Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8282/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməinin 2(008)-6928/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qəradadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydaında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 6928/2021 saylı qətnaməsinə əsasən, İddiaçı övladı xx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 360-cı və 361.3-cü maddələrinə əsasən geri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayəti və şikayətlə birlikdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməinin 2(008)-6928/2021 saylı işi üzrə 30.09.202-ci il tarixli qəradadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 6928/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizənin rədd edilməsi və cavabdeh Muradov X4 Bakı şəhəri Sabunçu Rayon 2(008)- 6928/2021 saylı işi üzrə xx.xx.2021 -ci il tarixli, qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 130.1, 133.1, 135.3, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-6928/2021 saylı qətnaməsi iş üzrə tərəflərə o cümlədən cavabdehə göndərilmiş və o, həmin qətnaməni almışdır. Belə ki, işdə olan poçt qəbzindən görünür ki, sözügedən qətnamə xx.xx.2022-ci il tarixdə Cavabdeh şəxsən təqdim edilmişdir. Cavabdehin apellyasiya şikayətinin verə bilməməsinə dair göstərdiyi dəlili tutarlı səbəb kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxıldığından, prosessual müddətin bərpasına dair ərizə rədd edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-6928/2021 saylı qərardadını ləğv edilməsini və apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə göndilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267, 268, 396-cı maddəsinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6928/2021 saylı qərardadı 24 oktyabr 2022-ci il tarixində rəsmi surətdə əldə etmişdir. Məhkəmə ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini 2(008)-6928/2021 saylı xx.xx.2021-ci il tarixli, qətnaməsi cavabdeh tərəfindən deyil, onun uzaq qohumu tərəfindən təhvil alınmış, lakin cavabdehə təqdim edilməmişdir. Qətnamənin mövcudluğundan yalnız Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məktubun gəlməsi zamanı xəbərdar olmuşdur. Həmçinin şəxsiyyət vəsiqəsinin qüvvədə olma müddəti bitdiyindən yenilənməsi zərurəti yaranmışdır. Vəkil ilə müqavilə bağlanmış və apelyasiya şikayəti 30 mart 2022-ci il tarixində verilmişdir. Lakin bu müddət ərzində qanunvericiliklə müəyyən olunmuş prosessual müddət ötürülmüşdür. Cavabdeh tərəfindən ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə qanunvericiliklə müəyyən edilmiş qaydada apelyasiya şikayəti verilsə də, məhkəmə tərəfindən cavabdehin məkhəməyə çatımlılıq hüququ pozulmuşdur Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(008)-6928/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar (sübuta yetirilən üzrlü səbəblər) müəyyən etmir. Şikayyətçinin diqqətinə çatdırılmalıdır ki, ərizəçinin dəlilləri ümumi səciyyə daşıyır və dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 360-cı maddələrinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti (məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində) verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməinin 2(008)- 6928/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qəradadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-8282/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8282/2022
26.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver