Məhkəmə qərarları › İş №2(103)-8186/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8186/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8186/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X5 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X13, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X20 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(005)- 2356/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-na, Cavabdeh2 MMC-nə qarşı müqavilə üzrə hüquqlarının tanınmaqla maneənin aradan qaldırılması və öhdəliyin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172/19 m2 yaşayış sahəsi 156,50 m2 olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzil sahəsinə dair İddiaçı müqavilə üzrə hüququnu tanımaqla həmin sahədən istifadəsi ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2 MMC və Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 05.07.2018-ci il tarixində Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 MTK nəzərdə tutulmuş tikinti quraşdırma işlərinin həyata keçirilməsi, "xxxx" MMC isə bunun müqabilində müqavilə ilə şərtləndirilmiş pul məbləğinin ödənilməsi öhdəliklərini üzərlərinə götürmüşlər. 05.07.2018-ci il tarixində Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış 0507/01-18 saylı müqaviləyə əsasən tərəflər 05.07.2018-ci il tarixli podrat müqaviləsi əsasında yerinə yetirilmiş işlərin həcminə uyğun olaraq Konstra” MTK-ya ödəniləcək maliyyə vəsaitinin müvafiq həcmdə mənzil sahələri ilə əvəz edilməsinə dair razılığa gəlmiş və imzaları ilə 0507/01-18 saylı müqaviləni təsdiq etmişlər.Cavabdeh1 MTK 05.07.2018-ci il tarixli müqaviləni imzaladıqdan sonra sözügedən tikinti işləri nəticəsində inşa ediləcək binalarda yerləşən mənzillərin satışını səlahiyyətli nümayəndə qismində iştirak edərək mənzillərin satışını həyata keçirmişdir. Qeyd edilməlidir ki, Konstra MTK-nın adından sosial sahələrdə və digər informasiya vasitələrində gedən yazılı və video görüntülü rekalmlarında ünvan 2 ünvanında tikilməkdə olan binanın satışını həyata keçirdiyi bildirilməkdədir. Eyni zamanda tikilməkdə olan binanın olduğu yerdə də Cavabdeh1 MTK-nın reklamı yerləşdirilmişdir. Cavabdeh1 MTK ilə hazırkı iş üzrə İddiaçı arasında ünvan 3 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin В blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət В 03 saylı mənzil sahəsinin alqı-satqısına dair 11. 04.2019-cu il tarixli, B-228/11 saylı müqavilə imzalanmışdır. Sözügedən müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MTK -ya 172190 AZN (yüz yetmiş iki min yüz doxsan manat) maliyyə məbləği vəsaiti ödənilməli olduğu göstərilmişdir və 22.04.2019-cu tarixdə iddiaçı tərəfindən yuxarıda qeyd edilmiş məbləğ tam şəkildə edilmiş, həmin məbləğin ödənilməsi faktı isə Cavabdeh1 MTK tərəfindən müəyyən edilmiş 22.04.2019-cu il tarixli, 203 saylı maliyyə arayışı ilə təsdiq edilmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin natura şəklində ödənilməsinə dair 07.01.2020-ci il tarixli “Təhvil- dim AKT” imzalanmışdır. Həmin razılşamaya əsasən ümumi mənzil sahəsi 6700 kv m (Altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin naturada Cavabdeh1MTK-ya verilməsi barəsində razılığa gəlinmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında 62 ədəd mənzilin naturada Cavabdeh1 MTK-ya verilməsi bir daha onlar arasında 21.01.2020-ci il tarixdə imzalanmış “Mənzillərin Bölgü aktı-na” əsasən tərtib edilmiş 62 ədəd mənzilin siyahısına dair Cədvəl 1-də öz əksini tapmışdır. Həmin razılaşmaya əsasən 24.01.2020-ci il tarixdə Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 MMC-yə В bloku, Sıra № 3, mərtəbə 11, otaq sayı 4, 172,19 kv-m-lik mənzil sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi barədə bildiriş göndərilmiş və Cavabdeh2 MMC tərəfindən sözügedən bildirişə əsasən həmin mənzil sahəsi iddiaçının adına təkmiləşdirilmiş və bu fakt Cavabdeh2 MMC-nin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir. Sözügedən mənzilin (Nərimanov ray., Möhsün Sənani küç., ev 13/15, Mənzil B03) İddiaçı adına rəsmiləşdirilməsinin “Orxan-TİT MMC tərəfindən təsdiqindən sonra iddiaçı tərəfindən mənzilə giriş qapısının quraşdırılmış və mənzil İddiaçı təhvil verilmişdir. "Konstra” MTK tərəfindən verilmiş 02.12.2019-cu il tarixli, 01 saylı Əmr əsasında ünvan 2 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış binasında yerləşən Cavabdeh1 MTK-nın icraçı direktoru X10 tərəfindən vətəndaşlara satılmış mənzil sahələrinə dair 169 ədəd alqı-satğı müqavilələri və maliyyə arayışlarının ləğv edilməsi əmr edilmişdir. Qeyd edir ki, Cavabdeh1 MTK-nın "xxxx" MMC-yə qarşı “təhvil-təslim aktının etibarsız hesab edilməsi və pul tələbi barədə” iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 MTK tərəfindən həyata keçirilən tikinti işlərinə çəkilmiş xərclərin Cavabdeh2 MMC-dən alınıb Cavabdeh1 MTK-ya ödənilməsi barədə xahiş etmişdir. Bildirir ki, e-2-2(13)-113/2021 saylı işlərə mübahisə hazırda davam etməkdədir. Bu isə öz növbəsində iddiaçının hüquqlarının həyata keçirilməsində müəyyən maneələrin meydana gəlməsinə səbəb olmaqdadır. İşin faktiki hallarından da görüldüyü kimi, Cavabdeh2 MMC və Cavabdeh1 TK arasında podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə görə Konstra MTK”-ya apardığı tikinti işləri müqabilində ümumi sahəsi 6700 (Altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin verilməsi barəsində razılığa gəlinmişdir. Beləliklə də, “Konstra MTK” 07 yanvar 2020-ci il tarixli “Təhvil- Təslim aktı” müəyyən edilən mənzillərin satışını həyata keçirməkdə səlahiyyətli olmuş və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi qismində hərəkət etmişdir. Eyni zamanda “Konstra MTK” ünvan 2 ünvanında tikilməkdə olan binanın satışını həyata keçirdiyini sosial şəbəkələrdə və digər informasiya vasitələrində yazılı afişlərlə və video yazılarla reklam etmişdir. Qayda olaraq hər hansı bir vətəndaşın tikilməkdə olan binadan ev alarkən həmin mənzili satmaqla səlahiyyətli olan şəxsi şəraitə müəyyən edə bilir. Cavabdeh1 MTK müqaviləyə əsasən binanın tikintisini keçirməkdə olduğu, bütün vasitələrlə həmin binadan mənzil satışını həyata keçirməklə səlahiyyətli olduğunu elan etdiyi, tikinti aparılan binadan öz reklam afişlərini asdığı nəzərə alınarsa, iddiaçının həmin binada mənzil satışı həyata keçirən Konstra MTK-nin tam səlahiyyətli olduğunu düşünməkdə tamamilə haqlı olduğu özözlüyündən məlum olur. Qeyd olunan şərait iddiaçı digər bütün üçüncü şəxslər baxımından Cavabdeh1 MTK-nın normalda həmin mənzillərin satışı baxımından tam səlahiyyətli olduğuna dair hüquqi nəticə əmələ gətirir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə müqavilənin bağlandığı dövrdəki şəraitdə Orxan TİT MMC ümumiyyətlə bina baxımmdan aidiyyəti və səlahiyətli kimi görünmürdü və belə bir görüntünün formalaşmasında Orxan TİT MMC-nin birbaşa özünün rolu olmuşdur. Nəticə etibarı ilə, iddiaçının Cavabdeh1 MTK ilə bağladığı mənzil sahəsinin alqı-satqısına dair 22 aprel 2019-cu il tarixli, B-228/11 saylı müqavilə Cavabdeh1 MTK tam səlahiyyətli şəxsdir. Qaldı ki, Konstra” MTK və Orxan TİT MMC ilə aralarında bağlanmış müqaviləyə zidd alqı-satqı müqavilələri bağlamış olsaydı belə, iddiaçıya münasibətdə Konstra” MTK hüquqi baxımdan yenə də səlahiyyətli şəxs hesab olunur. Belə ki, Cavabdeh1 MTK, Orxan TİT MMC-nin faktiki və yazılı razılığı ilə mənzillərin satışını həyata keçirmişdir. Cavabdeh1 MTK, bu mənzillərin satışından "xxxx"-TİT MMC ilə öz aralarındakı müqavilə şərtərinə zidd şəkildə həyata keçirməsi, iddiaçı ilə Cavabdeh1 MTK arasındakı müqavilənin etibarlılığına hüquqi baxımdan heç bir təsiri yoxdur. Çünki müqavilə yalnız onun tərəfləri üçün öhdəlik əmələ gətirə bilər və bu səbəblə də müqavilələrdən əmələ gələn hüquqlar (tələb hüquqları) nisbi mahiyyətdə olur, yəni sözügedən tələb hüquqları hamıya deyil, yalnız müqavilənin tərəflərinə qarşı irəli sürülə bilər. Bu səbəblə də Orxan TİT MMC, Cavabdeh1 MTK ilə öz aralarında bağlanmış müqavilə öhdəliklərinin pozulmasına istinad edərək həmin müqavilənin tərəfi olmayan iddiaçıya qarşı heç bir tələb irəli sürə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, hüquqi müstəvidə Cavabdeh1 MTK tam səlahiyyətli subyekt kimi iddiaçı ilə müqavilə bağlamışdır. Ancaq, hətta Konstra” MTK, "xxxx" MMC-nin təmsilçi və nümayəndəsi hesab olunduğu təqdirdə belə yenə də qanunvericliyin tələblərinə görə, iddiaçı səlahiyyətli şəxslə müqavilə bağlamış hesab olunur. Maddə mətnindən də görünür ki, təmsilçinin səlahiyyəti fəaliyyət göstərdiyi şəraitə görə də müəyyən edilir. Bu səbəblə də hətta mənzillərin satışı baxımından "xxxx" MMC səlahiyyətli şəxs olsaydı, yenə də Cavabdeh1 MTK iddiaçı ilə bağlanan müqavilə baxımından “Orxan TİT' MMC-nin tam səlahiyyətli nümayəndəsi hesab olunur. Çünki şəraitə görə, Konstra” MTK-nm səlahiyyətli olduğu aşkar bəlli olur. Beləliklə, hətta binadakı sahələrin satışı baıxmından "xxxx" MMC əsl hüquq sahibi şəxs hesab olunsa belə, yenə də müqavilənin bağlandığı şəraitdən Cavabdeh1 MTK, Orxan TİT” MMCnin səlahiyyətli təmsilçisi və nümayəndəsi hesab olunur. Hüquqi baxımdan ən əhəmiyyətlisi isə odur ki, iş materiallarından görünür ki, Cavabdeh1 MTK tərəfindən "xxxx" MMC-yə göndərilmiş bildirişə əsasən B bloku, Sıra № 3, mərtəbə 11, otaq sayı 172,19 kv.m-lik mənzil sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi tələb edilmiş və Cavabdeh2 MMC tərəfindən gedən bildirişdəki məlumat təsdiqlənmiş və həm Cavabdeh1 MTK, həm də "xxxx" MMC bu faktı imza və möhürləri ilə təsdiqləmişdirlər. Cavabdeh1 MTK cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İlkin iddia üzrə iddianın rədd edilməsi və ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172.19 kv.m yaşayış sahəsi, 156,50 kv.metr olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilə dair 22 aprel 2019-cu il tarixli B-228/11 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda 25 yanvar 2018-ci ıl tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X14- 50 mant, 50 pay haqqı, 50%, 2. X26 20 manat, 20 pay haqqı, 20 %, 3. X17 - 5 manat, 5 pay haqqı, 5%, 4. X11 5 manat, 5 pay haqqı, 5% və X27 20 manat, 20 pay haqqı, 20%) “KONSTRA" Mənzil-Tikinti Kooperatini təsis- etmişlər."xxxx" MənzilTikinti Kooperativi ünvan 5 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə sifarişçı "xxxx" MMC də "xxxx" MTK arasında 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə 5900000-00 (beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə təriflər arasında bağlanmış 05 iyul 2018- ci ıl tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər Sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 6 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və В blokları) İ-cı və 2-ci mərtəbəsində qeyri yaşayış sahələr zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq "ŞƏHƏR İNCİSİ" yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvləri X15, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, X26 tərəfindən aparılması, X7 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X8 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X18 tərəfindən kooperativin digər üzvü X8 29 yanvar 20/8- ci ıl tarixli 7E-1466 nömrə də qeydə alınmış Etibarnamə verilmişdir. "xxxx" MTK-nm üzvü X19 tərəfindən "xxxx" MTK- nın digər üzvü X8 verilən 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan "xxxx" MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X6 qeyri qanunı hərəkətlərindən xəbər tutan X18 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X15 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X26 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Daha sonra X15 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X26 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfir, təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X15 və Əiiyev Tahir Təmiraz oğlu hal-hazırda ölkə hüdudlarından kənardadırlar. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 7 ünvanında inşa olunan 3-gırişlı, 21 mərtəbəli yaşayış evinin giriş В blokunun 11 mərtəbəsində yerləşən ümumi sahəsi 172.19 kv.m yaşayış sahəsi, 156,50 kv.metr olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilə dair qeyri qanuni olaraq, heç bir hüquqi əsası olmayan 22 aprel 2019-cu il tarixli B-228/11 saylı müqavilə bağlamışlar. Belə ki, "xxxx" MTK ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilə, iddiaçı "xxxx" MTK-ya podratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X27, X15, X21 etibardan sui istifadə edərək, qeyrilər də əlbir olaraq 3-cii şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvülərinin maraqlarına xidmət edir. Birincisi: cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuşdur? İkincisi: Mənzilin dəyərini kimə və vaxt ödəmişdir? Üçüncüsü: "xxxx" MTK-nin mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı "KONSTRA ” MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, qarşılıqlı iddia üzrə cavabdeh niyə binanın tikintisi üçün hüquq müəyyənedici sənəd tələb etməmişlər. Yəni ünvan 7 ünvanında tikilən ev, kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamıışdir. Daha sonra mənzilin dəyəri qarşlıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Cavabdeh2MMC qarşılıqlı İddiaçı və Cavabdeh1 MTK-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ünvan 8 ünvanında inşa edilən3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172.19 kv.m olan 3 otaqdan ibarət B03 saylı mənzilə üzrə “Konstra" MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC (“Sifarişçi”) ilə Cavabdeh1 MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə № 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Podratçı" “Sifarişçi”nin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 5 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. “OrxanTİT" MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış 5 iyul 2018-ci il tarixli müqavilə ilə görüləcək işlərin ümumi dəyəri 5,000,000 AZN (beş milyon) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.1 bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri Podratçı tərəfindən müvafiq qaydada hesablanmış və Sifarişçiyə təqdim olunmuş işlər həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvil təslim aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Bağlanmış “Podrat” müqaviləsinə əsasən, podratçı, sifarişçinin tapşırığı ilə özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüş, sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmişdür. Sifarişçi Cavabdeh2 MMC ilə podratçı “Konstra" MTK arasında ünvan 9 ünvanında yerləşən 3 bloklu 2 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh1 MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, “Konstra" MTK-nın icraçı direktoru X10 tərəfindən MTK-nın digər payçıları olan X19, X26, X17, X27 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrıayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. 07 yanvar 2020- ci il tarixli “Təhvil-Təslim” Aktından görünür ki, tərəflər “A" və “B” blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, “Podratçı” tərəfindən 12,758.23 (on iki min yeddi yüz əlli səkkiz, 2.3) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. Sözügedən Akta əsasən “Podratçı” tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş, 12,758.2.3 kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan tikinti quraşdırma işlərinin müqabilində, Podratçıya 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan 21 yanvar 2020-ci il tarixdə A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən Sifarişçi tərəfindən Podratçıya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə Podratçı tərəfindən Sifarişçiyə məktub göndərilərək, “Təhvil-Təslim Aktının və Mənzillərin Bölgü Aktının müddəalarına uyğun olaraq 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin onlar tərəfindən göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin hal-hazırda Cavabdeh1 MTK 12.03.2020-ci il tarixdə 07.01.2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. 24 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında X2 olduğu “Konstra'" MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X3 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Cinayət işinin başlanmasına səbəb və əsas "Konstra” MTK-nın vəzifəli şəxslərinin sifarişçi Cavabdeh2 MMC ilə bağlanmış müqavilə əsasında ünvan 10 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından suiistifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, sifarişçi Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 9 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqavilə üzrə “Konstra" MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cii bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X12 tərəfindən MTK-nın digər payçıları olan X19, X26, X17, X27 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. Cinayət işi 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə başlanılmış və istintaq aparılır. İddiaçının iddia ərizəsində paylı mülkiyyətlə əlaqədar istinad etdiyi Mülki Məcəllənin müddəalarına Cavabdeh2 MMC-nin heç bir aidiyyəti yoxdur. Belə ki, "Konstra” MTK ilə Cavabdeh2 MMC arasında birgə fəaliyyət ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır. Cavabdeh1 MTK-nın öhdəçiliyinin təmin edilməsi barədə Cavabdeh2 MMC üzərinə heç bir öhdəçilik götürməmişdir. "xxxx" MMC-nin həmçinin iddiaçıya hər hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə Cavabdeh2 MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(005)- 2356/2021 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172/19 m2 yaşayış sahəsi 156,40m2 olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilə sahiblik və istifadəsinə cavabdehlər Cavabdeh1 MKT-i və "xxxx"-TİT MMC tərəfindən yaradılan maneələrə son qoyulması və həmin mənzilin İddiaçı təhvil verilməsi, Cavabdeh1 MTK–nın İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, Cavabdeh2 MMC-nin İddiaçı və Cavabdeh1 MTK-a qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2356/2021 saylı iş üzrə 20.05.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçının əsaslandığı 5 iyul 2018-ci il tarixli müqavilənin şərtlərinə aydınlıq gətirərək qeyd edir ki, sifarişçi Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 9 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh1 MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X10 tərəfindən MTK-nın digər payçıları olan X19, X26, X17, X27 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrıayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim" Aktından görünür ki, tərəflər “A” və “B” blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, “Podratçı” tərəfindən 12,758.23 (on iki min yeddi yüz əlli səkkiz, 23) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. “Podratçı” tərəfindən ödənilmiş 1,610,705.00 (bir milyon altı yüz on min yeddi yüz beş) manat sadələşdirilmiş tikinti vergisinin məbləği nəzərə alınmışdır. Sözügedən Akta əsasən "Podratçı” tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş, 12,758.23 kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan tikinti quraşdırma işlərinin, habelə vergi məqsədləri üçün ödədiyi 1, 610,705.00 (bir milyon altı yüz on min yeddi yüz beş) manat vəsaitin müqabilində. Podratçıya 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan 21 yanvar 2020-ci il tarixdə A və В blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim Aktına əsasən Sifarişçi tərəfindən Podratçıya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə Podratçı tərəfindən Sifarişçiyə məktub göndərilərək, 4 “Təhvil-Təslim Aktının və “Mənzillərin Bölgü Aktının müddəalarına uyğun olaraq 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin onlar tərəfindən göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Həmin məktublarda iddiaçı haqqında heç bir məlumat qeyd edilməmiş, və ona Podratçının satdığı ev barədə heç bir məlumat verilməmişdir. Lakin, onlara məlum olmuşdur ki, “Sifarişçi”nin razılığı və xəbəri olmadan ona məxsus mənzillər, qeyri-yaşayış sahələri, o cümlədən qarajlara dair “Podratçı” tərəfindən digər şəxslərlə saxta müqavilələr bağlanılmışdır. Bu müqavilələrə görə “Orxan-TİT" MMC heç bir məsuliyyət daşımır. Cavabdeh2 MMC bu müqavilələrin tərəfi deyildir və Cavabdeh1 MTKnın saxta müqavilələrinin tərəfləri qarşısında heç bir öhdəçiliyi yoxdur. Cavabdeh1 MTKnın əməkdaşları tərəfindən saxta müqavilələrin tərtib olunması barədə ilk vaxtlar Cavabdeh1 MTK-nın özünə xəbərdarlıq, 24.02.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir. Cavabdeh1 MTK-nın direktoru Rəsulov D tərəfindən Cavabdeh2 MMC-yə məktub göndərilərək bildirilmişdir ki, 15.02.2019-cu il tarixinədək 4.989.672 AZN dəyərində müştərilərə alqı-satqı və barter əməliyyatları həyata keçirilmişdir. Cavabdeh1 şirkəti olaraq üzərilərinə onu götürmüşlər ki, bundan sonra bütün alqı-satqı və barter əməliyyatlarını sifarişçinin ümumi razılığı olmadan həyata keçirməyəcəkdirlər. Göründüyü kimi, iddiaçının “ Podratçı” Cavabdeh1 MTK ilə bağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən Cavabdeh2 MMC-nin “Sifarişçi” kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. 30 oktyabr 2019-cu il tarixli "Konstra” MTK-nın direktoru Abbaslı B. tərəfindən imzalanmış məktubdan görünür ki, Cavabdeh1 MTK-nın qərarı ilə 5 oktyabr 2019-cu ildə Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış razılaşma müqaviləsi, 5 iyun 2018-ci il tarixli podrat müqaviləsi və ondan irəli gələn 1, 2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıq yalnız “Şəhər İncisi” yaşayış kompleksinin A və В bloklarına aiddir. Cavabdeh1 MTK-nın C bloku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq “Konstra" MTK-nın C blokuna aid bağladığı satış müqavilələrini birtərəfli qaydada ləğv etdiyini bildirmişdir. 24 fevral 2020-ci il tarixdə onların Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında X2 olduğu Cavabdeh1 MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X4 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Cinayət işinin başlanmasına səbəb və əsas "Konstra” MTK-nın vəzifəli şəxslərinin sifarişçi Cavabdeh2 MMC ilə bağlanmış müqavilə əsasında ünvan 11 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından sui-istifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. İddiaçının 5 iyul 2018-ci il tarixli müqavilə ilə bağlı irəli sürdüyü fikirlər podrat müqaviləsinin hüquqi mahiyyətinə zidd olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin həm paylı mülkiyyət hüququ, həm də podrat müqaviləsi barədə müddəalarına ziddir. Belə ki, podratçı əlavə xərclər etsə belə, bu onu paylı mülkiyyətçi hesab etmək üçün yetərli əsas deyildir. İddiaçının qeyd etdiyi kimi, 5 iyul 2018-ci il tarixli müqavilin qiyməti ehtimal olunan məbləğ ( beş milyon manat) formasında qeyd edilmişdir. Həmçinin, görülən işin ödənişi, bir qayda olaraq, obyektin sifarişçi tərəfindən qəbulundan sonra yerinə yetirilir. İddiaçının iddia ərizəsində paylı mülkiyyətlə əlaqədar istinad etdiyi Mülki Məcəllənin müddəalarına “Orxan-TİT" MMC-nin heç bir aidiyyəti yoxdur. Belə ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında paylı mülkiyyətlə əlaqədar heç bir müqavilə bağlanmamış, Cavabdeh1 MTK-nın öhdəçiliyinin təmin edilməsi barədə Cavabdeh2 MMC üzərinə heç bir öhdəçilik götürməmişdir. Cavabdeh2 MMC-nin mülkiyyətində olan mənzillərdən həmçinin iddiaçıya hər hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə “Orxan-TİT" MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. Lakin məhkəmə Cavabdeh2 MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin В blokunun 12-ci mərtəbəsində və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilləri hansı əsasla, hansı müqavilə əsasında iddiaçıya Cavabdeh1 MTK tərəfindən verilməsini əsaslandırmamış, qanunvericiliyin tələblərini kobut surətdə pozmuş, əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X34 qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X22 iddia ərizəsinin dəlillərinə istinad edərək, Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, İş materiallarında olan Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 22.04.2019-cu il tarixli B-228/11 nömrəli müqaviləsinin surətindən görünür ki, “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172/19 m2 yaşayış sahəsi 156,50m2 olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilin “Payçı’-ya verilməsini, “Payçı” isə bu Müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1000,00 AZN (bir min manat 00 qəpik) təşkil edir. Bu Müqaviləyə əsasən “Payçıya verilən mənzilin ümumi dəyəri (pay haqqının tam məbləği) 172190,00 AZN (yüz yetmiş iki min yüz doxsan, manat 00 qəpik) təşkil edir. Bu Müqavilənin imzalandığı gün “Payçı” “Kooperativə mənzilin ümumi dəyəri 172190,00 manat (yüz yetmiş iki min yüz doxsan manat, 00 qəpik) məbləğində ilkin avans ödənişi (pay haqqı) həyata keçirməlidir. “Payçı” mənzilin ümumi dəyərinin qalan hissəsinin, yəni 00.00 AZN həcmində vəsaiti, bu Müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavəyə uyğun olaraq. Müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində bərabər hissələrə bölünməklə ödəyir. İş materiallarında olan 22.04.2019-cu il tarixli 203 №-li maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh1 MTK-nın Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən B11-03 mənzil, ümumi sahəsi 172,19m2 , yaşayış sahəsi 156.50 kv.m olan 4 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə B-228/11 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. İş materiallarında olan 21 yanvar 2020-ci il tarixli mənzillərin bölgü aktından görünür ki, sifarişçi Cavabdeh2 MMC tərəfindən, podratçı “Konstra MTK”-a 62 ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş, 6700,00 kv.m ümumi mənzil sahələrinin blokları üzrə bölgüsünə dair razılığa gəlmişlər. Tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən sifarişçi Cavabdeh2 MMC tərəfindən B bloku üzrə, ümumi sahəsi 3574 kv.m olan 27 ədəd mənzilin podratçı “Konstra MTK”-a verilməsi barədə razılığa gəldilər. İş materiallarına əlavə olunmuş İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən məhkəmə kollegiyasına 2(103)-8186/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli barışıq sazişi təqdim edilmişdir. Tərəflər arasında barışıq sazişi bağlanılsa da, barışıq sazişi məhkəmə kollegiyasına təqdim olunmuşdur, məhkəmə kollegiyası sözügedən barışıq sazişini təsdiq etməmişdir.Belə ki, tərəflər arasında bağlanılmış barışıq sazişindən görünür ki, tərəflərin hər hansı bir öhdəlikləri qalmamışdır.Həmin Sazişdən görünür ki, tərəflər arasındakı mübahisə həllini tapmış, yəni cavabdehlər mübahisəli mənzil açarları ilə ilə birlikdə İddiaçı təhvil vermişlər, İddiaçı isə mənzili açarları ilə birlikdə qəbul etmişdir. Məhkəmə kollegiyası ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Birinciinstansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçıpayçı arasında bağlanmış 22 aprel 2019-ci il tarixli B-228/11 nömrəli müqaviləyə əsasən kooperativ ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən B11-03 mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilədə digər qeyd-şərt göstərilməmişdir, həmin müqavilənin qüvvədə olması digər müqavilənin qüvvədə olması ilə şərtləndirilməmişdir. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh1 həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.metr, yaşayış sahəsi 156,50 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B03 nömrəli mənzili İddiaçı sahiblik və istifadəsinə verməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu mənzili təhvil verməyərək bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı şəxsin iddia tələbi üzrə Cavabdeh1 MənzilTikinti Kooperativi ilə İddiaçı qızı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli B- 228/11 nömrəli müqavilə ilə cavabdeh şəxs üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.metr, yaşayış sahəsi 156,50 kv.metr olan izolə olunmuş dörd otaqdan ibarət B03 nömrəli mənzili, habelə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli B-228/11 nömrəli müqavilə ilə cavabdeh şəxs üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.metr, yaşayış sahəsi 156,50 kv.metr olan izolə olunmuş dörd otaqdan ibarət B03 nömrəli mənzili, sonuncuya təhvil verməyərək müqavilənin şərtlərini və mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozduğundan ilkin iddia tələbi təmin edilməli, yuxarıda qeyd edilən mənzili İddiaçı təhvil verilməlidir. Qarşılıqlı iddia ərizələri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Həmin Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Həmin Məcəllənin 339.3-cü maddəsinin tələbinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Hər iki qarşılıqlı iddia üzrə iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında mövcud olan müqavilənin buna səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmasını təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edilmədi. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilə hər iki tərəfin razılığı ilə könüllülük əsasında bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öz üzərinə düşən öhdəliklər tam həcmdə yerinə yetirilmişdir. Belə olan halda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qarşılıqlı iddiaçılar iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanan müqavilənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Cavabdeh1 MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı və Cavabdeh2MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1MTK-a qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, müqavilə şərtlərinə uyğun olaraq ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172/19 m2 yaşayış sahəsi 156,40m2 olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzil açarları ilə birlikdə İddiaçı təqdim edildiyindən, İddiaçı isə mənzili açarları ilə birlikdə qəbul etdiyinidən, tərəflərin hər hansı bir öhdəlikləri qalmadığından tərəflər arasındakı barışıq sazişi təsdiq edilmədiyindən apellyasiya şikayəti formal xarakterli olmuşdur. Həmçinin, Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbindən imtina etməmiş, apellyasiya şikayəti verən şəxs isə apellyasiya şikayətindən imtina etməmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(005)-2356/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar