Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8211/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 30.06.2021-ci tarixli qərardadından ərizəçinin şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, ərizənin baxılmaq üçün qəbul edilməsindən imtina olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, ərizədə xahiş olunub ki, “X1” MMC-nin 22.06.2020-ci il tarixli, 261 nömrəli mütəxəssis rəyində qeyd edilən kordinatların Azərbaycan SSR Nazirlər Sovetinin 30.12.1990-cı tarixli, 600 nömrəli qərarına əsasən Abşeron rayonunun Novxanı üzümçülük–heyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə ayrılmış 7,0 hektar torpaq sahəsinin tərkibində yerləşən, sahəsi 600 kv.m olan 51 nömrəli bağa aid olması faktı müəyyən edilsin. Birinci instansiya məhkəməsi həmin ərizənin baxılmaq üçün qəbul edilməsindən ona görə imtina edib ki, ərizədə müəyyən edilməsi xahiş olunan fakt hüquqi əhəmiyyətə malik deyil. Qanunvericiliyə görə məhkəmə o faktları müəyən edir ki, onlar hüquqi əhəmiyyətə malikdir. Belə ki, Mülki-Prosessual Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və gəldiyi nəticəni lazımi qaydada əsaslandırıb. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8211/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8211/2021
13.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver