Məhkəmə qərarları › İş №2(103)-8217/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8217/2021

11.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8217/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4486/2021 saylı, 08 may 2021-ci il tarixli nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı yük nəqliyyat aşırım neft bazasının Güzdək yanacaqdoldurma sexində Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Neft məhsullarının qəbulu və göndərilməsi bazasında 01.08.1977-ci ildən 1998-ci ilə qədər zərərli iş şəraitində işləməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4486/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, ərizə iddiaçının zərərli iş şəraitində işləməsi faktının müəyyən olunması barədədir. İddiaçı ərizədə uyğunsuzluğu düzəltməklə bağlı cavabdehə müraciətlər etdiyini bildirməklə bərabər vəkil sorğusu iş materiallarına əlavə edilsə də, həmin müraciətlərin cavabdehə çatdırıldığını təsdiq edən sübutlar ərizəyə əlavə edilməmişdir. Beləliklə, iddiaçı hazırkı tələblə bağlı ilk növbədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə, müraciətin nəticəsinə müvafiq olaraq isə məhkəməyə müraciət etməli olduğu halda, birbaşa Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Həmin qərardaddan ərizəçinin şikayəti birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi şikayətin təmin edilməsini xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi isə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materillarının 6-cı səhifəsindən görünür ki, ərizəçi ilk öncə işlədiyi müəssisəyə müraciət etmiş və onun müraciəti əsasında 17.02.2021-ci il tarixli arayış verilmişdir. Göründüyü kimi ərizəçi 308-ci maddənin tələblərini yerinə yetirmiş və təsdiq edilməsini xahiş etdiyi faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Buna görə də kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, məhkəmə iddia ərizəsi üzrə icraatın mümkünlüyü məsələsinə yenidən qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4486/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar