri iddiaçıya təhvil verməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MTK arasında bağlanmış 05.07.2018-ci il tarixli 0507/01-18 saylı müqavilədən görünür ki, müqavilə üzrə tərəflər arasında podrat münasibətləri olmuş və Cavabdeh MTK "xxxx" MMC-nin sifarişi üzrə sonuncuya xidmət göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Qeyd olunan qanunvericilik normaları, eyni zamanda göstərilən müqavilənin müddəalarından da göründüyü kimi, Cavabdeh MTK tərəfindən podrat müqaviləsi əsasında inşa edilən yaşayış binası üzrə yalnız "xxxx" MMC-yə xidmət göstərmək hüquqları və öhdəlikləri olmuş, inşa edilən yaşayış binası üzrə hər-hansı alğı-satqı əməliyyatları aparmaq hüquqları olmamışdır. Belə olan halda, Cavabdeh MTK-nın ünvan 7 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının hər-hansı mənzilinə dair alğı-satqı müqaviləsi bağlamaq və buna dair pul vəsaiti almaq hüququ olmamışdır. Bundan başqa qeyd edilməlidir ki, Cavabdeh MTK ilə "xxxx" MMC arasında bağlanmış 05.10.2019-cu il tarixli razılaşma müqaviləsi Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrin etibarlı sayılmasına əsas vermir. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilələr (21.11.2018) Cavabdeh MTK ilə "xxxx" MMC arasında imzalanmış (05.10.2019) razılaşmadan əvvəl bağlanmışdır və həmin zaman Cavabdeh MTK-ya "xxxx" MMC tərəfindən alğısatqı müqaviləsi bağlamaq və buna dair pul vəsaiti almaq səlahiyyəti verilməmişdir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya hesab edir ki, 21.11.2018-ci il tarixli C-085/08 saylı müqavilə və 21.11.2018-ci il tarixli C-086/10 saylı müqavilə Cavabdeh MTK-nın qeyd olunan müqavilələri bağlamaq hüququ olmadan İddiaçı arasında bağlanıldığından, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda, Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış 21.11.2018-ci il tarixli C-085/08 saylı müqavilə və 21.11.2018-ci il tarixli C-086/10 saylı müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa etibarsız əqd isə özünun etibarsızlığından başqa hər-hansı hüquqi nəticələr yaratmadığından İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmiş cəmi 396.318 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya baxışı zamanı ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi eyni zamanda maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilsin. Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1223/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MTK-na qarşı “mənzillərin təhvil verilməsi və mənzillərin açarlarının təqdim edilməsi” tələbinə dair ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 21.11.2018-ci il tarixli C-085/08 saylı müqavilə və 21.11.2018-ci il tarixli C-086/10 saylı müqavilə etibarsız hesab edilsin. Cavabdeh MTK-dan 396.318 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8182/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8182/2021
23.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver