Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8243/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı,mülkiyyət hüququ üzrə ona məxsusBakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsi, 1 saylı evdən Cavabdeh və onun azyaşlı övladı Nuray Əhmədovanın istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsi, 1 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evdə qeydiyyatda olan, lakin orada yaşamayan keçmi gəlini cavabdeh və onun azyaşlı övladının pasport qediyyatında qalmaları iddiaçının artıq kommunal xərclər ödəməsinə, evə dair sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb olur. Ona görə də, sözügedən evdə cavabdehin pasporta qeydiyyatında qalmasına heç bir hüquqi əsas yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddianın rədd edilməsi, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsi, 1 saylı fərdi yaşayış evinə istifadə hüququ olmadığına görə bu qətnamənin cavabdehin azayaşlı övladı Nuray Əhmıdova ilə birlikdə həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək qətnamənin Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsi, 1 saylı fərdi yaşayış evinə istifadə hüququ olmadığına görə bu qətnamənin cavabdehin azayaşlı övladı Nuray Əhmədova ilə birlikdə həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olmasına aid hissədə ləğv, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh iddiaçının oğlu İlqar Əhmədovla xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2015-ci il tarixdə Nuray Əhmədova adlı uşaqları doğulmuşdur. Həmin vaxtdan da iddiaçı və ailə üzvləri tərəfindən fərdi yaşayış evinə ailə üzvü kimi köçürülmüş və birlikdə həmin evdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Bu ev cavabdehin və onun azyaşlı uşağının daimi yaşayış yeri olmuşdur, onun şəxsi yaşayış yeri, mənzili yoxdur. Belə ki, onun yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmamış, həmçinin köçüb yaşayacaq, istifadə edəcək digər bir mənzilə mülkiyyət hüququ əldə etməmiş və hazırda pasport qeydiyyatına alınmağı üçün yaşayış sahəsi mövcud deyildir. Məhkəmə iclasında iştirak edən cavabdeh, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Suala cavab olaraq bildirdi ki, hazırda azyaşlı övladı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. İddiaçı isə, apelyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, cavabdeh 2014-cü ildə iddiaçının oğlu ilə ailə quraraq ona məxsus fərdi yaşayış evinə gəlin köçmüş və pasport qeydiyyatına alınmışdır. Bu zaman mülkiyyətçi olaraq onunla cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququna dair notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmamış, o sadəcə cavabdehin həmin evdə yaşamasına və qeydiyyata alınmasına icazə vermişdir. Lakin 2018-ci ildə oğlu ilə aralarındakı nikah pozulduğundan cavabdeh azyaşlı uşağı ilə birlikdə həmin evdən çıxmış və hazıra kimi valideynlərinə məxsus evdə yaşayır. Ona görə də, cavabdehin və azyaşlı uşaqğının iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalmalarının heç bir hüquqi əsası yoxdur və bu hal, onun mülkiyyət hüquqlarının realizəsinin əsassız şəkildə məhdudlaşdırır. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kollegiya vurğulayır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, kommersiya, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Hazırda iddiaçı, cavabdehin və azyaşlı uşağının ona məxsus mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün onların həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. Kollegiya hesab edir ki, bu, məhkəmə (mülki mühakimə icraatı) qaydasında baxılmalı olan tələb olmayıb inzibati xarakterlidir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsi, 1 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçının oğlu İlqar Əhmədova nikaha girərək, mübahisəli fərdi yaşayış evinə gəlin köçümüş və onların bu nikahdan xx.xx.2015ci il tarixdə Nuray Əhmədova alı uşaqları doğulmuşdur.Cavabdeh və azyaşlı qızı Nuray Əhmədova iddiaçınınrazılığı əsasında sözügedən evə qeydiyyata alınmışlar. Sonradan ailə münasibətləri pisləşmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin vaxtdan hazıradək cavabdeh, azyaşlı övladı ilə birlikdə valideynlərinə məxsus başqa evdə yaşayır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh mübahisə predmeti Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsi, 1 saylı fərdi yaşayış evinə mülkiyyətçinin razılıq ərizəsi əsasında qeydiyyata alınmış, lakin hazırda faktiki olaraq orada yaşamayan, eyni zamanda həmin evə istifadə hüququ olmayan şəxsdir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir (Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarı). Hazırkı iddianın (istifadə hüququnun itirilmiş hesab edilməsi) əsası, yəni iddiaçının bu iddianı qaldırmaqla çatmaq istədiyi məqsəd isə, cavabdehin və onu azyaşlı övladının sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasından ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarına əsasən isə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Odur ki, hazırkı iddia tələbi inzibati xarakterli olduğundan ona mülki mühakimə icraatında baxılması mümkün deyil. Ona görə də, hazırkı mülki işin icraatına xitam verilməli və iddiaçıya bu tələblə bağlı aidiyyəti inzibati orqana, imtina aldıqda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-774/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbilə aidiyyəti inzibati orqana müraciət edə, bundan imtina edildikdə isəmüvafiq inzibati məhkəmədə iddia qaldıra bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8243/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8243/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver