Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8274/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı, X5, X6 və X2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhər Cavabdehnə qarşı “torpaq üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli 2-1360/2005 saylı qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 2-1360/2005 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsi 3-də yerləşən 300 kv.m. torpaq sahəsinə İddiaçı, 400 kv.m. torpaq sahəsinə X3, 600 kv.m. torpaq sahəsinə X4 və 300 kv.m. torpaq sahəsinə X2 mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə tapşırılması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli 2-1360/2005 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi şikayət, həmçinin prosessual müddətin bərpası barədə ərizə vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvafiq məhkəmə qərardadı 1 saylı Bakı Ərazi İdarəsinin həm Əsasnaməsində, həm də yuxarıda istinad edilən normativ hüquqi aktlarda təsbit olunmuş hüquq və vəzifələrinə toxunur. Belə ki, mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olduğundan və DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğundan Bakı şəhərində yerləşən daşınmaz əmlakların dövlət qeydiyyatı yalnız DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparıldığından, müvafiq məhkəmə qətnaməsi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən və müvafiq qətnamənin icrası qanunsuz olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tələb olunduğundan, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 453 nömrəli Fərmanı ilə ləğv edilərək səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxx 2015-ci il tarixli 01 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər X1 ilə isə həmin səlahiyyətlər İdarəyə verildiyindən İdarənin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 2-1360-2005 saylı qətnaməsindən cavabdeh kimi şikayət vermək hüququ vardır. Lakin birinci instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq qeyd olunan hallar nəzərə alınmamışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1360/2015 saylı qərardadı ilə apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə geri qaytarılmış, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-4655/2020 saylı qərardadı ilə hüquq və vəziflərinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1360/2015 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməklə, ərizə və şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1360/2005 saylı qərardadı ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə apelyasiya şikayətinin geri qaytarılması barədə qərardadını belə əsaslandırmışdır ki, ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi qəbul edilmiş qətnamənin maraqlarına toxunmasını əsaslandıra bilməmiş, apelyasiya şikayəti vermə müddəti ötürülmüş və müddətin bərpasına dair vəsatət verilməmişdir. Göründüyü kimi, daha sonra müddətin bərpasına dair ərizə verilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, həmin qərardaddan şikayət verilməmişdir. İş materiallarından müəyyən edilir ki, ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə apelyasiya şikayəti verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci tarixli məktubu ilə mülki iş üzrə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi mövcud olduğundan apelyasiya şikayəti və sənədlərin surəti geri qaytarılmış, Apelyasiya Məhkəməsinin qətnaməsinin surəti göndərilərək izah edilmişdir ki, kassasiya qaydasında Ali Məhkəməyə müraciət edə bilərlər. Bundan sonra isə İdarə tərəfindən hər hansı prosessual hərəkət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göründüyü kimi, ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 2007-ci ildə qətnamədən məlumatlı olmuş, apelyasiya şikayətini vermə müddətini üzrsüz səbəbdən ötürdüyünə görə, müddət bərpa barədə ərizəsi təmin edilməmiş və həmin qərardaddan şikayət verilməmişdir. Həmçinin iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxxx 2006-cı il tarixli 1mk- 5225/2006 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həmin qətnamədən verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunanlara əsasən, Kollegiya apelyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə şikayəti geri qaytarmaqda doğru qənaətə gəlmişdir. Beləliklə, şikayətin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1360/2005 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-8274/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8274/2020
11.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver