Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8285/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh Qədiməliyev Şəmşəli İsmayıl oğlunun iştirakı ilə, İddiaçı Mirzəyev Müşfiq Allahverdi oğlunun cavabdeh Qədiməliyev Şəmşəli İsmayıl oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3187/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Mirzəyev Müşfiq Allahverdi oğlunun nümayəndəsi Mirzəyev Elvin Müşfiq oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Mirzəyev Müşfiq Allahverdi oğlu cavabdeh Qədiməliyev Şəmşəli İsmayıl oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Müşfiq Mirzəyev məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddiaçı Mirzəyev Müşfiq Allahverdi oğlunun cavabdeh Qədiməliyev Şəmşəli İsmayıl oğluna qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Mirzəyev Müşfiq Allahverdi oğlunun nümayəndəsi Mirzəyev Elvin Müşfiq oğlu Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, göstərmişdir ki, hazırki mülki iş üzrə iddiaçı onun atasıdır. xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edərkən ona məhkəmə tərəfindən iddia ərizəsinin əsaslı olmadığını və bununla bağlı olaraq əlavə sübutların toplanması üçün iddiaçının Polis şöbəsinə müraciət etməsini məqsədə müvafiq olduğunu qeyd edərək iddia ərizəsinin geri götürülməsi ilə bağlı ərizə yazdırılmışdır. Atasının hüquqi savadı olmadığı üçün məhkəmənin bu mövqeyi ilə razılaşaraq iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbində haqlıdır. Bunu iddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən yazılmış qəbzdən görmək mümkündür. Sözügedən həmin qəbz cavabdehin iddiaçıya olan borcunu əks etdirərək iş materiallarında olan ən mötəbər sübutdur. Həmin mülki iş üzrə əlavə sübutların toplanmasına və ya hər hansı Polis şöbəsinə müraciət etməyə heç bir əsas yoxdur. Əgər məhkəmə həmin qəbzin əsaslı olmadığını və ya cavabdeh tərəfindən yazılmasına şübhə ilə yanaşırsa cavabdehin məhkəmə iclasında iştirakını təmin edərək ondan imza-xətt nümunələri götürüb məhkəmə xətşünaslıq ekspertizası təyin edə bilər. Bundan başqa iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə ilk dəfə Xətai Rayon Məhkəməsinə müraciət edərkən cavabdeh məhkəmənin baxış iclasında iştirak etmiş vəiddiaçıya olan borcunu etiraf edərək həmin sözügedən yazılı qəbzi yazmışdır. Buna görədə iddiaçı cavabdehin bu vədinə inanaraq həmin vaxt iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Lakin bu günədək cavabdeh iddiaçıya olan borcunu geri qaytarmamış müxtəlif bəhanələr edərək götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, ərizə baxılmamış saxlanılır. İş materiallarından görünür ki, iddiaçı ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdeh də buna etiraz bildirməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 259.0.11-cı maddəsinə istinad etməklə iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur və qərardadın ləğvi üçün əsas mövcud deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3187/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8285/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8285/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver