Məhkəmə qərarları › İş №2(103)-8240/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8240/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8240/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(007)-617/2020 № mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan cavabdeh (borclu) Cavabdeh verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Cavabdeh (borclu) Cavabdeh ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək həmin məhkəmənin 2(007)-617/2018 saylı iş üzrə qəbul etdiyi qətnamənin onun tərəfindən hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (iş v. 120). Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmişdir (iş v. 194). Borclu Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsinin təmin edilməsini xahiş etmişdir (iş v. 198). Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti (şikayət vermə müddətinin keçməsi əsası ilə) təmin etməmişdir (iş v. 202). Borclu Cavabdeh xx.xx.2020-ci il tarixli qərardaddan verdiyi şikayətə (iş v. 205-206) baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir (iş v. 226). Şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad (İş № 2(103)-6336/2020) ilə şikayətin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsini və xx.xx.2020-ci il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətin müzakirə edilməsi üçün işin həmin Rayon Məhkəməsinə qaytarılmasını qərara almışdır (iş v. 240- 241). Bundan sonra Rayon Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə xx.xx.2020-ci il tarixli qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır (iş v. 245). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, hazırki iş üzrə apellyasiya icraatının başlanması üçün əsas yoxdur, apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayətin prosessual müddətinin ötürülməməsi ilə verildiyini hesab etmişdir, belə olan halda şikayətə Bakı Apellyasiya Məhkəməsinin özü tərəfindən baxılmalıdır. Yaranmış vəziyyətlə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 398-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə a birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1.); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2.); qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3.) hüququna malikdir. MPM-nin 399-cu maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-nin 269-cu maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). İşin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad (İş № 2(103)-6336/2020) ilə Cavabdeh şikayətinin qaytarılması barədə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edərək xx.xx.2020-ci il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətin müzakirə edilməsi üçün işin həmin Rayon Məhkəməsinə qaytarılmasını qərara almışdır. Lakin Rayon Məhkəməsi onun üçün artıq məcburi olan prosessual hərəkəti etməmiş, MPM-nin 399 və 269-cu maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayətə Rayon Məhkəməsi tərəfindən qiymət verilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366, 402-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və xx xxxxxx 2020-ci il tarixli qərardaddan cavabdeh (borclu) Cavabdeh verdiyi şikayətə baxılması üçün mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar