Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-827/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh «xxxxxxxxxx» MMC-nin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər «xxxxxxxxxx» MMC-yə, Cavabdeh2, X5, Ələkbərova (Əsədova) Nigar Əfqan qızına, X9 və X1 qarşı «kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair ilk, həmçinin «xxxxxxxxxx» MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı «əsassız olaraq artıq ödənilmiş pulun hazırki müavilələr üzrə mövcud borc məbləğindən çıxılması» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-108/2019 saylı qətnaməsindən İddiaçı ASC və «xxxxxxxxxx» MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) cavabdeh «xxxxxxxxxx» MMC-yə (bundan sonra, cavabdeh) və qeyrilərinə qarşı «kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, «xxxxxxxxxx» MMC cavabdeh İddiaçı ASC-yə qarşı «əsassız olaraq artıq ödənilmiş pulun hazırki müavilələr üzrə mövcud borc məbləğindən çıxılması» barədə qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-108/2019 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) ilk və qarşılıqlı iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh «xxxxxxxxxx» MMC-dən iddiaçının xeyrinə xx xxxxxx 2014-cü il tarixli, 966H saylı kredit müqaviləsinin və kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli razılaşma üzrə - 835525,91 manat əsas kredit borcunun, 184511,97 manat faiz borcunun, eyni zamanda xx xxxxxx 2014-cü il tarixli, 967H saylı kredit müqaviləsinin və kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli 994H saylı razılaşma üzrə – 560798,40 manat əsas kredit borcunun, 82250,43 manat faiz borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 90 manat rüsumun və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 154 manat rüsumun tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və X1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şəfəq küçəsi, Hərbi şəhərcik, Tbilisi prospekti, 41C ünvanında yerləşən 0,2209 ha torpaq sahəsinə yönəldiməsi, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 600000 manat olmaqla, X1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şəfəq küçəsi, Hərbi şəhərcik, Tbilisi prospekti, 41C ünvanında yerləşən 0,2209 ha torpaq sahəsinin ilkin satış qiyməti isə ******* manat olmaqla açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına banka olan borcun ödənilməsi, həmçinin ipoteka predmeti olan əmlakın açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində cavabdehlər Cavabdeh2, X3, Ələkbərova (Əsədova) Nigar Əfqan qızının və X8 fərdi yaşayış evini boşaltmadıqları təqdirdə, həmin evdən çıxarılmaları, ipoteka qoyulmuş əlakların açıq hərracdan satışından əldə edilmiş vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdeh «xxxxxxxxxx» MMC-dən tutulması qət olunmuşdur. İddiaçı ASC və cavabdeh «xxxxxxxxxx» MMC qeyd edilən qətnamədən apellyasiya şikayətləri vermişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ASC apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını,maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh «xxxxxxxxxx» MMC apellyasiya şikayətini qarşılıqlı ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını,maddi və prosessual hüquq normalarının pozulmasını, qarşılıqlı iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi ilk iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra cavabdeh «xxxxxxxxxx» MMC tərəfindən qalıq kredit borcu tam ödənilmiş, banka hər hansı borc qalmamışdır. Bu səbəbdən də İddiaçı ASC-nin X13 D.N.Quliyev tərəfindən cavabdehə xx xxxxxx 2019-cu il tarixli arayış verilmişdir. Həmin arayışda göstərilmişdir ki, İddiaçı ASC və «xxxxxxxxxx» MMC arasında xx.xx.2014cü il tarixdə 950000 manat məbləğində, xx.xx.2014-cü il tarixdə 850000 manat məbləğində bağlanmış kredit müqavilələri üzrə «xxxxxxxxxx» MMC-nin İddiaçı ASC qarşısında heç bir kredit öhdəliyi yoxdur. Eyni zamanda, İddiaçı ASC Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx xxxxxx 2019-cu il tarixli məktub ünvanlayaraq həmin kredit müqavilələri üzrə ipoteka qoyulmuş daşınmaz əmlaklar üzərindən ipoteka yüklülüyünün götürülməsi xahiş olunmuşdur. Hazırki vaxtda iddia üzrə tələbləri qalmamışdır. Bu səbəbdən də iddianın həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxır. Məhkəmə baxışında iştirak edən cavabdeh «xxxxxxxxxx» MMC-nin nümayəndəsi qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra cavabdeh «xxxxxxxxxx» MMC tərəfindən qalıq kredit borcu tam ödənilmiş, banka hər hansı borc qalmamışdır. Bununla bağlı İddiaçı ASC-nin X13 D.N.Quliyev tərəfindən cavabdehə xx xxxxxx 2019-cu il tarixli arayış da verilmişdir. Həmin arayışda göstərilmişdir ki, hər iki kredit müqavilələri üzrə «xxxxxxxxxx» MMC-nin İddiaçı ASC qarşısında heç bir kredit öhdəliyi yoxdur. Eyni zamanda, İddiaçı ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx xxxxxx 2019-cu il tarixli məktub ünvanlanmış və ipoteka qoyulmuş əmlaklar üzərindən ipoteka yüklülükləri götürülmüşdür. Hesab edir ki, İddiaçı ASC-nin iddiası tam rədd olunmalıdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak dən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçıınn apellyasiya şikayəti təmin olunmamalı, cavabedhin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin olunmuş hissələrində ləğv olunmalı iddia həmin hissələrdə təmin olunmamalıdır. Belə ki, işdə olan cavabdeh «xxxxxxxxxx» MMC-nin nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş, İddiaçı ASC-nin X13 D.N.Quliyev tərəfindən imzalanmış xx xxxxxx 2019cu il tarixli bank arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ASC və «xxxxxxxxxx» MMC arasında xx.xx.2014-cü il tarixdə 950000 manat məbləğində, xx.xx.2014-cü il tarixdə 850000 manat məbləğində bağlanmış kredit müqavilələri üzrə «xxxxxxxxxx» MMC-nin İddiaçı ASC qarşısında heç bir kredit öhdəliyi yoxdur. Eyni zamanda, xx xxxxxx 2019-cu il tarixli İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ASC ipoteka predmetlərinin üzrərindən ipoteka yüklülüyünün götürülməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi arayışların surətlərindən göründüyü kimi, iddiaçı bank hazırki kredit müqavilələri üzrə «xxxxxxxxxx» MMC-nin heç bir kredit öhdəliyinin olmamasını bəyan etmişdir. Əvvəlki apellyasiya baxışı zamanı qeyd edilən arayışlara münasibət bildirilməsi və hazırki vəziyyətdə iddia tələbini müdafiə edib-etməməsi barədə rəsmi mövqe bildirilməsi üçün iddiaçı tərəfə bir-neçə dəfə rəsmi müraciət olunmasına və bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, iddiaçı hərəkətsizlik göstərmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası kredit müqavilələri üzrə hazırki vaxtda borcun olub-olmamasının müəyyən edilməsi üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını zəruri hesab etmişdir. Məhkəməyə daxil olmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/1616 nömrəli ekspertiza rəyindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli, 966H saylı kredit müqaviləsinin və kredit müqaviləsinə dəyişiklik ediliməsi haqqında xx xxxx 2016-cı il razılaşmanın şərtləri nəzərə alınmaqla xx xxxx 2018-ci il tarixə «xxxxxxxxxx» MMC-nin İddiaçı ASC-yə olan borcu 1069821,3 manat (əsas kredit borcu üzrə 835525,91 manat, faiz borcu üzrə 234295,39 manat), həmçinin xx xxxxxx 2014-cü il tarixli, 967H saylı kredit müqaviləsinin və kredit müqaviləsinə dəyişiklik ediliməsi haqqında xx xxxx 2016-cı il razılaşmanın şərtləri nəzərə alınmaqla xx xxxx 2018-ci il tarixə «xxxxxxxxxx» MMC-nin İddiaçı ASC-yə olan borcu 676463,1 manat (əsas kredit borcu üzrə 560798,4 manat, faiz borcu üzrə 115664,7 manat) müəyyən edilir. Lakin, təqdim olunmuş hesabdan çıxarış məlumatlarına və xx xxxxxx 2019-cu il tarixli bank arayışına əsasən borcalan tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə 1750000,98 manat məbləğində ödəniş aparılmış, bununla da «xxxxxxxxxx» MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 966H saylı və xx xxxxxx 2014-cü il tarixli, 967H saylı kredit müqavilələri üzrə kredit borcu müəyyən edilmir, 3716,58 manat məbləğində artıq ödənişin aparıldığı müəyyən edilir. Apellyasiya baxışı zamanı dəvət olunaraq dindirilmiş ekspert Zaur Məmmədov izahatında göstərmişdir ki, ekspertiza tədqiqatı zamanı bank hesab çıxarışları və digər sənədlərə əsasən borcalan «xxxxxxxxxx» MMC tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə 1750000,98 manat məbləğində ödəniş aparılması, bununla da «xxxxxxxxxx» MMC-nin xx xxxxxx 2014-cü il tarixli 966H saylı və xx xxxxxx 2014-cü il tarixli 967H saylı kredit müqavilələri üzrə kredit borcunun tam ödənilməsi müəyyən edilmişdir. Yəni, «xxxxxxxxxx» MMC-nin bank qarşısında hər hansı pul öhdəliyinin olması müəyyən edilməmişdir. Bu hal, həmçinin İddiaçı ASC-nin X13 D.N.Quliyev tərəfindən imzalanmış xx xxxxxx 2019-cu il tarixli bank arayışından da görünür. Ekspertiza rəyində göstərilən borc məbləğləri (hər iki kredit müqaviləsi üzrə ümumilikdə 1746284,4 manat) yalnız xx xxxx 2018-ci il tarixə olan vəziyyətə aiddir. Cavabdeh sonradan 1750000,98 manat məbləğində ödəniş aparmaqla ümumi borcu tam bağlamış, borcu qalmamışdır. Beləliklə, ekspertiza rəyindən göründüyü kimi, hazırki vaxtda «xxxxxxxxxx» MMCnin xx xxxxxx 2014-cü il tarixli, 966H saylı və xx xxxxxx 2014-cü il tarixli, 967H saylı kredit müqavilələri üzrə iddiaçı qarşısında kredit borcu (öhdəliyi) müəyyən edilmir. Bu hal, həmçinin İddiaçı ASC-nin X13 D.N.Quliyev tərəfindən imzalanmış xx xxxxxx 2019-cu il tarixli bank arayışından və ipoteka qoyulmuş əmlakların ipoteka yüklülüklərindən azad olunması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan da görünür (məhkəmə kollegiyasının sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünur ki, ipoteka qoyulmuş əmlaklar üzərində hazırki vaxtda ipoteka yüklülükləri mövcud deyildir). Eyni zamanda, iddiaçının nümayəndəsi də apellyasiya baxışı zamanı bu halı təsdiq edərək, hazırki vaxtda cavabdeh «xxxxxxxxxx» MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 966H saylı və xx xxxxxx 2014-cü il tarixli, 967H saylı kredit müqavilələri üzrə iddiaçı bank qarşısında hər hansı kredit öhdəliyinin olmamasını bildirmişdir. Həmçinin, qeyd edilməldir ki, İddiaçı ASC tərəfindən kredit müqavilələri üzrə cavabdehin öhdəliklərinin olmaması barədə xx xxxxxx 2019-cu il tarixli bank arayışının verilməsi və orada hər hansı digər tələbin qalmasının göstərilməməsi halı cavabdehin həmin kredit müqavilələrindən irəli gələn bütün öhdəliklərinin (həmçinin, illik 5 faiz pul tələbi üzrə) olmaması anlamına gəlməyə əsas verir. Qeyd edilməlidir ki, MM-nin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-nin 529.4-cü maddəsinə əsasən borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. MM-nin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh «xxxxxxxxxx» MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 966H saylı və xx xxxxxx 2014-cü il tarixli, 967H saylı kredit müqavilələri üzrə iddiaçı qarşısında kredit öhdəliyi mövcud deyildir, bu səbəbdən də hazırki vaxtda İddiaçı ASC-nin apellyasiya şikayətinin dəlillərini mahiyyəti üzrə araşdırmağı zəruri hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh «xxxxxxxxxx» MMC-nin xx xxxxxx 2014-cü il tarixli 966H saylı və xx xxxxxx 2014-cü il tarixli 967H saylı kredit müqavilələri üzrə iddiaçı bank qarşısında öhdəlikləri müəyyən olunmadığından, həmçinin öhdəliklərin icrasının təmini kimi ipoteka qoyulmuş əmlaklar üzərindən ipoteka yüklülükləri götürüldüyündən hazırki vaxtda İddiaçı ASC-nin iddia tələbi aradan qalxmışdır. Bu səbəbdən də qətnamə iddianın təmin olunmuş hissələrində ləğv olunmalı, iddia həmin hissələrdə təmin olunmamalıdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh «xxxxxxxxxx» MMCnin apellyasiya şikayəti təmin olunmamalıdır. Çünki, cavabdeh qarşılıqlı iddia üzrə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Yəni, cavabdeh əvvəlki kredit müqavilələri üzrə (tərəflər arasında əvvəllər bağlanmış xx.xx.2012-ci il tarixli 877H nömrəli, xx.xx.2013-cü il tarixli 913H nömrəli, xx.xx.2013-cü il tarixli 920H nömrəli, xx.xx.2013-cü il tarixli 925H nömrəli) borcun şişirdilməsini, hazırki kredit müqavilələri üzrə verilmiş pul vəsaitlərinin əvvəlki kreditlərin bağlanmasına sərf olunmasını, bu zaman 400000 manat artıq ödənişin həyata keçirilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, hazırki kredit müqavilələri tərəflərin qarşılıqlı razılığı və iradə ifadəsi əsasında xx xxxxxx 2014-cü ildə və xx xxxxxx 2014-cü ildə bağlanmış və cavabdeh keçən uzun müddət ərzində kredit müqavilələrini mübahisələndirməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, ekspertiza rəyinə əsasən cavabdeh «xxxxxxxxxx» MMC-nin sonradan 1750000,98 manat ödəniş etməklə kredit borcunu bağlamış, lakin bu zaman 3716,58 manat artıq ödəniş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza rəyində göstərilən 3716,58 manat artıq ödəniş halı qarşılıqlı iddiada göstərilən «əsassız olaraq artıq ödənilmiş pulun hazırki müavilələr üzrə mövcud borc məbləğindən çıxılması» tələbi ilə tam fərqli haldır. Yəni, cavabdeh qarşılıqlı iddiada sonradan yarana biləcək bu halı nəzərdə tutmamışdır. Cavabdehin qarşılıqlı tələbi əvvəlki kredit müqavilələri ilə bağlı olmuşdur və ekspertiza rəyində göstərilən 3716,58 manat artıq ödənişə aidiyyəti yoxdur. Bu səbəbdən də, məhkəmə kollegiyası mübahisəyə iddia tələbi həddində baxmağı zəruri hesab edir (cavabdeh 3716,58 manat artıq ödənişlə bağlı hüquqlarını özündə saxlayır). Çünki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin olunan hissələrində ləğv olunmalı, iddia həmin hissələrdə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 200 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdeh «xxxxxxxxxx» MMC-yə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər «xxxxxxxxxx» MMC-yə, Cavabdeh2, X5, Ələkbərova (Əsədova) Nigar Əfqan qızına, X9 və X1 qarşı «kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair ilk, həmçinin «xxxxxxxxxx» MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı «əsassız olaraq artıq ödənilmiş pulun hazırki müavilələr üzrə mövcud borc məbləğindən çıxılması» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-108/2019 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, cavabdeh «xxxxxxxxxx» MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)- 108/2019 saylı qətnaməsi saylı qətnaməsi iddianın təmin olunmuş hissələrində (yəni, cavabdeh «xxxxxxxxxx» MMC-dən iddiaçının xeyrinə xx xxxxxx 2014-cü il tarixli, 966H saylı kredit müqaviləsinin və kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli razılaşma üzrə – 1020037,88 manat, o cümlədən əsas kredit borcu üzrə 835525,91 manat, faiz borcu üzrə 184511,97 manat, eyni zamanda xx xxxxxx 2014-cü il tarixli, 967H saylı kredit müqaviləsi və kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli 994H saylı razılaşma üzrə – 643048,83 manat, o cümlədən əsas kredit borcu üzrə 560798,40 manat, faiz borcu üzrə 82250,43 manat, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 90 manat rüsumun və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 154 manat rüsumun tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və xx.xx.2014cü il tarixli, 967H nömrəli «Kredit müqaviləsi»nin və həmin kredit müqaviləsinə bağlanmış xx.xx.2016-cı il tarixli, 994H nömrəli «Razılaşma»nın təminatı qismində banka ipoteka qoyulmuş X1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şəfəq küçəsi, Hərbi şəhərcik, Tbilisi prospekti, 41C ünvanında yerləşən 0,2209 ha torpaq sahəsinə yönəldiməsi, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 600000 manat olmaqla, X1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şəfəq küçəsi, Hərbi şəhərcik, Tbilisi prospekti, 41C ünvanında yerləşən 0,2209 ha torpaq sahəsinin ilkin satış qiyməti isə ******* manat olmaqla açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına banka olan borcun ödənilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində cavabdehlər Cavabdeh2, X3, Ələkbərova (Əsədova) Nigar Əfqan qızının və X8 fərdi yaşayış evini boşaltmadıqları təqdirdə, həmin evdən çıxarılmaları, ipoteka qoyulmuş əmlakların açıq hərracdan satışından əldə edilmiş vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdeh «xxxxxxxxxx» MMC-dən tutulması» hissələrdə) ləğv edilsin, iddia həmin hissələrdə təmin olunmasın. Qətnamə apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci cavabdeh «xxxxxxxxxx» MMC aid edilsin. Cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 200 (iki yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-827/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-827/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver