Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8245/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2275/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ünvan 1 ünvanın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2275/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
3. Qətnamədən Cavabdeh1 və Y.İbrahimovun verdiyi apellyasiya şikayətləri baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7370/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2275/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir.
5. Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərardadı idə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2275/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X1 tərəfindən verilmiş apellyasiya şikayətləri geri qaytarılmışdır.
6. Cavabdehlər Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7370/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında göstərilmiş nöqsanları aradan qaldırmış və yenidən cavabdehlər Cavabdeh1 və Nərimanov rayonu 18 saylı MKİS tərəfindən verilmiş apellyasiya şikayətləri verilmiş, eyni zamanda, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə verilmişdir.
7. Cavabdehlər Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7370/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında göstərilmiş nöqsanları aradan qaldırmış və yenidən cavabdehlər Cavabdeh1 və Nərimanov rayonu 18 saylı MKİS tərəfindən verilmiş apellyasiya şikayətləri verilmiş, eyni zamanda, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə verilmişdir.
8. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2275/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22(005)-2275/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlərin apellyasiya şikayətləri verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsi təmin edilərək verilmiş apellyasiya şikayətlərinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. İddiaçı tərəfin müddətin bərpa olunması barədə qərardadından verdiyi şikayət məhkəmənin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
12. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2275/2022 saylı, 30 avqust 2022ci il tarixli qətnaməsi tərəflərin elektron kabinetində xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, qətnamədən ilk olaraq apellyasiya şikayətləri xx.xx.2022-ci il tarixdə prosessual müddət ötürülmədən verilmişdir. Həmin apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7370/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab olunmuş, mülki iş apellyasiya instansiya məhkəməsində olarkən cavabdehlər Cavabdeh1 və Nərimanov rayonu 18 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmişdir. Apellyasiya şikayəti verilərkən nöqsanlar olduğundan bu hallar aradan qaldırılmış və cavabdehlər prosessual müddəti bu səbəbdən ötürmüşdür.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
16. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır.
17. Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
18. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
21. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
22. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2275/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Xumar Mərdanova