Məhkəmə qərarları › İş №2(103)-8225/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8225/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8225/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş, iddianı təmin etmə tədbiri kimi Cavabdeh1 məxsus əmlakın üzərinə həbs qoyulması barədə ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun və ərizə təmin olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, iddia ərizəsinin verilməsi öz-özlüyündə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi üçün əsas deyil. İddianı təmin etmə institunun məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir, yəni qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısını almaq məqsədilə tətbiq edilə bilər. İddiaçı pul ödənilməsini tələb edir. Cavabdehin əmlakına həbs o halda qoyula bilər ki, həbsin tətbiq edilməməsi qətnamənin icrasını çətinləşdirsin və ya qeyri-mümkün etsin. Lakin bu hal müəyyən olunmur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 157-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366 və 368-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar