Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8251/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Suraxanı rayon İcra Hakimiyyətinin Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Maraqlı şəxs2nə qarşı «mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması haqqında Azərbaycan Respublikası ƏMDK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX № ******* saylı çıxarışın, torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv” tələbi barədə mülki iş üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 124/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaş Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və eyni tarixli torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız hesab edilməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılmasının cavabdeh tərəfindən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, mülki işi məhkəmə aidiyyatı üzrə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəmənin xx.xx.2019-cu il arixli qərardadı ilə Cavabdeh vəsatəti təmin edilməmişdir. Cavabdeh D.Ağaşova Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından şikayətlə müraciət etmiş, Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin verdiyi şikayət geri qaytarılmışdır. Cavabdeh Suraxanı Rayon Məhkəməsini xx.xx.2019-cu il tarixli qərardadı ilə razılaşmayaraq şikayətlə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-15369/2019 saylı qərardadı ilə şikayət təmin edilmə, mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3623/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-124/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsnin xx.xx.2019-cu il tarixli 2(010)- 3623/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-3074/2020 saylı qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3623/2019 saylı qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş, mülki iş Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinə əsasən, bu Məcəllənini 32.6-cı maddəsində nəzərdə tutulmuş qaydada aidiyyat haqqında qərardaddan verilmiş şikayətin kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3623/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün şikayət mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-4630/2020 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət icraata qəbul edilməmiş, şikayət işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh şikayəti geri qaytarılması qərara alınmış və Cavabdeh izah olunmuşdur ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi izah edilmişdir. Cavabdeh Suraxanı rayon məhkəməsnin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilərək mülki işin məhkəmə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh həmçinin Suraxanı rayon məhkəməsnin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilərək mülki işin Ali Məhkəməyə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qeyd olunan mülki iş birinci instansiya məhkəməsinin iş materiallarında mövcud olmayanxx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh verdiyi şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, şikayət olunan məhkəmə aktı iş materiallarında olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur; Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyrimümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixdə qəbul etdiyi bildirilən qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayətüzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş göstərilən çatışmazlığın aradan qaldırılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8251/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8251/2020
11.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver