Məhkəmə qərarları › İş №2(103)-8266/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8266/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8266/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(006)-2584/2020 saylı qərardadından iş üzrə Cavabdeh1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətini cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «cavabdehlərə kirayə haqqı ödənilməklə onların gələcəkdə inşa ediləcək binada təmirli mənzil ilə təmin edilməsi şərti ilə azyaşlı uşaqları ilə birlikdə yaşadıqları fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılması və evin sökülməsinin iddiaçıya həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan Cavabdeh1 məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinin və ya həmin evin üzərində hər hansı bir digər hərəkətlərin edilməsinin iddiaçı “Teymuroğlu" Mənzil Tikinti Kooperativinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddianın təmini tədbirinə dair ərizəsinin təmin edilməsi, hazırkı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi və ya həmin evin üzərində hər hansı bir digər hərəkətlərin edilməsi iddiaçı “Teymuroğlu" Mənzil Tikinti Kooperativinə qadağan edilməsi qərara alınmışdır. İddiaçı “Teymuroğlu" Mənzil Tikinti Kooperativi həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2584/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7014/2020 saylı, 04.09.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin edilərək iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərardadı ləğv olunmuş və cavabdeh X2 “iddianın təmini tədbiri barədə” ərizəsinə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmışdır. Nəsimi Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(006)-2584/2020 saylı qərardadı ilə cavabdeh X2 “iddianın təmini tədbiri”nə dair ərizəsi təmin edilməmişdir. Hazırda Cavabdeh1 Nəsimi Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadından şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 və nümayəndəsi A.Quliyeva məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin və nümayəndəsinin izahatlarını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 03 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianın təmini barədə ərizəni rədd edərkən aşağıdakıları nəzərə almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə iddiaçı tərəfindən deyil, cavabdeh Rafiq Qədirov tərəfindən verilmişdir və onun iddiaçıya qarşı iddiası mövcud deyil. Mülki icraat qaydasında baxılan iş üzrə iddianın təmini tədbiri olaraq müəyyən hərəkətlərin edilməsi cavabdehə və ya başqa şəxslərə qadağan oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1 və 158.1.2-ci maddələrinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; iddianı təmin etmək üçün cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək olar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə cavabdeh tərəfindən verilmiş iddianı təmin tədbiri barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdr. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 03 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar