Məhkəmə qərarları › İş №2(103)-8248/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8248/2020

27.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8248/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh-iddiaçı Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “çehiz əşyalarının evdən çıxarılması barədə” iddiasına və iddiaçı Cavabdeh X1rşı “evə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı Kəmalə Pəhanova və cavabdeh Anar Bayramov tərəfindən birgə verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kamalə Pəhahovanın iddia ərizəsində tələb olunub ki. Suraxanı rayonu, “Hövsan südçülük sovxozu” adlandırılan ərazidə yerləşən evdən (bundan sonra – ev) keçmiş gəlini Cavabdeh məxsus olan əşyalar çıxarılsın. Cavabdeh iddia ərizəsində tələb olunub ki, keçmiş əri Anar Bayramov ilə ilə birlikdə yaşadığı həmin evə köçürülsün. Qətnamə ilə qət olunub ki, birinci iddia rədd olunsun, ikinci iddia təmin olunsun, Cavabdeh evə köçürülsün. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ikinci iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh və onun vəkili Vəkil apelyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ev üzərində heç kəsin mülkiyyət hüququ yoxdur, o, özbaşına tikintidir. Cavabdeh evi zəbt etməyib, ev onun yaşayış yeridir. Belə ki, o, 2016-ci ildə Anar Bayramov ilə ailə qurduqdan sonra evdə yaşayıb, cehiz əşyaları həmin evdədir, orada yaşağı müddətdə uşağı doğulub, sonradan münasibətlər gərginləşib, Cavabdeh orada yaşamasına imkan verilməyib. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Həmin normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni Cavabdeh köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Əks tərəfin ev üzərində qeydə alınan hüququ olmadığından onların Cavabdeh qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Ona görə də qanun pozuntusunun nəticələri aradan qaldırılmalıdır, yəni Cavabdeh məhrum edildiyi evə köçürülməlidir. Cavabdeh müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün o, oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, Cavabdeh Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi mümkün deyildir, ona görə də hazırkı mübahisənin həllində həmin maddələrin göstərişləri tətbiq edilə bilməz. Beləliklə, evə köçürülmə barədə tələb əsaslıdır, evə köçürülmə barədə tələb əsaslı olduğuna görə əşyaların evdən çıxarılması barədə tələb əsassızdır. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar