Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8258/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı İsmаyılоv Аğəli Şirəli оğlunun cаvаbdеh Аslаnlı Zаhid Həsən оğlunа qаrşı “əmlаkın bоşаldılmаsı və ziyаnın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-115/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından üçüncü şəxs “xxxxx” Firmasının direktoru Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı İsmаyılоv Аğəli Şirəli оğlu cаvаbdеh Аslаnlı Zаhid Həsən оğlunа qаrşı əmlаkın bоşаldılmаsı və ziyаnın ödənilməsi tələbinə dair iddiası ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən “xxxxx” firması müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxxx” Firmasının direktoru Cavabdeh vəsatət verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı əmlakın boşaldılması və ziyanın ödənilməsi tələbinə dair mülki iş vardır. Qeyd olunan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “xxxxx” Firmasının istifadəsində olan torpaq sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməq məqsədi ilə şadlıq sarayı inşa etdirmişdir və hal-hazırki mübahisə üzrə yekun qərar onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneə yaradacaqdır. Qeyd olunanlara əsasən məhkəmədən mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-115/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə “xxxxx” Firmasının direktoru Cavabdeh işin aidiyyatı üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardadla razılaşmayan “xxxxx” Firmasının direktoru Cavabdeh qərardaddan şikayət vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-115/2020 saylı, xx xxxxxxx 2020-ci saylı qərardadı ilə şikayət təmin olunmamış, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətə apellyasiya instansiyada baxılması qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qəbul olunmuş x xxxx 2019-cu il tarixli, 1633-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (269.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (269.2). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir (269.3). Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə ərizənin təmin edilməməsi qərardadından şikayət verildiyindən həmin şikayət birinci instansiya məhkəməsi tərəfindən birbaşa kassasiya instansiya məhkəməsinə göndərilməli olduğu halda, apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs “xxxxx” Firmasının direktoru Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə əsasən, şikayətin kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 269.3, 360, 363, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-115/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından üçüncü şəxs “xxxxx” Firmasının direktoru Cavabdehtərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə əsasən, şikayətin kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8258/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8258/2020
28.10.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver